Valproate Art 31 1454 Patient Guide


Mən valproy turşusu ilə müalicəyə başlayıram



Yüklə 62,96 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix11.12.2023
ölçüsü62,96 Kb.
#144226
1   2   3   4   5   6   7
3-Valproatlar-pasiyentlər-ucun-yaddas-kitabcasi-30 08 2021

Mən valproy turşusu ilə müalicəyə başlayıram 
Həkim sizə onun niyə məhz valproy turşusunun sizə uyğun olan preparat hesab etdiyini izah 
edəcək və bütün məlum olan risklər haqqında məlumat verəcək:

Siz hamiləliyin baş verməsi üçün çox cavan olduğunuz halda: 
-
Həkim sizə valproy turşusunu yalnız digər dərman vasitələri heç biri təsir etmədiyi halda 
təyin etməlidir.
-
Sizin və ya sizin valideynlərinizin/qəyyumlarınızın valproy turşusunun hamiləlik zamanı 
istifadəsinin riskləri haqqında bilməyiniz vacibdir. Bu halda siz, hamiləliyi planlaşdırmaq 
üçün kifayət qədər böyük olduğu zaman necə hərəkət edəcəyinizi biləcəksiniz.
-
Valproy turşusu qəbulu zamanı sizdə ilk aybaşı baş verdiyi halda siz və ya sizin 
valideynləriniz/qəyyumlarınız dərhal profilli mütəxəssisə müraciət etməlisiniz.

Siz hamiləliyin baş verməsi üçün kifayət qədər böyük olduğu halda: 
-
Həkim sizə valproy turşusunu yalnız siz hamilə olmadığınız və kontraseptiv vasitələrdən 
istifadə etdiyiniz halda təyin etməlidir.
-
Həkim sizə valproy turşusunu təyin etməzdən əvvəl sizdən hamiləlik testini keçməyə 
xahiş edəcək. Bu, sizdə hamiləliyin baş verməməsinə əmin olmaq üçün lazımdır.
-
Valproy turşusunu qəbul edərək hər zaman effektiv kontrasepsiya üsullarından istifadə 
edin: 

Kontrasepsiya bütün valproy turşusu qəbulu müddətində istifadə olunmalıdır 

Heç bir halda kontrasepsiyanın qəbulunu dayandırmayın 
Həkim sizə effektiv kontrasepsiya üsulunu tövsiyə edəcək.
Bu, sizdə hamiləliyin baş tutmaması üçün vacibdir. 
-
Sizin müalicəyə müntəzəm qaydada (ən azı ildə bir dəfə) həkim tərəfindən yenidən 
baxılmalıdır. 

İlkin konsultasiyada həkim sizdən hər il doldurulan risklər ilə razılıq haqqında məlumatın 
verilməsi Formasının oxumağınızı xahiş edəcəkdir. Bu, sizin hamiləlik zamanı valproy turşusunun 
istifadəsi ilə bağlı bütün risklər haqqında məlumatı əldə etməyiniz və anlamağınız üçün və, 


həmçinin, valproy turşusunun qəbulu zamanı hamiləliyin baş verməsinin qarşısının alınmasına 
dair tövsiyələrin alınması üçün lazımdır. 

Ailə qurmaq qərarına gəldiyiniz halda olduqca tez bir zamanda həkiminizlə məsləhətləşin. 
-
Həkimin tövsiyəsi olmadan valproy turşusunun qəbulunu və kontrasepsiyanın istifadəsini 
dayandırmayın.
-
Həkiminizlə uşağınızın sağlamlığı üçün olan risklər və, həmçinin, xəstəliyinizi necə 
nəzarət altında saxlamaq haqqında danışmalısız.
-
Hamiləliyi planlaşdırmazdan əvvəl müalicənizin hansı şəkildə davam etdirilməsi haqqında 
həkiminiz ilə qərarlaşdırmalısız. 

Yüklə 62,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə