Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 7 noyabr 2001-ci IL, 30 aprel 2002-ci IL, mart 2006-cı IL, 17 aprel



Yüklə 326,37 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix17.09.2018
ölçüsü326,37 Kb.
#68805
1   2   3   4   5   6   7

9. «Cari valyuta əməliyyatları»: 

a) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də 

ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə 

əlaqədar  hesablaşmaların  həyata  keçirilməsi  üçün  xarici  valyutanın  Azərbaycan 

Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 

b)  180  gündən  artıq  olmayan  müddətə  maliyyə  kreditlərinin  alınması  və 

verilməsi; 

v)  əmanətlər,  investisiyalar,  kreditlər  və  kapitalın  hərəkəti  ilə  bağlı  başqa 

əməliyyatlar  üzrə  faizlərin,  dividentlərin  və  digər  gəlirlərin  Azərbaycan 

Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 

q)  Azərbaycan  Respublikasına  və  Azərbaycan  Respublikasından  qeyri-ticarət 

xarakterli  köçürmələr,  o  cümlədən,  əmək  haqqı,  təqaüd,  aliment  və  miras  üzrə 

məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. 

10. «Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları»: 

a) birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində 

iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına 

qoyulan sərmayə; 

b) qiymətli kağızların əldə edilməsi; 

v)  torpaq  və  yerin  təki  də  daxil  olmaqla  binalar,  qurğular,  eləcə  də  yerləşdiyi 

ölkənin  qanunvericiliyi  ilə  daşınmaz  əmlaka  aid  edilən  digər  əmlak  üzərində 

mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi 

üzrə köçürmələr; 

q)  malların,  işlərin  və  xidmətlərin  ixracı  və  idxalı  üzrə  180  gündən  artıq 

müddətə ödəniş möhlətinin verilməsi və alınması; 

ğ) müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə 

depozitə cəlb edilməsi

d) cari valyuta əməliyyatları olmayan bütün digər valyuta əməliyyatları. 

11.  «Müvəkkil  banklar»  -  valyuta  əməliyyatlarının  aparılması  üçün  maliyyə 

bazarlarına  nəzarət  orqanının  lisenziyasını  almış  banklar  və  digər  kredit 

təşkilatlarıdır; 

12. “Maliyyə bazarlarına nəzarət orqanı” – maliyyə bazarlarında tənzimlənmə və 

nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı 

qurum.  

 

II fəsil. Valyuta Tənzimi 

 

Maddə 2. Milli valyuta ilə əməliyyatlar 

 

1.  Rezidentlər  arasında  milli  valyuta  ilə  hesablaşmalar  heç  bir  məhdudiyyət 

qoyulmadan aparılır. 

2. Azərbaycan Respublikasında qeyri-rezidentlər tərəfindən milli valyutanın əldə 

edilməsi və ondan istifadə edilməsi qaydası Azərbaycan Respublikası Mərkəzi Bankı 

tərəfindən müəyyən edilir. 

3. Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın və milli valyutada 

ifadə  edilmiş  qiymətli  kağızların  Azərbaycan  Respublikasından  çıxarılması  və 




göndərilməsi  eləcə  də  Azərbaycan  Respublikasına  gətirilməsi  və  göndərilməsi 

Azərbaycan  Respublikasi  Mərkəzi  Bankının  və  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin birgə müəyyən etdikləri qaydada həyata keçirilir. 

 

Maddə  3.  Azərbaycan  Respublikasında  valyuta  mübadiləsi  fəaliyyətinin həyata 



keçirilməsinin ümumi əsasları 

1.  Rezidentlər  və  qeyri-rezidentlər  Azərbaycan  Respublikasının  daxili  valyuta 

bazarında  qanunla  müəyyən  edilmiş  qaydada  xarici  valyutanı  satmaq,  almaq  və 

dəyişdirmək hüququna malikdirlər. 

2. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək 

hüququna  yalnız  maliyyə  bazarlarına  nəzarət  orqanından  “Banklar  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununa  əsasən  lisenziya  almış  yerli  banklar,  xarici 

bankların  yerli  filialları,  “Poçt  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa 

əsasən  lisenziya  almış  poçt  rabitəsinin  milli  operatoru  və  valyuta  mübadiləsi 

fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər. 

3.  Valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almış  şəxslər  tərəfindən  xarici 

valyutanın  alqı-satqısı  yalnız  nağd  qaydada  və  müştərilərin  sifarişi  ilə  həyata 

keçirilir. 

4.  Valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almış  şəxslər  arasında  aparılan 

valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya 

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında 

sahibkarlıq  fəaliyyəti  məqsədləri  üçün  valyuta  mübadiləsi  fəaliyyətinin  həyata 

keçirilməsinə yol verilmir. 

5.  Valyuta  mübadiləsi  əməliyyatlarının  aparılması  qaydaları,  o  cümlədən  bu 

əməliyyatların  həyata  keçirilməsi  üçün  təşkilati,  texniki  təchizata  və  təhlükəsizliyə 

dair  tələblər,  valyuta  mübadiləsi  əməliyyatları  üzrə  uçotun,  hesabatın  və 

sənədləşmənin  vahid  formaları,  onların  təqdim  olunması  qaydası  və  müddətləri, 

habelə  valyuta  mübadiləsi  fəaliyyəti  həyata  keçiriləcək  obyektlərin  yerləşəcəyi 

ərazilər  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müvafiq  icra  hakimiyyəti 

orqanı ilə razılaşdırılmaqla müəyyən edilir. 

6.  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  manatın  sabitliyini  təmin  etmək 

məqsədi  ilə  xarici  valyutanın  alqı-satqısı  üzrə  əməliyyatlar  aparmaqla  valyuta 

bazarına müdaxilə edə, valyuta mübadiləsi fəaliyyəti zamanı xarici valyutanın alqı-

satqı  əməliyyatlarında  satış  məzənnəsinin  alış  məzənnəsindən  kənarlaşmasına  hədd 

qoya və (və ya) bu əməliyyatların yuxarı həddinə dair tələblər müəyyən edə bilər. 

7.  Azərbaycan  Respublikasında  banklar  arasında  xarici  valyutanın  alqı-satqısı 

əqdləri barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. 

Bu məlumatın forması və təqdim edilməsi qaydası, eləcə də Azərbaycan Respublikası 

Mərkəzi  Bankı  ilə  banklar  arasında  aparılan  xarici  valyutanın  alqı-satqısı  qaydası 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. 

8.  Banklar  arasında  xarici  valyutanın  alqı-satqısı  Azərbaycan  Respublikası 

Mərkəzi  Bankının  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  razılaşdırmaqla  müəyyən 

etdiyi qaydada həyata keçirilir. 

9.  Valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almış  şəxslər  tərəfindən  valyuta 

mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları 


Yüklə 326,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə