Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 7 noyabr 2001-ci IL, 30 aprel 2002-ci IL, mart 2006-cı IL, 17 aprel



Yüklə 326,37 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix17.09.2018
ölçüsü326,37 Kb.
#68805
1   2   3   4   5   6   7

13-2.7.  Dövlət  rüsumunun  ödənilməsi  faktını  təsdiq  edən  sənəd  maliyyə  bazarlarına 

nəzarət orqanına ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 iş günündən 

gec  olmayaraq  ərizəçiyə  təqdim  edilir  və  ya  sifarişli  poçt  göndərişi  vasitəsilə 

göndərilir.  Dövlət  rüsumunun  ödənilməsi  faktını  təsdiq  edən  sənəd  maliyyə 

bazarlarına  nəzarət  orqanına  təqdim  edilmədikdə,  maliyyə  bazarlarına  nəzarət 

orqanı  tərəfindən  lisenziya  ləğv  edilir  və bu barədə  məlumat 2  iş  günü  müddətində 

ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 

13-2.8. Lisenziyada aşağıdakılar göstərilir: 

13-2.8.1. lisenziyanın verilmə tarixi və qeydiyyat nömrəsi; 

13-2.8.2. lisenziya verən orqanın adı və ünvanı; 

13-2.8.3. lisenziyanın  sahibi barədə  məlumatlar  (rezident hüquqi  və ya fiziki  şəxsin, 

yaxud qeyri-rezident hüquqi şəxsin filialının adı və hüquqi ünvanı, lisenziya verilmiş 

obyektin yerləşdiyi ünvan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi); 

13-2.8.4. lisenziya verilən fəaliyyət növü. 

13-2.9.  Valyuta  mübadiləsi  fəaliyyətini  həyata  keçirən  şəxsə  verilən  lisenziya 

müddətsizdir. 

13-2.10. Lisenziya maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən 

imzalanır və möhürlə təsdiq edilir. 

13-2.11.  Lisenziya  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  verildiyi  gündən 

qüvvəyə  minir.  Lisenziya  yalnız  onu  almış  şəxs  tərəfindən  istifadə  edilə  bilər. 

Lisenziya  üçüncü  şəxslərə  ötürülə  bilməz.  Lisenziyanın  qüvvəsi  lisenziya  sahibinin 

təsisçi  (iştirakçı)  olduğu  hüquqi  şəxslərə,  habelə  lisenziyanın  sahibi  ilə  birgə 

fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən 

başqa  şəxslərə  şamil  edilmir.  Valyuta  mübadiləsi  fəaliyyətinin  həyata  keçirildiyi 

obyektdə  valyuta  mübadiləsi  fəaliyyətindən  başqa,  digər  xidmətlərin  həyata 

keçirilməsi qadağandır. 

13-2.12. Valyuta mübadiləsi fəaliyyəti ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata 

keçirildiyi halda lisenziyanın əlavəsi verilir. 

13-2.13.  Lisenziyanın  əlavəsinin  başlığında  “lisenziyanın  əlavəsi”  sözləri  yazılır. 

Həmin  əlavədə  valyuta  mübadiləsi  fəaliyyətinin  həyata  keçirildiyi  obyektin  ünvanı 

göstərilir.  Fəaliyyətin  həyata  keçirildiyi  hər  bir  obyekt  üçün  lisenziyanın  ayrıca 

əlavəsi təqdim olunur. 

13-2.14.  Lisenziyanın  əlavəsini  almaq  üçün  lisenziya  sahibi  lisenziya  verildikdən 

sonra  maliyyə  bazarlarına  nəzarət  orqanına  ərizə  ilə  müraciət  edə  bilər.  Həmin 


ərizəyə  yalnız  bu  Qanunun  13-1.2.4-cü,  13-1.2.8-ci  və  13-1.2.9-cu  maddələrində 

göstərilən sənədlər əlavə olunur. 

13-2.15.  Lisenziyanın  əlavəsi  bu  Qanunun  13-2.10-cu  maddəsində  nəzərdə  tutulmuş 

qaydada imzalanır və təsdiq edilir. 

13-2.16.  Lisenziyanın  yenidən  rəsmiləşdirilməsinin,  dublikatının  verilməsinin, 

dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyanın əlavəsinə də şamil edilir. 

13-2.17.  Bu  Qanunla  lisenziyanın  dayandırılması  və  ya  ləğv  edilməsi  üçün  əsaslar 

lisenziyanın  əlavəsinin  də  dayandırılması  və  ya  ləğv  edilməsi  üçün  əsasdır. 

Lisenziyanın  əlavəsinin  dayandırılmasının  və  ləğvinin  hüquqi  nəticələri  lisenziyaya 

şamil edilmir. 

Maddə 13-3. Lisenziyanın verilməsindən imtina 

13-3.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir: 

13-3.1.1.  ərizədə  və  ona  əlavə  olunmuş  sənədlərdə  qanuna  uyğun  olmayan 

məlumatlar  olduqda  (bu  Qanunun  13-2.1-ci  maddəsinin  ikinci  cümləsində  nəzərdə 

tutulmuş hal istisna edilməklə); 

13-3.1.2. ərizəçi lisenziya verilməsi şərtlərini yerinə yetirmədikdə. 

13-3.2.  Lisenziyanın  verilməsindən  imtina  haqqında  qərar  imtina  hallarına  istinad 

edilməklə,  əsaslandırılmalıdır.  Ərizəçi  həmin  qərardan  inzibati  qaydada  və 

məhkəməyə şikayət verə bilər. 

Maddə 13-4. Lisenziyanın verilməsi üçün ödəniş 

Valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  verilməsi  üçün  tələb  olunan  dövlət 

rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 

ilə müəyyən edilir. 

Maddə 13-5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi 

13-5.1. Lisenziya aşağıdakı hallarda yenidən rəsmiləşdirilir: 

13-5.1.1. lisenziyanın sahibi olan rezident hüquqi şəxs yenidən təşkil edildikdə; 

13-5.1.2. lisenziyanın sahibi olan rezident hüquqi şəxsin və ya qeyri-rezident hüquqi 

şəxsin filialının adı və ya hüquqi ünvanı dəyişdikdə; 

13-5.1.3. lisenziyanın sahibi olan rezident fiziki şəxsin soyadı, adı, atasının adı və ya 

fəaliyyət ünvanı dəyişdikdə. 


13-5.2.  Bu  Qanunun  13-5.1-ci  maddəsində  göstərilən  əsaslar  olduqda,  lisenziyanın 

sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec 

olmayaraq lisenziyanın  yenidən rəsmiləşdirilməsi  üçün  maliyyə  bazarlarına  nəzarət 

orqanına ərizə ilə müraciət etməlidir. 

13-5.3.  Həmin  ərizəyə  yenidən  rəsmiləşdirilməli  olan  lisenziya,  hüquqi  şəxslərin 

dövlət  reyestrindən  çıxarışın,  rezident  fiziki  şəxsin  şəxsiyyət  vəsiqəsinin  və  vergi 

uçotuna alınması haqqında şəhadətnamənin surətləri əlavə olunur. 

13-5.4.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  13-5.2-ci  və  13-5.3-cü 

maddələrinə  uyğun  olaraq,  ərizə  və  ona  əlavə  olunan  sənədlər  daxil  olduqdan  3  iş 

günü  ərzində  müvafiq  düzəlişləri  edərək  yenidən  rəsmiləşdirilmiş  lisenziyanı 

lisenziyanın  sahibinə  və  ya  onun  hüquqi  varisinə  təqdim  edir,  yaxud  sifarişli  poçt 

göndərişi vasitəsilə göndərir. 

13-5.5.  Lisenziyanın  yenidən  rəsmiləşdirildiyi  müddətdə  lisenziyanın  sahibi  və  ya 

onun hüquqi varisi öz fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanına təqdim etdiyi 

ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. 

13-5.6.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  adı  dəyişdikdə  və  ya  lisenziya  vermə 

səlahiyyəti  digər  lisenziya  verən  orqana  keçdikdə,  əvvəllər  verilmiş  lisenziyanın 

yenidən rəsmiləşdirilməsi  yalnız lisenziya sahibinin  müraciəti  əsasında bu  Qanunun 

13-5.3-cü və 13-5.4-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılır. 

Maddə 13-6. Lisenziyanın dublikatının verilməsi 

13-6.1.  Lisenziya  itirildikdə  və  ya  zədələndikdə  lisenziyanın  sahibi  lisenziyanın 

dublikatının verilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət 

edir. 

13-6.2. Maliyyə bazarlarına nəzarət orqanı ərizənin daxil olduğu tarixdən 3 iş günü 

müddətində lisenziyanın dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir və ya sifarişli 

poçt göndərişi vasitəsilə göndərir. 

13-6.3.  Lisenziyanın  dublikatının  verildiyi  müddətdə  lisenziyanın  sahibi  öz 

fəaliyyətini  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  etdiyi  ərizənin  qeydiyyat 

tarixi  və  nömrəsi  haqqında  arayış  əsasında  həyata  keçirir.  Həmin  arayış  maliyyə 

bazarlarına  nəzarət  orqanının  səlahiyyətli  şəxsi  tərəfindən  imzalanır  və  möhürlə 

təsdiq edilir. 

13-6.4.  Lisenziyanın  dublikatı  itirilmiş  və  ya  zədələnmiş  lisenziya  ilə  eyni  hüquqi 

qüvvəyə malikdir. 

Maddə 13-7. Lisenziyanın dayandırılması 

13-7.1. Lisenziya aşağıdakı hallarda dayandırılır: 


Yüklə 326,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə