Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   21   22   23   24   25   26   27   28   29

EPİLOQ 

 

Vahabilərin digər müsəlmanlarla müxalifəti 

     Sonda  xatırlatmaq istərdik ki, vahabilər bir neçə  dəfə müsəlmanlara qarşı  çıxmış  və bu işi öz 

məzhəblərinin  şüarı hesab etmişlər.  İş o yerə çatıb ki, öz məskənlərini “Tövhid diyarı”, başqalarının 

məskənini isə “Şirk diyarı” hesab edirlər. Bu fikir xəvaricdə olduğu kimi, onların da məzhəbinin əsasını təşkil 

edir. Halbuki, belə düşüncə şər və çirkin hesab olunur. Bu həmin Allahın müsəlmanları çəkindirdiyi təfriqədir: 

“Hamınız bir yerdə Allahın ipindən (dinindən möhkəm) yapışın, bir-birinizdən ayrılmayın (Ali-İmran-103). “(Ya 

Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur” (Ənam-159). 

     Mühəmməd ibn İsmayıl Buxari “Əl-fitnə” kitabında Hüzəyfədən 



/116/

  hədis nəql edir: “Hamı 

Peyğəmbərdən(s) xeyir və yaxşılıq haqqında sual edirdilər. Lakin mən o Həzrətdən şər və pislik haqqında 

soruşurdum ki, ona düçar olmayım. Odur ki, dedim: Ya Rəsulallah! Biz nadanlıq dövründə  şər içində 

yaşayırdıq, sonra Allah bu xeyiri (İslamı) bizə  bəxş etdi. Bundan (bu xeyirdən) sonra yenə  şər olacaqmı? 

Peyğəmbər(s) buyurdu: Bəli, Cəhənnəmin qapısında carçılar var, kim onların sözünü qəbul etsə, 

Cəhənnəmə gedəcək. Soruşdum: Onlar kimlərdir? Buyurdu: Biz müsəlmanlardandırlar və dilimizdə 

danışırlar. Dedim: Mən onlarla rastlaşsam nə edim? Buyurdu: Müsəlmanlar və onların rəhbəri ilə birləş. 

Soruşdum:  Əgər müsəlmanlar birləşməsələr və  rəhbərləri olmasa nə edim? Buyurdu:  Bütün firqələrdən 

kənarlaş. “Vahabi alimləri Allahpərəstlik,  şirk, küfr və bunların növləri barədə müxtəlif kitablar yazırlar. Nə 

yaxşı olardı, küfrün növlərindən birini də “müsəlman cəmiyyətindən ayrılmaq” hesab edərdilər?! Necə ki, 

firqələr haqqındakı ayədə deyilir və Peyğəmbər(s) hədisində vardır: Kim bir qarış müsəlman cəmiyyətindən 

kənarlaşsa, İslamdan kənarlaşmış olur”. 

      


     Vahabilər; Şeytanın buynuzu! 

     Buxari “Əl-fitnə” kitabında Abdullah 



/117/

 ibn Ömərdən nəql edir: “Peyğəmbər(s) iki dəfə buyurdu: 

İlahi, bizə  Yəməndə  bərəkət ver, İlahi, bizə  Şamda bərəkət ver. Əshab dedi: Buyurun, Nəcddə  də bizə 

bərəkət ver. Peyğəmbər buyurdu: Nəcd, zəlzələlər və fitnələr yeridir, Şeytanın buynuzu oradan çıxacaq! 

Buxari həmin kitabda yazır: “Salim 

/118/

 atasından belə nəql edir: Bir gün Peyğəmbər(s) minbərin yanında 

dayanıb buyurdu: Fitnə-fəsad oradan çıxar.  Şeytanın buynuzu  çıxan yerdən!”. Elə  həmin kitabda Buxari 

Nafe’dən nəql edir: “Abdullah ibn Ömər deyir: “Peyğəmbər(s) üzünü Şərqə tutub buyurdu: Agah olun! Fitnə-

fəsad oradadır. Şeytanın buynuzu oradan çıxar”. 

     “Şərh-əs-sənə” kitabında Üqbə ibn Ömərdən 



/119/

 nəql olunur: “Peyğəmbər(s) əli ilə Yəmənə tərəf 

işarə edərək buyurdu: Agah olun ki, ora bərəkətlidir. Agah olun ki, qəsavət və  rəhmsizlik, dəvələrinin 

quyruğu altında yerləşən dəvəçilərin arasındadır.  Şeytanın buynuzu çıxan yerdə!”.



 /120/

 Doğrudan da bir 

dünya təəccüb var! Özlərini sünnət və camaat əhli hesab edən vahabi alimləri  ən çox inandıqları “Səhihi-

Buxari” kitabında, e’tibarlı saydıqları Abdullah ibn Ömərdən, onun qulamı Nafe’dən və digər ravilərdən nəql 

olunan bir belə  hədisi görə-görə, necə e’tinasızlıq edirlər? Doğurdan da, Peyğəmbərin (s) o hədisindəki: 

“Şeytanın buynuzu Nəcddən çıxar” nə deməkdir? “Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”. 

      

     Vahabilər Allahdan başqası ilə dostluğu şirk 

sayırlar 

     Vahabi  məzhəbi, necə ki, “Tövhid risalələrinin toplusu” kitabında deyilir, şirkin növlərindən birini-

“dostluq şirki” hesab edir və bu ayəyə əsaslanırlar: “İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik 

qoşub, onları Allahı sevən kimi sevən də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha 

qüvvətlidir” (Bəqərə-165). 

     Məsələ bundadır ki, onların şirk saydıqlarının bu mə’nada olması bəlli deyil. Çünki, onların dediyi 

kimi, Allahdan qeyrisi ilə dostluq etmək  şirk hesab olunursa, onda belə  çıxır ki, bütün müsəlmanlar 

müşrikdirlər. Müsəlmanlar öz atalarını, övladlarını, var-dövlətlərini və dostlarını sevirlər. Heç bir şər’i  əsas 

yoxdur ki, belə insanları müşrik adlandıraq. Və heç kəs onların müşrik olduğu qənaətinə  gəlməmişdir. 

Mümkündür ki, belə desinlər: Allahdan qeyrisini sevmək, peyğəmbərlərə  və övliyalara pərəstiş etməyə 

aparıb çıxarır. Biz isə deyirik: Peyğəmbər(s) və imamlara olan məhəbbət bu həddə çatmır və “Ğulat”lardan 

/121/

 başqa heç kəs bu fikirdə deyil. Peyğəmbər(s) və  İmamı sevən heç bir müsəlman onlara pərəstiş 

məqsədi güdmür. Müsəlmanlar Peyğəmbər(s) və imamları, onların Allaha bağlı olduqları üçün sevir və heç 

bir müsəlman onları Allah hesab etmir. Ona görə də Peyğəmbər(s) və imamlar haqqında Allah nə deyibsə, 

müsəlmanlar da onu deyirlər. Məsələn, Allah Peyğəmbər(s) və imamlara müqərrəblik və  şəfaət imtiyazını 

verib, müsəlmanlar da bunu qəbul edirlər. Qəribə burasıdır ki, vahabilərdən: “Siz Peyğəmbəri(s) 

 

58



sevirsinizmi?”-deyə, soruşduqda onlar müsbət cavab verir, lakin bunu şirk hesab etmirlər. Amma mə’lum 

deyil nə üçün vahabi olmayanlar hansısa  peyğəmbər yaxud imamı sevəndə müşrik olurlar?! 

      

 

Bəqi’dəki imamların qəbirləri  



vahabilər tərəfindən dağıdıldı 

     Vahabilərin “iş”-lərindən biri də, Bəqi’ qəbristanlığında imamların məzarlarını dağıtmaqla, Allaha və 

Peyğəmbərə qarşı alçaqlayırlar. Elə  şəxslərin məzarlarını dağıtdılar ki, Allah onlardan bütün pislik və 

günahları təmizləmiş, onları pak-pakizə etmişdir. 



/122/

 

     Onların bu işi, həm kitab, həm də sünnə vasitəsilə qəti sabit olunmuş Peyğəmbərin(s) yaxınlarını 



sevmək məsələsini inkar etmək deməkdir. Necə ki, Allah-təala buyurur: “(Ya Peyğəmbər!) De: “Mən sizdən 

bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm (Şura-23)”.  

     Bütün  bunlara  baxmayaraq,  bir  dəstə  nəcdli (İbn Süudun qoşunu) gəlib Peyğəmbər(s)  Əhli-

beytinin(ə) qəbirlərini dağıdırlar. Elə onların ata-babası, o imamları  qətlə yetirmişdilər. Sələflər öz xələfləri 

üçün necə  də murdar irs qoydular və  xələflər öz sələflərini nə pis yamsıladılar!!! Beləliklə, onlar 

Peyğəmbərin(s) öz Əhli-beyti(ə) üçün tapşırığını saymadılar. Bunlardan əlavə, bütün İslam məzhəblərində 

mö’minin qəbri üstündən keçmək, ona söykənmək və üstündə oturmaq qəbir sahibinə  təhqir kimi qəbul 

olunur. Deməli, qəbri dağıtmaq şübhəsiz, mö’minə edilən böyük təhqirdir. 

     “Əl-Müfavizət-əl-hindiyyə” 

/123/

 kitabında  Əbdül Əziz ibn Səud hind alimlərinə belə cavab verir: “ 

Məndən altı sual soruşursunuz. Biz dəfələrlə demişik, yenə  də deyirik. Hətta canımız bahasına da olsa, 

Peyğəmbər(s)-in qəbrini və evini qoruyacağıq. Biz Mədinəni Peyğəmbər(s) məscidini qorumaq üçün 

mühasirə etmişik.” Digər bir e’tiraza cavab olaraq yazır: “Sizi arxayın edirəm ki, heç kəs Peyğəmbərin(s) 

məqbərəsinə toxunmayacaq. Bizim fikrimizcə, Peyğəmbərin(s) ehtiramından əziz heç nə yoxdur.” 



/124/ 

     Belə çıxır ki, İbn Səudun Peyğəmbərin(s) qəbrini dağıtmamasına səbəb, o Həzrətə hörmət etməsi 

olub. Yə’ni,  əgər qəbri dağıtsa, o Həzrətə hörmətsizlik olar. Bəs Qur’anın hökmü ilə Peyğəmbərin(s) 

ciyərparası olan Əhli-beytin(ə) qəbrini dağıtmaq hörmətsizlik deyilmi? Görəsən, fərq nədədir? Allah Qur’anda 

buyurur: “Allah Adəmi, Nuhu, İbrahimi, övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) 

üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törənmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir” (Ali-

İmran, 33-34). 

     “Səhihi-Buxari”də Peyğəmbərdən(s) nəql olunur: “Fatimə  mənim cismimin yarısıdır, kim onu 

qəzəbləndirsə, məni qəzəbləndirib, kim məni qəzəbləndirsə, Allahı qəzəbləndirib”. 

     Deməli, Peyğəmbər(s) öz Əhli-beytini(ə) özündən hesab edib. Onlara ehtiramsızlıq, o Həzrətə 

hörmətsizlik deməkdir. Peyğəmbərin(s) qəbrini dağıtmaq haramdırsa, onların da qəbrini dağıtmaq haramdır. 

Kim başqa söz desə, cəfəngiyyatdır. 

      

 

Vahabi alimlərinin qəbirləri dağıtmaq  



üçün dəlilləri və onların cavabları 

     Vahabi alimləri deyirlər: “Əgər vəqf olunmuş bir yerdə qəbrin üstündə məqbərə olsa, camaat üçün 

yer daralar. Buna görə  də onu dağıtmaq lazımdır. Onlar Bəqi qəbirlərini dağıtmaqda bu fikrə  əsaslanırlar. 

Lakin onların fikri bir neçə səbəbdən batildir: 

     1.  Sual-  Bəqi’dən başqa qəbristanlıqlardakı müsəlman qəbirlərini dağıtmağa hansı sübut və  dəlil 

vardır? Onlardamı camaata narahatlıq törədirdilər? Onları dağıtmaq qəti  şəkildə haramdır. Çünki, 

müsəlmanların malını zay etmək deməkdir. 

     2. Bu hökm vəqf yerlərinə aid ola bilər. Bəqi’ isə mübah yerdir. Kim desə ki, Bəqi’ni kimsə alaraq 

vəqf edib, gərək sübut etsin. 

     3. Qəbrin üzərindəki tikilini o vaxt dağıtmaq olar ki, o yerin ölülər üçün vəqf olunduğu mə’lum olsun. 

Lakin sahibsiz bir yerdə  qəbir üzərində tikili varsa, ona toxunmaq olmaz və müsəlmanın işini düzgünlüyə 

yozmaq lazımdır. Əks təqdirdə, 14 əsrlik müsəlman adət-ən’ənəsinə necə bəraət qazandırmaq olar? Çünki 

keçən əsrlərdə tikilən məqbərələr xəlifə və alimlərin gözü önündə olmuş və heç kəs buna e’tiraz etməmişdir. 

Vahabilər peyda olub müqəddəs qəbirləri dağıtmağa başladılar. Demək, onların işinə  nə Allah, nə 

Peyğəmbər(s) nə də sonrakı xəlifələr razıdırlar. 

      


 

59



Vahabilərin müsəlmanların malına, canına  

və namusuna təcavüzü 

     Vahabilər öz vəhşiliklərini o yerə çatdırdılar ki, müsəlmanları qətlə yetirməyə, mal və namuslarına 

toxunmağa başladılar. Hətta Məlik  Əbdül-Əziz ibn Səud “İki  şərafətli hərəmin xadimləri ilə müsahibə” 

məqaləsində bunu e’tiraf etdi. Lakin o zabit və əsgərlərin etdiklərinə məs’uliyyət daşımadığını iddia edərək 

dedi: “Mənimlə zabitlərimin vəziyyəti, Peyğəmbərlə  sərkərdəsi Xalid ibn Vəlidin vəziyyəti kimidir. 

Peyğəmbər(s) onu bir ərəb tayfasının üzərinə göndərdi. Xalid hiylə ilə onları  qətlə yetirdi. Xəbər 

Peyğəmbərə(s) çatdıqda,  əllərini göyə açıb üç dəfə dedi: “İlahi,  Şahid ol! Mən Xalidin etdiklərinə nifrət 

edirəm”. 

     Lakin bu müqayisə düz deyil. Çünki Peyğəmbər(s) Xalidi döyüş üçün göndərməmişdi. O, Xalidin öz 

əməli idi. Məlik  Əbdül  Əziz isə qoşunu müsəlmanlarla müharibəyə göndərmişdi (qeyd etmək lazımdır ki, 

müəllif kitabı, Məlik  Əbdül  Əziz yenicə Hicaza hökmdarlıq edərkən, onun sağlığında yazmışdır). Bir 

müsəlman cihadda, yaxud başqa vəziyyətdə digər müsəlmanlarla belə  rəftar etsə  və bu bəhanələrlə 

məs’uliyyətdən yaxa qurtara bilsə, onda İslamın fatihəsi oxunmalıdır. Müsəlman kafir kimi hərəkət etsə, 

dindən çıxmış olur. Kafirlər öz məqsədlərinə çatmaq üçün heç bir qeyd-şərt, qayda-qanun tanımırlar. Bu isə 

Peyğəmbərin(s) öyrətdiyi islami dəyanətdən çox-çox uzaqdır. Məsələ  İbn Səudun dediyi  kimidirsə, onda 

mən and verirəm onu Kə’bənin Allahına, “Müfavizati-Hindiyyə”də yazılanları oxusun və əgər islami abidələri 

onun əmri olmadan dağıdıblarsa, bərpa etsin. Əks təqdirdə, Allaha şikayət etmək lazımdır. İslamdan öncə 

də dinsizlər Kə’bəni, Beytül-müqəddəsi və digər müqəddəs məkanları dağıtmışdılar.  İslamdan sonra da 

Yezid ibn Müaviyə Peyğəmbər(s) balasını qətlə yetirərək, onun və dostlarının cənazəsini qüslsüz, kəfənsiz 

və  dəfn etmədən çöldə qoymuşdular. Sonra da Kə’bəni dağıdaraq müsəlmanların malını, canını  və 

namusunu öz əsgərlərinə halal etmişdi.  Əbdül Məlik Mərvanın göndərdiyi qoşuna başçılıq edən o Həccac 

ibn Yusifin Abdullah ibn Zübeyri tutmaq üçün mancanaqla Kə’bəni dağıtmasını da bilirik. Bizim elə təsəllimiz 

də budur ki, bu işlər təzə deyil. Tutaq ki, Əbdül  Əziz  əsgərlərin etdiyi işə razı deyilmiş. Lakin camaatın 

oğurlanmış mallarını, dağıdılmış evlərini bərpa etmək onun boynundadır və bu, şəriətin hökmüdür. Xalid ibn 

Vəlidin cinayətində Peyğəmbər(s) özünü günahkar saymır və ərz edirdi ki, “İlahi,  şahid ol! Xalidin törətdiyi 

qətl və qarət Allah və Onun Rəsulunun göstərişinin əksinə olmuşdur”. 

     Amma buna baxmayaraq, Həzrət Əlini(ə) göndərdi ki, camaata dəymiş ziyanı ödəsin. Peyğəmbərin 

əməli hara, Əbdül Əzizin cinayəti hara? 

     Düzgün müqayisə o olardı ki, Məlik Əbdül Əziz də Peyğəmbər(s) kimi etsin. 

/125/ 

      


     Vahabilər məzhəb azadlığının qarşısını alırlar 

     Vahabilər Nəcd və Hicazda məzhəb azadlığına mane olur, şəriətin icazə verdiyi işləri görməyi 

müsəlmanlara qadağan edirlər. “Ya Rəsulallah”, “Ya Məhəmməd(s)”-deyəni, Peyğəmbər(s) zərihinə 

toxunan, onu öpən, o Həzrətlə  dərdi-dil edərək, Allahla öz arasında vasitəçiləri müşrik və kafir sayırlar. 

Müsəlmanların eyni məzhəbə  əməl etməsi yox, hər məzhəbə inanan şəxsin öz fəqihinin dediklərinə  əməl 

etməsi vacibdir (əlbəttə, kitab və sünnəyə  əsasən). Necə ki, Allah buyurub: “Əgər (müsəlmanlar) bunu  

(münafiqlərə deyil), Peyğəmbər(s) və ya özlərindən (mö’minlərdən) olan əmr sahiblərinə demiş olsaydılar, 

əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını 

tə’yin etməyə qadir olan) şəxslər bilərdilər (Ən-Nisa-83)”. 

     Habelə, buyurur: “Barı, hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına 

öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman  (Allahın əzabı ilə) qorxutsun (Tövbə-122)”. 

     “Əgər (bunu) bilmirsizsə, kitab əhlindən soruşun. (Nəhl-43)”.  İslam alimləri (zikr və kitab əhlinin 

təqlid mərcə’ləri və müctəhidlər olduğunu bildirirlər. Onların da mərcə’i kitab və sünnədir.  İbn Teymiyyə 

deyir: “Kim kitab və sünnəyə istinad etmədən xalq arasında hökm etsə, kafirdir!!! (“Minhac-əs-sünnə”, 

üçüncü hissə, s-32). 

     Demək, vahabilərin əməli, şəriətdə qəti şəkildə qadağan olunmuş bid’ətdir. Mö’min yalnız sünnəyə 

və  səhabənin sirəsinə  əməl edə bilər. Kim “Allahın hökmünə”  əməl etmək istəsə, öz rə’yini deyil, Allahın 

rə’yini qəbul etməlidir, əks təqdirdə, “Allahın hökmünün əksinə” hökm etmiş olur.  

      

/116/ -  Hüzeyfə  və atası  Yəman Peyğəmbər(s) səhabəsi olmuşlar. Hüzeyfə möhtərəm 

səhabələrdən və Peyğəmbərin(s) sirdaşlarından olmuşdur.  Şiələr onu Əmir-əl-mö’mininin 

tərəfdarlarından hesab edirlər. Hüzeyfə Əli(ə)-ın xilafətinin əvvəllərində, 36-cı hicri ilində vəfat edib. 

/117/ -  Abdullah ibn Ömər ibn Xəttab fəqih və  hədisçi olmuşdur. Bitərəf, tikansız  şəxs idi və 

camaat fəqihlərindən hesab olunur. Hicri 73-cü  ildə ölmüşdür. 

 

60




/118/ -  Salim ibn Abdullah ibn Ömər ibn Xəttab Mədinədəki yeddi camaat fəqihlərindən biri 

olmuşdur. Onu fiqh və  hədis elmində atası Abdullah ibn Ömər kimi hesab edirlər. Hicri 106-cı ildə 

vəfat etmişdir. 

/119/ -  Üqbə ibn Əmr ibn Sə’ləbə Ənsari Əbu Məs’ud Bədri səhabə olmuşdur. Hicri 40-cı. ildən 

ya əvvəl ya da sonra vəfat etmişdir. 

/120/ -  Deyirlər, Nəcd  əsgərləri  Əbdül  Əziz ibn Səudun başçılığı ilə  Mədinəyə hücum edərək 

bütün müqəddəs məkanları, imamların, Peyğəmbər(s) səhabələrinin və əhli-əyalının qəbirlərini viran 

etdilər. Peyğəmbərin də  qəbrini dağıtmaq istədikdə,  İslam ölkələri başçılarının, hind alimlərinin 

notasından və müsəlmanların onların  əleyhinə qiyam etməsindən qorxub əl çəkdilər. Bu tarixdə 

məşhurdur ki, həmin vaxt Nəcd  əsgərləri (Məhəmməd ibn Əbdül Vəhhabın tərəfdarları) 

Peyğəmbər(s)-in qəbri üstə qəhvə vuraraq deyirmişlər: “Məhəmməd(s)! Qalx! Qalx! Sənmi demisən 

Nəcd şeytanın buynuzudur?!”. 

/121/ -  Ğulat - Ğali sözünün cəmidir.  Ğali-Peyğəmbər və  İmamın məqamını  pərəstiş  həddinə 

yüksəldərək, ğüluv və mübaliğə edən şəxsə deyilir. Həzrət Əli(ə)-ı-Allah bilənlər kimi. 

/122/ -  Əhzab surəsinin 33-cü ayəsinə  işarədir. Ayədə deyilir: “Siz ey (Peyğəmbərin) ev əhli! 

Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”. Vahabilər, Bəqi’ 

qəbristanlığındakı bütün qəbirləri dağıtdılar. O cümlədən,  Əhli-beytdən olan dörd mə’sum  İmamın, 

yə’ni, İmam Həsən Müctəba, İmam Zeynalabidin, İmam Məhəmməd Baqir və İmam Cə’fər Sadiq(ə)-ın 

qəbrini dağıtdılar. Onların məqbərəsində yerləşən daha bir neçə  qəbri-  Əli(ə)-ın anası Fatimənin və 

Peyğəmbərin (s) əmisi Abbasın da qəbrini dağıtdılar.  

/123/ -  Müfavizat - söhbət, danışıq, dialoq deməkdir. Vahabi şahı  Mədinəni mühasirə edib, 

qəbirləri dağıdan zaman hind sünni alimləri ona bu haqda suallar yazmış və o da bu suallara cavab 

vermişdir. Kitab bütövlükdə bu sual-cavabı əhatə edir.. 

/124/ -  Dedik ki, vahabilər istisnasız, bütün qəbir və  məqbələrin dağıdılmasını lazım bilirlər. 

Əgər dünya müsəlmanlarının qorxusu olmasaydı, Peyğəmbər(s) qəbrini də dağıdardılar. 

/125/ -  Məlik Əbdül Əziz belə etmədi və dedikləri sırf yalan idi. Bəqi’dən, imamların məzarından 

və Peyğəmbər(s) hərəmindən qarət edib apardıqları əşyaları qaytarmayıb, Ali-Səud sülaləsi arasında 

bölüşdürdülər. 

      


      

      


      

SON 


 

 

61



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə