Valproate Art 31 1454 Patient Guide


Bu bukleti saxlayın. Ola bilsin, sizə onu yenidən oxumağınız gərək olsun



Yüklə 62,96 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix11.12.2023
ölçüsü62,96 Kb.
#144226
1   2   3   4   5   6   7
3-Valproatlar-pasiyentlər-ucun-yaddas-kitabcasi-30 08 2021

Bu bukleti saxlayın. Ola bilsin, sizə onu yenidən oxumağınız gərək olsun. 
MÜNDƏRİCAT 
1.
Yadda saxlanılmalı olan əsas məlumat. 
2.
Qadınlarda və hamiləliyin baş verməsi mümkün olan qızlarda kontrasepsiya 
3.
Valproy turşusunun hamiləlik dövründə istifadəsinin riskləri hansılardır? 
4.
Anadangəlmə inkişaf qüsurları 
5.
İnkişaf və təlim problemləri 
6.
Bu mənim üçün nə deməkdir? 
-
Mən valproy turşusu ilə müalicəyə başlayıram
-
Mən valproy turşusunu qəbul edirəm və ailə qurmağı planlaşdırmıram 
-
Mən valproy turşusunu qəbul edirəm və ailə qurmağı planlaşdırıram
-
Mən valproy turşusunu qəbul edirəm və məndə hamiləlik baş verib 
 


1.
 
YADDA SAXLANILMALI ƏSAS MƏLUMAT 

Valproy turşusu – epilepsiyanın və bipolyar pozulmanın müalicəsi üçün dərman vasitəsidir.

Qadınlar və qızlar valproy turşusunu yalnız digər preparatlar kifayət qədər effektiv olmadığı halda 
qəbul etməlidir, çünki valproy turşusunun hamiləlik zamanı istifadəsi dölə ciddi zərər yetirə bilər. 
Xəstəliyinizdən asılı olmayaraq, həkimin göstərişi olmadan valproy turşusunun qəbulunu 
dayandırmayın. 

Valproy turşusunu qəbul edərkən hər zaman effektiv kontrasepsiya üsullarından istifadə edin 
-
Kontrasepsiyanı bütün valproy turşusu qəbulu müddətində istifadə edin 
-
Heç bir halda kontraseptiv preparatların qəbulunu dayanadırmayın 
Həkim sizə effektiv kontrasepsiya üsulunu tövsiyə edəcək.
Bu, sizi planlaşdırılmamış hamiləlikdən qorumaq üçün zəruridir. 

Hamiləlik baş verdiyindən şübhəniz olduğu halda müalicə həkiminiz ilə təcili görüşü planlaşdırın. 

Hamiləliyi planlaşdırdığınız halda dərhal həkiminiz ilə məsləhətləşin, o vaxta qədər isə 
kontrasepsiyanı dayandırmayın. 

Heç bir halda həkimin göstərişi olmadan valproy turşusununun qəbulunu dayandırmayın, çünki 
bu, xəstəliyinizin gedişini ağırlaşdıra bilər.

Müntəzəm qaydada (ən azı ildə bir dəfə) profilli mütəxəssisin konsultasiyasını keçməyə 
unutmayın. 

Həkimin qəbulunda, valproy turşusunun hamiləlik zamanı istifadəsinin riskləri ilə yaxşı tanış 
olduğunuza və onları tam şəkildə dərk etdiyinizə əmin olmaq üçün, risklər ilə razılıq haqqında 
məlumatın verilməsi formasını müzakirə edəcəksiniz. 

Yüklə 62,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə