Ваһаби фиргәси



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

yuxusuna gəlib buyurdu: “Yağış yağacaq”. Yuxu şər’i hökmü isbat etmir. Biz də yuxuya əsaslanmırıq. 

Dəlilimiz  səhabələrdən olan Bilalın hərəkətidir. Onun Peyğəmbər (s) qəbrindən imdad diləməsi, bu işin şirk 

olmadığını sübuta yetirən möhkəm dəlildir. 

      Zeyni Dəhəlan “Xülasətül-Kəlam”da Təbərani 



/68/

 və Beyhəqidən belə nəql edir:  

     “Osman  xəlifə olarkən, bir nəfər dəfələrlə onun yanına bir iş üçün xahişə  gəlmişdi. Lakin Osman 

onu qəbul etmək istəmirdi. Həmin şəxs Osman 



/69/

 ibn Hüneyf  xəlifədən şikayət etdi. Osman ibn Hüneyf 

dedi: “Get dəstəmaz al, sonra gəl məscidə namaz qıl və de:-İlahi, Sənin rəhmət Peyğəmbərini(s) vasitə edib

Sənə üz tuturam. Ya Mühəmməd (s)! Mən arzumun yerinə yetməsi üçün sənin vasitənlə Allaha üz tuturam. 

Sonra diləyini istə! Kişi gedib elə  də etdi və sonra gəlib Osmanın qapısını döydü. Xidmətçi onun əlindən 

yapışıb, Osmanın yanına apardı. Osman xahişini eşidib nə istəyirdisə, onun üçün etdi”. 

     Elə həmin kitabda Beyhəqinin “Dəlailun-nübuvvə” əsərinə əsasən yazır: “(Hafiz 

/70/

 Zeyni Dəhəlan 

yazır: - “Dəlailun-nübuvvə” başdan-başa hidayət və nurdur. Sizə ona üz tutmağı məsləhət görürəm). 

     “Ömər Xəttab dedi:-Peyğəmbər(s) buyurub: - Adəm (ə) səhv edərkən dedi:-İlahi, Məhəmmədin (s)  

haqqına, məni bağışla!”. 

     Əhməd 



/71/

 Zeyni Dəhəlan yazır: “Həkim Nişaburi bu hədisi qeyd etmiş və Təbərani də bunu səhih 

hədis saymışdır”.  

     Tarixçilər yazırlar: “Abbasi xəlifəsi Mənsur Həcdə olarkən, Mədinədə Peyğəmbərin(s) qəbrini 

ziyarətə getdi. Peyğəmbər(s) məscidində olan Malik 

/72/

 ibn Ənəsdən soruşdu:-Üzü qibləyə dayanıb dua 

edim, yoxsa üzü Peyğəmbərə? Malik dedi:- Üzünü Peyğəmbərdən(s) çevirmə. O Həzrət sənin və atan 

Adəmin (ə) Allaha dua etmək üçün  vasitəsidir. Üzünü Peyğəmbərə(s) tərəf çevir, onu özünlə  Allah arasında 

şəfaətçi et ki, Allah yanında sənin üçün şəfaət etsin. Allah-təala da buyurub:  “Onlar özlərinə zülm etdikləri 

zaman dərhal sənin yanına gəlib, Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər(s) də onlar üçün əfv 

istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər” (Nisa-64). 

     Əhməd Zeyni Dəhəlan “Xülasətül-Kəlam”da Səmhudidən



 /73/

  nəql edir: “Darəmi 



/74/

 “Səhih”də 

Əbül cövzədən belə nəql edir: “Şiddətli quraqlıqla üzləşmiş Mədinə əhalisi Aişəyə şikayət etdi. Aişə dedi:-

Tavansız bir yerdən Peyğəmbərin(s) qəbrinə üz tutub, onu vasitə edərək dua edin. Onlar belə də etdilər və 

elə yağış yağdı ki, otlar cücərməyə başladı”. 

     Mə’lum oldu ki, vahabilərin dediklərinin ziddinə olaraq, müqəddəs  şəxsləri həm dirilikdə, həm də 

onlar vəfat etdikdən sonra şəfaətçi qərar vermək, hətta  peyğəmbərlərin də  əxlaqındandır. Vahabilərin- 

“Ölülərin  şəfaətçi olmağa qüdrətləri yoxdur və ölülərdən yardım istəmək,  şəriət baxımından haramdır”- 

deməsi, heç bir şər’i mənbəyə əsaslanmadan hökm verməkdən ibarətdir. Bizim kifayət qədər hədisimiz var. 

Məsələn, qəbirlərin ziyarəti haqqında hədislər, onlara salam vermək, təvəssül etmək haqqında və s. Meyidin 

dəfnindən sonra ona etdiyimiz təlqində deyirik: -Ey Allah bəndəsi! Sən bizdən ayrılarkən bağlı olduğun əhdə 

sadiqsənmi? Yə’ni, Allahdan başqa Allah olmadığına və  Məhəmmədin(s) Onun qulu və  Rəsulu olduğuna 

verdiyin şəhadətdən qaçmırsankı? 

     Öncə, Buxarinin “Səhih”indən və digər mö’təbər sünni kitablarından sitat gətirdik ki, Peyğəmbər(s) 

Bədr müharibəsindən sonra Bədr quyularına tökülmüş kafir cəsədlərinə üz tutub onlara demişdi:-Öz 

əməlinizin cəzasını gördünüzmü? Sonra da buyurub: Onlar eşidirlər, lakin cavab verə bilmirlər. Bir halda ki, 

Qüreyş kafirləri öləndən sonra dirilərin səsini eşidir, bəs necə ola bilər, bütün bəndələrin səsini eşidən, 

onların salamını alan bir şəxs haqqında deyilsin:-Peyğəmbər(s) öləndən sonra nə səs eşidir, nə də cavab 

verə bilir?! Xeyr, onların qəbrinin yanında durmaq da olar, onlardan hacət istəmək də. Bu, şirk deyil. Lakin 

vahabilər bunu şirk adlandırırlar. Çünki, nadan adamları yoldan çıxardaraq, təvəssül və  şəfaət kimi böyük 

ne’mətdən istifadə etməyə qoymurlar. İstəmirlər ki, müsəlmanlar Peyğəmbərin(s) bərəkətindən savaba nail 

olub, günahlarını bağışladaraq dünya və axirət əzabından xilas olsunlar. Vahabilərdən soruşmaq lazımdır, 

nə üçün sələfləriniz Peyğəmbərin(s) qəbri kənarında razü-niyazı düzgün hesab etməmişlər? Axı ora, ibadət 

üçün  ən yaxşı yerlərdən biridir; Peyğəmbərin(s) oturub-durduğu yerdir, vəhyin endiyi, mələklərin get-gəl 

etdiyi yerdir? Mə’lumdur ki, belə bir məkanda ibadətin fəziləti daha da çox olar. Bütün məzhəblərin alimləri 

Həcc ziyarəti bölməsində yazmışlar ki, Peyğəmbəri(s) ziyarət etmək üçün onun məzarı önündə Allahdan 

hacət və günahların bağışlanmasını istəmək, Nisa surəsinin 64-cü ayəsini oxumaq müstəhəbdir. 

     Axı, hansı  əsasla deyirsiniz ki: -“Ya Rəsuləllah, səndən  şəfaət istəyirəm”-demək olmaz? Əgər 

tutarlı dəlilinizin olmadığını e’tiraf edib, öz düşüncənizlə cavab versəniz, onda biz deyərik:-Qur’an da, sünnə 

də Peyğəmbərə(s) və onun Əhli-beytinə(ə), hətta Abbasa da təvəssül etməyi düzgün hesab edir. Əgər onlar 

İbn Teymiyyənin “Furqan” kitabında yazdığı kimi, Allahdan başqasından kömək istəməyin haram olduğunu 

desələr, o zaman bilməlidirlər ki, bu haramlıq, təkcə ölüdən deyil, diridən də istəyəndə haram və  şirk 

olmalıdır. Çünki bütün işlər, qüdrətlər və imkanlar Allahındır.  Peyğəmbəri(s) çağırmaq, onun vasitəsilə Allahı 

köməyə çağırmaq deməkdir. Vahabilər belə deyə bilərlər: “-İslam dini yalnız Allahı köməyə çağırmağa icazə 

verir”. cavab: “Məhəmməd ibn Əbdülvəhhab Peyğəmbər(s) sağ ikən ondan kömək istəməyin düzgün 

 

37




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə