Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   21   22   23   24   25   26   27   28   29

      

     Cavab 

     Peyğəmbər (s) və onun haqq olan canişinlərinin qəbirlərinə əl sürtməkdə də məqsəd eynidir. Belə 

ki, Allah-təala Qur’anda buyurur: “(Ya Peyğəmbər!) Səninlə bey’ət edənlər, həqiqətdə Allah ilə bey’ət edirlər” 

(Fəth surəsi, 10). 

      

     İrad 

     Yenə  də  Qəzali “Ehya-ülum-id-din” kitabının 209-cu səhifəsində    yazır: “Kə’bənin pərdəsinə 

yapışmaq, Allaha və Onun evi Kə’bəyə  məhəbbət və Allaha yaxınlaşmaq niyyətilə, habelə, Cəhənnəm 

atəşindən xilas olmaq, bağışlanmaq və Qiyamətdə amanda qalmaq ümidilə olmalıdır”. 

      

     Cavab  

     Şiənin nəzərində Peyğəmbər (s) və onun haqq olan 12 canişininin qəbirlərinə  əl sürtmək, onlara 

yapışmaq, yuxarıda qeyd olunan həmin niyyətlə eynidir.  Onların müqəddəs qəbirlərinin ziyarətinə gedən 

şiələr, qəbir sahibinə təbərrük və onun vasitəsilə Allahdan bağışlanmağı arzulamaq niyyəti edirlər. Habelə, 

onları şəfaətçi qərar vermək də belədir. Bu barədə olan ayələrə nəzər salaq: 

     “Sən ey Allahın Peyğəmbəri, nə qədər ki, günahkarların arasındasan, Allah onlara əzab verməz”. 

     “Həqiqətən, Rəbbin sənə (Qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) 

bəxş edəcək və sən (Ondan) razı olacaqsan!” (Zuha,5). 

     “Onlar  (münafiqlər) özlərinə zülm etdikdə, dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq 

diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi,  şübhəsiz Allahın tövbələri qəbul edən, mərhəmətli 

olduğunu bilərdilər (Nisa, 64)”. 

     Səhih bir hədisdə Peyğəmbərdən (s) belə  rəvayət olunmuşdur: “Mənim  Əhli-beytim Nuhun 

(peyğəmbərin) gəmisinə bənzəyir, ona minənlər xilas olar, boyun qaçıranlar isə həlak olarlar”. 

     Habelə, buyurub: “Mənim Əhli-beytim sizin aranızda bəni-İsraildə olan “Babi- Hittəyə” bənzəyir”. 

     Altıncı: Peyğəmbər (s) və ilahi övliyaların qəbirlərinə əl sürtmək barədə müsəlmanların nəzərində 

ən  əhəmiyyətli olan məsələ “Səhih-Buxari”də  Mənaqib fəslinin “Peyğəmbərin xüsusiyyətləri” bölməsində 

Həkəmdən nəql olunan rəvayətdir. Həkəm deyir: “Əbu Hənifədən belə  eşitdim: “Peyğəmbər (s) Bəthada 

dəstəmaz alıb, zöhr (günorta) namazını qıldı...  Orada  olan camaat Peyğəmbərin (s) əlini tutub öz üzlərinə 

(surətlərinə) sürtürdülər. Mən də  Həzrətin  əlini tutub üzümə (sifətimə) qoydum, gördüm ki, qardan sərin, 

müşkdən daha ətirlidir”. 

     Həmin fəslin axırında deyilir: “Bir gün Peyğəmbərin (s) azançısı Bilal azanı deyib məscidə daxil 

oldu və az sonra Peyğəmbərin (s) aldığı  dəstəmazın suyunu bayıra gətirdikdə, camaat ondan suyu alıb 

təbərrük etdilər”. 

     Buna əsasən, Peyğəmbərin (s) həyatı zamanı əlinə dəstəmazının suyuna təbərrük etmək caiz olsa 

və bu işlər o Həzrəti Allah bilmək, Zati-əmvata ibadət etmək Allahdan başqasına ibadət nümunəsi və yəhudi, 

xristianların adətlərinin arxasınca getmək sayılmasa, o Həzrətin qəbrinə vəfatından sonra da əl sürtmək və 

təbərrük etmək caiz sayılar. Çünki hər ikisi bir mə’nadadır.  

     Yeddinci:  Qəbirə  əl sürtməyin həqiqətən də  şəriət baxımından haram olmasını  qəbul etsək, 

söylədiyimiz sübutlara əsasən bu əməlin  şər’i nəzərdən mübah olmasına  əqidə  bəsləyənləri bu işdən 

çəkindirmək olmaz. Çünki nəhy  əz münkər elə yerdə caizdir ki, o əməli yerinə yetirən bunu haram və pis 

bilsin. Halbuki, qəbirə əl sürtməyin haram olması müsəlmanların heç bir firqəsi yanında zəruri məsələlərdən 

deyil və heç bir firqəyə bunu firqənin inanclarını  qəbul edib arxasınca getmək vacib deyil. Çünki belə 

olduqda, bütün məzhəblər batil olar. Bu məsələ üzərində yekdil fikrə gəlmək, düzgün bilmək fərzilə faydasız 

və  mə’nasız olacaqdır. Xüsusilə  də  məzhəblər çoxsaylı  şər’i məsələlərdə bir-birləri ilə  rə’y müxtəlifliyinə 

malikdir və heç kim bütün məzhəblərin şər’i məsələlərin hamısında bir-birinə uyğun olmalarının vacibliyinə 

hökm verməmişdir. 

     Üçüncü məsələ: Zəvvarlar hər ziyarətdən sonra, istədikləri məkanda ziyarət namazı qılır və onun 

savabını ziyarət olunan  şəxsin ruhuna hədiyyə edirlər. Bu əməlin də şəriət baxımından heç bir eyb və iradı 

yoxdur. Çünki namaz ən yaxşı ibadət və Qur’anın tilavəti, onun savabını meyitə (ölüyə) hədiyyə etmək 

kimidir. 

     Buxari  “Nübüvvətin  əlamətləri” bölməsində deyir: “Bir gün Peyğəmbər (s) meyitlərdən biri üçün 

meyit namazı qılıb getdi”.



 /104/ 

 

52




     Buna  əsasən, qəbrin kənarında namaz qılmaq  şər’i baxımdan caizdir. Habelə, ziyarət namazı  və 

onun savabını ziyarət olunan şəxsə  hədiyyə göndərməyin heç bir eybi yoxdur.  Buna görə  də bu əməlləri 

caiz ibadətlərdən saymaq lazımdır. 

     “Tövhid  məcmuəsi”ndə belə deyilir: “Qalilər (yə’ni, imamiyyə  şiəsi) qəbirlərin yanına getdikdə, iki 

rik’ət namaz qılırlar”. Daha sonra deyilir: “Onların namazı Allah üçün deyil, əksinə Şeytan üçündür”. 

     Bu fikirlər əsassız və böhtandır. Adı çəkilmiş kitabın müəllifi “Şiələrin Peyğəmbər (s) və Onun Əhli-

beytinin(ə) qəbirləri kənarında qıldıqları namaz, Allaha təşəkkür etmək üçündür.  Belə ki, Allah-təala onları 

Peyğəmbər (s) və  Əhli-beytin(ə) qəbirlərini ziyarət etməyə  və Allahın rəhmətinə  şamil olmağa müvəffəq 

etmişdir”- desəydi, həvayi-həvəs üzündən söylədiyi fikir və böhtan deməkdən daha yaxşı olardı. 

     Qur’anın arxasınca gedənlərə salam olsun! 

     Dördüncü məsələ, zəvvarların ziyarət namazından sonra Allah-təaladan öz hacətlərini istəmələri də 

şər’i baxımından caizdir. Bu əməl şirk deyildir. Nə gizli, nə də aşkar şirk sayılır. Çünki duanın xüsusi zaman 

və  məkana bağlı olması qeyd edilməmişdir. Belə ki, Allah-təala Özü Qur’anda buyurur: “Mənə dua edin, 

dualarınızı  qəbul edim” (Qafir (Mö’min) 60). 

     Vahabilər öz kitablarında açıq-aşkar demişlər ki, zəvvarların dua  zamanı Peyğəmbərin (s) qəbrinə 

tərəf üz tutmalarını caiz bilmirlər. Halbuki, “Biz ona şah damarından da yaxınıq!” -ayəsi onların fikrini rədd 

edir. 

     “Səhih-Buxari”də deyilir: “Peyğəmbər (s) minik vasitəsində gedərkən, üzü hansı  tərəfə idisə, o 



tərəfə də namaz qılırdı”. 

      

     Sual 

     Vahabilərin tanınmış fəqihi İbn  Qəyyimə 



/105/

 belə demişlər: “Bu mə’na bütlərə pərəstişə bənzəyir 

ki, bütpərəstlər cahiliyyət zamanında dua edərkən Lat və Üzza adlı iki bütün qarşısında dururdular. O, deyir: 

“Şəriətdə xüsusi zaman və  məkanda namaz qılmaq qadağan edilmişdir. Bu əməl  şirk  əhlinin ibadətinə 

bənzəməyin kökünü kəsmək məqsədilə həyata keçir”. 

      


     Cavab 

     Əgər dua zamanı dua edənin Peyğəmbərin (s) mübarək qəbrinə üz tutması  şirk üçün bir vasitə 

olsaydı, Allah-təalanın onu aşkar qadağan etməsi lazım idi. Necə ki, məkruh  yaxud haram məkanlarda 

namaz qılmağı qadağan etmişdir. Çünki bu barədə bizə heç bir hökm yetişməmişdir. Ümumi şəkildə, rüsxət 

vermiş ayələri qeyd etdikdən sonra onun zəif və haram olmasına hökm verə bilmərik. 

     Üsuli-fiqh  terminologiyasına  əsasən, “şər’i sübut, yə’qin və  qəti yol hasil olana qədər cümlənin 

zahirini (ilkin baxış) nəzərə almağı tələb edir”. 

     Nəql etdiyimiz aşkar ayələr qarşısında onlara göz yummaq üçün kifayət qədər sübut yoxdur. Buna 

əsasən, yuxarıdakı aşkar ayələrin ziddinə hökm vermək, Allah-təalanın fərmanına müxalifət etməkdir. 

     Bunlardan  əlavə, Malik ibn Ənəsin



 /106/

 Abbasi xəlifəsi Mənsura verdiyi cavab vahabi firqəsinin 

fikrinə münasib cavabdır. 

     Mənsur Peyğəmbərin (s) hərəmində Malikdən soruşdu: “Üzü qibləyə durub dua edim, yoxsa, 

Peyğəmbərin (s) qəbrinə  tərəf?”. Malik dedi: “Nə üçün üzünü Peyğəmbərin (s) qəbrindən çevirirsən, axı, 

Peyğəmbər (s) Allahla sənin aranda vasitəçidir. Necə ki, o, atan Adəmin Allaha olan vasitəçisi idi. Dua 

edərkən, Peyğəmbərin (s) qəbrinə tərəf üz tut və o Həzrəti vasitəçi və şəfaətçi qərar ver!”. 

     Bu  mətləbi  əhli-sünnə alimlərinin böyük bir qrupu səhih sənədlərə istinadən nəql etmişlər. Bu 

barədə mə’lumat üçün aşağıdakı qaynaqlara müraciət edin:  

     1) “Şifaül-əsqam”, müəllif: Qazi Təqiyyud-din Məhəmməd ibn Əbdül Kafi Ənsari, Xəzrəci Misri Şafei 

Sübki. 

/107/

 

     2) “Xülasətül-vəfa”, müəllif: Mədinənin tanınmış fəqihi Səmhudi. 



     3)  ”Məvahibüd-diniyyə”, müəllif:  Əllamə  Qəstəlani və bir çox sünni, şiə alimləri mö’təbər 

kitablarında vahabilərin “Bir şəxsin dua zamanı Peyğəmbərin (s) qəbrinə  tərəf üz tutması  şirkdir”-demələri 

əsassız və sübutsuzdur.  

      


      

 

53




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə