Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu 7 noyabr 2001-ci IL, 30 aprel 2002-ci IL, mart 2006-cı IL, 17 aprel



Yüklə 326,37 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix17.09.2018
ölçüsü326,37 Kb.
#68805
1   2   3   4   5   6   7

13-7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə

13-7.1.2.  lisenziyanın  sahibi  valyuta  mübadiləsi  fəaliyyətinin  həyata  keçirilməsi  ilə 

bağlı  bu  Qanunun  tələblərinin,  habelə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  və 

maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  qanunla  müəyyən  olunmuş  qaydada 

qəbul  olunan  tələblərin  pozulması  hallarının  aradan  qaldırılmasına  dair  maliyyə 

bazarlarına  nəzarət  orqanının  göstərişlərini  yerinə  yetirmədikdə  (lisenziyanın  ləğvi 

üçün əsas olan hallar istisna olmaqla); 

13-7.1.3. qanunla müəyyən edilmiş digər hallarda. 

13-7.2.  Lisenziya  maliyyə  bazarlarına  nəzarət  orqanının  qərarı  ilə  dayandırılır. 

Həmin  qərarda  dayandırılmaya  əsas  verən  hallar  və  lisenziyanın  dayandırıldığı 

müddət  göstərilməlidir.  Bu  Qanunun  13-7.1.2-ci  və  13-7.1.3-cü  maddələrində 

göstərilən  əsaslar  üzrə  lisenziyanın  dayandırılması  haqqında  qərarda,  həmçinin 

dayandırılmaya  əsas  verən  halların  aradan  qaldırılması  üçün  görülməli  olan 

tədbirlər  və  lisenziyanın  dayandırıldığı  müddətdə  həmin  halların  aradan 

qaldırılmamasının nəticəsi göstərilməlidir. 

13-7.3. Lisenziyanın sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu Qanunun 

13-7.1.2-ci  və  13-7.1.3-cü  maddələrində  göstərilən  halları  aradan  qaldırmalı  və 

nəticəsi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir. 

13-7.4.  Bu  Qanunun  13-7.1.1-ci  maddəsində  göstərilən  əsas  üzrə  dayandırılmış 

lisenziya  sahibinin  müvafiq  ərizəsinə,  bu  Qanunun  13-7.1.2-ci  və  13-7.1.3-cü 

maddələrində göstərilən hallarda dayandırılmış lisenziya isə həmin halların aradan 

qaldırılması barədə lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən maliyyə 

bazarlarına nəzarət orqanının qərarı ilə bərpa olunur. 

13-7.5.  Bu  Qanunun  13-7.1.1-ci  maddəsində  göstərilən  əsas  üzrə  lisenziyanın 

dayandırılması müddəti 3 aydan və təqvim ili ərzində 1 dəfədən artıq ola bilməz. 

13-7.6.  Bu  Qanunun  13-7.1.2-ci  və  13-7.1.3-cü  maddələrində  göstərilən  əsas  üzrə 

lisenziyanın dayandırılması müddəti 6 aydan artıq ola bilməz. 

13-7.7.  Lisenziyanın  dayandırılması  və  bərpa  olunması  haqqında  qərar  qəbul 

olunduğu  tarixdən  2  iş  günü  müddətində  lisenziyanın  sahibinə  təqdim  edilir  və  ya 

sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 

13-7.8.  Lisenziyanın  sahibi  lisenziyanın  dayandırılması  haqqında  qərardan  inzibati 

qaydada və məhkəməyə şikayət verə bilər. 

Maddə 13-8. Lisenziyanın ləğvi 

13-8.1. Lisenziya aşağıdakı hallarda ləğv edilir: 


13-8.1.1. lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 

13-8.1.2.  lisenziyanın  sahibi  olan rezident  hüquqi  şəxs, qeyri-rezident  hüquqi şəxsin 

filialı ləğv edildikdə; 

13-8.1.3. lisenziya sahibi olan rezident fiziki şəxs vəfat etdikdə, məhkəmə qaydasında 

ölmüş və ya xəbərsiz itkin düşmüş elan olunduqda; 

13-8.1.4. lisenziyanın sahibi olan rezident fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə 

xitam verildikdə; 

13-8.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 

13-8.1.6.  lisenziyanın  verilməsi  üçün  təqdim  edilmiş  sənədlərdə  sonralar  düzgün 

olmayan məlumatlar aşkar edildikdə; 

13-8.1.7.  bu  Qanunun  13-7.3-cü  maddəsində  göstərilənlərlə  bağlı  maliyyə 

bazarlarına nəzarət orqanına yazılı məlumat verilmədikdə; 

13-8.1.8.  lisenziyanın  sahibi  lisenziya  aldıqdan  sonra  3  ay  ərzində  bu  fəaliyyətə 

başlamadıqda; 

13-8.1.9.  bu  Qanunun  13-7.1.2-ci  və  13-7.1.3-cü  maddələrində  göstərilən  əsaslar  6 

ay  müddətində  aradan  qaldırılmadıqda  və  lisenziyanın  bərpa  olunması  barədə 

maliyyə bazarlarına nəzarət orqanının qərarı olmadıqda; 

13-8.1.10. qanunla valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya 

tələb olunmadıqda; 

13-8.1.11. bu Qanunun 13-2.11-ci maddəsinin üçüncü cümləsində müəyyən olunmuş 

qadağaya əməl olunmadıqda; 

13-8.1.12. qanunla müəyyən edilmiş digər hallarda. 

13-8.2. Lisenziya bu Qanunun 13-8.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 

13-8.1.5-ci  maddəsi  istisna  olmaqla)  istinad  edilməklə,  maliyyə  bazarlarına  nəzarət 

orqanının  qərarı  ilə  ləğv  edilir.  Həmin  qərar  qəbul  olunduğu  tarixdən  2  iş  günü 

müddətində lisenziyanın sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə 

göndərilir. 

13-8.3. Lisenziyanın sahibi lisenziyanın ləğvi haqqında qərardan inzibati qaydada və 

məhkəməyə şikayət verə bilər. 

Maddə 13-9. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə nəzarət 

Valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almış  şəxsin  bu  fəaliyyətin  həyata 

keçirilməsi ilə bağlı qanunla, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının və 


maliyyə  bazarlarına  nəzarət  orqanının  normativ  xarakterli  aktları  ilə  müəyyən 

olunmuş  tələblərə  riayət  etməsinə  nəzarət  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi qaydası maliyyə bazarlarına 

nəzarət orqanı tərəfindən müəyyən edilir. 

Maddə  13-10.  Valyuta  mübadiləsi  fəaliyyətinin  həyata  keçirilməsi  üçün girov 

məbləğinə dair tələb 

13-10.1.  Valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almaq  istəyən  şəxs  müvəkkil 

bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş 

məbləğdə girov vəsaiti yerləşdirməlidir. 

13-10.2.  Valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almış  şəxs  tərəfindən  bu  fəaliyyət 

iki və artıq obyektdə həyata keçirildikdə girov məbləğinə dair tələblər hər ikinci və 

növbəti  obyekt  üçün  bu  Qanunun  13-10.1-ci  maddəsinə  əsasən  müəyyən  edilmiş 

məbləğin əlli faizi həcmində müəyyən edilir. 

13-10.3.  Bu  Qanunun  13-10.1-ci  maddəsinə  əsasən  müəyyən  edilmiş  girovun  tam 

məbləği müvəkkil bankda xüsusi hesabda depozitdə saxlanılır və lisenziyanın qüvvədə 

olduğu müddətdə geri qaytarılmır. 

13-10.4.  Bu  Qanunun  13-8.1.1–13-8.1.4-cü  və  13-8.1.6–13-8.1.11-ci  maddələrinə 

əsasən  lisenziyası  ləğv  edilmiş  şəxs  maliyyə  bazarlarına  nəzarət  orqanının  rəyini 

təqdim  etməklə  müvəkkil  bankdan  girov  vəsaitini  geri  ala  bilər.  Rəyin  forması 

maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. 

13-10.5.  Bu  Qanunun  13-8.1.5-ci  və  13-11.6-cı  maddələrində  nəzərdə  tutulmuş 

hallarda girov vəsaitinin geri qaytarılması məhkəmə qərarına əsasən həyata keçirilir. 

13-10.6.  Müvəkkil  bank  bu  Qanunla  müəyyən  olunmuş  qaydada  valyuta  mübadiləsi 

fəaliyyətinə  lisenziya  almaq  istəyən  şəxs  üçün  açılmış  hesab  və  bu  hesaba 

yerləşdirilmiş  girov  vəsaiti  barədə  məlumatı  3  iş  günü  müddətində  maliyyə 

bazarlarına nəzarət orqanına təqdim edir. 

13-10.7. Müvəkkil bank bu Qanunla müəyyən edilmiş hallarda geri qaytarılmış girov 

məbləği  ilə  bağlı  məlumatı  3  iş  günü  müddətində  maliyyə  bazarlarına  nəzarət 

orqanına təqdim edir. 

Maddə 13-11. Lisenziyası ləğv edilmiş şəxsə maliyyə bazarlarına nəzarət orqanının 

rəyinin təqdim edilməsi 

13-11.1.  Bu  Qanunun  13-8.1.1–13-8.1.4-cü,  13-8.1.6–13-8.1.9-cu  və  13-8.1.11-ci 

maddələrinə əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lisenziyanın ləğvi 

barədə  qərar  qəbul  olunduqdan  sonra  maliyyə  bazarlarına  nəzarət  orqanı,  bu 

Qanunun  13-8.1.5-ci  maddəsində  nəzərdə  tutulan  əsas  üzrə  məhkəmə  baxışı  təyin 


edildikdən  sonra  isə  məhkəmə  tərəfindən  iki  iş  günü  müddətində  bu  barədə  rəsmi 

dövri mətbu nəşrdə elan dərc olunur. Elanda aşağıdakılar göstərilir: 

13-11.1.1. lisenziyası  ləğv  edilmiş  (barəsində  məhkəmə  baxışı  təyin  edilmiş)  valyuta 

mübadiləsi  fəaliyyətini  həyata  keçirən  rezident  hüquqi  şəxsin  və  ya  qeyri-rezident 

hüquqi şəxsin filialının adı, hüquqi ünvanı və fəaliyyət ünvanı; 

13-11.1.2. lisenziyası  ləğv  edilmiş  (barəsində  məhkəmə  baxışı  təyin  edilmiş)  valyuta 

mübadiləsi  fəaliyyətini  həyata  keçirən  rezident  fiziki  şəxsin  adı,  atasının  adı, 

qeydiyyat ünvanı və fəaliyyət ünvanı; 

13-11.1.3.  lisenziyanın  ləğvi  (barəsində  məhkəmə  baxışı  təyin  edilməsi)  barədə 

qərarın tarixi və nömrəsi; 

13-11.1.4. məhkəməyə müraciət etmə qaydası və Azərbaycan Respublikasının Mülki-

Prosessual Məcəlləsinə əsasən məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı; 

13-11.1.5.  bu  Qanunun  13-8.1.5-ci  maddəsində  nəzərdə  tutulan  əsas  üzrə  məhkəmə 

baxışı təyin edildikdə, həmçinin məhkəmə baxışının təyin edilmiş tarixi. 

13-11.2.  Bu  Qanunla  müəyyən  olunmuş  qaydada  lisenziyası  ləğv  edilmiş  və  ya 

lisenziyasının ləğv edilməsi ilə bağlı məhkəmə baxışı təyin edilmiş şəxslərə qarşı tələb 

irəli sürmək istəyən şəxslər bu Qanunun 13-11.1-ci maddəsində nəzərdə tutulan elan 

dərc olunduqdan sonra iki ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət edə 

bilər. 

13-11.3.  Bu  Qanunun  13-11.2-ci  maddəsində  nəzərdə  tutulan  iddia  ərizəsi 

məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən iki iş günü müddətində maliyyə 

bazarlarına nəzarət orqanına məlumat verilir. 

13-11.4.  Məhkəmələr  tərəfindən  bu  Qanunun  13-11.2-ci  maddəsinə  əsasən  təqdim 

olunan  iddia  ərizələrinə  Azərbaycan  Respublikasının  Mülki-Prosessual  Məcəlləsinə 

əsasən baxılır. 

13-11.5.  Bu  Qanunun  13-11.2-ci  maddəsində  müəyyən  olunmuş  müddətdə 

məhkəməyə  iddia  ərizəsinin  daxil  olması  barədə  maliyyə  bazarlarına  nəzarət 

orqanına  məlumat  daxil  olmadıqda,  habelə  bu  Qanunun  13-2.7-ci,  13-8.1.8-ci,  13-

8.1.10-cu  və  13-8.1.12-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda  maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən iki iş günü müddətində müvəkkil bankdan girov 

məbləğinin qaytarılmasına dair rəy verilir. 

13-11.6.  Bu  Qanunun  13-11.2-ci  maddəsinə  əsasən  məhkəməyə  müraciət  olunduqda 

müvəkkil  bank  tərəfindən  girov  məbləğinin  qaytarılması  məhkəmə  qərarına  əsasən 

həll olunur. 

 


Maddə 13-12. Valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestri 

13-12.1. Maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə verilmiş 

lisenziyaların  ictimaiyyət  üçün  açıq  olan  mərkəzi  reyestrini  tərtib  edir.  Reyestrə 

valyuta  mübadiləsi  fəaliyyətinə  lisenziya  almış  şəxslərin  adları,  hüquqi  və  faktiki 

fəaliyyət  göstərdiyi  ünvanları,  onlara  verilmiş,  dayandırılmış  və  ləğv  edilmiş 

lisenziyaların qeydiyyat nömrələri və tarixi haqqında məlumatlar daxil edilir. 

13-12.2. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxslər reyestrə daxil edilmiş 

məlumatlarda  dəyişikliklər  barəsində  maliyyə  bazarlarına  nəzarət  orqanına  5  gün 

müddətində yazılı bildiriş göndərirlər. 

 

 

III fəsil. Valyuta Nəzarəti 

 

Maddə 14. Valyuta nəzarətinin məqsəd və istiqamətləri 

 

1.  Valyuta  nəzarətinin  məqsədi  valyuta  əməliyyatları  aparılarkən  valyuta 

qanunveriliciyinə əməl olunmasını təmin etməkdir. 

2. Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır: 

a) aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunveriliciyə uyğunluğunu 

və bunun üçün lisenziya və icazələrin olmasını müəyyən etmək; 

b) dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan Respublikasının valyuta 

bazarında valyutanın satışı üzrə öhdəliklərin rezidentlər tərəfindən yerinə yetirilməsi 

vəziyyətini yoxlamaq; 

v) xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq; 

q)  valyuta  əməliyyatları,  o  cümlədən  qeyri-rezidentlərin  milli  valyuta  ilə 

əməliyyatları üzrə uçot və hesabatın tamlığı, və obyektivliyini yoxlamaq. 



 

Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması 

 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  valyuta 

sərvətlərinin  Azərbaycan  Respublikasına  gətirilməsi  və  ya  Azərbaycan 

Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və 

ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini 

aşkar  etdikdə,  cinayətin  izlərinin qorunması  və  götürülməsi üçün tədbirlər görməli, 

əldə  olunmuş  sənədləri  aidiyyəti  üzrə  cinayət  təqibini  həyata  keçirən  orqana 

göndərməli,  habelə  bu  barədə  məlumatı  maliyyə  monitorinqi  orqanına  təqdim 

etməlidir. 

 

Maddə 15. Valyuta nəzarəti orqanları və agentləri 



 

1.  Azərbaycan  Respublikasında  valyuta  nəzarəti  orqanları  və  onların  agentləri 

tərəfindən həyata keçirilir. 



2.  Azərbaycan  Respublikasının  əsas  valyuta  nəzarəti  orqanı  Azərbaycan 

Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına nəzarət orqanı və müvafiq icra 

hakimiyyəti orqanıdır, valyuta nəzarəti agentləri isə müvəkkil banklardır. 

3.  Azərbaycan  Respublikasının  gömrük  siyasətini  həyata  keçirən  icra  hakimiyyəti 

orqanı rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər 

valyuta  sərvətlərinin  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  Azərbaycan 

Respublikasının  gömrük  sərhəddindən  keçirilməsinə,  habelə  Azərbaycan 

Respublikasının  Gömrük  Məcəlləsi  ilə  nəzərdə  tutulmuş  digər  hallarda  valyuta 

nəzarətini həyata keçirir. 

 

Maddə 16. Valyuta nəzarəti orqanları və agentlərin səlahiyyətləri 



 

1. Valyuta nəzarəti orqanları öz səlahiyyətləri daxilində bütün rezident və qeyri-

rezidentlər  tərəfindən  Azərbaycan  Respublikasında  icrası  məcburi  hesab  edilən 

normativ aktlar qəbul edirlər. 

2. Valyuta nəzarəti orqanları və agentləri öz səlahiyyətləri daxilində: 

a)  Azərbaycan  Respublikasında  rezident  və  qeyri-rezidentlər  tərəfindən  həyata 

keçirilən  valyuta  əməliyyatlarının  mövcud  qanunvericiliyə,  lisenziya  və  icazələrin 

şərtlərinə  nə  dərəcədə  uyğun  gəlməsinə,  həmçinin  valyuta  nəzarəti  orqanlarının 

aktlarının yerinə yetirlməsinə nəzarət edirlər; 

b) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyətlarını yoxlayırlar; 

v)  rezidentlərin  və  qeyri-rezidentlərin  valyuta  əməliyyatları  üzrə  uçotun, 

hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən edirlər. 

 

Maddə 17. Rezident və qeyri-rezidentlərin hüquq və vəzifələri 

 

1. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən rezident və 

qeyri-rezidentlər,  həmçinin  milli  valyuta  ilə  və  bu  valyutada  qiymətli  kağızlarla 

əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı hüquqlara malikdirlər: 

a)  valyuta  nəzarəti  orqanları  və  agentləri  tərəfindən  aparılmış  yoxlamaların 

nəticələri ilə tanış olmaq; 

b)  valyuta  nəzarəti  agentlərinin  fəaliyyəti  barədə  müvafiq  valyuta  nəzarəti 

orqanlarına,  valyuta  nəzarəti  orqanlarının  fəaliyyəti  barədə  isə  Azərbaycan 

Respublikasının ganunvericiliyinə müvafiq qaydada şikayət etmək

v)  bu  qanunla  və  Azərbaycan  Respublikasının  başqa  qanunvericilik  aktları  ilə 

müəyyən edilmiş digər hüquqları həyata keçirmək. 

2. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən rezidentlər 

və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə əməliyyatlar aparan qeyri-rezidentlər 

aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 

a)  valyuta  nəzarəti  orqanları  və  agentlərinə  valyuta  nəzarəti  funksiyalarının 

yerinə yetirlməsi üçün zəruri olan informasiya və sənədləri təqdim etmək

b)  valyuta  nəzarəti  orqanları  və  agentlərinə  onlar  tərəfindən  yoxlamaların 

aparılması zamanı, eləcə də yoxlamaların nəticələri üzrə izahatlar təqdim etmək; 




v) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılan yoxlama aktlarında 

göstərilmiş  faktlarla  razılaşmadıqda  aktın  imzalanmasından  imtina  edilməsinin 

səbəbləri barədə yazılı izahat təqdim etmək; 

q) onlar tərəfindən həyata keçirilən valyuta əməliyyatları üzrə uçot aparmaq və 

hesabat hazırlamaq, onları 5 ildən az olmayan müddətə saxlamaq; 

ğ)  aşkara  çıxarılmış  pozuntuların  aradan  qaldırılmasına  dair  valyuta  nəzarəti 

orqanlarının tələblərini (göstərişlərini) yerinə yetirmək; 

d) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri 

yerinə yetirmək. 

 

Maddə 18. Valyuta qanunveirciliyinin pozulmasına görə məsuliyyət 



 

1. Müvəkkil banklar da daxil olmaqla, bu qanunun müddəalarını pozmuş rezidentlər 

və qeyri-rezidentlər aşağıdakı şəkildə məsuliyyət daşıyırlar: 

a) bu qanuna görə etibarsız hesab edilən əqdlər üzrə, habelə əqdlər üzrə deyil, qeyri-

qanuni fəaliyyətlər nəticəsində əldə edilən gəlirlərin dövlətin mədaxilinə silinməsi; 

b)  müvəkkil  banklar  da  daxil  olmaqla  rezidentlər  və  qeyri-rezidentlər  valyuta 

əməliyyatları uçotunu aparmadıqlarına və onu müəyyən edilmiş qaydaların pozulması 

ilə həyata keçirdiklərinə, bu qanunun 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq 

valyuta  nəzarəti  orqanlarına  və  agentlərinə  sənədləri  və  məlumatları  təqdim 

etmədiklərinə və ya vaxtında təqdim etmədiklərinə görə Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

2.  Bu  maddədə  göstərilən  sanksiyaların  tətbiq  edilməsi  valyuta  nəzarəti  orqanları 

tərəfindən, o cümlədən valyuta nəzarəti agentlərinin təqdimatı ilə hüquqi şəxslər üzrə 

mübahisəsiz qaydada, fiziki şəxslər üzrə isə məhkəmə qaydasında həyata keçirilir. 

3.  Valyuta  qanunvericiliyinin  pozulmasına  görə  rezident  və  qeyri-rezident  olan 

müəssisə və təşkilatların,  o  cümlədən  müvəkkil  bankların  vəzifəli şəxsləri,  eləcə  də 

fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə inzibati, 

mülki-hüquqi və cinayət məsuliyyəti daşıyırlar. 

 

Maddə 19. Valyuta nəzarəti orqanları və agentlərinin vəzifəli şəxslərinin hüquq 

və vəzifələri 

 

1.  Valyuta  nəzarəti  orqanlarının  və  agentlərinin  vəzifəli  şəxsləri  bu  orqanların 

səlahiyyətləri daxilinda aşağıdakı hüquqlara malikdir: 

a)  onlar  tərəfindən  həyata  keçirilən  valyuta  nəzarəti  funksiyaları  ilə  əlaqədar 

bütün  sənədləri  yoxlamaq,  yoxlamalar  zamanı  meydana  çıxan  məsələlər  üzrə  zəruri 

izahatlar və məlumatlar almaq, eləcə də valyuta qanunvericiliyi sahəsində pozuntuları 

əks etdirən sənədləri götürmək; 

b) bu maddədə göstərilən sənədlərin və məlumatların təqdim edilmədiyi təgdirdə 

müvəkkil banklarda hesablar üzrə əməliyyatları dayandırmaq; 

v)  müvəkkil  banklar  da  daxil  olmaqla  rezidentlərə,  eləcə  də  qeyri-rezidentlərə 

valyuta  əməliyatlarını  həyata  keçirmək  hüququ  verən  lisenziya  və  icəzələrin 

qüvvəsini dayandırmaq və ya onları ləğv etmək; 




q)  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 

hüquqlara. 

2.  Valyuta  nəzarəti  orqanları  və  agentləri,  onların  vəzifəli  şəxsləri  valyuta 

nəzarəti  funksiyasını  yerinə  yetirərkən  rezident və qeyri-rezidentlərin onlara  məlum 

olmuş kommersiya sirlərini qorumalıdırlar. 

3.  Valyuta  nəzarəti  orqanları  və  onların  vəzifəli  şəxsləri  onlara  həvalə  edilmiş 

vəzifələri lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyində 

nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərlər. 



 

 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 21 oktyabr 1994-cü il 

№ 910

 

Yüklə 326,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə