Ваһаби фиргәси


Kitab və sünnəyə əsasən, dirilərə təvəssül



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

Kitab və sünnəyə əsasən, dirilərə təvəssül  

etmək şirk deyil 

     Mə’lumdur ki, dirilərə  təvəssül etmək düzgündür. Peyğəmbər, övliya və  şəhidlər də Qur’anda diri 

hesab olunurlar, deməli, onlara təvəssül də düzgündür və şirk deyil. 

     Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun (Maidə-2)”.  

     Buxari  “Səhih”də yazır: “Peyğəmbər (s) buyurdu: “Müşriklərin köməkçilərini azad edin, onlardan 

İslama gəlmək istəyənləri qəbul edin!”. 

     Məxluqdan kömək istəmək, Qur’anda da qeyd olunmuşdur. Allah buyurur: “Musanın adamlarından 

olan şəxs, düşməninə qarşı ondan imdad istədi (Qəsəs-15)”. 

     Həvarilər  İsadan(ə) xahiş etdilər ki, Allahdan onlar üçün göydən süfrə enməsini istəsin. Musanın 

tərəfdarları ondan su tapmasını dilədilər. Yusif azad olmuş məhbusa dedi: “Ağanın yanında məni də yada 

sal! (Yusif-42)”. 

     Musa və Xızr haqda buyurur: “Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib, 

onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək istəmədi (Kəhf-77)”. 

     Əgər Həzrət Yusifin(ə) bir kafirdən-“Ağanın yanında məni də yada sal”-deyə, xahiş etməsi, Musa 

və  Xızrın(ə) bir məmləkət  əhlindən yemək istməsi doğru və düzgün hesab olunursa, bəs nə üçün 

Peyğəmbərin(s) qəbri önündə dayanıb-“Ağanın yanında məni yada sal”-deyərək yalvarmaq müşriklik 

sayılmalıdır? Süleyman Peyğəmbər(ə) məclis  əhlinə üz tutub deyir: “Səba məlaikəsi Bilqeys özü gəlib 

çatmamış, onun taxtını kim gətirə bilər?”. Bir ifrit (cin) bu işi öz boynuna götürür. İbn Teymiyyə  və onun 

kimilər nicat gəmisi olan Peyğəmbər(s) və  Əhli-beytin(ə) məqamını bir ifrit qədər də  qəbul etmirlərmi? O 

Peyğəmbər(s) ki, bu istək və hacətləri yerinə yetirməkdə aciz deyil. Allah buyurur: “(Münafiqlərin 

Peyğəmbərə  və mö’minlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi, yalnız Allahın və Peyğəmbərinin Öz 

ne’mətləri ilə onları varlandırmasıdır” (Tövbə-74). 

     “Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: Allah bizə kifayətdir. 

Allah bizə Öz ne’mətindən bəxş edəcək. Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!-deyərdilər” (Tövbə-

59). 

     “(Peyğəmbər) onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar” (Ə’raf-157). 



     “Ağır yük” həm dünya, həm də axirət işlərinə aiddir.  

     “Sizə özünüzdən bir Peyğəmbər göndərildi  ki, əziyyətə düşməyiniz ona ağır gəlir, o sizi çox istəyir, 

mö’minlərə şəfqətlidir, mərhəmətlidir (Tövbə-128)”. 

     Fəxr Razi “Təfsir”ində yazır: “Yə’ni, Peyğəmbər(s) Allahın dünya və axirətdə sizə xeyir verməsi 

üçün israrlıdır”. 

     Allahın yanında bu qədər hörməti olan Peyğəmbərdən(s) imdad istəmək və ona təvəssül etmək şirk 

ola bilməz. 

     Allah İsa (ə) Peyğəmbər haqqında belə buyurur: “Mən sizin üçün palçıqdan quşa bənzər bir surət 

düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları 

sağaldır və Allahın iznilə ölüləri dirildirəm“ (Ali-İmran-49). 

     “Dörd  cür  quş götürüb onlara diqqətlə bax, sonra hər dağın başına onlardan bir parça at, daha 

sonra onları çağır, tez yanına gələcəklər!” (Bəqərə-260).  

     Bunlardan əlavə, Musanın (ə) əsanı daşa vuraraq daşın parçalanması, İsanın (ə) ölüləri diriltməsi, 

bizim Peyğəmbərin(s) ayı parçalaması, o Həzrətin Me’raca getməsi və s. Qur’an və sünnədə şübhəsiz qəbul 

olunan məsələlərdir. Müsəlmanların bu fövqəl-təlim işləri qəbul etməkdən başqa çarəsi yoxdur.  

      


Nəticə 

     Bəlli oldu ki, peyğəmbərlər dünyada fövqəl-təbii qüdrətə malik olmuşlar. O da aydın olur ki, 

peyğəmbərlər Bərzəx aləmində  də yaşayır və deməli, dünyada bizim hacətlərimizə  əncam çəkməyə qadir 

olduqları kimi, axirətdə də bu işi edə bilərlər. İsanın (ə) ölüləri diriltməsi və xəstələrə şəfa verməsi ilə, ona 

təvəssül etmək arasındakı  fərq nədir? Halbuki, ölümə  şəfa Allahın  əlindədir və digər hacətlərdən daha 

çətindir. Dəqiq bir hədisdə deyilir ki, Peyğəmbər (s) bir kora belə deməyi öyrətdi: “İlahi!  Sənin rəhmət 

peyğəmbərin olan Peyğəmbərin(s) vasitəsilə  səndən imdad istəyirəm. Ya Mühəmməd (s)! Mən sənin 

vasitənlə bu arzumun yerinə yetməsi üçün Allaha üz tuturam. İlahi! Peyğəmbərin mənim barəmdə şəfaətini 

qəbul elə!”. 

 

33




     Bu  hədisi Həkim Nişaburi 

/62/

  və  İbn Macə  Qəzvini  İmran ibn Həssandan nəql edərək düzgün 

olduğunu qeyd etmişlər. Termizi və  Şeyx Süleyman Nəcdi də öz kitablarında bu hədisi yazmışlar. Lakin 

qəribə burasındadır ki, Şeyx Süleyman  Nəcdi də  öz kitabında  bu hədisi yazdıqdan sonra belə deyir: “Bu 

hədis bizə aydın edir ki, Allahdan başqasını çağırmaq olmaz. Çünki Peyğəmbər deyir: İlahi, Sənə üz 

tuturam”.  Halbuki o, hədisin davamında “Ya Mühəmməd (s)! Mən sənin vasitənlə Allaha üz tuturam” 

cümləsini nəzərə almır! Allahdan qeyrisinə təvəssül etməyin ümumiyyətlə, batil olduğunu deyənlərin kitab və 

sünnəyə müxalif olduqları aydınlaşır. Əlavə dəlil budur ki, Buxari “Səhih”inin “Qıtlıq zamanı camaatın yağış 

üçün xahişi” və “peyğəmbərlik  əlamətləri” bölməsində Sabitdən, onun da Ənəs ibn Malikdən yazdığı 

hədisdir: “Peyğəmbər(s) zamanında Mədinədə qıtlıq oldu. Bir gün Peyğəmbər (s) cümə xütbəsi oxuyarkən,  

bir kişi qalxıb dedi: - Ya Rəsuləllah! Mal-qaramız qırıldı getdi. Allahdan istə, bizi sirab etsin. Peyğəmbər(s) 

də əlini açıb dua etdi”. 

      

     /62/  -    Məhəmməd ibn Abdullah ibn Məhəmməd “Həkim Nişaburi” və “ibnül-Bəyyi’” adı ilə 

məşhurdur. O, təxminən, iki min nəfərdən hədis öyrənmiş və öz dövründəki hədis alimlərinin sünni 

məzhəbləri arasında başçısı olmuşdur. Buxari və Müslimin “Səhih”inə  şərh olan “Müstədrəküs-

səhiheyn”, “Fəzailu-Fatimə (s.ə)” və “Nişabur alimlərinin tarixi” kitablarının müəllifidir. Bir çox sünni 

və şiə alimləri onu şiə hesab etmişlər. Lakin qəti mə’lumdur ki, o sünni olmuş, fəqət, insaflı, bitərəf  

və Əhli-beyti sevən bir şəxs imiş. Həkim Nişaburi 405-ci h. ilində vəfat etmişdir. 

      


Ömərin Peyğəmbərin (s) əmisi Abbasa  

təvəssül  etməsi 

     Şeyx Süleyman Nəcdi yazır: “Təvəssül yalnız Peyğəmbərə  məxsusdur, başqalarında bu ixtiyar 

yoxdur”. Halbuki, Buxari “Səhih”də yazır: “Qıtlıq düşən kimi Ömər ibn Xəttab Peyğəmbərin  əmisi Abbasın 

vasitəsilə Allahdan yağış istəyir və deyirdi: “İlahi, nə zaman qıtlıq və quraqlıq olurdu, Peyğəmbərimiz(s) 

vasitəsilə  Səndən yağış istəyirdik, Sən də bizi sirab edirdin. İndi də Peyğəmbərimizin  əmisinin vasitəsilə 

Səndən yağış istəyirik, bizi sirab elə!”. Ravi deyir: “Yağış da yağdı!”. 



/63/ 

     Əhməd Zeyni Dəhəlan “Xülasətül-Kəlam”da  Əllamə  Qəstəlaninin 



/64/

 “Məfahib” kitabına  əsasən 

yazır: “Ömər Abbasın vasitəsilə Allahdan yağış istəyərək deyirdi:-Ay camaat! Peyğəmbər Abbasa, oğulun öz 

atasına hörmət etdiyi qədər hörmət edirdi. Siz də Abbasa, onun qədər ehtiram edin və onu Allah dərgahında 

vasitəçi qoyun!”-sünnilərin bu hədisinə  əsasən, səhabələrin bütün işləri düzgündür: “Mənim səhabələrim 

ulduz kimidirlər, hansının dalınca getsəniz, hidayət olunarsınız”. Səhabələrdən biri Ömər, Peyğəmbərdən(s) 

qeyrisinə  təvəssül etmişdir. Kim deyə bilər ki, qıtlıq illərində Peyğəmbərdən(s) yağış istəyənlər müşrik 

olmuşlar?  Yaxud, Ə’raf surəsinin 55-ci ayəsi olan “Rəbbinizi çağırın” və cin surəsinin 18-ci ayəsi olan 

“Allahdan başqa heç kimi çağırmayın”-əmrinin əksinə getmişlər? Ya da Ömər bu işi ilə şirk etmişdir? Yaxud, 

Ömər dini vahabilər qədər bilmirmiş?-“Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?” 

      

     /63/  -    Xəlifənin Abbasa nə  qədər inamı olub? Görəsən, ömürünü İslama həsr etmiş, 

Peyğəmbər(s)  Əhli-beytinin parlaq nümayəndəsi olan Əli (ə) daha çox hörmətə layiqdir, yoxsa 

be’sətdən 15 il sonraya, yə’ni, Bədr döyüşünə  qədər müşrik və kafir qalan və sonralar da bir elə 

islami rolu olmayan Abbas? Tarixi yaxşı mütaliə edənlər bilirlər ki, Ömərin bu hərəkətdən iki məqsədi 

vardı: 1. Diqqəti Əlidən (ə) yayındırmaq. 2.Abbasa göstərdiyi belə zahiri və mə’nasız hörmətlə guya, 

Peyğəmbər Əhli-beytinə öz ehtiramını nümayiş etdirmək. 

     /64/  -    Şəhabəddin  Əhməd ibn Məhəmməd ibn Əbu Bəkr Qəstəlani Misri. “Əl-Məvahibüd-

diniyyə fis-sirətin-nəbəviyyə” kitabının müəllifi və böyük sünni alimi olmuşdur. O, Cəlaləddin 

Süyutinin müasiri olub. Qəstəlani 923-cü h. ilində, Süyuti isə 910-cu h. ilində vəfat edib. Bu, 686-cı h. 

ilində vəfat etmiş Qütbüddin Əbu Bəkr Məhəmməd ibn Əhməd Məkki Qəstəlani deyil. 

      


Yalnız vasitəçilik qüdrəti olanlara təvəssül  

etmək lazımdır 

     Əgər Allahdan qeyrisinə  təvəssül etmək  şirkdirsə, onda o şəxsin ölü, yaxud diri olmasının fərqi 

yoxdur.  Əgər desələr ki, dirinin gücü ölüdən çoxdur, mə’lumdur ki, diriliyin, yaxud ölülüyün iman və küfr 

məsələsinə dəxli yoxdur.  Bir  şəxsin ona kömək edə biləcəyini bilən insan ondan kömək istəyirsə, nə üçün 

şirk sayılmalıdır? Bir  ölü, dirilərdən daha qüdrətlidirsə, ondan kömək istəməyin  şirk olduğu heç bir islami 

mənbədə yoxdur. Bir aciz varlıqdan kömək istənilsə, şirk deyil, mə’nasız iş sayılar. Diri qüdrətlidən kömək 

istəmək şirk deyilsə, ölüdən də yardım istəmək şirk deyil. Desələr ki, Allah Öz bəndələrinə qüdrət verib və 

biz də o şəxslərdən kömək istəyirik, onda cavabımız, elə onların  şəfaəti qəbul edənlərə verdiyi cavabdır. 

Məhəmməd ibn Əbdülvəhhab belə yazır: “Allah kimlərəsə qüdrət vermişdir, lakin sənə ondan kömək 

istəməyi qadağan etmişdir. Çünki o məxluqdur. Dəlil bunlardır: 

 

34



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə