Milli Kitabxana
97
Bir körpə gəlişi saxlayıb məni.
6iyun 1979
SEVDALI QIZ
Söyləsənə gül üzdəki qəm nədir,
Niyə gülmək çətin gəlir sənə, qız?
Bilməyincə gözündəki nəm nədir,
Göyüm-göyüm göynəyəcək sinə, qız.
Elə baxma, yanıqlıyam, yanaram,
Elə gülmə, gülüşündən sınaram
Susub durma, sükutundan donaram,
Qıyarsanmı bir cavana, denə, qız?
Zirvədə çən, sevən başda dən olar,
Sevən ürək qəlbi olar, gen olar,
Dərdin, qəmin dərd-qəmimə tən olar,
Dərdin alım, de dərdini mənə, qız.
Mən kövrəyəm, sənin qəlbin həzindi,
Yana-yana dərd ovudaq biz indi.
Sevda yolu hər bir yoldan uzundu,
Şair könlüm dilə gəldi yenə,qız.
12yanvar 1977
YOLÇU
O batan Günəşin şüalarıtək
Süzülür qəlbimə xatirələrin.
Ehmalca saçıma toxunur külək,
Elə bilirəm ki, əlindir sənin.
Hər yerdə belədir, gün batanda, bax,
Üfüqün gözünə qanlar sağılır.
Göylərin Günəşi batsa da,ancaq
Qəlbimdə baçqa bir Günəş doğulur.
Çöksə də yollara daha qaranlıq,
Milli Kitabxana
98
Gedirəm qəlbimin işığıyla mən.
Yenə ayrılığa qaldı yamanlıq,
Bilmədi, sən mənim ürəyimdəsən.
O batan Günəşin şüalarıtək
Süzülür qəlbimə xatirələrin.
Ehmalca saçıma toxunur külək,
Elə bilirəm ki, əlindir sənin.
SON GÖRÜŞ
Son görüş özü də vüsaldır,düzü,
Duyuram şirindir,.. doya bilmirəm.
Əlimdən nə gəlir? – Yaxşı yol sözü,
Qəlbimdən nə keçir? – deyə bilmirəm.
Başımda fikirlər pərən-pərəndir,
Gözümdə dağların yatır dumanı.
Sənin də ürəyin lap kövrələndir,
Mənim də qəlbimin yoxdur amanı.
Nə var ayrılırıq... Böyük işdi bu?
Nə var,söz vermisən bir özgəsinə.
Axı,nə olsun ki,son görüşdü bu?
Elə son görüş də bəs edər mənə.
Nə olsun?.. Deyirəm,incimirəm mən...
Bu,qəlbin kini yox,nisgilləridir.
Gələcək var olsun,Nəbi demişkən:
– İllər ömürlərin sahilləridir.
15yanvar 1976
NƏ İSTƏRSƏN?
Can istədin,.. candan keçdim...
Candan artıq nə istərsən?
Qan istədin,.. qandan keçdim...
Qandan artıq nə istərsən?
Göz yaşımda yuyunduqca
Milli Kitabxana
99
Açdı gülün xonça-xonça.
Zülm elədin mənə bunca
Bundan artıq nə istərsən?
Məndən alıb qovdun məni,
Ovum-ovum ovdun məni,
Ovuc-ovuc sovdun məni,
Ondan artıq nə istərsən?
Cismim yoxdur,ruham daha...
Varamsa da,yoxam daha.
Bax Tanrıya,bax Allaha,
Məndən artıq nə istərsən?
7fevral 1997
YORULDUM
Gəl,ey ötən günlər,ey ötən anlar,
Həsrət tellərini çaldım,yoruldum.
Qayğısız-qayğısız gülən cavanlar,
Mən də sizin kimi güldüm,yoruldum.
Ayıldım yuxudan iş ötüşəndə,
Gülə yox,qanqala ox ilişəndə.
Mən də yaman sevdim eşqə düşəndə,
Çox qıza çox Məcnun oldum,yoruldum.
Sinə dəftər oldu,dil qələm oldu,
Yazdığım hər şeir bir aləm oldu.
Tərif də etdilər,bu da qəm oldu,
Axırda əlacsız qaldım,yoruldum.
Nə onda insaf var,nə məndə dözüm...
Vəfasızmı deyim? Gəlməyir üzüm.
Ağlama,ürəyim,ağlama,gözüm,
Sevdadan payımı aldım,yoruldum.
Bəsdir,Cumayoğlu, giley eylədin,
Dostları ilə paylaş: |