Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

 
 92  
özümə cavab verirəm: - Vətənə olan məhəbbətdir onları burada 
saxlayan. Torpağı  daĢ da olsa, qum  da olsa, qara da olsa, sarı 
da  olsa,  Vətən  Vətəndir.  O  ki,  qaldı  təbiətin  amansızlığına, 
gözlərim önündə bir mənzərə canlandı: bazar qarĢısında camaat 
bir-biri  ilə  görüĢürdü.  GörüĢən  zaman  cavan  adamlar 
ağsaqqalların  baĢından,  ağsaqqallar  isə  onların  əllərindən 
öpürdü.  DüĢünürəm  ki,  bu  nə  sirdir,  bu  nə  hikmətdir.  Birdən 
ağlıma gəlir ki: 
 
Cavan baĢdan öpür, qoca əllərdən 
Görən bu nə sirdir, bu nə hikmətdir? 
Bir öpüĢ ağıla böyük ehtiram, 
O biri öpüĢsə gücə qiymətdir. 
Bəli, Böyük Səhrada güc ilə ağılın vəhdətinə böyük ehtiyac 
vardır. Əks halda burada həyat olmazdı. 
Xəyalların  qoynunda  ikən  gözlərimə  lap  uzaqdan  iĢıqlar 
dəyir. Bu iĢıqlar Bumerdesin iĢıqları idi... 
 
TLEMSENƏ  VƏ ORANA   
SƏYAHƏTLƏR 
 
Əlcəzairdə  iĢlədiyim  müddətdə,  Tlemsenə  və  Orana 
səyahət  etmək  mənim  ən  böyük  arzularımdan  biri  olmuĢdur. 
Belə  ki,  bu  Ģəhərlərdə  olan  həmyerlilərimiz  onların 
orijinallığından  və  gözəlliyindən  o  qədər  danıĢmıĢdılar  ki, 
ürəyimdə dərhal bu Ģəhərləri görmək arzusu  baĢ qaldırmıĢdı. 
Onu  da  qeyd  edim  ki,  Əlcəzair  üzrə  bizim  instituta  qəbul 
imtahanları  keçirilən  zona  mərkəzlərindən  ikisi  də,  bu 
Ģəhərlərdə idi. 
Bumerdesdən  çıxan  avtobus  birinci  on  kilometrləri  yenicə 
tikilmiĢ  Beynəlxalq  səviyyəli  Ģose  yolu  ilə  gedir.  Elə 
Bumerdesdən  aralanandan  30  km  sonra  sol  tərəfdə  bizə  tanıĢ 
olan  paytaxt  aeroportu  görünür.  Bu  Huari  Bumediyən  adına 
aeroportdur  ki,  Əlcəzairlə  ilk  tanıĢlıq  məhz  bu  Aeroportdan 
baĢlanır.  Aeroport  1924-cü  ildə  tikilib;  sahəsi  1200  hektardır. 


 
 93  
3500  və  2350  metrlik  iki  uçuĢ  yoluna  malik  olan  bu  meydan 
ildə 3 milyon sərniĢin qəbul edir. 
Bumerdesdən  65  km  aralıda  Mitidcə  düzənliyinin 
mərkəzində  cavan  Bufariq  Ģəhəri  yerləĢir.  Burada  qəĢəng 
bağlar, üzümlüklər vardır. Buranın üzümü xurma kimi Ģirindir. 
Mitidcə  əvvəlcə  dəniz  körfəzi  olub.  Onunla  Əl-HəraĢ  da 
birləĢmiĢdi.  Milyon  illər  ərzində  bu  körfəz  Tel  dağının 
məhsulları  ilə  dolmuĢ  və  5000  kv.m  ölçülü  məhsuldar 
düzənliyə  çevrilmiĢdir.  Fransa  istilası  zamanı  burada  həmiĢə 
üzümçülük də inkiĢaf etdirilmiĢdir. Əlcəzair azadlığa çıxdıqdan 
sonra 
Fransızlar 
onların 
yetiĢdirdikləri 
məhsulları 
almadıqlarına görə fəllahlar bütün üzümlükləri məhv etmiĢlər. 
Hazırda  əksər  fəllahlar  birləĢib  kooperativlər  yaratmıĢlar. 
Qəribə  də  olsa  burada  yolüstü  “sosialist  kəndləri”nə  də  rast 
gəlirdik. 
Bumerdesin  98-ci  km-liyində  Əl-Əfruq  Ģəhəri  yerləĢir.  Bu 
Ģəhər dağ silsiləsinin ətəyindədir. Avtobusumuz demək olar ki, 
bütün  Mitidcə  düzənliyini  keçmiĢdir.  Arxada  6  km-lik 
məsafədə  Muzaya  Ģəhəri  qalmıĢdır.  Bu  Ģəhər  Əlcəzairdə 
özünün məĢhur “Muzaya” mineral suyu ilə tanınır. 
4  nömrəli  Əlcəzair  –  Oran  Ģosesi  Cer  çayı  vadisi  boyu 
dağlara qalxır. Bu yol mənə ViləĢ çayının kənarı ilə Masallıdan 
Yardımlıya  gedən  yolu  xatırlatdı.  Təkcə  fərq  ondadır  ki, 
Əlcəzair-Oran  Ģose  yolunun  kənarı  ilə  dəmir  yolu  da  keçir. 
Bumerdesin  148  km-liyində  310  m  hündürlükdə  Hemis-
Miliana  Ģəhərciyi  yerləĢir.  Ġrəlidə  isə  ƏXDR-in  böyük  çayı 
olan  ġelif  çayının  vadisi  görünür.  Bu  balaca  Ģəhərdə  Ģəkər 
zavodu,  Kənd  Təsərrüfatı  Məhsulları  Texnologiyası  Ġnstitutu 
vardır.  Əvvəllər  burada  romalılar  –  mallianlar  yaĢamıĢlar. 
ġimal  tərəfdə  dağ  ətəyində  daha  böyük  və  gözəl  Ģəhər  olan 
Miliana görünür. Sonra yol 100 km uzunluğunda ġelif çayının 
vadisi  boyunca  davam  edir.  Bu  zona  10.10.1980-ci  il 
zəlzələsinin  ən  çox  ziyan  vurduğu    yerdir.  Cənubda  Uarsenis 


 
 94  
dağ massivinin 2 km-lik hündürlüyü, Ģimalda isə Dəzrə dağları 
(1-1,5 km hündürlükdə) görünür. 
217  km-likdə  Ued  Fodda  Ģəhərciyi  yerləĢir.    ġelifdən 
Ģimalda nəhəng bir su anbarı tikilmiĢdir. Cənubda isə 1954 və 
1980-ci  illərin  zəlzələlərinə  dözən,  hündürlüyü  90  m-ə, 
uzunluğu isə 68 m-ə çatan bənd vardır. 
235  km-də  Əl-Əsnam  Ģəhəri  yerləĢir.  Bu  Ģəhərə  fransızlar 
Orleanvil adını qoymuĢdular (Orleanvil fransızca Orlean Ģəhəri 
deməkdir).  Zəlzələyə  kimi  bu  böyük  Ģəhərin  əhalisi  255000 
nəfərmiĢ.  Əl-Əsnam  Əlcəzair  –  Oran  yolunun  demək  olar  ki, 
tən  ortasında  yerləĢir.  Əl-Əsnam  ərəbcə  “büt”,  “səcdəgah” 
deməkdir.  ġəhərin  əsası  1843-cü  ildə  marĢal  Buja  tərəfindən 
qoyulmuĢdur. 
Həmin  Ģəhər  150000  kv.m  sahəni  əhatə  edən  Roma 
xarabalıqları  üzərində  qurulmuĢ  və  fransızlar  bu  yerdə 
axtarıĢlar  nəticəsində  mozaikalarla  bəzədilmiĢ  xristian 
bazilikləri  (içərisi  sütunlarla  iki  hissəyə  bölünən  böyük  bina) 
tapmıĢlar.  Bu  mozaikaların  tarixi  imperator  Konstantinin 
dövrünə  aparır  (Afrikada  bu  ən  qədim  xristian  məbədidir). 
Yeni Ģəhər yavaĢ-yavaĢ böyüməyə baĢlayır. Yayda ġelif vadisi 
çox isti olur. (Temperatur orta hesabla +52
0
C-dir). Orana Ģose 
və  dəmir  yollarının  çəkilməsi,  vadinin  su  və  yerüstü 
sərvətlərindən istifadə, Ģəhərin inkiĢafına təkan verib. 1954-cü 
ildə  Rixter  Ģkalası  üzrə  6,7  ballıq  zəlzələ  zamanı  artıq  bu 
Ģəhərin  əhalisi  100000  nəfərdən  çox  idi.  Fəlakət  nəticəsində 
evlər  dağılmıĢ,  minlərlə  adam  məhv  olmuĢdur.  Əl-Əsnam 
təzədən  tikilməyə  baĢlanmıĢ,  sənayesi  inkiĢaf  etdirilmiĢdir. 
1980-ci il zəlzələsi (Rixter Ģkalasında 7,2 bal) nəticəsində Ģəhər 
demək  olar  ki,  məhv  olmuĢdur.  Tikililərin  85%-i  dağılmıĢ  və 
ya  bərpası  mümkün  olmayan  zədə  almıĢdır.  Rəsmi  məlumata 
görə  bu  zəlzələ  nəticəsində  25000  adan  ölmüĢdür.  Təkrar 
titrəmələr  yeni qurbanlar aparmıĢ və nəticədə ziyan çəkənlərin 
sayı 300000-ni aĢmıĢdır. Alimlər bu zəlzələni ġimali Afrikada 
baĢ  verən  ən  dəhĢətli  zəlzələ  sayırlar.  Beynəlxalq  aləmin 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə