Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə20/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

 
 62  
darvazanı  açdırdım.  Əvvəlcə  xəstəni  xəstəxana  nəzdində  olan 
poliklinikanın  həkiminə  göstərmək  lazım  idi.  Poliklinikanın 
qapısını bir xeyli döydükdən sonra açdılar. Dedim: 

 
Cənab,  kömək  edin,  uĢağın  vəziyyəti  ağırdır.  Heç  nə 
demədi. Əli ilə daxil olmaq iĢarəsi verdi. 
Ġçəri  daxil  olan  kimi  mən  ona  əhvalatı  danıĢdım.  O,  çox 
qısa  anket  doldurub,  bizi  dərhal  rentgen  kabinetinə  göndərdi. 
Rentgençi beĢ dəqiqə ərzində sınığı çəkdi və mənə dedi: 

 
Cənab, uĢağın qolu sınıb, amma Ģükür olsun Allaha ki, 
sürüĢməyib. 
Poliklinikanın  növbətçi  həkimi  tez  göndəriĢ  yazıb,  bizi 
xəstəxananın növbətçi cərrahının yanına göndərdi. 
Cərrahla  tanıĢ  olduq.  Adı  Əli  idi.  Fransada  təhsil  almıĢdı. 
Üzünü oğluma tutub dedi: 

 
Hə,  balaca  müsəlman,  uzan  görək.  Sənin  əlini  elə 
düzəldəcəyəm  ki,  onunla  dəmiri  qıra  biləsən  (niyə  məhz 
dəmiri, baĢa düĢmədim). 
UĢağı  cərrahiyyə  stoluna  uzatdılar  (həkimin  iki  assistenti 
var  idi),  gips  qoydular.  Gipsi  qoyan  kimi  təzədən  rentgendən 
keçirdilər.  Bu  dəfə  də  o  rentgenoqrama  baxdı  və  hər  Ģeyin 
yaxĢı olduğunu söylədi. Sonra dedi ki, iki həftədən sonra gəlin, 
gipsi  açaq.  Yorğun-arğın  evə  qayıtdıq.  Gecə  saat  12-yə  yaxın 
olardı.  Evimizə  çatanda  gördüm  ki,  iyirmiyə  yaxın  kiĢi 
evimizin ətrafında gəziĢir. Robert dedi: 

 
Vaqif, bunlar azərbaycanlılardır, sizin həmyerlilər
.
 
Sevincdən  gözlərim  yaĢardı.  UĢağın  qolunun  sınmaq 
xəbərini  eĢidən  bütün  azərbaycanlılar  bizə  toplaĢmıĢdılar. 
Qadınlar  evdə  uĢaqların  yanında  oturub  çay-çörək  hazırlamıĢ, 
kiĢilər  isə  evin  ətrafında  gəziĢirdilər  (belə  birlik  bizə  necə  də 
lazımdır!)... 
Ġki həftədən sonra bir də rentgenə getdik və dedilər ki, hələ 
tezdir,  gipsi  açmaq  olmaz.  Yenə  on  gündən  sonra  gəlməyi 
təklif  etdilər.  Nəhayət  həmin  məqam  yetiĢdi  və  gipsi  açdılar. 
Həkim Əli üç ay müddətinə müəyyən müalicələr təyin etdi. 


 
 63  
Biz  evdə  çox  götür-qoy  etdik  ki,  bu  həkimə  nə  hədiyyə 
verək.  (Pul  təklif  edə  bilməzdik.  Belə  ki,  bizim  azərbaycanlı 
mütəxəssislərdən biri həmin xəstəxanada onun həyat yoldaĢını 
müalicə  edən  həkimə  pul  təklif  etmiĢdi.  Həkim  də  onu  elə 
utandırıb  puldan  imtina  etmiĢdi  ki,  bizim  azərbaycanlı 
həmkarımız  uzun  müddət  özünə  gələ  bilməmiĢdi).  Qərara 
gəldik ki, üzərində Zeynəb Xanlarovanın Ģəkli olan məcməyini 
ona  verək.  Həkim  öz  iĢini  qurtarandan  sonra  ona  yaxınlaĢdım 
və dedim: 

 
Həkim, çox sağ olun. Bu kiçik hədiyyəni bizdən qəbul 
edin.  Bu  Ģəkil  bizim  məĢhur  müğənnimiz  Zeynəb  xanımın 
Ģəklidir. Bəlkə də onun haqqında eĢitmisiniz. 
O, verdiyim hədiyyəni əvvəlcə götürmək istəmədi və sonra 
nə  fikirləĢdisə,  siyirməsindən  iki  nar  çıxarıb,  oğluma  tərəf 
uzadaraq dedi: 

 
Əgər  oğlunuz  bu  narları  götürsə,  mən  də  sizin 
hədiyyəni qəbul edərəm. 
Bizim  uĢaqlar  da  valideynlərinin  icazəsi  olmadan,  heç 
kimdən  bir  Ģey  götürməzlər.  Oğluma  iĢarə  vurdum  ki,  götür. 
Öz-özümə  fikirləĢdim  ki,  bunun  assistentlərinə  də  kiçik 
hədiyyələr verim. 
O,  məcməyini  düz  pəncərənin  üstünə  qoydu  və  sanki 
mənim nə düĢündüyümü hiss edirmiĢ kimi dedi: 

 
Cənab,  buradakı  iĢimiz  üçün  biz  dövlətdən  məvacib 
alırıq.  Ondan  əlavə  biz  nəyi  götürsək  haramdır.  Allaha  Ģükür 
ki,  müsəlmansınız,  haram  və  halalın  nə  olduğunu  yaxĢı 
bilirsiniz.  Biz  də  cəhənnəmə  düĢmək  istəmirik.  Bizim 
mükafatımız xəstələrin “Çox sağ ol”udur. 
Düzü,  Ģok  vəziyyətinə  düĢmüĢdüm.  Məcməyi  verməyimə 
peĢman  olmuĢdum.  Özümü  gözəl  bir  əkin  sahəsinə  qanqal 
toxumu səpən bir adam kimi hiss edirdim. 
Hərarətlə  görüĢdük.  Məni  qucaqladı  və  ürəyimdə  “əhsən 
belə həkimə” deyə-deyə oradan çıxdım 
 


 
 64  
BAYRAMLAR,   BAYRAMLAR... 
 
Əlcəzairlilər  həm  milli  və  həm  də  dini  bayramları  çox 
böyük  təmtəraqla  keçirirlər.  Ümumiyyətlə  bu  ölkədə  çoxlu 
mərasim vardır. Milli azadlıq hərəkatının baĢlandığı (1 noyabr 
1954-cü il) və Əlcəzair  xalqının  istiqlaliyyət qazandığı  (3 iyul 
1962-ci  il) günlər bu xalqın ən böyük bayramları sayılır. Həm 
milli, həm də dini bayramların keçirildiyi günlər ölkədə iĢ günü 
sayılmır. 
Əlcəzairlə 
bağlanan 
kontrakta 
əsasən, 
mütəxəssislərimiz  həm  Əlcəzairin,  həm  də  bizim  öz  bayram 
günlərimizdə  iĢləməməlidirlər.  Məsələ  burasındadır  ki,  hər  iki 
ölkənin  bayramlarını  toplayanda  istirahət  günlərinin  sayı  çox 
alınırdı. Həm də bizim bayram günlərimizdə əlcəzairli tələbələr 
də  iĢləməməli  olurlar  (müəllimsiz  tələbə  institutda  nə  etsin?). 
Ona  görə  də  biz  öz  bayram  günlərimizdə  iĢləməli  olurduq. 
Lakin neftçi və geoloqlarımız, habelə bizim Sovet məktəbimiz 
həm  Əlcəzairin    (dini  bayramlardan  savayı),  həm  də  bizim 
ölkənin  bayramlarını  təntənəli  surətdə  qeyd  edir,  həmin  günü 
istirahət edirdilər. 
Əlcəzairin  ən  böyük  bayramı  ölkənin  milli  istiqlaliyyət 
qazanması  gününün  ildönümüdür.  Bu  bayram  münasibətilə 
təntənəli  iclaslar,  müxtəlif  idman  yarıĢları  keçirilir,  konsertlər 
təĢkil  olunur.  Bu  konsertlərin  bəziləri  ailə  konsertləri 
formasında keçirilir. Ailə konsertləri deyəndə mən elə bilirdim 
ki,  bu  konsertlərdə  ailə  ansamblları  çıxıĢ  edirlər.  Sonralar 
məlum oldu ki, bu belə deyildir. TamaĢaçı konsertdə ailəsi ilə 
iĢtirak edir. BaĢqa sözlə desək bu konsertlərə tamaĢaçı tək yox, 
yalnız ailəsi ilə buraxılır. Məncə bu düĢünülmüĢ tədbirdir. Axı 
bəzi müsəlman kiĢiləri arvadları ilə konsertlərə getmirlər. 
Ailə  konsertlərinə  bizim  “Raduqa”  vokal-instrumental 
ansamblı  və  “Azərbaycan  təranələri”  instrumental  ansamblını 
dəvət edirdilər. 
Əlcəzairdə 1 May, 8 MART və Yeni  il bayramları çox da 
böyük olmayan təntənə ilə qeyd olunur. Bu bayramların adətən 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə