Ваһаби фиргәси


İbn Teymiyyənin fikirlərinin



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix19.07.2018
ölçüsü0,88 Mb.
#57091
1   2   3   4   5   6   7   8   9   ...   29

İbn Teymiyyənin fikirlərinin  

şiə alimləri tərəfindən rədd edilməsi 

Əllamə Tehraninin “Əz-Zəriə” kitabına görə, (1354-cü hicri ilində vəfat etmiş) böyük alim Seyyid Həsən 

Sədr Kazimi üç hissədən ibarət İbn Teymiyyənin rəddi barəsində “Əl Bərahinul-cəliyyə” adlı kitab yazmışdır. 

Kitabın 1-ci hissəsi İbn Teymiyyənin azğınlığı haqqında alimlərin təsdiqinə, 2-ci hissəsi buna dəlalət edən öz 

sözlərinə, 3-cü hissəsi isə İslamın digər firqələri ilə müxalifliyinə aiddir. Kitabın axırında o, İbn Teymiyyənin 

ardıcılları olan bə’zi vahabi başçılarının, o cümlədən, vahabi təriqətinin banisi Mühəmməd ibn Əbdülvəhhab 

Nəcdinin 1218-ci hicri ilində müqəddəs Məkkə  şəhərini işğal etmiş Mühəmməd ibn Səudun və  oğlu 

Əbdüləzizin adlarını çəkmişdir. 



/7/

 

İbn Teymiyyə şiə məzhəbinin adlı-sanlı fəqihi olan əllamə Hillinin “Miftahül-kəramə” kitabının əleyhinə 



yazdığı “Minhacus-sünnə” adlı kitabında üsuliddin və füruiddin haqqında e’tiqadlarının  əksəriyyətini 

açıqlamışdır. Bu kitaba qarşı bir qrup şiə alimləri rədd cavabı yazmışlar. O cümlədən, mərhum alim, 

mücahid fəqih Seyyid Mehdi Qəzvini (Küveyt və Bəsrədə yaşamış, 1357 h.q. ilində vəfat etmişdir) 1318-ci 

ildə 4 cildli “Minhacuş-şəriə” kitabını yazmışdır. O, bu kitabın  çapından sonra vahabi radikallarının təhlükəsi 

üzündən daim silah gəzdirərək, bə’zən Küveytdə,  bə’zən isə Bəsrədə yaşamışdır. 

Əllamə  fəqih Hacı  Şeyx  Əbdülhüseyn  Əmini Nəcəfi qiymətli “Əl-Qədir” kitabında 62 səhifə daxilində 

İbn Teymiyyə haqda söz açmış  və onun ideyalarını xüsusi şəkildə batil etmişdir.

/8/

 Bundan əlavə, Əllamə 

Əmini “Əl-Qədir”in 5-ci cildində “qəbirlərin ziyarəti” haqda müxtəlif mənbələrdən çoxlu əhli-sünnə  hədisləri 

nəql edib, hicrətin ilkin çağlarından indiyədək  əhli-sünnənin ziyarətgahı olan 52 qəbri mö’təbər sənədlərlə 

zikr etmişdir. 

/9/

 

Dediklərimiz bu barədə olan şiə  hədislərindən qeyri hədislərdir ki, şiə  hədislərinə  gəldikdə, onların 



daha təfsilatlı şərhə ehtiyacı vardır. 

 

/7/ -  “Əz-Zəriə ila təsanifiş-şiə c.23, səh.162. 



/8/ -  “Əl-Qədir fil-kitabi vəs-sunnə” c.3, səh 148-217. 

/9/ -  “Əl-Qədir fil-kitabi vəs-sunnə” c.5, səh 185-207. 

 

 

 

      


Mühəmməd ibn Əbdülvəhhab Nəcdi və 

vahabi məzhəbinin yaradılması 

     Mə’lum olduğu kimi, Mühəmməd ibn Əbdülvəhhab hicrətin 12-ci yüzilliyində  Nəcdin uzaq 

səhrasında, çöllüklərdə yaşayan sərt camaat arasında və müsəlmanlıq adət-ən’ənəsindən uzaq bir mühitdə 

dünyaya gəlmişdir. O da İbn Teymiyyə kimi Hənbəli məzhəbinin ardıcılı və “Həşv” əhli idi. İbn Teymiyyənin 

və onun şagirdləri İbn Təyyim Cövziyyənin, İbn Əbdülhadinin əqidə tə’limlərini öyrənmiş, bu yolda onları da 

ötüb keçmişdi. Belə ki, hətta bütün müsəlmanları kafir adlandırmış, müsəlman  şəhər və ölkələri, o zaman 

vahabilərin  əlində olmayan Məkkə  və  Mədinəni “Darul-hərb” və “Darul-küfr” e’lan etmişdi. O, müqəddəs 

şəhərlərin işğalını və bütün islami dəyərlərin dağıdılmasını  öz ardıcıllarına vacib sayırdı.  

     Məkkənin böyük müftisi Əhməd Zeyni Dəhəlan  Şafeinin dediyinə görə, ləyaqətli  şəxs və  hənbəli 

alimlərindən olan Şeyx Əbdülvəhhab, oğlu Mühəmmədin müsəlmanların əleyhinə danışdığını görəndə, onu 

öz yanından qovmuşdu. Onun qardaşı  Şeyx Süleyman ibn Əbdülvəhhab da Hənbəli alimlərindən olaraq, 

atasıtək ləyaqətli şəxs idi. 



/10/

 

     Mühəmməd ibn Əbdülvəhhabın sözlərinin gələcəkdə camaatın yolundan azmasına səbəb 



olacağını anlayan qardaşı, atası  və müəllimləri onu danlayır və camaatı ondan uzaqlaşdırırdılar. Onların 

öncəgörənliyi tezliklə  həyata keçdi. Mühəmməd ibn Əbdülvəhhab öz bid’ətləri ilə nadanları azdırıb, dinin 

öndərlərinə qarşı çıxdı və mö’minləri kafir saydı. O demişdi: “Peyğəmbərin (s) qəbrini ziyarət etmək, ona və 

başqa peyğəmbərlərə, övliyalara, əməlisalehlərə təvəssül edib qəbirlərini ziyarət etmək şirkdir”. Bu məsələ 

avam camaatı elə çaşdırdı ki, ona inandılar. O da kitablar yazıb, Allaha inanan müsəlmanların, tövhid əhlinin 

çoxunun kafir olduğunu onlara inandırdı. 



/11/ 

     Mühəmməd ibn Əbdülvəhhabın qardaşı Şeyx Süleyman onunla birgə Mədinədə təhsil alırdı. Şeyx 

Süleyman  onunla Nəcdə  gəlməsinə baxmayaraq, sonralar qardaşının ardıcıllarının  əlindən Mədinəyə 

qayıtdı. Onun iddialarını  rədd edən “Əs-Səvaiqul-ilahiyyə fir-rəddi  ələl-vahabiyyə” kitabını yazıb Nəcdə 

göndərdi.  

     Şeyx Süleymanın qardaşına yazdıqlarından: “Müsəlmanların küfrünə  və  şirkə bais bildiyin işlər 

barəsində Əhməd ibn Hənbəlin zamanından əvvəl də danışılmırdı.  Bir hissə onları inkar da etmişdi. Lakin 

 

6




İslam rəhbərlərindən heç biri sənin dediyin kimi, bu işlərə qurşananları kafir bilməmiş, onlarla cihadı vacib 

etməmişlər İslam şəhərlərini sənin adlandırdığın kimi, küfr və şirk  şəhərləri adlandırmamışlar. Habelə, dörd 

məzhəb imamlarının zamanından keçən 800 yüz il ərzində heç bir alim bu işləri küfr saymamışdır. And olsun 

Allaha, sənin sözlərindən belə  çıxır ki, adi camaat daxil olmaqla, bütün Peyğəmbər(s) ümməti kafir və 

mürtəddir.  İnna lillah va inna iləyhi raciun!”. Şeyx Süleyman bu yerdə  təəssüf və  qəmginliklə deyir: “Vay 

halına! Deyirsən ki, səndən qabaq heç kəs İslamı tanımamışdır?!”



 /12/

 

     Əhməd Zeyni Dəhəlan “Əd-Dürərus-sənniyyə” kitabında Mühəmməd ibn Əbdülvəhhabla olan 



mübahisələri nəql etmişdir. O yazır: “Mühəmməd Dir’iyyə  məscidindəki hər xütbəsində Peyğəmbərə (s) 

təvəssül etməyin küfr olduğunu deyirdi. Qardaşı Şeyx Süleyman isə onun dediklərini inkar edirdi”. 

     Bir  gün  Şeyx Süleyman qardaşı Mühəmməddən  İslamın rüknlərinin sayını soruşdu. Mühəmməd 

cavab verdi ki, beşdir. Şeyx Süleyman ona dedi: “Amma sən İslamda altı rükn tə’yin etmisən. Altıncısı da 

budur ki, hər kəs sənin ardıcılın olmasa, kafirdir”. 

/13/

 

     Şeyx Süleymanla qardaşı Mühəmməd ibn Əbdülvəhhabın arasında ixtilaf uzun sürdü. Şeyx 



Süleyman  qorxdu ki, qardaşı onu öldürtdürər. Odur ki, Mədinəyə köçdü. O, Mədinədə qardaşının əleyhinə 

traktat yazıb ona göndərdi. Amma heç birinin faydası olmadı”. 



/14/

 

     “Kəşfül-irtiyab” kitabında deyilir: “Mühəmməd ibn Əbdülvəhhab “Kəşfüş-şübəhat” kitabında və 



Mühəmməd ibn İsmail Sən’ani “Təthirul-e’tiqad”  əsərində bir sıra fikirlər demişlər ki, bunlara əsasən, 

müsəlmanlar kafir və müşrikdirlər. Onlar hətta qeyri-vahabi müsəlmanların dininin əsasını küfr və  şirk 

adlandırmışlar. Onlar bu fikirləri aşkar söyləməkdən çəkinmirlər. Kitabları bu kimi düşüncələrlə doludur. 

Mühəmməd ibn Əbdülvəhhab “Qəvaidul-ərbəə” və “Kəşfüş-şübəhat” traktatlarında belə söyləyir ki,  

müsəlmanların  şirki  bütpərəstlərin şirkindən daha qəlizdir. Çünki bütpərəstlər rifah və xoş güzəran içində 

olarkən bütə sitayiş edirlər.  Çətin anlarında isə ixlaslı olurlar. Müsəlman müşrik isə hər iki halda müşrikdir. 

Bütpərəst müşriklər Allahla birgə, Ona yaxın adamlara, ağaclara, daşlara sitayiş edirlər. Müsəlman müşriklər 

isə Allahla birgə, adamların ən pislərinə pərəstiş edirlər.  Sən’ani də “Təthirul-e’tiqad” kitabında yuxarıdakı 

məsələni bir neçə yerdə qeyd etmişdir. Bir yerdə isə hətta çəkinmədən: “Müsəlmanların küfrü əsli küfrdür, 

irtidadi 



/15/

 deyil!”-demişdir”. 

     İbn Teymiyyə  də “Vasitə” və “Ziyarətül-qubur” adlı traktatlarında müsəlmanları peyğəmbər və 

övliyalara təvvəssül etmələrinə görə kafir saymışdır. 

     Qəti demək olar ki, Mühəmməd ibn Əbdülvəhhabın ardıcılları müsəlmanları  təkfir etməyi  İbn 

Teymiyyədən öyrənmiş  və bu barədə  bə’zi məqamları onun dediklərinə artırmışlar. Mühəmməd ibn 

Əbdülvəhhab “Kəşfüş-şübəhat” traktatında 24 dəfədən artıq müsəlmanları müşrik adlandırmışdır. O, 25 

dəfəyə qədər müsəlmanları kafir, bütpərəst, mürtəd, münafiq, tovhidi inkar edən, tovhidin düşməni, Allahın 

düşmənləri, islam iddiaçıları, batil əhli, nadan, şeytanlar adlandırmışdır. O demişdir ki, nadan kafirlər və 

bütpərəstlər bu müsəlmanlardan biliklidir və şeytan onların öndəri, başçısı və silsilələrinin əvvəlidir. 



/16/

 

     Əhməd Zeyni Dəhəlan Xülasətül-kəlam kitabında yazır: “Mühəmməd ibn Əbdülvəhhab  əvvəllər 



həccə getmiş ardıcıllarını ikinci dəfə  həccə getməyə vadar edib deyirdi: “Sizin birinci həcciniz  şirk və küfr 

halınızda olub və batildir”. Habelə, onun məzhəbinə qatılanlardan tələb edirdi ki, Allaha və Onun 

Peyğəmbərinə  şəhadət verəndən sonra üçüncü şəhadət dilə  gətirib desinlər: “Əvvəllər kafir idik və ata-

anamız kafir olaraq dünyadan getmişlər”. Əgər onlar bu üçüncü şəhadəti dilə gətirməsəydilər, əmr verirdi ki, 

onları öldürsünlər. O, aşkarcasına deyirdi: “Müsəlmanlar 600 il kafir olmuşlar”. O, öz ardıcıllarından başqa, 

qalan camaatın hamısının qanını və malını halal, mübah etmişdi”. 



/17/

 

     Zeyni  Dəhəlan kitabının digər yerində yazır: “Onun  pis işlərindən biri, camaatı  Peyğəmbərin (s) 



qəbrini ziyarətə qoymamasıdır.  Əhsa camaatından bir qrup Rəsulallahın (s) qəbrini ziyarətə gedirdilər. 

Mühəmməd ibn Əbdülvəhhab bu işdən xəbər tutdu və  eşitdi ki, hazırda sakin olduqları Dir’iyyə onların 

yolunun üstündədir. Zəvvarlar Dir’iyyəyə çatdıqda, onların saqqalarını  qırxdırdı  və miniklərinə  tərsinə 

mindirib yola saldı. 

     Yenə bir dəfə Mühəmməd ibn Əbdülvəhhab eşitdi ki, onun ardıcıllarından olmayan bir dəstə 

uzaqdan gəlib, Dir’iyyədən keçərək həccə gedirlər. Zəvvarlar Dir’iyyəyə yetişəndə, o, ardıcıllarından birinə 

dedi: “Qoyun, bu müşriklər (Peyğəmbərin (s) qəbrinin zəvvarları) Mədinəyə getsinlər, siz isə (Nəcd 

səhrasının vahabiləri) bizimlə qalın!”. 

     O,  Peyğəmbərə (s) salavat göndərməyi qadağan edirdi və salavat eşidəndə narahat olurdu. 

Salavat göndərəni incidir, ona olmazın cəza verirdi. Hətta, xoş avazlı, dindar, gözləri kor olmuş müəzzini 

(azançını), onun sözünə baxmayıb Peyğəmbərə(s) salavat göndərdiyinə görə öldürtdürmüşdü”. 

/18/

 

     O,  Mühəmməd ibn Süleyman Cəzulinin “Dəlailul-xeyrat” kitabı kimi, Peyğəmbərə (s) salavat 



göndərmək haqqında bir çox alimlərin kitablarını yandırtmışdı. Habelə bir çox fiqh, hədis, təfsir kitablarını 

oda atıb yandırmış, ardıcıllarının  hər birinə Qur’anı anladığı kimi təfsir etmək ixtiyarı vermişdi. 



/19/

 

 



7


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə