Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 7 noyabr 2001-ci IL, 30 aprel 2002-ci IL, mart 2006-cı IL, 17 aprel



Yüklə 326,37 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix17.09.2018
ölçüsü326,37 Kb.
#68805
1   2   3   4   5   6   7

 

Maddə 12. Valyuta tənzimi sahəsində Azərbaycan Respublikası Ali Sovetinin 

funksiyaları: 

 

Azərbaycan  Respublikasının  Ali  Soveti  valyuta  siyasətinin  ümumi  prinsiplərini, 

xarici  dövlət  borcunun  limitini,  xarici  ölkələrə  verilən  kreditlərin  həcmini, 

Azərbaycan  Respublikası  büdcəsinin  tərkib  hissəsi  kimi  valyuta  planını  müəyyən 

edir, valyuta tənzimi və nəzarəti məsələlərinə dair qanunvericilik aktları qəbul edir. 

 

Maddə  13.  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  valyuta  tənzimlənməsinin 



əsas orqanı kimi. 

 

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasında valyuta 

tənzimini həyata keçirən əsas orqandır. 

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu qanuna müvafiq olaraq: 

a)  Azərbaycan  Respublikasında  xarici  valyutanın  və  xarici  valyutada  qiymətli 

kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir; 

b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir; 

v) rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında xarici valyuta ilə 

və xarici valyutada olan qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını, habelə 

Azərbaycan  Respublikasında  qeyri-rezidentlərin  milli  valyuta  ilə  və  milli  valyutada 

qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını müəyyən edir; 

q) rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan qiymətli kağızların 

Azərbaycan  Respublikasına  məcburi  köçürülməsi,  gətirilməsi  və  göndərilməsi 

qaydasını,  habelə  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  rezidentlər 



(qiymətli  kağızlar  bazarında  lisenziyalaşdırılan  şəxslər,  kredit  təşkilatları,  sığorta 

bazarının  peşəkar  iştirakçıları,  investisiya  fondları  və  onların  idarəçiləri  istisna 

olmaqla) tərəfindən xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən 

edir; 


ğ)  valyuta  əməliyyatları  aparmaq  üçün  banklara  və  digər  kredit  təşkilatlarına 

lisenziya  verilməsinin  ümumi  qaydalarını  müəyyən  edir  və  onlara  bu  məqsədlə 

lisenziyalar verir; 

d)  valyuta  əməliyyatları  üzrə  statistikanın  vahid  formasını,  təqdim  olunması 

qaydasını və müddətini müəyyən edir

e)  qəbul  edilmiş  beynəlxalq  standartlar  əsasında  Azərbaycan  Respublikası  üzrə 

valyuta əməliyyatlarının statistikasını hazırlayır və dərc edir

ə)  bu  qanunda  və  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında» 

Azərbaycan  Respublikasının  qanununda  nəzərdə  tutulmuş  digər  funksiyaları  yerinə 

yetirir. 



 

 

II-I fəsil 


Valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi 

  

Maddə 13-1. Lisenziyanın alınması üçün müraciət 

13-1.1. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs (bundan sonra – 

ərizəçi) lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə 

müraciət edir. Ərizənin forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 

müəyyən edilir.  

13-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 

13-1.2.1.  ərizəçi  rezident  hüquqi  şəxs,  qeyri-rezident  hüquqi  şəxsin  filialı  olduqda, 

hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 

13-1.2.2. ərizəçi rezident fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 

13-1.2.3.  ərizəçinin  vergi  ödəyicisi  kimi  dövlət  qeydiyyatına  alınması  barədə 

şəhadətnamənin surəti; 

13-1.2.4.  ərizədə  qeyd  olunan  obyektlərdən  hər  biri  üzərində  ərizəçinin  mülkiyyət, 

istifadə  və  ya  icarə  hüququnu  təsdiq  edən  sənədin  notariat  qaydasında  təsdiq 

olunmuş surəti; 

13-1.2.5. rezident hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş 

surəti; 

13-1.2.6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə 

bağlı  dövlət  büdcəsinə  borcu  və  digər  öhdəliyi  (Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və 

ya)  vergi  öhdəliyinin  yerinə  yetirilməsi  müddətinin  dəyişdirilməsi  halları  istisna 

olmaqla)  olmaması  barədə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  verilmiş 

arayış; 

13-1.2.7.  təsisçinin  (təsisçilərin)  iqtisadi  fəaliyyət  sahəsində  cinayətlərə  görə 

məhkumluğunun  olmaması  haqqında  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

verilmiş arayış; 

13-1.2.8.  bu  Qanunun  13-10.1-ci  maddəsinə  əsasən  müəyyən  olunmuş  girov 

məbləğinin ödənilməsi barədə bank sənədi; 

13-1.2.9. bu Qanunun 3-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulan tələblərə əməl 

edilməsi barədə təsdiqedici sənədlər. 

13-1.3.  Ərizə  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  qəbul  edilir  və  həmin 

gün  qeydiyyata  alınır.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  ən  geci  3  iş  günü 


müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməli və 

ya bu barədə məlumatı sifarişli poçt göndərişi vasitəsilə ona göndərməlidir. 

Maddə 13-2. Lisenziyanın verilməsi 

13-2.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  ərizəçinin  təqdim  etdiyi  ərizənin  və  ona 

əlavə  edilmiş  sənədlərin  bu  Qanunun  13-1-ci  maddəsinin  tələblərinə  uyğunluğunu 

yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan 

və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, 

ərizənin  qeydiyyata  alındığı  tarixdən  5  iş  günündən  gec  olmayaraq  maliyyə 

bazarlarına  nəzarət  orqanı  onların  aradan  qaldırılması  barədə  məlumatı  ərizəçiyə 

təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl 

olunmamasının  hüquqi  nəticələrini  ona  izah  edir.  Bütün  çatışmazlıqlar,  eyni 

zamanda, ərizəçiyə bildirilməlidir. 

13-2.2.  Ərizəçi  həmin  çatışmazlıqları  məlumatı  aldığı  vaxtdan  ən  geci  10  iş  günü 

ərzində  aradan  qaldırmalıdır.  Bu  zaman  lisenziyanın  verilməsi  ilə  bağlı  müddətin 

axımı  dayandırılır  və  dayandırılmış  müddət  lisenziyanın  verilməsi  müddətinə  daxil 

edilmir.  Çatışmazlıqların  aradan  qaldırılması  barədə  ərizəçinin  müraciəti  maliyyə 

bazarlarına nəzarət orqanına daxil olduqdan sonra müddətin axımı bərpa olunur. 

13-2.3.  Ərizəçi  ərizədə  və  ona  əlavə  edilmiş  sənədlərdə  aşkar  olunmuş 

çatışmazlıqları  bu  Qanunun  13-2.2-ci  maddəsində  göstərilən  müddətdə  aradan 

qaldırmadıqda maliyyə bazarlarına nəzarət orqanı ərizənin baxılmamış saxlanılması 

haqqında  qərar  qəbul  edir  və  bu  barədə  məlumatı  2  iş  günü  müddətində  ərizəçiyə 

təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. 

13-2.4.  Bu  Qanunun  13-2.3-cü  maddəsində  nəzərdə  tutulmuş  halda  ərizəçi  aşkar 

olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın alınması üçün təkrar 

ərizə ilə maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər. Həmin müraciətə 

bu Qanunun 13-1-ci və 13-2-ci maddələri üzrə yenidən baxılır. 

13-2.5.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  təqdim  olunmuş  ərizəyə  və  ona  əlavə 

edilmiş  sənədlərə  baxılmasının  nəticəsi  əsasında  ərizənin  qeydiyyata  alındığı 

tarixdən  20  iş  günündən  gec  olmayaraq  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 

razılaşdırmaqla  lisenziyanın  verilməsi  və  ya  verilməsindən  imtina  haqqında  qərar 

qəbul edir. 

13-2.6.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  13-2.5-ci  maddəsində 

müəyyən  edilmiş  müddətdən  gec  olmayaraq  lisenziyanın  verilməsi  haqqında  qərarı 

ərizəçiyə  göndərir.  Həmin  qərar  ərizəçiyə  daxil  olduqdan  sonra  lisenziyanın 

verilməsi  üçün  dövlət  rüsumu  5  iş  günü  müddətində  ərizəçi  tərəfindən  ödənilir  və 

ödənişi  təsdiq  edən  sənəd  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  edilir. 

Lisenziyanın verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 iş günü 

müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 


Yüklə 326,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə