Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə28/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

 
 86  
ki,  rast  gəlmək  olmur.  Deyilənə  görə  qaçaq  mallar  müxtəlif 
yollarla Əlcəzairə ötürülür. 
“Əl-Mücahid”  qəzetində  bir  dəfə  böyük  məbləğli  qaçaq 
malının  tutulduğu  barədə  yazmıĢdılar.  Bu  malı  necə 
keçirirlərmiĢ?  MərakeĢdə  malı  eĢĢəyə  yükləyib  sərhəd 
yaxınlığında  buraxıblar.  EĢĢək  özü  sərhəddi  keçmiĢ  (əlbəttə 
buradakı  sərhəddə  tikanlı  məftillər  yoxdur  və  sərhədçilər  də 
səhrada  bir  yerdə  durmurlar)    və  Əlcəzairdəki  sahibigilə 
istiqamət  almıĢdır.  Bu  zaman  sərhədçilər  eĢĢəyi  yaxalamıĢ  və 
onun qaçaq mal apardığını müəyyən etmiĢlər (eĢĢəyə bir bax!). 
Əlbəttə sərhədçilər eĢĢəyi saxlamasaydılar, o, əvvəlcədən məĢq 
olunmuĢ marĢrutla əlcəzairli sahibini tapacaqdı. Lakin bu dəfə 
qaçaq mal aparanların hiyləsi baĢ tutmamıĢdı... Zəl-Ued Ģəhəri 
ilə vidalaĢaraq, onun gözəlliyini bir daha heyran-heyran süzüb, 
Biskra Ģəhərinə üz tutduq. 
 
BİSKRA DA BÖYÜK SƏHRANIN QAPISIDIR 
 
Biskra  Ģəhəri  Ģimalda,  Əl-Ueddən  220  km  məsafədə 
yerləĢir.  Bu  yolun  50  km-i  qum  “dənizinin”  içindən  keçir. 
Sonra yol dəniz səviyyəsindən aĢağı enir. Hər tərəf Ģoranlıqdır. 
Güclü  yağıĢlardan  sonra  Ģosse  bəzi  yerlərdə  duzlu  su  ilə 
örtülür.  Ġsti  vaxtlarda  tez-tez  ilğımlara  rast  gəlmək  olur 
(Ġlğımlar,  gözə  görünən  “göllər”dir  ki,  bu  da  mavi  səmanın 
yerüstü isti havada əksidir). 
Yol uzunu mən ətrafa baxdıqca bu duzlu səhrada özümə bir 
doğmalıq, bir yaxınlıq hiss edirdim. Bir anlığa mənə elə gəlirdi 
ki,  mən  nə  Afrika  qitəsindəyəm,  nə  də  ki,  səyahətdə.  Sadəcə 
olaraq  Bakıdan  Masallıya  gedirəm  və  avtobusumuz  da  Ələtlə 
Xələc arasındadır. Səhranın bu hissəsi Ələtlə Xələc arasındakı 
Ģoran sahəyə elə bənzəyir ki, daha deməyəsən. 
Biskra  Ģəhəri  dəniz  səviyyəsindən  125  metr  yüksəklikdə 
yerləĢib,  100  mindən  artıq  əhalisi  vardır.  Qumluluq  dərəcəsi 
azdır, xurma ağaclarının sayı isə çoxdur. Qeyd edək ki, Biskra 
Ģəhəri ətrafında iki milyona kimi xurma ağacı vardır. 


 
 87  
Qədim romalılar vaxtilə burada özlərinin Afrika mülklərini 
Böyük  Səhradan  gəlmiĢ  köçəri  bərbərlərdən  qorumaq  üçün 
Biskra qalasını tikmiĢlər. Sonralar bu Ģəhər vandallara məxsus 
olmuĢ,  yüz  il  sonra  isə  ərəb  sərkərdəsi  Sidi  Əkba  Atlantik 
okeanına kimi getmiĢ və fəxrlə demiĢdir: 

 
Mən islamı dünyanın axırına gətirib çıxardım. 
Geriyə dönərkən Biskra ətrafında bərbərlərlə döyüĢmüĢdür. 
Kahinin  rəhbərlik  etdiyi  ordu  ərəbləri  məğlub  etmiĢ  və  Sidi 
Əkbanı  öldürmüĢlər.  Sidi  Əkba  Biskanın  17  km-də  dəfn 
olunmuĢ  və  hazırda  ərəblər  onun  qəbrini  müqəddəs  yer  kimi 
ziyarət edirlər. 
XI əsrdə  Biskranın  ərazisi hilalilər, Misir və Ərəbistandan 
gələn  köçəri  ərəblər  tərəfindən  tutulmuĢdur.  Hilalilər  buranı 
darmadağın  etmiĢ,  yerli  əhalini  –bərbərləri dağlara qovmuĢ və 
burada  ərəbləĢmə  aparmıĢlar.  Sonralar  bu  Ģəhər  əldən-ələ  
keçmiĢ,  Əlcəzair  Türk  imperiyasının  tərkib  hissəsi  olduqda, 
Ģəhər sabit dövlətə malik olmuĢdur. Türk qarnizonu bu Ģəhərdə 
oazisi  canlandırmağa  baĢlamıĢdır.  1838-ci  ildə  bu  Ģəhər  Əmir 
Əbdül  Qədirin  yaratmıĢ  olduğu  cavan  Əlcəzair  dövlətinin 
tərkibinə  daxil  edilmiĢdir.  Bu  dövlət  də  təpədən  dırnağa  kimi 
silahlanmıĢdır.  Lakin  Fransa  müstəmləkəçilərinin  təzyiqinə 
dözməyərək məğlubiyyətə uğramıĢdır. 
ġəhərin  vaxtilə  fransızlar  yaĢayan  hissəsində  çoxlu 
kazarmalar vardır. Küçələrin əksəriyyəti tağlı olub, evlər sanki 
səkilərin üstündən asılmıĢdır. Bu da GünəĢdən gizlənmək üçün 
bir vasitədir. 
Biz  Biskra  Ģəhərinə  çatanda  artıq  qaĢ  qaralmıĢdı. 
Mehmanxanada  yerlərimizi  alıb,  təzəcə  istirahətə  baĢlamıĢdıq 
ki, Biskrada iĢləyən bir qrup Sovet mütəxəssisi yanımıza gəldi 
(Onlar  bizim  bu  Ģəhərə  gələcəyimizi  qabaqcadan  bilirlərmiĢ). 
Hərə  öz  dost-tanıĢı  ilə  görüĢməyə  gəlmiĢdi.  Mən  bilirdim  ki, 
Biskra  Universitetində  bizim  Azərbaycandan  da  bir  yoldaĢ 
iĢləyir.  Bu  bizim  Politexnik  Ġnstitutunun  dosenti  Nazim 
Ağayev  idi.  Gələn  yoldaĢlardan  onu  soruĢdum.  Dedilər  ki, 


 
 88  
tanıyırıq.  Artıq  iki  saatdan  sonra  Nazim  bizi  tapdı.  GörüĢdük, 
öpüĢdük.  Nazim  mənim  Bumerdesli  dostum  Rafiqlə  Əlcəzair 
torpağında ilk dəfə idi ki, görüĢürdülər. Rafiqlə Nazim Bakıda 
eyni ali məktəbdə iĢləyirlər. Hiss olunurdu ki, Nazim bizdən də 
çox  darıxır.  Axı  zarafat  deyil,  o,  ailəsiz,  tək  yaĢayırdı.  Bəli, 
burada uĢaqların təhsil alması üçün Ģərait olmadığından, analar 
öz  övladlarını  evdə  qoyub  buraya  gələ  bilmirlər.  KiĢilərin  isə 
ailəsiz  Böyük  Səhranın  “qapısı”  ağzında  “dayanması” 
həddindən artıq çətindir. Öz-özümə deyirəm: 

 
Bir az da döz, qardaĢ, döz. Məzuniyyətə az qalıb. Evdə 
hər Ģeyi unudacaqsan. 
Həmyerlimizi  yola saldıqdan sonra baĢımın  ağrıdığını hiss 
etdim.  Dərman  almaq  üçün  əczaxanaya  yollandım.  QarĢıma 
çıxan ilk əczaxanaya girdim. Əczaçı məni görcək: 
       - Cənab-deyə müraciət etdi (Bu onlarda bir adətdir. Məncə 
bu  adəti  onlar  fransızlardan  götürmüĢlər.  Bu  o  deməkdir  ki, 
cənab, nə istəyirsiniz?) 
Mən: 
       - BaĢağrısı dərmanı verin zəhmət olmasa-dedim. 
O,  mənə  bir  dərman  təklif  etdi  və  xeyli  təriflədi  (Yəqin 
əcnəbi olduğumu hiss etmiĢdi). Sonra soruĢdu: 
       - Siz əcnəbisiniz? 
        - Bəli-dedim. 
        - Hansı ölkədən gəlmiĢsiniz? 
       - Sovet ölkəsindən. 
Sonra  Əlcəzairdə  dəfələrlə  eĢitdiyim  sözləri  bu  da  təkrar 
etdi: 
       - Axı siz rusa oxĢamırsınız? 
Mən  onun  bizim  ölkə  haqqında  müəyyən  məlumata  malik 
olduğunu hiss etdim və bunu yoxlamaq üçün dedim: 
      - Məgər Sovet ölkəsində yaĢayanların hamısı ruslardır? 
      -  Bilirəm,  bilirəm-dedi.  Sizin  ölkədə  müxtəlif  xalqlar 
yaĢayır.  Siz  hansı  millətdənsiniz?  Təsadüfən  azərbaycanlı 
deyilsiniz ki? 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə