Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

     “(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər 

kimi olmayın!”. (Ali-İmran-105) 

     Allah müsəlmanları birliyə və Öz ipindən yapışmağa çağırır. İlahi ip, dindir. Din də aşağıdakı ayədə 

açıqlanır: “Allahın yanında (haqq olan) din, əlbəttə, İslamdır!”. (Ali-İmran-19) 

     İslam isə, Allahın təkliyinə  və Peyğəmbərin(s) Onun Rəsulu olduğuna  şəhadət verməkdir. 

Müsəlmanlara Allah bir din göndərib -“Bunlar Allahın hökmləridir. Onlardan kənara çıxmayın”. (Bəqərə-229)  

     Mə’lum oldu ki, Allah müsəlmanların canını, malını  və namusunu bir-birinə haram edib. Müslüm və 

Buxari «Səhih»-də yazırlar: “Peyğəmbər (s) son həccində buyurub : Sizin malınız, canınız və namusunuz 

bir-birinizə haramdır. Necə ki, ehram bağlamısınız və haram aydasınız  və möhtərəm (Məkkə) 

şəhərindəsiniz. Bununla sizə İslamı çatdırdımmı? Agah olun! Eşidənlər eşitməyənlərə xəbər versin.» Buxari 

«Səhih»-də yazır: “Peyğəmbər (s) buyurub: Yaxşı baxın, məndən sonra kafirlər kimi bir-birinizin boynunu 

vurmayın”. 

     Bir  sözlə, həm Qur’an, həm də  hədislər müsəlmanlar arasında birlik və dostluğun tərəfdarıdır. 

Vahabilər isə Qur’an və sünnənin ziddinə  əməl edir, müsəlmanları  lə’nətləyir və bacardıqca incidirlər. Biz 

onlara deyirik: “Bunlar, Allahın ayələridir ki, onları sənə doğru-düzgün bildiririk”. (Bəqərə-252) 

     Bu iki məsələ ilə tanış olduqdan sonra əsas mövzumuza keçərək qeyd edirik ki, bu traktat bir neçə 

fəsil və epiloqdan ibarətdir. 

      


      

 

1-ŞƏFAƏT 



 

Şəfaət nədir? 

     Vahabilər deyirlər: “Peyğəmbərlərin və imamların dünyada şəfaət etməsi tə’sirsizdir. Yalnız axirətdə 

şəfaət edə bilərlər. Buna əsasən, kim dünyada Peyğəmbər və imamdan şəfaət diləsə,  şirk etmiş olur və 

Allahdan qeyrisinə ibadət sayılır. Müsəlman: İlahi, məni Peyğəmbərin şəfaət etdiyi şəxslərdən et! -deyə, dua 

edə bilər. Lakin:- Ya Peyğəmbər, mənim üçün Allah yanında şəfaətçi ol! - deyə, bilməz!”. 

      Vahabilər bu ayələrə istinad edirlər: “Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahdan başqa 

heç kimə ibadət etməyin” (Cin-18). “Allahın izni olmadan, Onun yanında kim şəfaət edə bilər? (Ənbiya-28)”. 

”Rəhmandan əhd almış şəxslər istisna olmaqla, qalanları şəfaət etməyə qadir olmazlar”. (Məryəm-87) 

     Məhəmməd ibn Əbdülvəhhab “Kəşfüş-şübəhat” kitabında yazır: ”Əgər kimsə-şəfaət hüququnu  

Allah Peyğəmbərə verdiyi halda onu istəməyin nə eybi var?-deyə soruşsa, cavab budur: Şəfaəti 

Peyğəmbərə verən Allah, sənə Ondan qeyrisindən  şəfaət istəməyi qadağan etmişdir. Sübut bu ayədir: 

“Allahdan başqa heç kəsə ibadət etməyin”. Bundan əlavə,  şəfaət hüququ Peyğəmbərdən qeyrisinə  də 

(məsələn, mələklərə, mö’minlərə) verilmişdir. Belə  çıxır ki, biz onlardan da şəfaət istəməliyik? Halbuki, bu 

əməl Allahdan qeyrisinə sitayiş hesab olunur. Şiə  məzhəbi deyir: “Peyğəmbər, ləyaqətli mö’minlər və 

mələklər Allah yanında bəndələr üçün şəfaət edə bilərlər. Bunu həm kitab, həm də sünnə təsdiqləyir. Sübut 

olaraq bu ayəni göstərir: “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib, Allahdan 

bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, 

mərhəmətli olduğunu bilərdilər”. (Nisa-64) 

     “Peyğəmbərdən şəfaət diləmək şirk olsaydı, Allah onların tövbəsini qəbul etməzdi. Çünki, “Şübhə 

yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz”. (Nisa-48) 

     Fəxr 

/54/

 Razi “Təfsiri-Kəbir” kitabında deyilən ayə haqqında yazır: “Özlərinə zülm edərək Allah 

yolundan çıxmış günahkarlar peşman olub tövbə etsələr və Peyğəmbər də onların bağışlanmasını Allahdan 

diləsə, Allahın tövbə  qəbul edən və mehriban olduğunu görəcəklər”. O yazır: “Ayədə  sən onlar üçün əfv 

istəsən”-deyil, “Peyğəmbər onlar üçün əfv istəsə”-deyilməsinin səbəbi, Allahın Peyğəmbərə(s) hörmət 

etməsindən xəbər verir. Yə’ni, günahkarlar, Allahın sevib-seçdiyi, bəyəndiyi və Öz Peyğəmbəri etdiyi bir 

şəxsin yanına gəliblər və onun şəfaəti rədd olunmaz...” 

     Müəllif: “Peyğəmbər Allahın insanlar arasında səfiridir və səfir tərəflərin vasitəçisidir. Şəfaət təkcə 

Peyğəmbərə yox, həm də Allaha yaxın olan bütün mö’minlərə aiddir. Qur’anda Yə’qubun (ə) oğlanlarının 

dilindən belə deyilir: “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğrudan da günahkar 

olmuşuq-dedilər. (Yə’qub) dedi: Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm”. (Yusif-97-98) 

     Ayədən mə’lum olur ki, övladları dünyada bağışlanmaq üçün atalarını şəfaətçi etdilər. 

 

27



     Allah Peyğəmbərə (s) əmr edir ki, mö’minlər üçün bağışlanmaq istəsin: “Həm öz günahlarının, həm 

də mö’min kişilər və qadınların günahlarının bağışlanmasını dilə”. (Məhəmməd-19) 

     “Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır”. (Tövbə-103) 

     Şəfaət şirk olsaydı, Allah Peyğəmbərinə onu etməyi əmr edərdimi? Halbuki, Qur’anda buyurur: “O, 

sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi?”. (Ali-İmran-80) 

     Məhəmməd ibn Əbdülvəhhabın fikri isə puç fantaziyadır. Onun dedikləri buna bənzəyir ki, bir nəfər 

deyə: “Allah Öz Peyğəmbərinə Qiyamət günü mö’minlərə Kövsər suyu vermək hüququ əta edib, lakin 

camaata bu suyu Peyğəmbərdən istəməyi qadağan edib”. Yaxud, buna bənzəyir: “Allah Peyğəmbərin əmisi 

Abbasa hacılara su paylamaq məqamını vermiş, lakin camaatın gəlib ondan su alıb  içməsini qadağan 

etmişdir”. Bu fikrin mə’nası Allah-təla Nisa surəsinin 85-ci ayəsində buyurur: “Yaxşı  iş üçün şəfaət edən 

şəxsə (onun savabından) pay düşür”.  Əgər  şəfaət istəmək  şirkdirsə, niyə Allah bir mö’min üçün şəfaət 

etməyi gözəl iş sayır və hətta ona savab verdiyini də buyurur? Şəfaət, yə’ni şəfaət edən və şəfaət olunan 

şəxsin istəkdə  cəmləşməsi.  Şəfi’-cüt deməkdir. Yə’ni, insan öz istəyini Allahdan diləmək üçün kiminləsə 

həmkarlıq edir və onu Allah yanında olan e’tibarına görə irəli verir. O vaxt şirk söhbəti ola bilər ki, dua 

edəndə həm Allahdan, həm də şəfaət edəndən istəyəsən. Lakin kiminsə Allah yanında hörməti olduğundan 

onu  şəfaətçin hesab edirsənsə, bunun harası  şirkdir? Buxarinin “Səhih”ində  də “Qıtlıq illərində müşriklərin 

müsəlmanlardan şəfaət diləməsi” adlı bir fəsil vardır. O fəsildə dediklərimizə əsas verən bir çox hədislər var.  

      


Sual 

     Qur’anda    bütpərəstlər öz bütlərini Allah yanında  şəfaətçi hesab etdikləri üçün kafir və müşrik 

sayılırlar. Buna cavab nədir? 

      


Cavab 

     Doğrudur, onlar kafir və müşrikdirlər. Çünki, əvvəla onlar Allahın bəyənmədiyi, izn vermədiyi, taxta 

və dəmir parçasından olan bütlərdən şəfaət diləyirdilər. İkincisi isə, onlar öz şəfaətçilərinə ibadət edirdilər: 

“Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik (Zümər-3)”. 

     Lakin peyğəmbərlər və övliyaların şəfaəti nə şirk, nə də küfrdür. İki dəlilə əsasən:  

     1-Məhəmməd ibn Əbdülvəhhaba belə bir sualımız var:-İslam dinində  ümumiyyətlə şəfaət var, ya 

yox?  Əgər desə ki, yoxdur, əvvəlcə söylədiyini inkar etmiş olur. Çünki, o yazır ki, şəfaət Peyğəmbərdən 

qeyrisinə də verilmişdir. Əgər, “yox”- desə, onda Qur’anın ziddini söyləmiş olur. Desə ki, “bəli, İslamda şəfaət 

var”,- yenə sual ortaya çıxır: Peyğəmbər bir nəfər üçün şəfaət edərkən o şəxsin bağışlanmasında Allah ilə 

şərik olur, yoxsa o şəfaət istəyən şəxslə dua etməkdə şərik olur? Əgər desə: “Allah ilə şərik olur,”-  Allah 

üçün şərik qərar verir ki,  bu da şirkdir. Yox, desə ki, şəfaət istəyən şəxsin istəyində şərik olur,”- onda elə o 

da biz deyəni deyir. Əgər desək ki, dünya ilə axirətin fərqi var, cavab budur ki, dünyada şirk hesab olunan 

günah, axirətdə ibadət sayıla bilməz. Şirk, şirkdir. İstər dünyada, istərsə də axirətdə olsun. 

      


     /54/ -  Fəxr Razi, Fəxrəddin Razi və İmam Fəxr Razi ləqəbi ilə məşhur olan Məhəmməd ibn 

Ömər ibn Hüseyn əslən, mazandaranlıdır. Lakin Reydə doğulub boya-başa çatdığı üçün “Razi” ləqəbi 

ilə tanınıb. O, Əşəri-Şafei məzhəbindən olmuş və Heratda yaşamışdır. Alim, fəqih, filosof, mütəkəllim, 

əqli və  nəqli elmlərə sahib bir şəxs olmuşdur. Məşhur “Təfsiri-kəbir” kitabının müəllifidir. Kitab 

kəlami, fiqhi, bədii və elmi tədqiqatlarla doludur. O, h. 606-cı ildə vəfat etmişdir. 

      


Şəfaət barəsində araşdırmalar 

     Əgər şəfaət üçün yol axtarmaq şirk olsaydı, Allah Qur’anda aşağıdakı ayəni buyurmazdı: “Ey iman 

gətirənlər! Allahdan qorxun və Ona qovuşmaq üçün vasitə arayın!”. Ayədəki “vasitə” sözü qeyri-müəyyən 

olduğu üçün bütün ilahi vasitələrə şamil olur. Heç kim deyə bilməz ki, ibadətlər vasitədir, lakin şəxsiyyətlər 

vasitə deyil. 

     Allah-təala Ali-İmran surəsinin 103-cü ayəsində buyurur: “Hamınız bir yerdə Allahın ipindən 

yapışın, bir-birinizdən ayrılmayın”.  Əgər Peyğəmbər(s) və imamlar  Allah ilə insan arasında hökm 

vasitələridirsə, şəfaət vasitəsi də ola bilərlər. Allahın ipi dedikdə, Allah ilə insanlar arasında vasitə nəzərdə 

tutulur və bu ip həm Qur’an, həm də Qur’anı  təbliğ edən müqəddəs  şəxslərdir. Sünnülərin kitablarında 

məşhur bir hədis vardır. Peyğəmbər (s) buyurmuşdur: “Mənim səhabələrim ulduzlar kimidirlər, onlardan 

hansına iqtida etsəniz, düz yolu taparsınız”. 

/55/ 

 

28




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə