Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə23/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

 
 71  
olmadıqda  belə,  onun  ailə  üzvlərinin  sayı  arta  bilər  (Bizimlə 
səfərdə  olan  rus  qadınları  deyirdilər  “nə  yaxĢı  adətdir”). 
Ġbadilərin  xurafatında  deyilir  ki,  uĢaqlar  ana  bətnində  illərlə 
yata  bilərlər  və  beləliklə  ailə  baĢçısı  evdə  olmadıqda  belə, 
dünyaya  gələn  uĢaqlara  ata  olmaq  hüququnu  saxlayır.  Bizi 
müĢayiət edən bələdçinin dediyinə görə belə hallar tez-tez olur. 
Bir  neçə  əsr  bundan  əvvəl  pirat  Əlcəzairində  hamam, 
dükan,  çörək  biĢirilən  yerlərin  və  s.  əksəriyyəti  ibadilərə 
mənsub  olmuĢdur.  Burada  çoxlu  pul  qazanan  ibadilər  öz 
vətənlərinə qayıtmıĢ (hətta Əlcəzairdə ölənləri dəfn etmək üçün 
Mzab  vadisinə  gətirirlərmiĢ)  və  öz  iĢlərini  qohumlarına 
tapĢırırlarmıĢ.  Kifayət  qədər  pulu  olanlar  yüksək  hasar 
arxasında,  xurma  və  meyvə  ağacları  kölgəsində,  “yerdə 
cənnət”, yəni yay evi tikirdilər. 
Adətlərin qeyri-adiliyi, vadidəki nadir coğrafi Ģərait, Mzaba 
Ģəhərlərində  “arxitektura  möcüzəsi”  yaratmağı  tələb  edirdi. 
Burada hər bir ev kub formasında olub, orada yaĢayanları həm 
istidən,  həm  soyuqdan  və  həm  də  ki,  özgələrin  qərəzli 
marağından  qoruyur.  Evlərin  bir  qayda  olaraq  pəncərəsi 
yoxdur.  Bu  evlər  2-3  mərtəbəli  olub,  iĢıq  yalnız  dairə  Ģəkilli 
evin  mərkəzinə-həyətə  düĢür.  Bütün  Ģəhər  kublar  ehramından 
təĢkil  olunmuĢ  və  vadinin  yamacında  tikilmiĢdir.  Bunda  əsas 
məqsəd  xurma  ağaclarını  əkmək  üçün  çox  qiymətli  olan 
vadidəki torpağı tutmamaqdır. 
ġəhərin  yuxarı  hissəsində  kvadrat  Ģəkilli,  konus  minarəli 
məscid ucaldılmıĢdır. AĢağıda, bir qədər uzaqda bazar yerləĢir 
ki,  bura  “natəmiz”lərin  daxil  olması  qadağandır.  Burada 
zənginlik,  israfçılıq  əsla  hiss  olunmur.  Hətta  məscid  belə  bər-
bəzəksizdir. 
Diqqəti  cəlb  edən  məqsədyönlülük  və  bütün  ansamblın 
harmoniyasıdır.  Məhz  bu  keyfiyyətlər  dünyanın  müxtəlif 
ölkələrindən buraya –müasir kubizmin beĢiyinə gələn müxtəlif 
mütəxəssisləri  mat-məəttəl  qoymuĢdur.  Qardaya  əsil  sənət 
əsəridir. 
 


 
 72  
Oymaq evlər, dar küçələr 
ĠĢığa həsrət gecələr... 
Tarix qoynunda gecələr 
Gecələri möhtac Aya
Səhra gözəli Qardaya! 
 
Dam görmədim olsun uca
Sapsarı qum həyət-baca. 
MıĢıl-mıĢıl yatır qoca; 
Bənzərin var tamaĢaya, 
Səhra gözəli, Qardaya! 
 
Tərəqqidən qaçan insan 
Nə sadəlövh, nə mehriban. 
Dincin alır burda zaman. 
Hər tərəfin qumdan taya
Səhra gözəli, Qardaya! 
Su inĢaatçıları Mzabın “su sistemi” ilə tanıĢ olduqdan sonra 
istər-istəməz onun “dahiliyini” etiraf etməli olurlar. 
Mzab Səhrada yeganə “süni” oazisdir. Yerdə qalanlarda su 
səthə  ya  çıxmıĢ və  yaxud da çıxmaqdadır. Burda “su sistemi” 
üç  “yarımsistemdən”  təĢkil  olunmuĢdur:  Dərinliyi  60  m-ə 
qədər  olan  30000  quyular  sistemi  (suyu  dəri  vedrələrdə 
eĢĢəklər qoĢulan dolamaçarxla çıxarırlar), sisternlər sistemi, su 
axıdıcıları  və  ya  kanallar  sistemi  (bu  nadir  hallarda  yağan 
yağıĢların  suyunu  yığmaqdan  ötrüdür),  ildə  iki  dəfə  axan  çay 
suyunu  toplamaq  üçün  mürəkkəb  bəndlər  sistemi  və  s. 
Göründüyü  kimi  burada  “su  qanunçuluğu”  olduqca  ciddi  və 
mürəkkəbdir. Lakin burada öz təcrübələrinə əsaslanıb artıq min 
illərdir  ki,  yerli  əhali  suya  olan  ehtiyaclarını  ödəyir.  Sözün 
qısası,  Mzaba  elə  böyük,  xüsusi  və  sonsuz  dünyadır  ki,  onun 
haqqında nə qədər desən danıĢmaq olar. 
Bu  barədə  söhbətimizin  sonunda  onu  da  qeyd  edək  ki, 
ibadilərin  çox  ciddi  qanunları  (onlar  buna  “kanun”  deyirlər) 
vardır.  Əslində  bu  qanunlar  müxtəlif  qadağalardır.  Məsələn, 


 
 73  
oyunlar  oynamaq,  musiqi  dinləmək,  siqaret  çəkmək,  Ģəkil 
çəkdirmək,  ətriyyatdan  istifadə  etmək  və  s.qəti  qadağandır. 
QonĢunun  bəd  əməlləri  barədə  qəbilə  baĢçısına  məlumat 
verməmək  həmin  bəd  əməlləri  törətməkdən  də  artıq 
cəzalandırılır. 
YaxĢı  yadımdadır  ki,  biz  turistlər  Qardaya  bazarına  daxil 
olmamıĢdan  əvvəl  bələdçi  bizi  baĢa  saldı  ki,  burada  yerli 
adamın  fotoĢəklini  çəkmək  olmaz.  Əgər  özünüzlə  xatirə  kimi 
buradan  foto  aparmaq  istəyirsinizsə,  onda  öz  yoldaĢlarınızın 
fonunda çəkin. Yoxsa, fotoaparatlarınızı alıb qırarlar. 
Mən  deyilənlərin  nə  dərəcədə  həqiqət  olduğunu  özüm 
yoxlamağı qərara aldım. Bir dükançı ilə Ģirin söhbətdən sonra 
ona  birlikdə  Ģəkil  çəkdirməyi  təklif  etdim.  O,  qorxa-qorxa 
ətrafına baxdı və dedi: 

 
Bilirsinizmi,  əgər  mən  sizinlə  Ģəkil  çəkdirsəm,  onda 
gərək  evimdən  didərgin  olam.  Ailəm  baĢsız  qalar.  Əgər  siz 
məni  öz  xatirinizdə  saxlamaq  istəyirsinizsə,  mənə  diqqətlə 
baxın və gözlərinizdə mənim Ģəklimi aparın. 
Bazarda  siqaret  satıldığını  da  gördüm.  Lakin,  deyəsən  bu 
yalnız gəlmə adamlar üçün nəzərdə tutulmuĢdur. 
Burada  ən  ağır  cəza  qəbilədən  qovulmaqdır.  Buna  yerli 
adamlar “terbiya” deyirlər (yəni tərbiyə). 
Fransız  səyyahlarının  yazdığı  kimi  yaĢlı  mzabit  Fransada 
bir neçə univermağın, ondan bir qədər cavanı isə Avropanın ən 
yaxĢı  ali  məktəblərinin  hətta  bir  yox,  iki  diplomuna  sahib  ola 
bilər. 
 
MZABADA   GƏZİNTİ 
 
Bazar  meydanını  (75x44m)  gəzməyən  turist  heç  vaxt 
Qardayanı  tərk  etmir.  Bu  meydan  çoxsaylı  alaqapılarla  əhatə 
olunmuĢdur və bu tağların  içərisində də  çoxlu  sayda dükanlar 
vardır.  Məscid  Ģəhərin  mərkəzində  yerləĢir.  Ora  birbaĢa  Ed-
Dəllam  küçə-bazarından  çıxmaq  olur.  Əyri-üyrü  yollarla  düz 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə