Valproate Art 31 1454 Patient Guide


Mən valproy turşusunu qəbul edirəm və ailə qurmağı planlaşdırmıram



Yüklə 62,96 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix11.12.2023
ölçüsü62,96 Kb.
#144226
1   2   3   4   5   6   7
3-Valproatlar-pasiyentlər-ucun-yaddas-kitabcasi-30 08 2021

 


Mən valproy turşusunu qəbul edirəm və ailə qurmağı planlaşdırmıram 
Valproy turşusunu qəbul etdiyiniz halda hər zaman effektiv kontrasepsiya üsullarından istifadə edin və 
hamiləliyi planlaşdırmayın.

Valproy turşusunu qəbul etdiyiniz bütün müddət ərzində kontraspensiya tətbiq edin 

Kontrasepiya tətbiqini heç bir halda dayandırmayın 
Kontrasepsiyaya dair məsləhətə ehtiyacınız olduğu halda müalicə həkiminiz və ailə planlaşdırılması 
klinikasında mama-ginekoloq ilə görüşün. 
Hamiləliyin baş verməsindən şübhələndiyiniz halda, dərhal həkiminiz ilə məsləhətləşin. 
Sizdə hamiləlik baş verdiyi halda hətta həkiminiz ilə danışmadan valproy turşusunun qəbulunu 
dayandırmayın, çünki bu sizin və uşağınız üçün təhlükəli ola bilər. 
Sizin müalicənizə müntəzəm qaydada (ən azı ildə 1 dəfə) həkim tərəfindən yenidən baxılmalıdır. 
İllik konsultasiyada həkim sizdən hər il doldurulan risklər ilə razılıq haqqında məlumatın verilməsi 
Formasının oxumağınızı xahiş edəcək. Bu, sizin hamiləlik zamanı valproy turşusunun istifadəsi ilə 
bağlı bütün risklər haqqında məlumatı əldə etməyiniz və anlamağınız üçün və, həmçinin, valproy 
turşusunun qəbulu zamanı hamiləliyin baş verməsinin qarşısının alınmasına dair tövsiyələrin alınması 
üçün lazımdır.
Mən valproy turşusunu qəbul edirəm və ailə qurmağı planlaşdırıram 
Hamiləliyi planlaşdırmazdan əvvəl həkiminiz ilə məsləhətləşin, lakin: 

Valproy turşusunun qəbulunu davam edin

Həkim ilə məsləhətləşənədək kontrasepsiyanın istifadəsini davam etdirin. 
Həkiminizlə danışmazdan əvvəl hamiləliyin baş verməməsi vacibdir.

Ola bilsin, hamiləlik baş verməzdən çox əvvəl həkim, sizin xəstəliyinizin stabil olduğuna əmin 
olmaq üçün sizə digər preparat təyin etməli olacaq.

Uşağınızın sağlamlığı üçün riskin azaldılması və xəstəliyinizin nəzarət altında saxlanılması üçün 
nə etməyinizi həkim ilə müzakirə etməlisiniz. 

Hamiləliyi planlaşdıraraq həkim ilə fol turşusunun qəbulunun zəruriliyi haqqında danışın. Fol 
turşusu hər bir hamiləlik halında mövcud olan onurğa sütununun yarılması və erkən mərhələdə 
düşük təhlükəsini azalda bilər. Buna baxmayaraq, bu halda şübhəlidir.
Sizin müalicənizə müntəzəm qaydada (ən azı ildə bir dəfə) həkim tərəfindən yenidən baxılmalıdır.
Görüş zamanı həkim sizdən risklər ilə razılıq haqqında məlumatın verilməsi Formasının oxumağınızı xahiş 
edəcək. Bu, sizin hamiləlik zamanı valproy turşusunun istifadəsi ilə bağlı bütün risklər haqqında məlumatı 
əldə etməyiniz və anlamağınız üçün və, həmçinin, valproy turşusunun qəbulu zamanı hamiləliyin baş 
verməsinin qarşısının alınmasına dair tövsiyələrin alınması üçün lazımdır.

Yüklə 62,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə