Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə37/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

 
 117  
ƏSƏD - Yox əĢi, var, Əhmədovun çay stəkanından istifadə 
etmək olar. 
ġĠROĞLAN  -  A  kiĢi,  dəyməyin  onun  çayına.  Bəlkə  onun 
ayrı məqsədi var. Biz Gəncədə oxuyanda... 
ƏSƏD (onun sözünü kəsərək) - ġiroğlan, mən ölüm saxla. 
Siz Gəncədə oxuyanda sizin bir tələbə yoldaĢınız varmıĢ və o, 
çayı  bumbuz  soyuq  olmasaymıĢ,  içməzmiĢ.  Bunu  demək 
istəyirdin? 
ġĠROĞLAN-Ə,sən  öl,elə  bil  Gəncədə  mən  yox  elə  bu 
(Əsədi göstərir) oxuyubmuĢ. (Astadan gülür). 
ƏSƏD - ƏĢi ġiroğlanın, stəkanını götür. 
ġĠROĞLAN  (öz  stəkanını  əlinə  götürərək)  -  Yox,  sən 
öləsən verə bilmərəm. Stəkanım murdar olar. 
ƏSƏD  -  Ay  ġiroğlan,  camaat  bütün  murdarları  spirtlə 
təmizə çıxarır. Sən ona murdar deyirsən? 
ġĠROĞLAN  -  Camaat  çox  qələtlər  eləyir,  onun  mənə  nə 
dəxli? 
KAMAL  -  Eybi  yoxdur,  Babalı  sən  baĢla,  mən  də 
tamamlayaram. 
BABALI (etiraz edərər) - Yox qardaĢ, yalnız səndən sonra. 
      Kamalla  Əsəd  içirlər.  Sonra  Kamal  öz  stəkanına  araq 
süzüb Babalının qarşısına qoyur. 
BABALI - Kamal müəllim, sağ ol, sənin sağlığına! (Ġçir). 
     Bu zaman Əhmədov kupenin qapısında görünür. 
ƏHMƏDOV  -  Kstati,  sizin  o  “ġəfəq”kəndində  qızıl 
“onluq”pul kəsən  vardı. Necə oldu onun axırı? 
ġĠROĞLAN  (astadan)  -  Bizdən  söz  almaq  istəyir  hərif. 
Görürsünüz? 
ƏSƏD  (cox  ehtiyatla)  -  Hə,  belə  bir  iĢ  deyəsən  olub.  O 
kənd bizdən xeyli aralıdır. Məncə qızıl pul kəsəni həbs etdilər. 
Vallah bizim elə iĢlərdən xəbərimiz olmaz. 
ƏHMƏDOV  (bir  qədər  istehzalı)  -  Əlbəttə,  xəbəriniz 
olmaz.  Bütün  aləm  danıĢir  ki,  o  pul  kəsən  bu  zonanın  bütün 
vəzifəli  adamlarını,  təsərrüfatları  yeyib  –dağıdanları  qızıl 


 
 118  
əĢyaları ilə təmin edib. Siz də deyirsiniz ki,  xəbəriniz yoxdur. 
(Üzünü  Əsədə  tərəf  çevirərək)  -  Bəs  siz  təsərrüfat  baĢçısı 
deyilsiniz? 
ġĠROĞLAN (astadan) - Pah atonnan, nə dəqiq bilir! 
BABALI  (hirslə)  -  Nəyi  dəqiq  bilir?  Qızıl  pul  kəsənlə 
alverə girmisən, qızıl alıbsan, yoxsa satıbsan, biz bilmirik? 
KAMAL  (dərhal  ayağa  qalxaraq)  -  YaxĢı,  sağ  olun,  mən 
getdim.  Bizim  kupedəki  uĢaqlar  məndən  narahat  olarlar. 
Çoxdan  çıxmıĢam.  (Sonra  Əhmədova  müraciətlə)  BağıĢlayın, 
narahat etdim. Salamat qalın(çıxır). 
       Əhmədov da onun arxasınca kupedən çıxır. 
BABALI - Ə, Kamal nə yaman qorxdu. 
ƏSƏD  -  Niyə  də  qorxmasın?  Kamalın  həmin  pul  kəsənlə 
birbaĢa  əlaqəsi  vardı.  Qızıl  onluqları  əridənlərdən  biri  də  elə 
Kamal idi də. Bir ildə imarəti hansı pulla tikdi? Özünə fermanı 
hansı  pulla  yaratdı?  Qatarda  getməyinə  baxma,  o  iki 
inomarkanı hansı pula aldı? 
BABALI - Nə eyləyib özü bilər, bir də Allahı. 
ƏSƏD  -  Əlbəttə,  özü  bilər.  Mən  sadəcə  olaraq  onun 
narahatçılığının səbəbini deyirəm. 
ġĠROĞLAN (astadan gülərək) - Sən öl, lap güllə kimi çıxdı 
kupedən. Biz Gəncədə oxuyanda... 
ƏSƏD  (onun  sözünü  kəsərək)  -  Saxla,  əĢi  saxla.  Siz 
Gəncədə  oxuyanda  bir  tələbə  yoldaĢınız  olub.  Yataqxanadakı 
otaqda bir balaca tünlük olanda aradan çıxırmıĢ. 
ġĠROĞLAN  -  Pah  atonnan,  elə  bil  Gəncədə  mən  yox,  elə 
bu (Əsədə iĢarə ilə)oxuyubmuĢ. (Astadan gülür, o biri iki dost 
da ona qoĢulur). 
            Babalı narazı şəkildə bir kupenin qapısına tərəf, bir 
də  yarımçıq  araq  butulkasına  baxır.  Əsəd  başını  bulayır. 
Əhmədov yenə kupenin qapısı ağzında görünür. 
ƏHMƏDOV - Kstati, sizin rayonda Bəyalı kəndi var. Bax 
orada inək oğurluğu məsələsi necə oldu? 


 
 119  
ġĠROĞLAN  (tələsik)  -  Tutdular,  oğruları  tutdular.  (Sonra 
astadan  dostlarına)  ƏĢi  bu  hər  Ģeyi  bilir.  Yəqin  prokurorluq 
iĢçisidir. 
ƏHMƏDOV  -  Hə,  (pauza).  Kstati,  gecələr  xəlvəti  Ģəxsi 
obyektlərdə oğurluq  edib, sonra həmin obyekləri  yandıran var 
idi    e,  onunçün  qəti  imkan  tədbiri  görülüb.  Deyəsən  (baĢına 
barmağı ilə iĢarə edir) ondan imiĢ. 
ƏSƏD (o da barmağı ilə baĢına iĢarə edir) - Ondan olsaydı 
camaatın malını oğurlayıb mülkünə niyə od vuvrdu. Elə özünə 
od vurardı da. Bir də ki, dəlini dama basmazlar ki. 
ƏHMƏDOV - Mən demədim o, yüz faiz dəlidir. ġübhəsiz 
ki, müvafiq orqanlar bunu araĢdıracaqlar. 
BABALI  (kənara)  -  ġübhəniz  olmasın,  mən  ölüm,  bu 
prokurorluq iĢçisidir ki, var. 
ġĠROĞLAN  -  QardaĢlar,  yamanca  iĢə  düĢmüĢük.  Biz 
Gəncədə oxuyanda... 
ƏSƏD (onun sözünü kəsərək) - Sən Allah, bir dayan, bunu 
da eĢitmiĢik, söyləyim? 
ġĠROĞLAN  (sakitcə)  -  Yox,  ehtiyac  yoxdur.  Özüm  sizə 
söyləmiĢəm də. 
         Əhmədov  kupenin  qarĢısında  var-gəl  edir.  Kupenin 
qapısı açıqdır. 
ƏSƏD (astadan) - Mən ölüm, burda Əlinin yeri nə görünür! 
Əli burda olsaydı bu Əhmədovu yuyub çəpərdən asardı. 
BABALI  -  ƏĢi,  sən  də  Əlini  çox  ĢiĢirtmə.  BaĢdan  ayağa 
gopdur. Lap elə olaydı burda, nə edərdi ki? 
ġĠROĞLAN  (kənara)  -  Gopçu  gopçunu  bəyənməz.  Bu  da 
(Babalıya  iĢarə  edir)  onun  kimi  gopçudur  axı.  Atalar  yaxĢı 
deyib ki, iki qoçun baĢı bir qazanda qaynamaz! 
ƏSƏD - Yox, Babalı elə demə, o respublikanın bütün “bərk 
gedənlərini”tanıyır.  Böyük-böyük  adamların  çoxu  onunla 
dostluq  edir.  (DanıĢığına  ara  verir).  Bəlkə  elə  bu  Əhmədov 
onun tanıĢı çıxardı. 


 
 120  
BABALI  -  ƏĢi  o,  hamısını  gop  eyləyir,  heç  elə  bir  fərli-
baĢlı tanıdığı adam da  yoxdur. Sadəcə olaraq yalandan ĢiĢirdir. 
Bir dəfə avtobusda baĢımıza oyun açdı. EĢitmisiz? 
ƏSƏD - DanıĢ eĢidək də. 
ġĠROĞLAN  (qımıĢaraq)  -  Hə,  hə,  Babalı  sən  canın  söylə 
həmin əhvalatı. Qoy bir az əhvalımız düzəlsin. Baxmayaraq ki, 
mən  o  əhvalatı  səndən  bir  neçə  dəfə  eĢitmiĢəm.  Əsəd 
eĢitməyib. Bir də eĢitsə nə olar ki? Sən o hadisəni hər dəfə bir 
cür danıĢırsan. DanıĢdıqlarının heç biri o birinə uyğun gəlmir. 
Həmin əhvalatı eĢitmiĢ olsaydı belə, indi danıĢacağın onunçün 
təzə olacaqdı. Hi, hi...(gülür). 
BABALI  (ciddi  görkəm  alaraq)  -  ƏĢi  avtobusla  kəndə 
gəlirdim. Kamalla Əli də mənimlə idilər. QonĢu rayondan birisi 
yanımda oturmuĢdu. TanıĢ olduq, Ģirin söhbətə giriĢdik. QonĢu 
rayonlu bizim kənddən çoxlu adam tanıyırdı. Əli də ondan geri 
qalmamaq  üçün  onun  rayonundan  olan  bir  dostunun  adını 
çəkdi.  Lap  çoxdan  Cabir  müəllimlə  dostluq  etdiyini  soylədi. 
Səfalı  kəndinə  çatar-çatmaz  qonĢu  rayonlu  kiĢi  avtobusu 
saxlatdı. O, avtobusdan düĢməzdən əvvəl bizdən xahiĢ etdi ki, 
Həsənə,  Kərimə,  Əkbərə  ondan  salam  söyləyək.  Bizim  Əli  də 
eləmə  tənbəllik,  ondan  xahiĢ  etdi  ki,  Cabir  müəllimə  salam 
söyləsin.  QonĢu  rayonlu  kiĢi  geri  çevrilərək:  ”ƏĢi  Cabir 
müəllim mən özüməm də” deyib avtobusdan düĢdü və heç geri 
də baxmadı. Bizim isə gülməkdən az qaldı qarnımız cırıla. Əli 
isə kəndəcən heç ağzını açmadı, ha, ha...(Birlikdə gülürlər). 
      Əhmədov kupeyə daxil olur və Əsədin yanında oturur. 
ƏHMƏDOV  (yarımçıq  araq  butulkasına  baxaraq)  - 
Deyəsən  axı  zakuskanız  qurtardı.  Bunu  (arağa  iĢarə  ilə)  sona 
yetirə bilmədiniz. 
ƏSƏD - Yox, yox, biz içən deyilik. Elə, belə... 
ƏHMƏDOV  (gülümsəyərək)  -  A  kiĢilər,nə  danıĢırsınız? 
Kstati,  mən  öz  kliyentlərimi  əla  tanıyıram.  (Diplomat  portfeli 
açıb  oradan  bir  neçə  mandarin  və  limon  çıxarıb stolun  üstünə 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə