Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə32/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

 
 98  
qurmağa  baĢlayırlar.  Lakin  bu  Ģəhər  Tlemsenlə  rəqabətə  girə 
bilmir və bir neçə on illərdən sonra baxımsız qalır. Indi Mənsu-
rahi  Ģəhərində  məscid,  saray,  qala  divarları  və  qüllələrinin 
xarabalıqları qalmıĢdır. 
Kordov  xilafəti  (Ġspaniya)  ilə  ticarət  əlaqələri  zəiflədikcə 
Tlemsen  özünün  əhəmiyyətini  itirməyə  baĢlamıĢdır.  Ġspanlar 
Oran  Ģəhərini  zəbt  etdikdən  sonra  Tlemsen  onların  vassalına 
çevrilmiĢdir. 
Tlemsenlilər  “Barbaros”  ləqəbli  dəniz  qulduru  Arudhun 
köməyi  ilə  Ġspaniyadan  azad  olmağa  çalıĢmıĢlar.  Pirat  qısa 
müddətdə Tlemsenə sahib olmuĢ, onu bura dəvət edənləri edam 
etmiĢ  və  tezliklə  özü  də  ispanlar  tərəfindən  öldürülmüĢdür. 
Sonra  Oran  Əlcəzairdən  gələn  türk  dəstələri  tərəfindən 
blokadaya  alınmıĢdır.  Türklərin  bu  Ģəhərdə  inzibati  orqanları 
yaradılmıĢ,  tezliklə  Ģəhərdə  türkə  ərə  getmiĢ  tlemsenli 
qadınların  dünyaya  gətirdikləri  yeni  nəsil  sürətlə  artmağa 
baĢlamıĢdır. Üç yüz illik türk hökmranlığı nəticəsində Ģəhərdə 
etnik tərkib nəzərə çarpacaq dərəcədə dəyiĢmiĢdir. 
Fransızlar  bu  Ģəhərdə  “fəaliyyətə”  mərkəzi  meydan  yarat-
maq üçün  ən  gözəl  məscidlərdən birini sökməklə baĢlamıĢdır. 
Fransız  iĢğalı  zamanı  bu  Ģəhər  Əlcəzair  millətçiliyinin 
mərkəzinə  çevrilmiĢ,  ƏXDR-in  rəhbərləri,  inqilabi  mühit  bu 
Ģəhərdə  yetiĢmiĢdir.  1962-ci  ildə  bu  Ģəhərdə  Əhməd  Benbella 
öz  hökumətini  formalaĢdırmıĢ,  1970-ci  ildə  isə  Bumediyən 
MərakeĢlə  sərhəd  münasibətlərini  nizamlamaq  barədə  müqa-
viləni imzalamıĢdır. 
Tlemsendə ilk növbədə mərkəzi meydanda yerləĢən böyük 
məscidə,  sonra  isə  Sidi-Bel-Həsən  məscidinin  içərisində 
yerləĢən Ģəhər muzeyinə səyahət etmək etmək və Qədim Ģəhərə 
baxmaq lazımdır. Bu Ģəhər dar küçələri və küçələrdə isə saysız-
hesabsız dükanları ilə zəngindir. 
ġəhərin əsas mağazaları Müstəqillik küçəsində yerləĢir. Bu 
küçədən qərbdə əl sənəti nümunələri sərgisi və satıĢı səhərdən 


 
 99  
axĢama  kimi  davam  edir.  Buradakı  suvenirlər  demək  olar  ki, 
əvəzedilməzdir. 
ġəhər muzeyi ikimərtəbəlidir. Birinci mərtəbədə müsəlman 
kolleksiyaları  –mozaika,  taxta  kəsmələri,  daĢlar  üzərində 
yazılar  və  s.,  ikinci  mərtəbədə  isə  geologiya  və  botanika 
kolleksiyaları nümayiĢ etdirilir. Muzeyin həyətində Mənsurahi 
məscidinin  iki  sütunu  saxlanılır.  Sütunların  üzərində  latınca 
yazılar vardır. 
ġəhərin  qərbində  XII  əsr  divarlarının  xarabalıqları  və 
böyük,  (2000  kv.m)  hazırda  susuz  hovuz  vardır.  Bu  hovuz 
1318-ci ildə suvarma və yaxud da sultanın hərəmlərinin kütləvi 
çimməsi  məqsədilə  tikilmiĢdir.  Rəvayətə  görə  bu  hovuzda 
Arudh  onu  Tlemseni  ispanlardan  azad  etməyə  çağıran  tac 
varislərini və onların qohumlarını boğmuĢdur. 
Tlemsenə  gələnlər  hökmən  Sidi  Bumediyən  məscidinə 
gedirlər.  Bu  məĢhur,  müqəddəs  müsəlman  adamı  Bərcayi 
universitetindən  Fesə  gedən  zaman  Tlemsendə  vəfat  etmiĢ, 
Ģəhərin  2  km-liyində  dəfn  olunmuĢdur.  Məhəmməd  Bukaruba 
Oranda  fransız  iĢğalçılarına  qarĢı  silahlı  mübarizəni  təĢkil 
edərək ona baĢçılıq etmiĢ, sonralar ölkənin prezidenti seçilmiĢ 
və hamıya Huari Bumediyən kimi tanınmıĢdır. 
ġəhərin  cənubunda,  ondan  3  km  məsafədə  Mənsurahi 
Ģəhərinin  xarabalıqlarına  səyahət  çox  maraqlıdır,  40  m-lik 
yarıuçulmuĢ məscid minarəsi (məscidin ölçüsü 6000 kv.m) çox 
gözəldir.  Əfsanəyə  görə  bu  minarənin  yoxa  çıxmıĢ  aĢağı 
hissəsini bir yəhudi tikmiĢdir. 
Tlemsen  və  Mənsurahiyə  tamaĢa  etdikdən  sonra 
avtobusumuz Tafna çayının vadisi boyu Orana istiqamətləndi. 
Bu yolun üstündə Hepnaya Ģəhərciyi (11 km), RemĢi Ģəhəri 
(27 km)  Lin  TemuĢet Ģəhərciyi  (76 km), Əl-Məllah kəndi  (89 
km) 
yerləĢir. 
Quldur 
Arudh 
Əl-Məllah 
kəndində 
öldürülmüĢdür.  Tlemsendən  qaçarkən  onu  izləmiĢlər.  O, 
təqibçilərin  baĢını  qatmaq  üçün  Tlemsen  xəzinəsindən 


 
 100  
götürdüyü qızıl pulu yola səpirmiĢ. Lakin qızıl pul da qulduru 
ölüm cəzasından xilas edə bilməmiĢdir. 
Tlemsendən  146  km  məsafədə  Əlcəzairin  ikinci  Ģəhəri, 
onun  qərb  paytaxtı,  Oran  yerləĢir.  Oranın  əhalisi  700000-dən 
artıqdır. Burada liman, universitet və xeyli yeni tikililər vardır. 
Oran Universitetində öz yerlilərimizdən də iĢləyənlər var idi. 
Qədim zamanlarda bu Ģəhərin yerində insanlar mağaralarda 
yaĢamıĢlar.  Romalıların  buranı  zəbt  etməmələrinin  səbəbi  çox 
güman  ki,  dalğalardan  gizlənən  təbii  limanın  cəmi  2  hektar 
sahəyə  malikliyi,  Ģimal  və  Ģərq  küləklərinin  çox  təhlükəli 
olmasıdır. 
Orandan Qərbdə Əlcəzairin Ģimal sahilində ən gözəl liman 
olan  Mərs  Əl-Kəbir  yerləĢir.  Hal-hazırda  burada  hərbi  dəniz 
bazası yerləĢir. Oranın əsası 937-ci ildə bərbər tayfaları (Digər 
mənbələrə  görə  Əndəluz  dənizçiləri)  tərəfindən  Murcaca  dağ 
massivi  ətəyində  yaĢayıĢ  məntəqəsi  kimi  qoyulmuĢdur. 
Əvvəlcə  bu  Ģəhərə  elə  də  böyük  əhəmiyyət  verilməmiĢdir. 
Ancaq  sonralar  Tlemsen  böyüdükcə,  Oran  müsəlman 
Ġspaniyası  ilə  ticarət  etməkdə  liman  rolunu  oynamağa 
baĢlamıĢdır. YaxĢı  havalarda  yüklər Oranda, pis  havalarda isə 
Mərs Əl-Kəbirdə boĢaldılırmıĢ. 
Avropadan cəmisi 90 mil məsafədə yerləĢən Oran 1509-cu 
ildə ispanların əlinə keçmiĢdi. Ġspanlar bu vaxt quldurluqdan əl 
çəkib  ġimali  Afrikada  möhkəmlənmək  qərarına  gəlmiĢdilər. 
Ġspanlar  1790-cı  ilə  kimi  orada  qalmıĢ,  1790-cı  ilin  faciəli 
zəlzələsindən  sonra  Ģəhər  dağılmıĢ,  mindən  artıq  adam  tələf 
olmuĢdur. Nəhayət  əhali buranı tərk etmiĢdir. BoĢalmıĢ Ģəhəri 
türklər  yəhudilərlə  doldurmuĢlar.  Onlar  özlərinin  40  illik 
idarəetmə  dövründə  ispan  əsirlərini  satmaqla  əldə  etdikləri 
pulların  hesabına  böyük  bir  məscid  tikmiĢ  və  istehkamları 
təzələmiĢlər. 
Oranı və qərb limanını fransızlar ələ keçirərək orada hərbi 
dəniz  bazası  yaratmıĢlar.  Bu  Ģəhərin  əhalisi  uzun  müddət 
4000–i aĢmamıĢdır. Onun 3000-i yəhudu imiĢ. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə