Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

yanına gedib ziyarət edirlər. Hacılar Allah Evinə  Həcc ziyarətinə getdikləri kimi, onlar da öz imamlarının 

hərəminə və ziyarətgahlara həccə gedirlər!”. 

     Hətta, bə’zi  şiələr öz imamlarının qəbirlərini ziyarət etməyi Allah Evinə  Həccə getməkdən üstün 

bilirlər. Hələ üstəlik, öz imamlarının qəbirlərini ziyarət etməklə,  Allahın vacib buyurduğu Kə’bə evinin 

ziyarətini lazımsız bilməyənləri pisləyirlər. Bu qəbildən olan əqidələr xristian və müşriklərin dini 

e’tiqadlarındandır. Belə ki, onlar bütlərə pərəstişi Allaha pərəstiş etməkdən üstün bilirlər. 

     Onların alim və  rəhbəri  Şeyx Müfid 

/86/

 “Mənasiku-məşahid” adlı bir kitab yazmışdır. Orada belə 

demişdir: “Allahın məxluqlarının qəbirləri Kə’bə  və Allahın Evi kimi ziyarət edilməlidir  (Ora Həccə 

gedilməlidir)”. 

     Peyğəmbərin (s) qəbrini ziyarət etməyin haram olmasını söyləyən Alusi 

/87/

 kimi sünni alimləri 

Buxarinin “Üç məsciddən başqa məscidi ziyarət etməyin”-hədisinə istinad etmişlər. 

     Məhəmməd ibn Əbdülvəhhab da “Kəşfuş-şübəhat”  əsərində  şiənin peyğəmbərlər və övliyaların 

qəbirlərinə hörmət bəsləmələrini, onları ziyarət etməyi, qəbirlərin kənarında dua, onlara təvəssül etməyi və 

onlardan şəfaət diləməyi haram bilmiş və demişdir ki, guya, şiələr onları “Allah” bilirlər. 

     Məhəmməd ibn Əbdülvəhhab deyir: “Bu mətləbə dair olan sübutlardan biri belədir:-Allah-təala bəni-

İsrailin imanlı  və  ləyaqətli olmasına baxmayaraq, onlardan nəql edərək buyurur: “Dedilər: Ya Musa! Bizə 

onların (bütpərəstlərin) sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!”. 

/88/ 

     Bir qrup səhabə Peyğəmbərə (s) dedilər: “Ya Rəsulallah! Bizim təvəssül etməyimiz üçün bir vasitə 

tə’yin et!”. Peyğəmbər (s) and içib buyurdu: “Bu fikir, bəni-İsrailin Musaya (ə) dedikləri  fikir kimidir: “Ya 

Musa! Bizim üçün bir Allah (büt) qərar ver (tə’yin et). 

      

     /85/ -  Nuh surəsi, 23-cü ayə. 

     /86/  -    Məhəmməd ibn Məhəmməd ibn No’man Bağdadi hicri 413-cü ildə  vəfat etmişdir. O, 

Şeyx Müfid adı ilə  məşhurdur.  Şiənin görkəmli fəqihlərindən,  əqaid və islami məzhəblərin 

alimlərindən biridir. O, Seyyid Mürtəza, “Nəhcül-bəlağə”nin müəllifi Seyyid Rəzi, Şeyx Tusi və şiənin 

bir çox adlı-sanlı alimlərinin (müəllimi) ustadıdır. “İrşad”, “Məcalis”, “Məqnə’ə”, “Əl-cüməl” onun çap 

olunmuş kitablarındandır. 

     /87/ -  Seyyid No’man ibn Mahmud Alusi hicri Bağdadi 1317-ci ildə vəfat etmişdir. O, İraqın 

tanınmış sünni alimlərindəndir. “Əlayatul-bəyyinat” və “Cəlaul-eyn” kitablarının  müəllifidir. O, bu 

kitabları    İbn Teymiyyənin fikirlərinə  əsasən yazmışdır. Bu kitab vahabi məzhəbinin diqqət 

mərkəzində olmuşdur. 

     /88/ -  Ə’raf, 138. 

      


 

 

Müəllifin vahabilərə cavabı 



     Nəql etdiklərimizin cavabını bir neçə fəslin 

əsasında veririk: 

      

Birinci fəsil 

     Əhli-sünnənin (sünnilər) qəbirlərin və  Həzrət Peyğəmbərin (s) mübarək məzarının ziyarətinə dair 

söylədikləri hədislər. Bu barədə sübutumuz mütəvatir, səhih və açıq-aşkar söylənilən hədislərdir. Bunlardan 

əlavə, müsəlmanların  əməl və  rəftarı    Peyğəmbərin (s) öz zamanından günümüzə  qədər belə olmuşdur. 

Peyğəmbər (s) özü də Ühüd şəhidlərinin qəbirlərini və Bəqi qəbirstanlığını ziyarətə gedərdi. 

     İbn Macə  və  Nəsainin “Sünən”ində, habelə, Qəzalinin “Ehya-ülum-id-din” kitabında  Əbu 

Hüreyrədən belə  rəvayət olunur: “Həzrət Rəsul (s) buyurdu: “Qəbirləri ziyarət edin ki, sizlərə axirəti 

xatırladır”. Yenə  də  həmin kitablarda İbn  Əbu Müleykə Aişədən rəvayət edir: “O, dedi: “Peyğəmbər (s) 

qəbirləri ziyarət etməyə göstəriş verərdi”.  

     Habelə, yuxarıda qeyd olunan kitablarda yenə  Əbu Hüreyrədən 



/89/

  rəvayət olunmuşdur: 

“Peyğəmbər (s) anasının qəbrini ziyarət edib ağladı  və orada olanları da ağlatdı. Sonra buyurdu: 

“Allahımdan anamın qəbrini ziyarətə getmək üçün icazə istədim. O da icazə verdi. Siz də qəbirləri ziyarət 

edin, çünki axirəti yadınıza salır”. 

 

46




     Bu kitablarda Abdullah ibn Məs’uddan rəvayət olunub ki, Peyğəmbər (s) buyurdu: “Əvvəllər sizləri 

qəbirləri ziyarət etməkdən çəkindirirdim. Lakin indi kim ziyarət etmək istəsə, buyura bilər, çünki bu iş axirəti 

yadınıza salır. Amma orada faydasız, mə’nasız sözlər danışmayın”. 

     Qəzali Ehya-ülum-id-din” kitabında  İbn  Əbu Müleykədən 



/90/

 belə  rəvayət edir: “Bir gün Aişənin 

qəbir əhlinin ziyarətindən gəldiyini gördükdə, soruşdum: -Ümmül-mö’minin! Haradan gəlirsiniz? Aişə dedi: -

Qardaşım  Əbdürrəhmanın qəbrinin ziyarətindən gəlirəm. Dedim: -Məgər, Peyğəmbər (s) bu işi qadağan 

etməmişdir? 

     O, dedi: -Əvvəllər qadağan etmişdi, lakin sonralar ziyarət etmək göstərişi verdi”. 

     Sünnilərin “Səhih” və “Sünən” hədis kitablarında qəbir  əhlinin ziyarətinin xüsusiyyətlərinə dair 

hədislər yazılmışdır. O cümlədən, biri belədir: “Peyğəmbər (s) buyurdu: Bəqi qəbirstanlığına getdikdə, belə 

deyin: Əssəlamu əla əhlid-diyari minəl-mu’minin”. 

     Bunlar  saleh  insanların, övliyaların ziyarətinə dair rəvayətlər idi.  Lakin Peyğəmbərin (s) qəbrinin 

ziyarəti barədə bir çox mö’təbər hədis və rəvayətlər vardır. Belə ki, Darqutni (****), Beyhəqi, Qəzali və digər 

alimlər o Həzrətin qəbrini ziyarətin fəziləti barədə çoxlu rəvayətlər nəql etmişlər. 

     O  cümlədən, Peyğəmbərin (s) buyurduğu aşağıdakı  rəvayət: “Kim məni (qəbrimi) ziyarət etsə, 

şəfaətim ona vacib olacaqdır (yə’ni, mütləq ona şəfaət edəcəyəm)”. Bu şəfaət Peyğəmbərin (s) qəbrini 

ziyarət edənlərə  məxsusdur. Bütün mö’minlərə Peyğəmbər (s) tərəfindən  şamil  olan şəfaət,  əvvəlki 

şəfaətdən fərqlidir. Peyğəmbərdən (s) daha bir hədis: “Həzrət Rəsul (s) buyurdu: “Kim Mədinədə  məni 

Allaha xatir ziyarət etsə, Qiyamət günündə ona şəfaət edər və onun şahidi olaram”. 

     Nafe 



/91/

 Abdullah ibn Ömərdən rəvayət edərək deyir: -Abdullah dedi: Peyğəmbər (s) buyurub: 

“Kim Həccə gəlib məni ziyarət etməsə, mənə zülm etmişdir”. 

     Əbu Hüreyrə Peyğəmbərdən (s) belə  rəvayət edir ki, Həzrət (s) buyurdu: “Kim vəfatımdan sonra 

məni (qəbrimi) ziyarət etsə, sanki həyatda ikən məni ziyarət etmişdir”. 

     Abdullah ibn Abbasdan belə nəql olunmuşdur: Peyğəmbər (s) buyurdu: “Kim Həcc səfərinə gəlsə 

və məni ziyarət etmək məqsədilə məscidimə daxil olsa, iki kamil Həccin savabına nail olacaqdır...” 

     Bu qəbildən bir çox mütəvatir hədislər mövcuddur. Məhəmməd ibn Əbdülvəhhab “Kəşfüş-şübəhat” 

adlı risaləsində yazır: “Mənim  əqidəm bundan ibarətdir ki, Həzrət Peyğəmbərin (s) məqamı bütün 

məxluqatdan üstündür və o, öz qəbrində sağdır (diridir), bərzəxi həyata malikdir. Elə bir həyat ki, Qur’anın 

aşkar söylədiyi  şəhidlərin həyatından da üstündür. Çünki, Peyğəmbər (s) şəhidlərdən üstündür. Çünki 

Peyğəmbər (s) ona verilən salamları  eşidir. O Həzrəti ziyarət etmək  sünnədir, lakin onu ziyarət üçün 

Mədinəyə getmək lazım deyildir. Əksinə, Məscidül-nəbini ziyarət edib, orada namaz qılmaq məqsədilə səfər 

etmək lazımdır”. 

     Cavab: birincisi, Əgər Şeyx Məhəmməd ibn Əbdülvəhhab:  

     “Peyğəmbər (s) qəbrində diridir”-dəlilinə əsasən onun ziyarətini caiz bilirsə, onda Əhli-beyt(ə) və O 

Həzrətin səhabələrini də həmin səbəbə əsasən ziyarət etmək olar. Belə olduqda, Şeyx Məhəmmədin “Sair 

peyğəmbərlər və övliyaların (saleh bəndələrin) qəbrini ziyarət etmək olmaz”-deməsi, mə’nasızdır. Habelə, 

Peyğəmbərin (s) ziyarəti ilə ona təvəssül edib şəfaət və kömək diləməyin arasında fərq qoymaq mə’nasızdır. 

Çünki Peyğəmbərin (s) qəbirdə diri olması və uzaqdan onu ziyarət edənin səsini eşitməsi sübuta yetdikdə

onun tə’sir və əsərləri bunlara da aid olunur. 

     İkincisi,  Şeyx Məhəmmədin yalnız Buxarinin nəql etdiyi rəvayətə görə onu qadağan etməsinin 

səbəbi yoxdur. Elə bir rəvayətə ki, bir neçə dəlilə əsasən rədd edilir:  

     1)Bütün  müsəlmanlar bu rəvayəti fərz edək ki, bu mə’naya aid edir, yenə  də  qəbul etməmişlər. 

Çünki müsəlmanların adət və  rəftarı belə idi ki, Peyğəmbərin (s) vəfatından sonra uzaq yerlərdən 

(məntəqələrdən) onun ziyarətinə gedərdilər. Necə ki,  o Həzrətin sağlığında da onu ziyarətə səfər edirdilər. 

Buna əsasən, bu iki halətdən birini digəri ilə müqayisə etməyin aşkar sübutu vardır. Xüsusən də Peyğəmbər 

(s) özü buyurmuşdur: “Kim məni ölümündən sonra ziyarət etsə, sanki sağlığımda məni ziyarət etmişdir”. 

 

    2) Buxarinin rəvayəti öncə nəql etdiyimiz səhih hədis və səhabələrin Peyğəmbər (s), Əhli-beyt(ə) və 



səhabələrin qəbirlərini ziyarət etmələrinə  aşkar dəlalət edən rəftarlarına ziddir. Çünki Peyğəmbər (s) 

buyurmuşdur: “Kim Həcc səfərinə  gəlib, məni ziyarət etmək məqsədilə  məscidimə daxil olsa, iki Həccin 

savabına sahib olar”. Şeyx Məhəmmədin dediyinin əksinə: “Mənim məscidimin qəsdi ilə!” buyurmayıb. 

     3)Yuxarıda qeyd olunan hədisdə müstəsna olanlar. Ya məscidlər yaxud da uzaq və yaxından 

ziyarət üçün hər növ səfər etmək barəsindədir. Əgər məscidlərə aid olsa, üç məsciddən başqa heç birinin 

ziyarətinə getməməyin mə’nasındadır. Belə ki, Şeyx Süleyman Nəcdi “Hədiyyətüs-səniyyə” kitabında bu 

məsələni açıq-aşkar söyləmişdir: “Səhih-Buxari” və “Müslim”də  Əbu Hüreyrə  və  Əbu Səid Xudridən 

/92/

 

 



47


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə