Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

2-ÖLÜLƏRƏ  TƏVƏSSÜL ETMƏK 

 

Ölüm-fani olmaq deyil 

     Vahabilər deyir: “Allah yanında məqamı olan ölüb getmiş insanlara təvəssül etmək və onlardan 

istək diləmək düzgün deyil”. Onlar bə’zən Məhəmmməd ibn Əbdülvəhhabın bu fikrinə əsaslanırlar: “Ölülərə 

təvəssül etmək puça müraciət etməkdir və  əqli baxımdan pis işdir. Çünki ölü, dirilərin istəyini yerinə 

yetirməyə qadir deyil”. Bə’zən isə İbn Teymiyyənin fikrini əsas götürürlər: “Təvəssül şirkdir”. O, (“Minhacüs-

sünnə”-birinci hissə- səh. 11-də) belə yazır: “Sübutumuz bu ayədir: “Sizin Ondan qeyri ibadət etdikləriniz bir 

çərdək qabığına belə, sahib deyillər. Əgər siz onları çağırsanız, bu çağırışınızı eşitməzlər; eşitsələr də cavab 

verə bilməzlər. Özləri də Qiyamət günü sizin şərik qoşduğunuzu danacaqlar. Heç kim sənə  hər  şeydən 

xəbərdar olan kimi xəbər verə bilməz (Fatir-13-14)”. 

      


Vahabi məzhəbi və ölülərə təvəssül etmək 

     Şiələr deyirlər: “Peyğəmbər və imamların həm sağlıq dövründə, həm də dünyadan köçdükdən 

sonra onlardan kömək istəmək və istəklər üçün onlara təvəssül etmək düzgündür”. Bu iş  əvvəla, puça 

müraciət etmək deyildir. Şafeilərin ən böyük alimi Qəzali 



/59/

  “Ehyaülumid-din” kitabında yazır: “Bə’zi alimlər 

demişlər: “Ölüm, elə  həmin puç olmaq deməkdir”. Bu, Allaha və ölümdən sonrakı  həyata inanmayan 

mülhidlərin fikridir. Lakin insan bu həyatda yuxuda olduğu kimidir. Ölən kimi ayılır. Çünki, ölərkən ilk anladığı 

şey, yaxşı və pis hərəkətləridir. Pis hərəkətlərini görüb, dəhşətlə həsrət çəkir”. 

     Demək, vahabilərin fikri nə kitab, nə sünnə, nə də alimlərin fikri ilə üst-üstə düşmür. İslamın fikrincə 

ölüm, puç olmaq deyil. 

      


     /59/  -  Əbu Hamid Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd Qəzali Tusi Əş’əri  Şafei 

“Höccətül-İslam” ləqəbi ilə tanınıb, “Ehyaül-umid-din” və digər kitabların müəllifidir. O, 505-ci h. 

ilində Tusda vəfat etmiş və elə orada da dəfn olunmuşdur. 

      

 

 

Qur’andan dəlillər 

     Qur’andan dəlillərimiz aşağıdakı ayələrdir: 

     1.Artıq bu gün, gözündən pərdəni götürdük, sən bunu sərrast görürsən (Qaf-22). 

     2.Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən (İsra-14). 

     3.Ruziləri də səhər-axşam oradadır (Məryəm-62). 

     4.Həqiqətən, yaxşı  əməl və itaət sahibləri cənnətdə  qərar tutacaqlar. Pis əməl sahibləri isə 

cəhənnəmdə olacaqlar (İnfitar-13-14). 

     5.Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər (İbrahim-27). 

     Buxari “Səhih”də yazır: “Peyğəmbər (s) buyurmuşdur: “Mö’min qəbirdə oturarkən Allahın təkliyinə, 

Məhəmmədin peyğəmbərliyinə  şəhadət verir”. Bu, elə  İbrahim surəsinin 27-ci ayəsinin mə’nasıdır. 

Yuxarıdakı ayələr ümumi xarakter daşıyırdı. İndi isə günahkarlar və kafirlərə aid ayələr:  

     1.Onlar  səhər-axşam odda yandırılarlar. Qiyamət qopduğu gün isə Fir’on əhlini  ən  şiddətli  əzaba 

salın (Mö’min-46). 

     2.cənnət əhli cəhənnəm əhlinə belə müraciət edib: “Biz, Rəbbimizin bizə və’d etdiyini haqq olaraq 

gördük. Siz də Rəbbinizin sizə və’d etdiyini gerçək olaraq gördünüzmü?”-deyə, soruşacaqlar. Onlar: “Bəli”-

deyə, cavab verəcəklər (Ə’raf-44)”. 

     Buxari “Səhih”də yazır: “Bədr müharibəsi bitdikdən sonra Həzrət Peyğəmbər (s) Bədr quyusunun 

(kafirlərin meyidlərini o quyuya tökmüşdülər) yanına gəlib yuxarıdakı ayəni oxudu. Səhabələrdən biri dedi:-

Ya Rəsuləllah! Ölənlərimi səsləyirsən? 

     Peyğəmbər (s) buyurdu:-Siz onlardan daha yaxşı  eşidən deyilsiniz, (yə’ni, onlar da sizin kimi 

eşidirlər) lakin cavab verə bilmirlər”. 

     3.Ona hər tərəfdən ölüm gələr, lakin ölməz (İbrahim-17). 

     4.Axirət yurdu isə şübhəsiz, əbədi həyatdır, kaş biləydilər! (Ənkəbut-64). 

     5.O: “Kaş ki, mən əvvəlcədən həyatım üçün edəydim”-deyəcəkdir (Fəcr-24).  

 

31



     Bəli, imansız və kafir insan axirət dünyasında həqiqətləri görən kimi deyər: “Kaş,  əbədi həyatım 

üçün bir şey göndərəydim!”. Bəli, o, “həyatım” üçün deyir. Çünki tezliklə bitən dünya həyatı artıq yoxdur və 

yalnız bir əbədi həyat var. Axirət həyatı. 

     O cümlədən, şəhidlər haqqında nazil olan ayələrdir: 

     1.Allah  yolunda  öldürülənlərə “ölü” deməyin.  Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz 

(Bəqərə-154). 

     2.Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi 

yeyirlər. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi ne’mətə sevinir, arxalarınca gəlib hələ özlərinə 

çatmamış  şəxslərin  heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə  şadlıq 

edirlər. Onlar Allahdan gələn ne’mət və  mərhəmətə görə, həm də Allahın mö’minlərin mükafatını puça 

çıxarmayacağına görə sevincək olurlar (Ali-İmran-169-170-171). 

     Allah iman əhlinə belə müraciət edir: “Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da 

səndən! Bəndələrimin zümrəsinə daxil ol! cənnətimə varid ol! (Fəcr-27-28-29-30)”. 

     Əgər insan ölərkən məhv olursa, bəs nə üçün Allah onlarla danışır?  Məhv olmuş şəxsə müraciət 

etmək olarmı? Əgər onlar puçdularsa, bu sözü Allaha necə deyə bilərlər? 

     “Ey  Rəbbim! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində, yaxşı bir iş görüm! 

(Mu’minun-99-100)”.  

     “Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı  və  nəyə görə hörmət sahiblərindən etdi! 

(Yasin-26-27)”. 

      


 

Peyğəmbər sünnəsindən dəlilimiz 

     Sünnədən isə “Sihah” və “Sünən” kitablarından nəql etsək, kifayətdir. Bu kitablarda aşağıdakı 

bölmələr vardır: 

     “Ölü,  dirilərin ayaq səsini eşidir”, “Ölü qəbirdə danışır”, “Ölü cənnət və ya cəhənnəmdə öz yerini 

görür”. “Qəbristana girərkən, Peyğəmbər və ali-Peyğəmbərə, habelə, digər mö’minlərə salam verməyin 

qaydası” və. s. 

     Buxari “Səhih”in namazın vacibliyi və Peyğəmbərin(s) me’rac gecəsi Adəm, İdris, İbrahim, Musa və 

İsa ilə görüşməsi bölməsində yazır: “İbn Həzm və  Ənəs ibn Malik deyirlər ki, Peyğəmbər buyurdu:-Allah 

mənim ümmətimə əlli namaz vacib etdi. Me’racdan qayıdarkən Musa ilə rastlaşdım. Musa (ə) soruşdu:-Allah 

nəyi sənin ümmətinə vacib etdi? Dedim:-Əlli namazı. Musa dedi:-Qayıt Allaha de ki, çoxdur, sənin 

ümmətində bu qədər taqət yoxdur. Mən də qayıdıb Allaha dedim. Allah da onun yarısını vacib etdi. Qayıdıb 

Musaya dedim:-Allah yarısını saxladı. Musa dedi: Qayıt de ki, ümmətim üçün bu da çoxdur. Qayıdıb Allaha 

belə də dedim. Allah buyurdu: Onu beş vaxt namazı miqdarında etdim. Qayıdıb Musaya dedikdə, Musa bir 

də qayıdıb yüngülləşdirməyimi təklif etdi. Lakin mən dedim ki, daha Allahdan utanıram...”  



/60/

 

     Nəsainin



 /61/

 “Sünən”ində  və “Ehyaülumid-din”də Peyğəmbərdən(s) belə  nəql olunur: “Allahın 

Yerdə gəzişən və mənim ümmətimə rəhmət göndərən mələkləri var”. 

     Yenə Peyğəmbər(s) buyurmuşdur: “Mənə çoxlu salam göndərin. Onlar mənə çatır”.  Ətrafdakılar 

soruşdular: “Ya Rəsuləllah! Bizim salamımız sənə necə çata bilər? Axı  sənin bədənin öləndən sonra 

çürüyəcək? Peyğəmbər(s) buyurdu:-Allahın Peyğəmbəri diridir və Allahdan ruzi alır”. 

     Bəs necə olur ki, peyğəmbərlər və  şəhidlər istənilən səsi, salamı  eşidirlər, lakin onlara təvəssül 

edəni eşitmirlər? Halbuki, Peyğəmbərdən(s) nəql olunur ki, buyurmuşdur: “Mənim biliyim, vəfatımdan sonra 

diriliyimdəki biliyim kimidir”. 

     Qəzali “Ehyaülumid-din”də o Həzrətdən belə nəql edir: “Allah bir mələyi camaatın sözlərini mənə 

çatdırmaq üçün mə’mur etmişdir”. 

      

     /60/ -  Bu hədis həm sünnü, həm də şiə alimlərinin kitablarında vardır. Lakin tədqiqatçıların 

dediyinə görə və hədisin özündən də göründüyü kimi, bu hədis saxtadır. Güman ki, israiliyyatdandır. 

Müəllif sübut üçün onların qəbul etdiyi hədisi yazmışdır. 

     /61/  -    Əhməd ibn Əli ibn Şüeyb Nəsai. Xorasan viilayətində    Sərxos və Abivərd arasında 

yerləşən Nəsa  şəhərində doğulub. “Sihahi-sittə”dən biri olan “Sünən” kitabının  müəllifidir. Böyük 

alim və  fəqih olmuşdur. Digər kitablarından, Həzrət  Əlinin (ə) tə’rifatına dair yazdığı “Xəsaisün-

Nəsai”nin adını qeyd edə bilərik. 303-cü h. ilində vəfat edib. 

      


 

32



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə