Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 7 noyabr 2001-ci IL, 30 aprel 2002-ci IL, mart 2006-cı IL, 17 aprel



Yüklə 326,37 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix17.09.2018
ölçüsü326,37 Kb.
#68805
1   2   3   4   5   6   7

1. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş 

valyuta  sərvətlərini  Azərbaycan  Respublikasından  maneəsiz  köçürmək  hüququna 

malikdirlər. 

2. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş 

valyuta  sərvətlərini  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  müəyyən  etdiyi 

qaydalara  uyğun  olaraq  müvəkkil  banklar  tərəfindən  verilmiş  arayışlar  əsasında 

gömrük  prosedurlarına  əməl  etməklə  nağd  şəkildə  Azərbaycan  Respublikasından 

çıxara bilərlər. 

3. Fiziki şəxs olan rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət 

etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. 

Fiziki  şəxs  olan  rezidentlər  tərəfindən  Azərbaycan  Respublikasının  ərazisinə 

gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq 

olduqda,  gömrük  orqanları  vəsaitlərin  məbləği,  gətirilmə  tarixi,  gətirmiş  şəxs  və 

onların  gətirildiyi  ölkə  barəsində  məlumatı  7  (yeddi)  gün  müddətində  Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankına

maliyyə  monitorinqi  orqanına  və  müvafiq  icra 



hakimiyyəti orqanına təqdim edir. 

4. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə 

gətirilmiş  50  (əlli)  min  ABŞ  dolları  ekvivalentinədək  valyuta  sərvətlərini  onların 

gətirilməsini  təsdiqləyən  gömrük  sənədləri  əsasında  Azərbaycan  Respublikasından 

kənara  köçürə  bilərlər.  Fiziki  şəxs  olan  rezidentlər  Azərbaycan  Respublikasına 

əvvəllər  nağd  şəkildə  gətirilmiş  valyuta  sərvətlərindən  50  (əlli)  min  ABŞ  dolları 

ekvivalentindən  artıq  məbləğdə  valyuta  sərvətlərini  Azərbaycan  Respublikasından 

kənara köçürdükdə, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı 

tərəfindən  bu  vəsaitin  ona  nağd  şəkildə  verilməsini  təsdiq  edən  arayış  təqdim 

etməlidirlər. 

5. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə 

gətirilmiş  50  (əlli)  min  ABŞ  dolları  ekvivalentinədək  valyuta  sərvətlərini  gömrük 

prosedurlarına  əməl  etməklə  Azərbaycan  Respublikasından  nağd  şəkildə  çıxara 

bilərlər. 

6. Bu maddənin 1-5-ci bəndlərinə müvafiq qaydada Azərbaycan Respublikasına 

köçürülmüş  və  ya  nağd  gətirilmiş  valyuta  sərvətləri istisna olmaqla  fiziki şəxs olan 

rezidentlərin  digər  valyuta  sərvətlərinin  Azərbaycan  Respublikasından  köçürülməsi 

və  gömrük  prosedurlarına  əməl  etməklə  nağd  çıxarılması  qaydalarını  Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı,  valyuta  sərvətlərinin  nağd  çıxarılması  zamanı 

ödənilməli olan rüsumların dərəcəsini isə müvafiq icra hakimiyyəti orqanı müəyyən 

edir. 

7.  Fiziki  şəxs  olan  rezidentlər  özlərinin  valyuta  vəsaitlərini,  o  cümlədən 



Azərbaycan  Respublikasında  əldə  etdikləri  vəsaiti  müvəkkil  banklarda  olan  valyuta 

hesablarına sərbəst daxil edə bilərlər. 

 

 

 

Maddə 10. Qeyri-rezidentlərin xarici valyutada və milli valyutada hesabları 

 



Qeyri-rezidentlər  müvəkkil  banklarda  xarici  valyutada  və  milli  valyutada 

hesablarını aça bilərlər. Bu hesabların açılması qaydasını maliyyə bazarlarına nəzarət 

orqanı,  onlardan  istifadə  edilməsi  qaydasını  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankı müəyyən edir. 



 

Maddə  11.  Qeyri-rezidentlərin  Azərbaycan  Respublikasında  valyuta 

əməliyyatları 

 

1.  Qeyri-rezidentlər  valyuta  sərvətlərini  köçürmə  yolu  ilə  Azərbaycan 

Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük 

prosedurlarına  əməl  etməklə  nağd  şəkildə  ölkəyə  gətirmək  və  çıxarmaq  hüququna 

malikdirlər. 

2.  Qeyri-rezidentlər  Azərbaycan  Respublikasına  əvvəllər  köçürülmüş  valyuta 

sərvətlərini Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna malikdirlər. 

3.  Qeyri-rezidentlər  əvvəllər  Azərbaycan  Respublikasına  köçürülmüş  valyuta 

sərvətlərini  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  müəyyən  etdiyi  qaydalara 

uyğun  olaraq  müvəkkil  banklar  tərəfindən  verilmiş  arayışlar  əsasında  gömrük 

prosedurlarına  əməl  etməklə  nağd  şəkildə  Azərbaycan  Respublikasından  çıxara 

bilərlər. 

4.  Qeyri-rezidentlər  valyuta  sərvətlərini  gömrük  prosedurlarına  riayət  etməklə 

Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Qeyri-rezidentlər tərəfindən 

Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  valyuta  sərvətlərinin  məbləği  50  (əlli) 

min ABŞ dolları ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği 

gətirilmə  tarixi,  gətirmiş  şəxs  və  onların  gətirildiyi  ölkə  barəsində  məlumatları  7 

(yeddi)  gün  müddətində  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankına

maliyyə 


monitorinqi orqanına və müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. 

5. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 

50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini onların gətirilməsini 

təsdiqləyən  gömrük  sənədləri  əsasında  Azərbaycan  Respubliksından  kənara  köçürə 

bilərlər.  Qeyri-rezidentlər  Azərbaycan  Respublikasına  əvvəllər  nağd  şəkildə 

gətirilmiş  valyuta  sərvətlərindən  50  (əlli)  min  ABŞ  dolları  ekvivalentindən  artıq 

məbləğdə  valyuta  sərvətlərini  Azərbaycan  Respublikasından  kənara  köçürdükdə, 

valyuta  gətirilən  ölkənin  müvafiq  bank  və  ya  diger  kredit  təşkilatı  tərəfindən  bu 

vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər. 

6.  Fiziki  şəxs  olan  qeyri-rezidentlər  Azərbaycan  Respublikasına  əvvəllər  nağd 

şəkildə  gətirilmiş  50  (əlli)  min  ABŞ  dolları  ekvivalentinədək  valyuta  vəsaitlərini 

gömrük  prosedurlarına  əməl  etməklə  Azərbaycan  Respublikasından  nağd  şəkildə 

çıxara bilərlər. 

7.  Bu  maddənin  1-6-cı  bəndlərinə  müvafiq  qaydada  Azəçrbaycan 

Respublikasına  köçürülmüş  və  ya  nağd  gətirilmiş  valyuta  sərvətləri  istisna  olmaqla 

fiziki  şəxs  olan  qeyri-rezidentlərin  digər  valyuta  sərvətlərinin  Azərbaycan 

Respublikasından  köçürülməsi  və  gömrük  prosedurlarına  əməl  etməklə  nağd 

çıxarılması qaydalarını Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən edir. 

8. Qeyri-rezidentlər Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 

qaydada valyuta sərvətlərini manatla almaq və satmaq hüququna malikdirlər. 




Yüklə 326,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə