Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   21   22   23   24   25   26   27   28   29

     Buxari  habelə yazır: “Həsəni Müsənna vəfat etdi. Arvadı onun qəbri üstə bir qübbə tikdirib, bir il 

orada namaz qılıb ibadət etdi və sonradan o qübbəni götürdü. Buxari bu əhvalatı “Qəbirlər üzərində səcdə 

etməyin məkruhluğu” fəslində yazır. 

      


     İbn Teymiyyənin fikri 

     İkincisi: İbn Teymiyyə Aişədən rəvayət edir: “Peyğəmbər(s), vəfatı ilə nəticələnən xəstəliyi zamanı 

buyurdu: Allah Yəhud və  Nəsaraya lə’nət eləsin. Çünki onlar öz peyğəmbərlərinin məzarlarını  məscid 

halətinə gətirdilər. Aişə əlavə edir: Əgər bu fikir olmasaydı, Peyğəmbər(s) göstəriş verərdi ki, qəbrini hündür 

tiksinlər, lakin qorxdu ki, onu məscidə çevirərlər. 

      


     Cavab 

     İbn Teymiyyənin cavabı budur: “Bu hədisdə deyilmir ki, kimsə qəbrin önündə Allah xatirinə namaz 

qılsa, haram olar. Hədis məhz Peyğəmbərin(s) Yəhud və Nəsaranı öz peyğəmbərlərinin qəbirlərini məscid 

etdikləri üçün lə’nətlədiyini bildirdi. Məsələn, Həzrət Musa və İsa(ə) kimi peyğəmbərlərə pərəstiş edir, onların 

qəbirlərini Beytül-Müqəddəs kimi qiblə edirdilər.  İbn Teymiyyə Malik ibn Ənəsin “Əl Muvəttə” kitabına 

əsaslanaraq, “Minhac-əs-sünnə”də Peyğəmbərdən(s) bir rəvayət nəql edir və bu rəvayət dediklərimizə 

sübutdur: “Peyğəmbər(s) buyurub: “İlahi! Mənim qəbrimi sitayiş olunan bütə çevirmə. Allahın şiddətli qəzəbi 

öz peyğəmbərlərinin qəbirlərini məscid hesab edən camaata nazil olsun. Hədisdən aydın olur ki, kimsə qəbri 

məscid hesab edərək, ona tərəf namaz qılsa haramdır. Lakin belə  iş tutan şəxs müşrik adlanmaz. Elə 

Aişənin dediyi də buna sübutdur: “Peyğəmbər(s) qəbrinin məscid olacağından qorxurdu”. “Sünəni-Nəsai” 

kitabını  şərh etmiş alim Sindi 

/112/

 yazır: “Peyğəmbər(s) istədi ki, ümmətini yəhudi və  Nəsaranın öz 

peyğəmbərlərinin qəbirlərinə  bəslədiyi münasibətdən çəkindirsin. Onlar qəbirləri məscid edirdilər. Ya 

qəbirlərin önündə  səcdə edirmişlər ya da namaz və digər ibadətləri yerinə yetirərkən onlardan qiblə kimi 

istifadə edirmişlər. 

     Nevəvi 



/113/

 “Səhihi-Müslüm”ün  şərhində yazır: “Alimlər deyirlər: Peyğəmbərin(s) öz qəbrinin 

məscid edilməsini qadağan etməsinin səbəbi bu idi ki, ona göstərilən hörmətin həddini aşmasından və onu 

çox  şişirtmələrdən çəkinirdi. Hətta iş küfrə  də  çəkə bilərdi. Necə ki, keçmiş ümmətlərdə baş vermişdi.” 

Cəlaləddin Siyuti “Sünəni-Nəsai”yə yazdığı  şərhində deyir: “Beyzəvi belə söyləyir: yəhudi və  nəsaralar 

peyğəmbərlərə ehtiram əlaməti olaraq, onların qəbirləri önündə səcdə edirdilər. Onlardan qiblə kimi istifadə 

edir, namaz və digər ibadətlər üçün onlara tərəf üz tuturdular. Hətta büt kimi də qəbirlərə sitayiş edirdilər. 

Buna görə də Peyğəmbər(s) onları lə’nətlədi və müsəlmanları o işlərdən çəkindirdi. Amma kimsə ləyaqətli bir 

insanın qəbri kənarında mübarək olsun deyə, məscid tiksə, hədis ona şamil olmaz. 

      

     /108/ -  Yusif, 100 

     /109/ -  2 Hicr, 29. 

     /110/ -  Yusif, 4. 

     /111/ -  Belə əməlləri hər yerdə etmək olar, hətta müsəlman öz evində də bu işi görə bilər. 

Belə  işlər Allah yolunda olduğu üçün müəyyən yerə xas deyil. Şiələr ya Allah, ya Peyğəmbər, ya 

İmam və  İmam övladları ya da böyük və  təqvalı  şəxslər üçün qurban kəsir, nəzir-niyaz paylayır və 

ehsan verirlər. Avam camaat içində bu hökmü düzgün bilməyənlərin hərəkəti əsas götürülə bilməz. 

     /112/  -    Əbülhəsən Nuriddin Məhəmməd ibn Əbdülhadi Sindi Hənəfi. Hindistanın Sind 

əyalətindən olmuş, Mədinədə yaşamış  və Peyğəmbər(s)  şəhərində  tədrislə  məşğul olmuşdur. 

“Sihahi-Sittə”yə və “Sünəni-Nəsai”yə haşiyə yazıb. Hicri 1138-ci ildə Mədinədə vəfat edib. 

     /113/  -    Muhyiddin  Yəhya ibn Şərəf Dəməşqi  Şafei. Böyük fəqih və adlı-sanlı mühəddis 

olmuşdur. Hicri   677-ci ildə Dəməşq yaxınlığında yerləşən Nevada vəfat etmişdir. “Səhihi-Müslim”in 

şərhi olan “Əl-Minhac” kitabının müəllifidir. 

      


      

      


      

      


      

      


      

 

56




7-MÜQƏDDƏS MƏKANLARIN ƏTRAFINDAKI MƏSCİDLƏR 

     Vahabi  məzhəbi müqəddəs məkanların  ətrafında tikilmiş  məscidləri dağıtmağı vacib hesab edir. 

Onlar bu ayəyə  əsaslanırlar: “Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran şəxs daha 

yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin (uçurumun) kənarında qurub, onunla birlikdə  Cəhənnəm oduna 

yuvarlanan  şəxs? Allah zalım tayfanı doğru yola yönəltməz (Tövbə-109)”.  Əlavə olaraq, Aişənin hədisinə 

əsaslanırlar: “Ümm Həbibə  və Ümm Sələmə, habelə, Peyğəmbərin(s) Həbəşəyə mühacirət etmiş digər 

xanımları o Həzrət üçün danışırdılar ki, Həbəşədə divarlarında təsvir olan kilsə görmüşlər. Peyğəmbər(s) 

buyurdu: -Onların içində layiqli bir şəxs ölüb. Onun qəbri üzərində  mə’bəd tikərək, o təsvirləri orada 

yerləşdirmişlər. Onlar Qiyamət günü Allah hüzurunda ən pis camaat olacaqlar.” 

     Lakin  (vahabiləri çıxmaq  şərtilə) bütün müsəlmanlar peyğəmbərlərin, imamların və övliyaların 

qəbirləri kənarında məscid tikməyi halal, o məscidləri dağıtmağı isə haram hesab edirlər. Çünki onlar da 

məsciddir və məscidə ehtiram  vacibdir. 

     Məsələn, Peyğəmbər(s) qəbrinin kənarındakı Peyğəmbər məscidi,  Şamda Həzrət Yəhya(ə)-ın 

qəbri yerləşən  Əməvi məscidi, Məscidi-Əqsa (Beytül-Müqəddəs) və s. Beytül-Müqəddəsdə  İshaq 

övladlarından olan bir çox peyğəmbərin qəbri yerləşir. Bu işin düzgünlüyünü müsəlmanların adət-ən’ənəsi 

də təsdiqləyir. Bundan əlavə, bütün İslam alimləri fitva vermişlər ki, bir şəxsin hansısa məkanda, hətta qəbir 

üzərində olsa belə, məscid tikməsi düzgün işdir. Məsələn, Peyğəmbər(s) məscidində o Həzrətin, Əbubəkrin 

və Ömərin qəbri yerləşir. Qeyd etdiyimiz kimi, Beyzavi 



/114/

  və  Cəlaləddin Süyuti də bunu düzgün 

saymışlar. Aişənin hədisinə  gəldikdə isə  əvvəla, bu hədis Peyğəmbərin(s) buyurduğu: “Allah Yeri mənim 

üçün məscid və pak yaratmışdır. Ona görə də ümmətim harada namaz vaxtı yetişdi, qılsınlar”-hədisi ilə düz 

gəlmir (əlbəttə, kimsənin mülkü və  qəsbi olmamaq şərti ilə). Yaxud Həsəni Müsənnanın xanımının onun 

qəbri üzərində qübbə tikdirərək, bir il orada ibadət etməsi. Hər iki hədis qəbir kənarında namaz qılmağın 

düzgünlüyünü təsdiq edir. 

     İkincisi, Yəhud və Nəsaranın ən pis olması, qəbir üzərində mə’bəd tikdirdikləri üçün deyil. Çünki, 

Allah əshabi-Kəhfin mağarasını tapanda, “gəlin, bunların üzərində bir məscid tikək”-deyən mö’minləri mədh 

edir (tə’rifləyir) (Kəhf-21).  

     Yəhud və  Nəsara kafir və Tanrıdan uzaq olduqları üçün pis idilər. Onlar yaxşı adamların 

heykəllərini düzəldərək mə’bədlərdə yerləşdirir, sitayiş edirdilər. Onlar Allaha şərik qoşurdular.  İşləri 

cahiliyyət ərəblərinin Kə’bəyə büt asması kimi idi. Bu iş hara, bir yeri məscid etmək hara? Halbuki, məscid 

tikən şəxs Allaha ibadətdən başqa məqsəd güdmür və Qur’an da bunu düzgün hesab edir.  

     Cəlaleyn

 /115/

  təfsirində belə deyilir: “Mö’minlər  əshabi-Kəhfin mağarası üzərində namaz qılmaq 

üçün bir məscid tikdilər.” Fəxr Razi yazır: “Mö’minlər dedilər: -Allaha ibadət etmək və əshabi-Kəhfin tə’sirini 

saxlamaq üçün onların üzərində  məscid tikərik.” Deməli, Qur’ani-Kərim açıq-aydın bildirir ki, əshabi-Kəhfi 

unutmamaq üçün onların üzərində  məscid tikmək  şirk deyil. Biz də Qur’an deyəni, deyirik. Nə zaman bu 

ayəni nəsx edən yaxud cılızlaşdıran digər ayə tapsanız, sizinlə razılaşacayıq. 

      

      


     /114 / -  Qazi Abdullah ibn Ömər ibn Məhəmməd Beyzavi Farsi Əş’əri Şafei alim, həkim, üsul 

elmində  nəzər sahibi olmuşdur. “Ənvar-ət-tənzil” adlı  təfsirin müəllifidir. Bu kitab bir növ 

Zəməxşərinin “Kəşşaf” təfsirinin dəqiqləşdirilmişidir. Beyzavi Farsda yerləşən məşhur Beyza 

şəhərindəndir. Hicri 685-ci  ildə Təbrizdə vəfat etmişdir. 

     /115/ -  “Cəlaleyn” təfsiri Qur’anın qısa açıqlamasıdır. İsra surəsinin sonuna kimi Cəlaləddin 

Məhəmməd ibn Əhməd Məhəlli  Şafei Misri, həmin yerdən Qur’anın sonuna kimi eyni üslubla 

Cəlaləddin Süyuti Şafei təfsir etmişdir. Hər ikisinin adı Cəlalla başladığı üçün, kitabın adı “Cəlaleyn” 

təfsiri adlanır. Bu təfsirə oxşar və bu üslubda bir şiə təfsiri də vardır ki, böyük şiə alimi hicri 1242-ci 

ildə  vəfat etmiş Seyyid Abdullah Şübbər tərəfindən yazılmışdır. Bu kitab da “Cəlaleyn” təfsiri kimi 

Qur’anın haşiyəsində çap olunmuşdur. Qahirə Universitetinin müəllimi, doktor Hamid Hifni Davud 

Şübbərin təfsirini “Cəlaleyn” təfsirindən üstün hesab edir. 

      

      


      

      


      

      


      

 

57




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə