Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə41/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

 
 132  
bir neçə rəy gətirəsiz. Darıxıb-zad eyləmə, Natiq çox yaxĢı bir 
sponsor tapıb. Səfəriniz yüksək səviyyədə maliyyələĢəcək. 
RAFĠQ - Mamed Cəliloviç... 
ATAZADƏ (onun sözünü kəsərək) - ƏĢi bu rəsmiyyətçilik 
kimə  lazımdır.  Biz  həmkarıq,  iĢ  yoldaĢıyıq.  Mənə  Mamed 
müəllim desən də kifayət edər. 
RAFĠQ  (onun  dediklərinə  fikir  vermədən)  -  Mamed 
Cəliloviç, mən o dissertasiyanı artıq oxumuĢam. Və mən özüm 
istəyirdim ki, bu iĢlə bağlı Sizinlə söhbət edim. Mən belə hesab 
edirəm  ki,  Natiqin  apardığı  təcrübələrin  nəticələri,  yumĢaq 
desək,  dəqiq  deyildir.  O,  öz  təcrübi  nəticələrini  nəzəriyyəyə 
süni  surətdə  uyğunlaĢdırmıĢdır.  Daha  doğrusu  onun  təcrübi 
nəticələri  nəzəriyyədən  alınan  nəticələrə  tabe  etdirilmiĢdir. 
Mən  hesab  edirəm  geniĢ  müzakirəyə  çıxarılmazdan  əvvəl 
dissertasiya laboratoriyada müzakirə olunmalıdır. 
ATAZADƏ (az qala çığıraraq) - Necə?! Siz deyirsiniz  ki, 
Natiqin aldığı nəticələr saxtadır? 
RAFĠQ  (çox  sakit  Ģəkildə)  -  Mən  qəti  olmasa  da,  belə 
fikirdəyəm. 
ATAZADƏ - Siz həddinizi aĢırsınız, Rafiq Əliyeviç! Bəli, 
siz  həddinizi  aĢırsınız.  Siz  mənim  aspirantımın  apardığı  elmi 
iĢə Ģübhə ilə yanaĢırsınız.. 
RAFĠQ (təmkinini pozmadan) - Mən təkcə Sizin aspirantın 
aldığı  təcrübi  nəticələrə  deyil,  həm  də  Sizin  arxalandığınız 
nəzəriyyəyə Ģübhə ilə yanaĢıram. 
ATAZADƏ (hirslə əlini  stoluna vuraraq) - Bəsdir! Siz lap 
ağ  etdiniz.  Vicdan  haqqı...  Siz  dünya  Ģöhrətli  ġterenberqin 
nəzəriyyəsinə Ģübhə edirsiniz? 
RAFĠQ  -  Mən  ġterenberqin    böyük  alim  olmasına  əsla 
Ģübhə etmirəm. Lakin... 
ATAZADƏ ( onun sözünü kəsərək) - Gəl hələ bir buna da 
Ģübdə elə! 
RAFĠQ  (sözünə  davam  edərək)  -  Lakin  onun  mayelər 
haqqında  verdiyi  nəzəriyyə  sadəcə  olaraq  təcrübi  nəticələrə 


 
 133  
uyğun  gəlmir.  Belə  hesab  edirəm  ki,  bu  nəzəriyyə  qurularkən 
bir sıra mühüm faktorlar nəzərə alınmamıĢdır. 
ATAZADƏ  (hirslə)  -  Siz  çox  mənəm-mənəm  deyirsiniz. 
Axı Siz kimsiniz? 
RAFĠQ  (sakit  və  bir  qədər  istehzalı)  -  Mən?  Mən  Sizin 
rəhbərlik etdiyiniz elmi sektorun əməkdaĢı. 
ATAZADƏ  (hirslə)  -  Bəsdir,  bəsdir  mənim  əsəblərimdə 
oynadız.  (Hirslə  gülərək)  Ha,  ha..  bir  buna  bax  ġterenberqə 
nöqsan tutur. 
RAFĠQ  -  Mamed  Cəliloviç,  mənə  belə  gəlir  ki,  Siz  çox 
yaxĢı  bilirsiniz  ki,  20-ci  əsrə  kimi  atom  bölünməz  hesab 
olunurdu.  Sonra  nə  oldu?  Sonra  məlum    oldu  ki,  atom  özü  də 
elementar  hissəciklərdən  təĢkil  olunub.  Axı  vaxtilə  atomun 
bölünməzliyini  dahi  alimlər  də  söyləmiĢdilər.  ġterenberqin 
nəzəriyyəsi  də  onun  kimi.  Məlumunuz  olsun  ki,  biz  Ariflə 
həmin  nəzəriyyənin  nöqsanlı  olduğunu  sübut  etmiĢik  və  yeni 
nəzəriyyə vermiĢik. 
ATAZADƏ  (istehza dolu  təəccüblə) -  Belə de,  belə de.  A 
kiĢi  mus-mus  deyincə  Mustafa  de  də.  De  ki,  Natiqin  təcrübi 
nəticələri  mənim  nəzəriyyəmə  uyğun  gəlmir.  Bəlkə  elə 
əsərinizi Nobel mükafatına təqdim edəsiniz. 
RAFĠQ  (təmkinlə)  -  Səbr  edin.  Məqamı  çatanda  o  da 
olacaq. Niyə ingilis, alman, fransız, nə bilim daha hansı alimlər 
o  mükafatı  ala  bilsin,  bizimkisə  yox.  Bizim  nəyimiz  əksikdir 
onlardan?  Bir  də,  mən  bilən  mübahisəyə  artıq  ehtiyac  yoxdur. 
Biz  öz  elmi  iĢimizi  Londonda  keçiriləcək  Beynəlxalq 
simpoziuma  təqdim  etmiĢik.  Son  sözü  simpozium  iĢtirakçıları 
söyləyəcəklər.  Qaldı  ki,  Natiqin  dissertasiyasına,  (pauzadan 
sonra)  o  iĢ  müdafiəyə  buraxıla  bilməz.  Bu  mənim  Ģəxsi 
fikrimdir.  etirazınız  varsa,  qoyun  Ģöbədə  müzakirəyə, 
vəssalam!  
ATAZADƏ (hirsl) - Siz nə qədər etikasız adamsınız! Mən 
o iĢi dəfələrlə... 


 
 134  
RAFĠQ  (onun  sözünü  kəsərək)  -  Mamed  Cəliloviç,  xahiĢ 
edirəm təhqirə keçməyin! 
ATAZADƏ  -  A  kiĢi,  Siz  bayaqdan  məni  təhqir  edirsiniz, 
özünüz  də  deyirsiniz  ki,  təhqirə  keçmə.  Mən  o  iĢi  dəfələrlə 
oxumuĢam, düzəliĢlər etmiĢəm. Zavodda tətbiqinə baĢlayıblar. 
Siz isə deyirsiniz ki... 
RAFĠQ (onun sözünü kəsərək) - Məncə burda əsəbiləĢməli 
bir  Ģey  yoxdur.  Bu  elmdir,  Mamed  Cəliloviç,  elm!  Zavodda 
tətbiqə də baĢlaya bilərlər. o necə təĢkil olunur onu da bilirik. 
Amma  mən  tam  əminəm  ki,  həmin  tətbiqdən  heç  bir  Ģey 
çıxmayacaq.  Səməd  və  Aliyənin  müĢahidələri  də  bunu 
təsdiqləyir.  Qaldı  ki,  Natiqin  dissertasiyasına,  bir  daha  təkrar 
edirəm,  buyurun  müzakirəsini  təĢkil  edin,  yoldaĢlar  da  öz 
rəylərini  bildirsinlər.  Nə  vaxta  kimi  bu  sektordan  elmi  iĢlər 
xəlvəti aradan çıxacaq?  
ATAZADƏ (bir qədər yumĢalaraq) - ƏĢi, yoldaĢlar kimdir? 
Öz  aramızdır  bu  problemdən  mənim  və  sənin  kimi  baĢı  çıxan 
var? 
RAFĠQ  -  Siz  nahaq  elə  deyirsiniz.  Bizdə  yaxĢı 
mütəxəssislər çoxdur. 
ATAZADƏ (kinayə ilə) - Məsələn (Rafiqin üzünə baxır). 
RAFĠQ  -  Məsələn,  Arif.  Verin  qoy  oxusun.  O,  bu  iĢə 
faydalı  düzəliĢlər  edə  bilər.  Mən  belə  hesab  edirəm  ki, 
dissertasiya fundamental surətdə yenidən iĢlənməlidir. 
ATAZADƏ  (qəzəblə)  -  Sən  kimə  deyirsən  verək 
dissertasiyanı  oxusun,  Arifə?  Adə,  mən  onu  heç  adam  yerinə 
qoymuram. 
YekəbaĢın  biridir.  Ġndi  öz  aspirantımın 
dissertasiyasını ona oxutdurum? 
RAFĠQ - Siz camaatı nahaqdan təhqir edirsiniz. Hərənin öz 
Ģəxsiyyəti,  mənliyi  var.  Qadı  ki,  Arifin  mütəxəssisliyinə,  o 
bizim sektorun ən aparıcı alimlərindəndir. 
ATAZADƏ  -  Bura  baxın,  indi  də  öz  dostunuzu, 
əməkdaĢınızı  mənim  gözümə  soxursunuz.  Qoy  o,  hələ  öz 
doktorluğunun  dərdinə  qalsın.  Mən  onu  müdafiə  etməyə 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə