Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

     7-Kəşfül-irtiyab  ən  ətbai Mühəmməd ibn Əbdülvəhhab. Seyyid Möhsün Əmin Amili, “Ə’yanuş-

şiə”nin müəllifi. 

     8-Əl-Bərahinul-cəliyyə fi rəf’it-təşkikatil-vahabiyyə. Hazırkı kitabın ərəbcə  mətni, Qəzvini. 

     9-Ər-Rəddu ələl-vahabiyyə. Şeyx Hadi Abbas Kaşiful-qita Nəcəfi. 

     10-Vahabilərə cavab. Şeyx Mehdi ibn Məhəmmədəli İsfahani. 

     11-Əl-Ayatul-bəyyinat fi qəm’il-bəd’i vəz-zəlalat. Şeyx Məhəmmədhüseyn Kaşiful-qita. 

     12-Əl-Məşahidul-müşərrəfə vəl-vahabiyyun. Şeyx Məhəmmədəli ibn Məhəmmədcə-fər. 

     13-Məhəmməd ibn Əbdülvəhhabın “Kəşfüş-şübəhat”ına cavab. Şeyx Məhəmmədhüseyn Farsi. 

     14-Kəşfun-niqab ən-əqaidi İbn Əbdülvəhhab. Seyyid Əli Nəqi Hindi. 

     15-Hazihi hiyəl-vahabiyyə. Şeyx Məhəmmədcavad Müğniyə, müasir Livan alimlərindəndir. 

     16-Vahabilər. Əli Əsğər Fəqihi. 

 

 



 

 

 



 

      


      

      


      

 

22




2-Cİ BÖLMƏ 

 

VAHABİ MƏZHƏBİNİN BƏZİ 

ƏQİDƏLƏRİ VƏ ONLARIN 

İRADLARINA CAVAB 

 

 



     Bismillahir-rəhmanir-rəhim. Həmd-səna tək olan Allaha məxsusdur. Salam olsun Peyğəmbər və 

onun pak əhli-beytinə. Biz bu kiçik traktatda vahabi ideyasının banisi İbn Teymiyyənin “Minhacüs-sünnə” 

kitabında yazdıqlarına qarşı Quran və sünnədən bir sıra məsələləri qeyd edəcəyik. Lakin bundan qabaq iki 

məsələni xatırlamağı lazım bilirik. 

      

1-Şəriətin haram bilmədiyi iş halaldır 

     İslam fiqhinin qəti və mə’lum bir qanunu vardır: Şəriətin haram və qadağan etmədiyi hər bir əməl, 

öz-özlüyündə halaldır. Buna sübut əqli və nəqli dəlillər, habelə, İslam alimlərinin eyni fikirdə olmasıdır. 

/47/

 

     Vahabi məzhəbinin banisi İbn Teymiyyə də bu hökmü qəbul etmiş və “Minhacus-sünnə” kitabında 



Əşairənin günahsız  şəxsə  əzab vermək haqqında fikirlərini söyləyərək yazmışdır: “Bu mə’na həm kitaba, 

həm sünnəyə, həm də ağlın hökmünə ziddir”. 

     Mən icmanı da əlavə edərək deyirəm: “İslam alimlərinin birgə rə’yinə də ziddir. Çünki təkcə bütün 

müsəlmanlar deyil, bütün millətlər qadağan olunmayan işi görməyi halal hesab edirlər. Ağıl da hökm edir ki, 

hansısa iş qadağan olunmazdan öncə kimsə onu görsə, o şəxsə  cəza vermək qəbahətdir. Həm kitab 

(Qur’ani-Məcid), həm də sünnə (Peyğəmbərin(s) etdikləri, dedikləri və  təsdiqlədikləri) baxımından, bu qəti 

hesab olunur. 

     Qur’ana  gəldikdə, Allah-təala buyurur: “Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə)  əzab 

vermirik” (İsra, 15). Bu şərif ayə göstərir ki, peyğəmbər gəlməmiş, bir əməli qadağan etməmiş ona əzab əsla 

qəbul olunmaz. Allah-təala bəhanəni tam kəsmədən, kimsəyə  cəza verməz. Kimi də ki, Cənnətə aparar, 

vəzifəni və düz yolu  ona anlatdıqdan sonra aparar. Necə ki, buyurur: “Əgər biz onları (Məkkə müşriklərini) 

bundan (Peyğəmbər və Qur’an gəlməzdən)  əvvəl  əzabla məhv etsəydik, (Qiyamət günü) mütləq belə 

deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, 

Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq?” (Taha-134). 

     “Hansısa tayfa ora (Cəhənnəmə) atıldıqca, gözətçilər  onlardan (məzəmmətlə): Məgər sizə (Allahın 

əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?-deyə, soruşacaqlar? Onlar deyəcəklər: Bəli, bizə (Allahın 

əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı saydıq!” (Mülk-89).  

     Bu iki ayə göstərir ki, cəhənnəmlilər dünyada əzabla qorxudulandan sonra Cəhənnəmə gedəcəklər. 

     Habelə, Allah buyurur: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu 

gününüzün gəlib çatacağı barədə  xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz 

əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara  qarşı çıxıb 

günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı  və kafir olduqları 

haqda öz ziyanlarına şəhadət verdilər. 

     “Bu (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola 

(özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib, icra etmədikləri halda) zülmlə  məhv etməyi 

özünə rəva bilməz! (Ən’am-130-131)”. 

     Görürük ki, cinlər və insanlar Allahın hüzurunda günahlarını e’tiraf edirlər. Həqiqətən də onlar üçün 

peyğəmbər göndərilmişdir. Peyğəmbər onlar üçün bütün yaxşı-pisi açıqlamış, ilahi hökmləri onlara 

çatdırmışdır. Lakin onlar öz peyğəmbərlərinə e’tinasızlıq etmişlər. Hər  şeyi anlaya-anlaya, günah etdikdən 

sonra Allah onları Cəhənnəmə atmışdır. Çünki, mehriban Allah kimsəni peyğəmbər göndərmədən, hər şeyi 

başa salmadan, cəzalandırmaz. Digər bir ayədə buyurur: “Allah bir tayfanı doğru yola yönəltdikdən sonra 

 

23




qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən, onları (haqq yoldan) çıxartmaz! Həqiqətən, Allah hər 

şeyi (olduğu kimi layiqincə) biləndir! (Tövbə-115)”. 

     Deməli, Allah qadağan etmədiyi işi görən adama cəza verməz. Əvvəlcə, hər şeyi anladır. Sonra o 

şəxs bilə-bilə o işi görsə, artıq onu cəzalandırar.  Əgər Allah bir işin yaxşı, yaxud pis olmasını kiməsə 

anlatmasa və o şəxs həmin işi görsə, Allahın ona cəza verməsi haqsızlıq olardı. Allah isə  ədalətlidir və heç 

cür haqsızlıq etməz. “(Ya Məhəmməd!) Sənin Rəbbin mərkəzlərinə  (ən böyük şəhərlərinə) ayələrimizi 

oxuyan bir Peyğəmbər göndərməmiş, məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalim olan məmləkətləri 

yox etdik (Qəsəs-59)”. 

     Yə’ni, kim günah işlədərək özünə zülm etsə, Cəhənnəmə layiqdir. Zalim olmayan şəxsə  cəza 

vermək zülmdür. 

     “And  olsun  ki,  bizim  təhdidlərimiz (xəbərdarlıqlarımız) Musa vasitəsi ilə Fir’on əhlinə  də  gəlib 

çatmışdı. Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, 

qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq (Qəmər-41-42)”. 

     Bir  sözlə, Allah insana nə edəcəyini və  nə etməli olduğunu bildirmədən cəza verməz. Necə ki, 

ayələrdən bəlli olur. İbn Teymiyyə deyir: “Bütün müsəlmanlar bu fikirdə  həmrə’ydirlər: Allah kimsəyə  

qüdrətindən artıq məs’uliyyət tapşırmaz. Buna əsasən, işin vacibliyi qüdrətə bağlıdır. İbn Teymiyyə bu fikri 

öz kitabı “Minhacus-sünnə”nin üçüncü hissəsinin 20-ci səhifəsində  Əbu Hənifə,  Şafei və  İbn Həzm 

Əndəlusiyə əsasən yazır. Bu, həqiqətən də belədir və Peyğəmbərimiz(s) bunu dəfələrlə buyurub.  

     Məsələn, Peyğəmbər (s) deyib: “Doqquz şey mənim ümmətimdən götürülüb: Səhv, unutmaq, 

məcbur olduqları  iş, bilmədikləri iş, qadir olmadıqları  iş, zorla sürükləndikləri iş...”.  İbn Macə  Qəzvini 



/48/

 

“Sünən” kitabının “Peyğəmbər sünnəsinə tabeçilik” bölməsində Əbu Hüreyrənin Peyğəmbərdən(s) belə nəql 



etdiyini yazır: “Peyğəmbər (s) buyurdu: “Sizə nə zaman bir şeyi əmr etsək, onu qəbul edin və sizi nə vaxt bir 

şeydən çəkindirsək, ondan əl çəkin”. Yenə  həmin kitabda Əbu Hüreyrədən rəvayət olunur: “Peyğəmbər 

buyurdu: “Sizə tapşırdıqlarımdan boyun qaçırmayın. Çünki həlak olmuş keçmiş ümmətlərin məhvinə səbəb, 

öz peyğəmbərlərinin əmrlərinə irad tutaraq, onların ziddinə əməl etmələri idi. Buna görə də sizə bir şeyi əmr 

etdikdə, qüdrətiniz daxilində  əməl edin və bir işdən çəkindiririksə, o işdən uzaq olun”. Buxari 

/49/

  də belə 

rəvayət etmişdir. Həmin “Sünəni-İbn Macə”də deyilir: “Peyğəmbər (s) buyurdu: Məndən sonra bir kişinin 

məndən hədis nəql edərək belə dediyinin şahidi olacaqsınız. Allahın kitabı bizimlə sizin aranızda sənəd və 

əsasdır. Orada gördüyümüz halalı halal, haramı isə haram sayırıq. Ay camaat! Bunu bilin ki, Allah 

Peyğəmbərinin  haram etdiyi, elə  Allahın haram etdiyidir. Peyğəmbərin (s) “hər  şeyi Peyğəmbər haram 

etsə” sözündən mə’lum olur ki, Rəsulun(s) haram etmədiyi əməl, Allah tərəfindən haram deyil. Bu hədislər 

aşağıdakı ayənin açıqlamalarıdır: “Peyğəmbər (s) sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan 

əl çəkin” (Həşr-7).  

     Demək istəyirəm ki, biz şiələrə və digər müsəlmanlara irad tutulan əməllər din tərəfindən qadağan 

olunmuşlar. Onların bu işləri haram saymaları Allah kitabının, Peyğəmbər (s) sünnəsinin əksinə olmasından 

əlavə, həm də bid’ətdir. Çünki bid’ət, dində olmayan bir hökmü dinə daxil etmək deməkdir. Onlar yalnız 

ehtimala  əsaslanır, ehtimal isə heç vaxt əsas ola bilməz.  Əks təqdirdə, Peyğəmbərin (s) kəlamı  mə’nasız 

olardı: “Nəyi sizə qadağan etsəm, əl çəkin”. Yə’ni, bir iş qadağan olunmayıbsa, çəkinmək lazım deyil. 

           

     /47/ -  Əhməd ibn Əbdülhəmid ibn Əbdüssəlam Hərrani Hənbəli. Üçüncü babası Əbül Qasim 

ibn Teymiyyənin şərəfinə, İbn Teymiyyə ləqəbi ilə məşhurdur. 727-ci h.q. ilində  Dəməşq qalasında 

vəfat edib. Şiə alimlərindən  Əllamə Hillinin müasiri olub. Vahabi məzhəbi onun fitvaları  və 

nəzəriyyələri  əsasında qurulub. İbn Teymiyyə öz kitablarında, o cümlədən, məşhur “Minhacus-

sünnə”də  Əllamə Hillinin e’tiqadı  və digər dini-elmi fikirlərinə hücum edərək, öz xəyalında guya, 

şiəliyin  əsaslarını laxlatmışdır. O, “Minhacül-kəramə” kitabına cavab olaraq yazmışdır. Vahabilərin 

ziyarət, dua, təvəssül,  şəfaət və s. məsələlər barədə dediklərinin və  Məhəmməd ibn Əbdülvəhhab  

Nəcdinin e’tiqadlarının əsasını İbn Teymiyyənin əcaib-qəraib fikirləri təşkil edir. Buna görə də müəllif 

İbn Teymiyyənin fikirlərini analiz və  rədd etməklə, necə deyərlər, “suyu çeşməsindən bağlamaq” 

istəmişdir. 

     /48/ -  Məhəmməd ibn Yezid ibn Macə Qəzvini  sünni hafizlərdən biri və “Sünəni ibn Macə” 

adı ilə  məşhur olan “Sünən” kitabının müəllifidir. Bu kitab sünnilərin mö’təbər bildikləri altı  hədis 

kitabından biridir. İbn Macə hicri  273-cü ildə dünyadan köçüb.   

     /49/ -  Məhəmməd ibn İsmayıl Buxari sünni hədisçilərinin dahisidir. Sünnilərin “Sihahi-sittə” 

adlanan altı  ən məşhur və mö’təbər hədis kitablarının birincisi olan “Səhih” kitabının müəllifidir. 

Sünni alimləri “Səhihi-Buxari”ni öz hədis kitablarının ən doğrusu, ən mö’təbəri hesab edirlər. Digər 

beş kitab isə aşağıdakılardır:  (Buxari 256-cı hicri ilində ölüb). 2.“Səhihi-Termizi” 3.“Sünəni-İbn Macə 

Qəzvini”. 4.“Sünəni-Nəsai”. 5.“Sünəni-Əbu Davud”. 6.“Səhihi-Müslüm Nişaburi”. 

      


 

24



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə