Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə26/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

 
 80  
       -  Bəli, bəli çimizdirir-  dedi.  Bəs  siz bilmirsiniz ki,  burada 
su məsələsi problemdir. Biz özümüz də qumla çimirik. 
“Çimizdirilən”  uĢağa  yaxınlaĢıb,  onun  bədəninə  diqqətlə 
baxdım. Doğrudan da, qumda “çimən” bu balacanın bədəni tər-
təmiz  idi.  Sonradan  məlum  oldu  ki,  burada  qab-qacağı  da 
qumda “yuyurlar”. 
BaĢımıza  toplaĢan  yerli  adamlarla  xudahafizləĢdik. 
Avtobusa doluĢurduq ki, yoldaĢlarımızdan biri qiymətli bir Ģey 
tapan adam kimi sevincək çığırdı: 
       - YoldaĢlar, karvan. Gəlin dəvələrlə Ģəklimizi çəkdirək. 
Dəvə  karvanı  bizə  yaxınlaĢdı.  Sarvana  karvanla  birlikdə 
Ģəkil  çəkdirmək  istədiyimizi  bildirdik.    Sarvan  bizdən 
suvenirlər  tələb  etdi.  Yenə  hərə  özünün  çantasına  “hücum” 
çəkdi.  DöĢ  niĢanları,  kiçik  oyuncaqlar,  açıqcalar  sarvanın 
ətəyinə  yağıĢ  kimi  yağmağa  baĢladı.  Səyyahlar  öz  arzularına 
çatdıqdan sonra avtobusumuz yoluna davam etməyə baĢladı. 
Tuqurt  yolunda  avtobusu  ikinci  dəfə  xurma  bağlarının 
(yarğanların  içində)  yanında  saxlatdırdıq.  Təsəvvür  edin  ki, 
ucu-bucağı  görünməyən  səhra  ilə  gedirsiniz.  Hər  tərəf 
qumluqdur.  Birdən  böyük  bir  yarğanın  içərisində  xurma 
ağaclarını  görürsünüz.  Gözlərinizə  inanmırsınız.  Axı  bir  neçə 
dəqiqə bundan əvvəl sizə elə gəlirdi ki, artıq bu səhrada həyat 
yoxdur.  Birdən-birə  gözlərinizə  yaĢıl  xurma  ağacları  görünür. 
YaĢıllıq  və  həyat.  Bu  mənzərə  hər  40-50  km-dən  bir 
təkrarlanır. 
Avtobusdan düĢən kimi bir oğlanı xurma ağacında gördük. 
SalamlaĢdıq. Ona turist olduğumuzu söylədim. O gülümsədi və 
bizim turistlərin bu yerlərə tez-tez gəldiyini qeyd etdi. 
Xurma  bağını  gəzməyə  baĢladıq.  Məhsul  artıq  yığılmıĢdı. 
Bir-iki  ağacda  xurma  görünürdü.  Təsəvvür  edin  ki,  bir 
saplaqdan yüzdən artıq qol asılmıĢ və hər qolda da 20-25 ədəd 
xurma var idi. Xurma dərənlər əvvəlcə bütün qolları tora salır, 
saplağı  qayçı  və  ya  bıçaqla  kəsib,  ip  vasitəsilə  toru  aĢağı 
buraxırlar. 


 
 81  
Bağdakı  cavan  oğlan  bizim  üçün  xurma  dərdi.  Mən 
Əlcəzairdə  yaĢadığım  müddətdə  bu  cür  xurma  görməmiĢdim. 
Çəllək  formalı,  tünd  qara  rəngli,  asanlıqla  qabığı  soyula  bilən  
bu xurma həddindən artıq Ģirindir. Onun ikisini yeyəndən sonra 
adam  bir  gün  yeməkdən  qalır  (Görünür  ġeyx  Nəsrullah  bu 
xurmadan yeyirmiĢ). 
Öyrəndik  ki,  bu  xurma  yalnız  Səhrada  bitir,  ona  “iĢıq 
barmaqları”  deyirlər  və  ancaq  ixrac  üçündür.  (Mən  bizim 
tərəflərdə də beləsini görməmiĢəm.) 
Nəhayət avtobusumuz Tuqurta çatdı. 
Tuqurt  vaxtilə  nəhəng  çay  olmuĢ  Riq  vadisində  Oazislər 
(vahə) zəncirinin mərkəzində yerləĢib, otuz minə qədər əhalisi 
vardır.  ġəhəri  bir  milyon  yarımdan  artıq  xurma  ağacı  əhatə 
etmiĢdir.  “ĠĢıq  barmaqları”    adlı  bu  xurmaların  dörddə  biri 
ixrac olunur. 
Burada fəllahlar kooperativlər yaratmıĢ, suyu dərinliyi 100-
200  m  olan  artezian  quyularından  çıxarırlar.  1954-cü  ildən 
baĢlayaraq dərinliyi 2000 m olan quyular qazmağa baĢlamıĢlar 
ki,  oradan  da  demək  olar  ki,  isti  su  çıxır.  Bu  sudan  suvarma 
iĢində istifadə etmək üçün təbiidir ki, onu soyutmaq lazımdır. 
Ġrəlidə qeyd etdiyim kimi, Tuqurt vaxtilə Səhranın paytaxtı 
olmuĢdur. Buranın  əhalisi  müxtəlif məhəllələrdə  yaĢayan qara 
zəncilərin,  bərbərlərin  və  ərəblərin  qarıĢığından  ibarətdir. 
Səyyahlar üçün ən maraqlı yer-Tuqurt “Ģahlığı” hökmdarlarının 
(XV-XX əsrlər) dörd məqbərəsidir. Bu Ģəhərin qərb hissəsində 
yerləĢir  və  qeyri-adi  arxitekturaya  malikdir.  Burada  çoxlu 
sayda  qəbirlər  vardır.  Qadın  və  kiĢi  qəbirlərini  asanlıqla 
ayırmaq  olur.  Belə  ki,  kiĢi  qəbrindən  iki,  qadın  qəbrindən  isə 
üç daĢ çıxır. Bu məqbərələrdən biri “Oazis” mehmanxanasının 
arxa  tərəfində  yerləĢir.  Bizim  gecələməli  olduğumuz 
mehmanxana məhz “Oazis” idi. Bu XIX əsr Tuqurt sultanı  Si 
Ben  Yəhyanın  məqbərəsi  yaxınlığında  tikilmiĢ,  müasir 
avadanlıqlarla 
təchiz 
olunmuĢ 
bir 
mehmanxanadır. 
Mehmanxananın  həyətində  yekə  bir  hovuz  da  vardır.  Arzu 


 
 82  
edənlər 
çimə 
bilərlər. 
(Ümumiyyətlə 
Əlcəzairdəki 
mehmanxanaların  hamısında  belə  hovuzlar  vardır.  Hovuzun 
ətrafına stol və stullar düzülür. Kimi hovuzda çimir, kimi kofe 
və ya çay içir və s.) Burda müĢtəriyə xüsusi diqqət və qayğını 
ora  düĢdüyün  ilk  andan  hiss  edirsən.  Bizim  bir  qədər 
yorulduğumuzu 
hiss 
edən 
inzibatçı 
hamımıza 
elə 
mehmanxananın geniĢ foyesində əyləĢməyi təklif etdi. (Adətən 
burada  otaqları  almaq  üçün  qrupun  iki  məsul  nümayəndəsi 
inzibatçı ilə haqq-hesab aparır və açarları bölüĢdürür.) 
O bizə: 
      -  Bizim  tərəflər  Sovet  ölkəsindən  gələn  qonaqların  xoĢuna 
gəlirmi? –deyə müraciət etdi. 
 
Mən: 
      - Bəli –dedim. Çox gözəldir. 
Sonra o, soruĢdu: 
      - Siz kofe içirsiniz, yoxsa çay? 
Hər  kəs  öz  istəyini  söylədi  və  60  nəfərlik  turist  qrupu 
pulsuz çay və kofe ilə təmin olundu. 
Öz-özümə  düĢündüm  ki,  bəlkə  bu  xidmət  yalnız  bizə 
görədir.  Bizdən  sonra  alman  turistlər  mehmanxanaya  daxil 
oldular. Ġnzibatçı tez onlara  yaxınlaĢdı və eyni suallarla  onlara 
da  müraciət  etdi.  Bir  neçə  dəqiqədən  sonra  alman  turistləri 
üçün də çay və kofe gətirdilər. 
Hamımız  bərk  yorulmuĢduq.  Hərə  öz  otağına  yollandı. 
Lakin  heç  kəs  dincəlmək  istəmədi.  Məgər  bu  boyda  gözəlliyi 
qoyub, yatmaqmı olardı? Yenidən Tuqurtu gəzməyə çıxdıq. 
Mən  irəlidə  qeyd  etmiĢdim  ki,  Əlcəzairin  müxtəlif 
Ģəhərlərində  bazar  –səyyari  olub,  yalnız  həftənin  müəyyən 
günləri  fəaliyyət  göstərirlər.  Bazar  günləri  arası  müddətdə, 
əlbəttə  xüsusi  mağazalar  fəaliyyət  göstərir.  Bazarda  Ģeylər 
xüsusi  mağazadakına  nisbətən  çox  ucuzdur.  Ona  görə  də  az 
maaĢlılar və yaxud pula çox qənaət etmək istəyənlər alıĢ-veriĢi 
bazarda edirlər. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə