Valproate Art 31 1454 Patient Guide


Hansı inkişaf qüsurları inkişaf edə bilər?



Yüklə 62,96 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix11.12.2023
ölçüsü62,96 Kb.
#144226
1   2   3   4   5   6   7
3-Valproatlar-pasiyentlər-ucun-yaddas-kitabcasi-30 08 2021

Hansı inkişaf qüsurları inkişaf edə bilər? 

Onurğa sütununun yarılması – onurğa sütununun sümükləri düzgün inkişaf etmir. 

Üz və kəllə sümüklərinin deformasiyası, həmçinin “dovşan dodağı” və “qurd ağız” (üst dodağın 
və/və ya üz sümüklərinin yarılması). 

Ətrafların, ürəyin, böyrəklərin, sidik yollarının və cinsiyyət orqanlarının düzgün formalaşmaması. 

Eşitmə qabiliyyətinin zəifləməsi (karlıq daxil olmaqla). 
 


5. İNKİŞAF VƏ TƏLİM PROBLEMLƏRİ 
Hamiləlik zamanı valproy turşusunun qəbulu sizin uşağınızın inkişafına təsir göstərə bilər.
Hamiləlik zamanı valproy turşusunu qəbul edən qadınlarda: 

100 uşaqdan təxminən 30-40-da inkişaf problemləri qeyd oluna bilər. 
Uzunmüddətli fəsadlar məlum deyil. 
Aşağıda qeyd olunan inkişaf problemləri qeyd oluna bilər: 

Yerimənin və nitqin daha ləng inkişafı. 

Həmin yaşda olan digər uşaqlar ilə müqayisədə daha zəif əqli inkişaf.

Zəif nitq bacarıqları. 

Yaddaş problemləri. 
Hamiləlik zamanı valproy turşusunu qəbul edən qadınlardan olan uşaqlarda autizm və ya autistik spektrin 
pozulmaları daha çox müşahidə olunur. Bundan başqa, həmin uşaqlarda diqqət çatışmazlığı və/və ya 
hiperaktivlik sindromunun inkişafı riski daha yüksək ola bilər. 


6. BU, MƏNİM ÜÇÜN NƏ DEMƏKDİR? 
Aşağıda təsvir edilmiş vəziyyətlərdən sizə aid olanı seçin və müvafiq informasiyanı oxuyun: 

Mən valproy turşusu ilə müalicəyə başlayıram.

Mən valproy turşusunu qəbul edirəm və ailə qurmağı planlaşdırmıram. 

Mən valproy turşusunu qəbul edirəm və ailə qurmağı planlaşdırıram.

Mən valproy turşusunu qəbul edirəm və məndə hamiləlik baş verib. 

Yüklə 62,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə