Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə35/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

 
 109  
 
 
 
 
 

 
 
 
 
 
 
PYESLƏR 
 
 
 
 
 
 
 
 


 
 110  
YENƏ DƏ QATARDA 
(Ġsi Məlikzadənin xatirəsinə) 
                                    
ĠġTĠRAK  EDĠRLƏR: 
 
ƏSƏD - təsərrüfat baĢçısı, 50-55 yaĢında, 
ġĠROĞLAN - onun müavini, 60 yaĢında, 
BABALI - təsərrüfatın mühasibi, 50 yaĢında, 
ƏHMƏDOV - 40-45 yaĢlarında ucaboy, enlikürək kiĢi                      
KAMAL - Əsədgilin kəndçisi, 55 yaĢında 
QATAR  bələdçisi, 45 yaĢında. 
       
Hadisə qatarda baş verir
 
      Üç  dost,  üç  yoldaş,  eyni  zamanda  bir  təsərrüfat 
rəhbərləri -Əsəd, Şiroğlan və Babalı qonşu rayonun dəmir yol 
stansiyasında  Bakıya  gedən  qatara  minirlər.  Qatarın  yola 
düşməsinə  hələ  yarım  saat  var.  Dostlar  kupeyə  daxil  olub 
şeylərini yerbəyer edirlər. 
 
ġĠROĞLAN  (saatına  baxaraq)  -  Hələ  qatarın  yola 
düĢməsinə yarım saat var. Bəlkə  baĢlayasız adama əlli-əlli (öz 
boğazına çırtma vurur). 
ƏSƏD-  Allah  eləsin  bizimki  bu  dəfə  gətirsin,  kupedə 
üçümüz olaq. Bakıyacan Babalının goplarına nə qulaq asarıq! 
BABALI  -  Gopu  özün  eləyirsən.  Mənim  söylədiklərim 
həmiĢə həqiqət olur. Amma o sözünə varam  ki,  kupeyə kənar 
adam gəlməsin. Əks halda kefimizi pozacaq. 
ƏSƏD - A kiĢi, keçən dəfə mən  sizsiz gedəndə kupeyə biri 
düĢmüĢdü,  düz  Bakıyacan  xoruldadı.  Pah  atonnan,  bizə  bir  ot 
yoldurdu ki, gəl görəsən! 
BABALI  (süfrə  açaraq)  -  ĠnĢallah  özümüz  olarıq.  Gəlin 
oturaq. 


 
 111  
ġĠROĞLAN  (süfrənin  düzəldilməsində  Babalıya  kömək 
edərək)  -  Ə,  baĢlayın,  sonra  gələn  olar,  kefinizə  soğan 
doğrayar. 
BABALI (iki stəkana araq süzərək) - ġiroğlan, bəlkə sən də 
bir əlli vurasan? Sən öl, kənddə heç kəsə demərik. 
ġĠROĞLAN  (bir  az  incik  kimi)  -  Dəlisən,  nəsən?!  Sən 
bilirsən  ki,  mən  dindar  adamam.  Heç  vaxt  içki  içməmiĢəm, 
içmirəm və içməyəcəyəm də. Mən kənd camaatının qınağından 
yox,  Allahımdan  qorxuram.  Bildinmi?  Bir  də  mənə  belə 
təkliflər etmə! 
ƏSƏD  (ġiroğlana  müraciətlə)  -  Ay  xaloğlu,  sənin  bu 
meydən,  məzədən  xəbərin  yox,  cən  canın  bizim  içməyimizi 
belə balet eləməkdə marağın nədir? 
ġĠROĞLAN  (hər  ikisinə  baxaraq  gülə-gülə)  -  Düzünü 
desəm, inciməzsiniz? 
ƏSƏD  (gülümsəyərək)  -  Yox,  xaloğlu  canı  incimərik, 
söylə. 
ġĠROĞLAN  -  Siz  ki,  içirsiz  bu  arağı,  sonra  baĢlayırsız 
meymun kimi oynaĢmağa. Bax mənim ondan xoĢum gəlir. Ha, 
ha. (Gülür). 
            Sonra həm Əsəd, həm də Babalı ona qoşularaq qəh-
qəhə çəkib gülürlər. 
ƏSƏD (gülməkdən yaĢarmıĢ gözlərini silərək) - Ə, xaloğlu, 
sən  öl,  sənə  yazığım  gəlir.  Sənin  bu  dünyanın  ləzzətindən 
xəbərin  yoxdur.  Gözüvü  dikmisən  o  biri  dünyaya.  Ay 
rəhmətliyin  oğlu,  nağdını  qoyub  nisyə  dalınca  niyə  qaçırsan? 
(Gülməkdə davam edir). 
ġĠROĞLAN  -  Xaloğlu  canı  mənim  də  sənə  yazığım  gəlir. 
O  biri  dünyada  cəhənnəmdə  yanacaqsan.  Çəkəcəklər  məhĢər 
ayağına, bax onda göz yaĢı tökəcəksən! 
Üçü də bir-birinə qoşulub gülürlər. 
ƏSƏD  (özünü  gülməkdən  zorla  saxlayaraq)  -  Ay  yazıq 
xaloğlu! Ə, avamsan ey, avam. 


 
 112  
ġĠROĞLAN  (gülə-gülə)  -  Xaloğlu,  amma  içki  içməyinizə 
baxmayaraq  bir  iĢinizdən  xoĢum  gəlir.  Arağı  stəkanlara  elə 
dəqiq süzürsünüz ki, sanki menzurkada ölçübsən. Öz aramızdı, 
molla olsaydı öz payını bir qədər artıq eləyərdi. Ha, ha... 
       Yenə  gülüşürlər.  Bu  zaman  kupenin  qapısı  açılır. 
Kostyumlu,  qalstuklu,  əlində  diplomat  portfel  olan  bir  kişi 
qapıda görünür. Kupedəkilərlə salamlaşır. 
ƏSƏD,  ġĠROĞLAN,  BABALI  (üçü  birlikdə)  -
Əleyküməsalam! 
ƏSƏD  (nəzakətlə)  -  Buyurun,  buyurun.  Çörək  yeyin 
bizimlə. 
ƏHMƏDOV  (bir  qədər  quru)  -  Çox  sağ  olun,  ehtiyacım 
yoxdur. 
      Keçib  üç  yoldaşdan  birinin  yanında  oturur  və 
pəncərədən bayıra baxır. Üç dost bir qədər ciddi görkəm alır. 
Bu zaman qatar yola düşür. 
ġĠROĞLAN - Allah, Məhəmməd, ya Əli! 
    Əhmədov  tərs-tərs  bir  ona  baxır,  bir  də  boşalmış  araq 
butulkalarına. Sonra qalxıb kupedən çıxır. 
ġĠROĞLAN (astadan) - Belə baxıram bura adamı deyil. 
BABALI  -  Sən  öl,  bu  böyük  adama  oxĢayır.  Nə  kefimizi 
pozdu?!  DüĢünürdüm  ki,  Bakıyacan  deyib,  gülüb  kefə 
baxacağıq. Bu zalım oğlu kefimizə doğrudan da soğan doğradı. 
ƏSƏD  -  Mən  bilən  bu  Bakıdan  gələn  yoxlamadı.  Özü  də 
deyəsən  Prezident  aparatındandır.  Zalım  oğlunun  sifətindən 
zəhər tökülür. 
ġĠROĞLAN  (bir  qədər  narahatlıqla)  -  Ola  bilər.  Görünür 
bu  rayonda  yoxlama  aparmağa  gəlibmiĢ.  Əcəb  iĢə  düĢmədik. 
(BaĢını bulayır). 
     Əhmədov yenidən kupeyə daxil olur. 
ƏHMƏDOV  (bir  qədər  təkəbbürlə)  -  Hə,  deməli  Bakıya 
gedirik.  (Hər  üçünün  üzünə  diqqətlə  nəzər  salaraq)  Amma  bu 
rayonun adamına oxĢamırsınız. 


 
 113  
ƏSƏD  (nəzakətlə)  -  Bəli,  düz  buyurursunuz.  QonĢu 
rayondanıq.  Sadəcə  olaraq  burda  qatara  minmək  bizim  üçün 
daha  rahatdır,  nəinki  öz  rayonumuzdakı  stansiyada.  Ona  görə 
gəldik elə burda minək qatara. 
      Bu zaman qatar bələdçisi qapıda  görünür. 
BƏLƏDÇĠ - BağıĢlayın, sizə çay gətirimmi? 
ġĠROĞLAN (hamını qabaqlayaraq) - Gətirin, dörd stəkan. 
          Bələdçi gedir. 
ƏHMƏDOV (təmkinlə) - YaxĢı, çox yaxĢı. Gəlin  bir tanıĢ 
olaq. Mən  Əhmədovam. Hamı mənə belə müraciət eləyir. 
ƏSƏD  -  Mənim  adım  Əsəddir.  (Sonra  yoldaĢlarını  bir-bir 
təqdim edir). Bax bu yoldaĢ ġiroğlan, o birisi isə Babalıdır. 
ƏHMƏDOV - Çox gözəl, çox gözəl. (Bir qədər təkəbbürlə) 
Yəqin kənd təsərrüfatı ilə məĢğulsunuz. 
ƏSƏD  -  Bəli  mən  təsərrüfat  baĢçısıyam,  ġiroğlan  mənim 
müavinim, Babalı isə mühasibimdir. 
ƏHMƏDOV (gülümsəyərək) - Belə de, belə de. Çox gözəl, 
çox  gözəl.  Deməli  əl-ələ  verib  (süfrəyə      iĢarə  edərək) 
təsərrüfatı dağıdırıq. 
ġĠROĞLAN (özünü saxlaya bilməyib)  – Yox, yox! Siz nə 
danıĢırsınız? Biz təmiz adamlarıq. 
ƏHMƏDOV  (gülümsəyərək)  -  Təmiz?  Biz  hamımız 
təmizik.  Kim  öz  ayranına  turĢ  deyər?  Bir  də  təmizlik  anlayıĢı 
nisbi anlayıĢdır. Kstati, siz EynĢteyni taniyırsız? Onun nisbilik 
nəzəriyyəsindən  xəbəriniz varmı? 
ġĠROĞLAN (qorxa-qorxa) - Vallah, biz Gəncədə oxuyanda 
deyəsən axı onun adını eĢitmiĢəm. 
ƏHMƏDOV  (bir  qədər  amiranə)  -  Yox,  cənab  ġiroğlan 
müəllim!  Alimin  təkcə  adını  eĢitmək  yox,  onun  kəĢflərini 
öyrənmək  lazımdır.  Kstati,  siz  aqranomsunuz.  Deyə 
bilərsinizmi  Lısenko  nələr  etmiĢdir.  (ġiroğlan  nəsə  demək 
istəyir,  Əhmədov  ona  imkan  vermir).  Yox,  deyə  bilməzsiz! 
Çünki  hamı  diplom  əldə  etmək  istəyir.  Heç  kəs  savadlanmaq, 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə