Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə29/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

 
 89  
Sevincimdən  az  qala  bu  cavan  oğlanı  qucaqlayıb  öpəm. 
Əlcəzairdə  iĢlədiyim  müddətdə  ilk  dəfə  idi  ki,  mənim  hansı 
millətə  mənsubluğumu  doğru  güman  edənlə  rastlaĢırdım. 
Azərbaycanı  tanıyanlar  çoxdur  və  bizim  xalqa  böyük  hörmət 
bəsləyirlər.  Lakin  bu  gənc  əczaçının  azərbaycanlılığımı 
duyması məni Ģok vəziyyətinə salmıĢdı. Hiss edirdim ki, onun 
məni  tanıması  təsadüfi  deyil  və  onunla  söhbət  etmək  istədim. 
Sən demə onun özü çox söhbətcil imiĢ. 
Cavan oğlan mehribancasına: 
       - Mən, sizin RəĢid Behbudovu, Zeynəb Xanlarovanı  yaxĢı 
tanıyıram (Ġlahi, ilk dəfə idi ki, xarici ölkədə bizim mədəniyyət 
xadimlərinin  adını  eĢidirdim.  Baxmayaraq  ki,  bizim  bəzi 
musiqiĢünaslar  “filan  müğənni  bizi  bütün  dünyada  tanıtdırıb, 
filan  bəstəkar  millətin  üzünü  filan-filan  ölkələrdə  ağ 
edibdir”deməkdən  yorulmurlar)  –dedi.  Sizin  Azərbaycan 
radiosunu  vaxtaĢırı  dinləyirəm.  Biskrada  Azərbaycan 
radiosunun dostları klubu vardır. 
Sonra o, balaca stəkanla suyu mənə tərəf uzadaraq: 
      - Alın, dərmanı için –dedi. 
Mən təəccüblə: 
      - Nə dərman?-soruĢdum. 
O, gülümsəyərək: 
      - Bəs sizin baĢınız ağrımırdımı?-dedi. 
Doğrudan  da,  axı  mənim  baĢım  ağrıyırdı  və  məni  də  bu 
əczaxanaya  nasazlıq  gətirmiĢdi.  Əziz  oxucum,  inanın  ki,  bu 
mənim uydurmam deyil: baĢ ağrım tamamilə keçmiĢdi. 
Cibimdə  Bakı  mənzərələrinə  dair  bir  -  iki  fotoĢəkil  və 
Ģəhərimizin  emblemini  əks  etdirən  döĢ  niĢanı  vardı.  Onları 
böyük məmnuniyyətlə həmin cavan oğlana hədiyyə etdim. 
O, mənə dedi: 
      - Əgər istəsəniz, sizi Azərbaycan radiosu klubunun üzvləri 
ilə  tanıĢ  edərəm.  Onlar  sizinlə  söhbət  etməkdən  məmnun 
olarlar. 


 
 90  
Təəssüflə bildirdim ki, bu mümkün deyil. Belə ki, biz səhər 
tezdən Biskranı tərk etməliyik. Axı mən səyyah idim. Yolumuz 
isə Timqad Ģəhərinədir. 
 
 
TİMQAD ƏN QƏDİM   
ROMA ŞƏHƏRİDİR
 
 
Timqada  üz  tutmamıĢdan  əvvəl  Sovet  mütəxəssislərinin 
Bumerdes 
Ģəhəri  üzrə  ekskursiya  bürosunun  rəhbəri 
V.Morozov  mənə  yaxınlaĢıb  Timqad  Ģəhərinə  getmək 
marĢrutunu seçməyi təklif etdi (Ġrəlidə qeyd etdiyim kimi mən 
turist  qrupunun  rəhbəri  idim).  Məsələ  burasındadır  ki,  bu 
Ģəhərə  iki  marĢrutla  getmək  olar.  Bu  marĢrutlardan  biri  dağ 
yolu  ilə  Ores  massivindən  (burada  dəniz  səviyyəsindən  2328 
metr  hündürlükdə  yerləĢən  ġemqa  Ģəhəri  yerləĢir)  keçir. 
Əlbəttə hava Ģəraiti yaxĢı olduqda bu marĢrut əlveriĢlidir. Ores 
Ģimali  Afrikanın  əsil  əhalisi  olan  bərbərlərin  yuvası  sayılır. 
Onlar 
qədim 
romalıların 
vaxtından 
baĢlayaraq 
müstəmləkəçilərdən  qaçmıĢ  və  burada  yurd  salmıĢlar. 
Bərbərlər  müstəmləkəçilərə  qarĢı  dəfələrlə  üsyan  etmiĢlər. 
Təsadüfi  deyildir  ki,  azadlıq  müharibəsinin  ilk  atəĢləri  1 
sentyabr 1954-cü ildə Ores dağlarında açılmıĢdır. Burada həyat 
səviyyəsi çox aĢağıdır. KiĢilərin əksəriyyəti pul qazanmaq üçün 
baĢqa  Ģəhərlərə  gedirlər.  Əlcəzair  hökuməti  geridə  qalmıĢ  bu 
əyalətin  inkiĢafı  üçün  tədbirlər  görməkdədir.  Bu  barədə  ölkə 
mətbuatı vaxtaĢırı məlumatlar verir. 
Ġkinci  marĢrutu  turistlər  pis  hava  Ģəraitində  seçirlər.  Bu 
Timqada  Əl-Kantar  vadisindən  və  Batna  Ģəhərindən  keçən 
yoldur.  Birinci  marĢrutun  uzunluğu  150  km,  ikincininki  isə, 
153 km-dir. Hava Ģəraiti bizə birinci  marĢrutu seçməyə imkan 
verdi. 
Timqad  Əlcəzair  torpağında  yerləĢən  ən  qədim  Roma 
Ģəhəridir.  Bu  Ģəhərin  əsası  imperatorun  əmri  ilə  101-ci  ildə 
üçüncü  Avqust  legionu  veteranları  tərəfindən  qoyulmuĢdur. 


 
 91  
ġəhərin  küçə  və  məhəllələri  dəqiq  həndəsi  plan  üzrə 
qurulmuĢdur. Burada qədim teatr, termlər, ibadətgahlar, arkalar 
vardır.  ġəhərin  çiçəklənən  dövründə  əhalisi  sıx  olmuĢdur. 
Dinin  inkiĢafı  zamanı  donatistlərin  bazasına  çevrilmiĢdir  ki, 
onlar  da  rəsmi  kilsəyə  qarĢı  mübarizə  aparmıĢlar.  ġəhərin 
vandal dövründə əhalisi azalmıĢ, vizantiyalıların gəlməsi ilə isə 
artmıĢdır. ġəhərin dağılma tarixi məlum deyil. Ġlk qazıntı iĢləri 
1880-ci ildən baĢlamıĢ və bu günə kimi davam edir. 
Bu  Ģəhərə  gələn  turistlər  ilk  növbədə  dağılmıĢ  Ģəhərə 
baxırlar. Qədim romalıların tikdirdiyi bu dağılmıĢ Ģəhər ayrıca 
muzey kimi fəaliyyət göstərir. 
ġəhər – muzeyin planı turistlərə əvvəlcədən təqdim olunur. 
Bu  Ģəhərdə  vaxtilə  bazar,  teatr,  kitabxana,  bağ,  villalar  və  s. 
olmuĢdur. 168-ci ildə tikilən teatr 3-4 min yerlik imiĢ. Hazırda 
bu  teatrda  tamaĢa  həftələri  keçirilir.  Hazırkı  teatrın  birinci  beĢ 
sırası  qədim  romalılardan  yadigardır.  Yerdə  qalan  sıralar  isə 
bərpa edilib. 
ġəhərin  mərkəzində  tacir  dükanları  və  gözəl  mərmərdən 
hörülmüĢ  tualet  varmıĢ.  Bu  tikililərin  baĢ  tərəfində  Ģəhər 
senatının  binası  (116-cı  il)  yerləĢmiĢdir.  Elə  buradaca  böyük 
bir  heykəl  ucaldılmıĢ  və  onun  postamentində  bu  sözlər 
yazılmıĢdır:  “Ov  etmək,  çimmək,  oynamaq  və  gülmək  –  bax 
budur həyat”. Bu dağılmıĢ Ģəhərə tamaĢa etdikcə tez-tez xəyala 
dalırsan.  Hər  daĢın  yanından  ehtiyatla  keçir  və  onlardan  nəsə 
eĢitmək istəyirsən. DüĢünürsən ki, bax elə indicə bu daĢlar dil 
açacaq,  bələdçilərin  demədiklərini  və  bilmədiklərini  sənə 
söyləyəcəkdir. DaĢlar isə susur. 
Beləliklə,  Böyük  Səhra  oazisi  boyu  səyahətimiz  baĢa 
çatmaq üzrədir. Mən gördüklərimi bir-bir yaddaĢımda yerbəyer 
edir,  dəftərçəmə  qeydlər  edirəm  Fikir  məni  yenə  Böyük 
Səhraya  aparır.  Səyahət  üçün  həddən  artıq  maraqlı  olan  bu 
yerdə  yaĢayanları  düĢünürəm.  DüĢünürəm  ki,  görəsən  bu 
camaatı  burada  saxlayan  nədir.  Axı  təbiət  özünün  bütün 
amansızlıqlarını burada, məhz burada sınaqdan keçirir. Özüm-


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə