Valproate Art 31 1454 Patient Guide


  QADINLARDA VƏ HAMİLƏLİYİN BAŞ VERMƏSİ MÜMKÜN OLAN QIZLARDA KONTRASEPSİYA



Yüklə 62,96 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix11.12.2023
ölçüsü62,96 Kb.
#144226
1   2   3   4   5   6   7
3-Valproatlar-pasiyentlər-ucun-yaddas-kitabcasi-30 08 2021

2. 
QADINLARDA VƏ HAMİLƏLİYİN BAŞ VERMƏSİ MÜMKÜN OLAN QIZLARDA KONTRASEPSİYA
 
Kontrasepsiyanın istifadəsi niyə zəruridir? 
Valproy turşusu qəbul edərkən hər zaman effektiv kontrasepsiya üsullarından istifadə edin: 

Kontrasepsiyanı bütün valproy turşusu qəbulu müddətində istifadə edin 

Heç bir halda kontrasepsiyanın istifadəsini dayandırmayın 
Həkim sizə effektiv kontrassepsiya üsulunu tövsiyə edəcək. 
Bu, sizi planlaşdırılmamış hamiləlikdən qorumaq üçün zəruridir. 
Mən hansı kontrasepsiya üsulundan istifadə etməliyəm? 
Sizin üçün ən yaxşı olan kontrasepsiya üsulunu həkiminiz ilə müzakirə edin.
Ətraflı məlumat üçün müalicə həkiminizə, mama-ginekoloqunuza və ya mama-tibb bacısına müraciət 
edin. 
3. HAMİLƏLİK ZAMANI VALPROY TURŞUSUNUN İSTİFADƏSİNİN RİSKLƏRİ 
HANSILARDIR? 
Uşağınız üçün risklər 
Hamiləlik zamanı valproy turşusu qəbul etdiyiniz təqdirdə, bu, sizin uşağınıza ciddi zərər yetirə bilər. 



Valproy turşusunun qəbulu zamanı epilepsiyanın və ya bipolyar pozulmanın müalicəsi üçün 
nəzərdə tutulmuş digər preparatlar ilə müqayisədə risk daha yüksəkdir.

Risklər həmçinin valproy turşusunun aşağı dozalarının qəbulu zamanı saxlanılır – risk dozanın 
artmasına müvafiq olaraq yüksəlir. 
Mənim uşağıma hansı zərər yetirilə bilər? 
Hamiləlik zamanı valproy turşusunu qəbul etdiyiniz halda sizin uşağınızda aşağıda sadalanan pozulmalar 
müşahidə oluna bilər: 

Anadangəlmə inkişaf qüsurları

İnkişaf və təli problemləri 
4. ANADANGƏLMƏ İNKİŞAF QÜSURLARI 
Hamiləlik zamanı valproy turşusunun qəbulu uşaqlarda ciddi anadangəlmə inkişaf qüsurların 
yaranmasına səbəb ola bilər.
Ümumi populyasiyanın qadınlarında: 

100 uşaqdan 2-3-də anadangəlmə inkişaf qüsurları olacaq. 
Hamiləlik zamanı valproy turşusunu qəbul edən qadınlarda: 

100 uşaqdan təxminən 10-da anadangəlmə inkişaf qüsurları qeyd olunacaq. 

Yüklə 62,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə