Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

olduğunu e’tiraf edir. İslam dini isə Allahdan başqa heç kimə ibadət etməyə icazə vermir, deməli, 

Məhəmməd ibn Əbdülvəhhab bu iki halətdən birini qəbul etməyə məhkumdur:  

     1.Peyğəmbəri(s) çağırmaq, elə Allahı çağırmaq deməkdir. 

     2.Yaranmışı köməyə çağırmaq, o yaranmışa ibadət etmək demək deyil. Çünki ibadət o hala deyilir 

ki, insan tərəf müqabilinə Allah hesab etsin və  zəlilcəsinə onun qarşısında özünü aciz hiss etsin. Lakin 

Peyğəmbərə(s) və övliyalara  təvəssül etmək insana arxayınlıq, rahatlıq bəxş edir və bir daha o böyük 

şəxsiyyətlərin Allah yanındakı ehtiramlarını  dərk edir. Əgər insan hal əhli olsa, təvəssüllə dünya və axirət 

qəm-qüssəsini qəlbindən təmizləyə bilər.  

     Vahabilər deyirlər:-Dua, ibadətin məğzidir.  İbadət isə yalnız Allaha layiqdir. Deməli, Allahdan 

qeyrisinə  ibadət deməkdir və bu da şirkdir. 

     cavab:-Əvvəla, duanın nəinki ibadətin məğzi, heç bütün duaların ibadət olmasını da qəbul etmirik. 

Dua “də’vət” sözündən alınıb, “çağırmaq” deməkdir. Aşağıdakı ayələrə diqqət yetirin: 

     1.“Gəlin biz də oğlanlarımızı, siz də öz oğlanlarınızı “çağıraq” (Ali-İmran-61). 

     2.“...sonra (quşları) “çağır” (Bəqərə-260). 

     3.“Peyğəmbəri “çağırmağ”ı, öz aranızda bir-birinizi “çağırmağ”ınızla eyni tutmayın” (Nur-63). 

     4.“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizi dirildəcək bir şeyə “çağırdığı” zaman, Allahın və Onun 

Peyğəmbərinin “çağırışını” qəbul edin (Ənfal-24)”. 

     Bu  ayələrdə “çağırmaq” sözü, “dua” kəlməsindən istifadə olunaraq işlənmişdir. Hər söz “çağırış” 

olmadığı kimi, hər dua da ibadət deyil. Hətta, Allahı çağırmaq, sırf o Müqəddəs Zata müraciət məqsədilə 

olsa, ibadət deyil. Dua o zaman ibadət sayılır ki, ibadətin xüsusiyyətlərini, zəlilliyi, xüzu-xüşu’nu, Allahın 

vəhdaniyyətini iqrar etməyi və .s-ni özündə cəmləşdirsin. Bu mə’na, Allahın izni ilə şəfaət etmək ixtiyarına 

malik övliyaları çağırarkən edilən duada yoxdur. 

     Vahabilər deyirlər:-Yaranmışın duası ibadətdir. Çünki, İlahi dərgahda xüzu və təvazökarlığa şamil 

olur.  


     cavab:  -Əvvəla, doğrudan da belədirsə, onda diridən də  nəsə istəmək,  şirk və qeyrisinə ibadət 

deməkdir.     

     İkincisi, biz ənbiya və övliyadan nəsə istəməyi ibadət hesab etmirik. Bu fikir İsa (ə) və Musaya (ə) 

ibadət edənlər kimi ifratçıların fikridir. 

     Üçüncüsü, təvazökarlığın və acizanə halətin bütün növləri ibadət xarakteri daşımır. Məsələn, Allah 

övladın təvazökarlıqla valideyn qarşısında qulluğa hazır vəziyyətdə dayanmasını əmr etmiş və buyurmuşdur: 

“Onların qarşısında təvazökarlıqla qol-qanadını aşağı sal...” (İsra-24). 

     İsra surəsinin 24-cü ayəsində deyilir: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılığı 

buyurmuşdur”.  

     Fəxr Razi bu ayənin təfsirində yazır: “Allah valideynə çox böyük dərəcə vermiş, Özünün tək 

tanınması və ibadət olunması kimi böyük vəzifədən sonra, valideynə tabe olmağı insanlara əmr etmişdir”. 

     “Kəşfüş-şübəhat”-da yazır: “Əgər gecə-gündüz qorxu və ümidlə Allahı çağırasan və həmin istəyin 

üçün bir peyğəmbəri, yaxud övliyanı da çağırasan, Allahın ibadətinə  məxluqunu da şərik etmiş olursan, 

çünki Allahdan qeyrisindən də nəsə gözləmisən”. 

     cavab:-Əgər o, ibadət dedikdə, əmrə tabeçiliyi və itaəti nəzərdə tutursa, onda gərək, qulun ağaya, 

arvadın  ərə tabe olması  şirk sayılsın?! Çünki onlara vacibdir ki, ağanın və ya ərin  əmrinə tabe olsunlar. 

İslamda qulun ağaya itaətindən böyük itaət varmı? Hətta, Allah qulun bütün ixtiyarını  əlindən alır: “Qul, 

başqasının malı olan və heç nəyə qadir olmayandır” (Nəhl-75). 

     İndi nə deyirsiniz, Allah qulun ağaya itaətini  əmr etməklə, Özü üçün şərik qoşmağamı  şərait 

yaratmışdır?! 

     Əgər ibadət dedikdə,  əmrə tabeçiliyi və itaəti nəzərdə tutursa, Məhəmməd ibn Əbdülvəhhabdan 

soruşuruq:-Allahdan başqasına tabe olub, əmrinə itaət etmək düzgündürmü? Əgər “yox” desə, Allahın bu 

ayəsinə zidd söz demiş olur. “Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin” (Nisa-

59).  Əgər desə “bəli”, o zaman Allahın yaratdığına pərəstiş etmiş və Allahın ona qadağan etdiyi işi əmələ 

gətirmiş olur. 

     Əgər, vahabilər Peyğəmbərin(s) və ixtiyar sahiblərinin itaəti, Allahın itaətindən ayrı deyil-desələr, 

cavabında söyləyirik: “Nə üçün? Bunu Allah buyurub, yoxsa məxluq? Söyləsələr ki, məxluq deyib, o zaman 

saleh insanlara pərəstişi qəbul etmiş olursan. Əgər desələr ki, Allah buyurub, o zaman bildirərik: 

 

38



“Peyğəmbərlərin Allaha çatmaq üçün vasitə və şəfaətçi olması da, Allahın əmri ilədir. Bütün bunlara əsasən, 

ənbiya və övliyaya təvəssül və onlardan şəfaət istəmək, Allahdan istək diləmək üçün Allahdan qüvvə  əxz 

etmək və bunu Allah dərgahına yaxın olan şəxsin vasitəsilə etməkdən ibarətdir. 

           



     /67/ -  Hafiz Əbu Bəkr Əhməd ibn Hüseyn ibn Əli Beyhəqi Xosrovcərdi Şafei, məşhur sünni 

fəqihi və  hədisçisi olmuşdur.  İmaməddin Təbəri “Kamili-Bəhai” kitabında yazır: “Müaviyə  Əli (ə) ilə 

döyüşərkən imandan xaric oldu”-deyən bir alimin cavabında Beyhəqi demişdir: “Müaviyə imana 

daxil olmamışdı ki, ondan xaric də olsun. Peyğəmbər zamanında küfrdən xaric olub münafiqliyə daxil 

oldu. Peyğəmbərdən sonra isə yenə əvvəlki küfrə qayıtdı”. Beyhəqi “Sünəni-Kəbir”, “Sünəni-Səğir” 

və “Dəlailün-nübuvvə” kitablarının müəllifidir. O, 458-ci ildə Nişaburda vəfat etmiş, Beyhəqdə  dəfn 

olunmuşdur. 

     /68/  -    Əbülqasim Süleyman ibn Əhməd ibn Əyyub Təbərani Fələstinin Təbəriyyə 

əhalisindəndir. “Mö’cəmi-Səğir” kitabının müəllifidir. Sünnilərin böyük hədis hafizlərindəndir. 360-cı 

h. ilində İsfahan şəhərində vəfat edib. 

     /69/ -  Osman ibn Hüneyf, Həzrət Əlinin (ə) səmimi dostu və Bəsrədəki nümayəndəsi olub. 

     /70/  -    Hafiz  Məhəmməd ibn Əhməd ibn Osman Zəhəbi “Tarixi-İslam”, “Mizanül-E’tidal” və 

“Təbəqatül-hüffaz” kitablarının müəllifi və  məşhur tarixçi olmuşdur. Alicənab Mühəddis Hacı  Şeyx 

Abbas Qumi “Hidayətül-Əhbab” kitabında yazır: “Zəhəbi  Əbubəkr və Ömərin təəssübünü  ən çox 

çəkənlərdəndir. Allah onu onlarla məhşur eləsin”. 

     /71/  -    Əhməd Zeyni Dəhəlan “Futuhatul-İslamiyyə (c.2)”, “Sirətün-nəbəviyyə”, “Xülasətül-

kəlamfi-umərail-bələdil-həram“ və “Vahabilərə e’tiraz” kitablarının müəllifi olmuşdur. Məkkənin 

böyük fəqih, tarixçi və ustadı olmuş Dəhəlan 1304-cü h. ilində Mədinədə vəfat edib.  

     /72/ -  Malik ibn Ənəs, maliki məzhəbinin imamıdır. Onun yazdığı “Müvətə” kitabı, ən qədim 

sünnü fiqhi kitablarındandır. Malik öz dövrünün məşhur fəqihlərindən olub. 179-cu h. ilində Mədinədə 

vəfat edib.  

     /73/ -  Nuruddin Əli ibn Abdullah Hüseyni, Şafei Misri Səmhudi ləqəbi ilə tanınmış tarixçi və 

mühəddis olmuşdur. Mədinə tarixinə aid  “Vəfaul-Vəfa” kitabı onundur. Mədinədə yaşamış, 911-ci h. 

ilində vəfat etmişdir. 

     /74/ -  Abdullah ibn Əbdürrəhman ibn Fəzl ibn Bəhram (və ya Mehran) Səmərqəndi  Darəmi 

ləqəbi ilə  tanınmış  məşhur sünni alimlərindən və  hədis elminin qabaqcıllarından biri olmuşdur. 

“Sihah” müəlliflərindən  Termizi və Müslimin,  habelə,  Əbu Davud Sistaninin  şeyxlərindəndir. 

“Sünəni-Darəmi” adı ilə məşhur olan “Sünəni-nəbəviyyə” kitabının müəllifidir. Müəllif isə səhvən onu 

“Səhih” kitabının müəllifi adlandırmışdır. O, 255-ci h. ilində vəfat edib. 

      


      

      


      

      


3-PEYĞƏMBƏR VƏ ÖVLİYALARIN QƏBRLƏRİNİ  

İNŞA ETMƏK ŞİRK DEYİL 

      

Peyğəmbərlər və övliyaların  

qəbirlərini inşa etmək şirkdirmi? 

     Vahabilər belə deyirlər: “Qəbirləri inşa etmək, onların üzərində  məqbərə ucaltmaq, zərih tikmək, 

hamısı şirkdir, onların amili də şirkdir”. 

     Amma  12  İmam  şiələri isə deyirlər: “Peyğəmbərlərin, övliyaların dəfn  olunduğu yerdə  məqbərə 

düzəltmək, onları xarab olmaqdan qorumaq, bəyənilmiş və caiz  əməldir. Eyni zamanda da, müqəddəs İslam 

dininin uca və  əziz tutulmasına səbəb olur. İbn Teymiyyə  və onun vahabi ardıcılları öz iddialarını sübuta 

yetirmək üçün bir çox dəlillər gətirmişlər.  

     Birincisi-Onlar Əbülhiyac Əsədinin hədisinə istinad edirlər. Hədisin mətni əvvəlki səhifələrdə qeyd 

olunmuşdur. 

     İkincisi-Qur’anda məqbərə  və ziyarətgah tikməyə deyil, məscid tikməyə  əmr edilmişdir. Allah 

buyurmuşdur: “Üzünüzü hər bir məscidə tərəf tutun”. Daha buyurmamışdır ki, “hər bir məqbərə və ziyarətgah 

müqabilində durun...” 

 

39



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə