Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə27/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

 
 83  
Əlcəzairin digər Ģəhərlərindən fərqli olaraq, Tuqurtda bazar 
hər gün fəaliyyətdədir. Bu bazarda nələr satılmır?... 
Köhnə  ev  əĢyalarından  tutmuĢ  müasir  elektronikaya  kimi 
hər  Ģey  bu  bazarda  satılır.  Sabit  qiymət  yoxdur.  Satıcı  ilə 
danıĢıb qiyməti aĢağı salmaq olar. 
Bazarın  ətrafında  palçıqdan  birmərtəbəli  evlər  tikilmiĢdir. 
Burada  nadir  hallarda  daĢ  evlərə  rast  gəlinir.  Küçələr  tağlıdır. 
Bu  tağların  altında  hara  istəsən  gedə  bilərsən.  Tağlar  adamı 
GünəĢin öldürücü istisindən qoruyur. 
Müxtəlif  tayfalar  Ģəhərin  müxtəlif  məhəllələrində 
yaĢayırlar. Məsələn, bərbərlər əvvəllər avropalıların yaĢadıqları 
BolluĢ  məhəlləsində  yaĢayırlar.  Bu  məhəllə  Ģəhər  vağzalının 
yanında  yerləĢir.  Vaxtilə  Uled-  Nail  nəslindən  olan 
rəqqasələrin  xüsusi  məhəlləsi  olan  BolluĢda  az  miqdarda  da 
olsa, yəhudilər də məskunlaĢıblar. 
Turist  marĢrutuna  görə  bizim  növbəti  dayanacağımız  Əl- 
Ued Ģəhərində olmalı idi. Tuqurtdan bu Ģəhərə kimi 95 km-lik 
yoldur. Bu yol özünün qeyri-adiliyi ilə fərqlənir. Avtobusumuz 
nəhəng “qum dənizində” üzürdü. Burada 400 min kvadrat km-
lik  sahə  qumla  örtülmüĢdür.  Əl-Ued  Ģəhərinə  çatmamıĢ 
hündürlüyü  yüz  metr  olan  qum  təpələri  görünür.  Adətən  bu 
qum  təpələrinin  əsasını  qayalıqlar  təĢkil  edir.  Küləyin  əsmə 
istiqamətindən və sürətindən asılı olaraq bu qayaların təpəsi də 
müxtəlif  formalar  alır.  Böyük  təpənin  arxasındakı  dərədə  bir 
milyonçunun  zəngin  malikanəsi  yerləĢir.  Deyilənlərə  görə 
həmin  milyonçu  öz  qonaqlarını  xüsusi  traktorlarda  qəbul  edir 
və yola salır. Belə ki, küləkli havada burada asfalt yol tamamilə 
“yoxa” çıxır. 
 
ƏL-UED MİN GÜMBƏZLƏR ŞƏHƏRİDİR 
 
Əl-Ued  Böyük  Səhranın  ən  maraqlı,  gəzməli  və  görməli 
Ģəhərlərindən  biridir.  ġəhər  bütövlükdə  qum  dənizinin 
içərisində  yerləĢmiĢdir  və  evlərin  xüsusi  arxitekturası  vardır. 
GeniĢ  yarğanlarda  xurma  ağacları  əkilmiĢdir.  Bu  qumlar 


 
 84  
diyarının kifayət qədər əhalisi, Səhra Ģəraiti üçün zəngin  flora 
və  faunası  vardır.  Sonuncunu  onunla  izah  edirlər  ki,  yer 
altından  (təxminən  3  metrdən  20  metrə  kimi  dərinlikdə) 
yarıĢor,  yarıiçməli  su  sızır.  Bu  su  Hoqqar  dağından  axan 
məĢhur Səhra çayının tör-töküntüsüdür. Burada qum içərisində 
çoxlu sayda zəhərli əqrəblər vardır. 
Yerli  adamlar  qum  təpələri  arasındakı  çökəkliyi  bir  qədər 
qazır  və  böyük  müstəvi  səthli  dərə  yaradırlar.  Sonra  burada 
xurma ağacları əkirlər. Bu ağacların köklərini yerə elə batırırlar 
ki,  onların  kökləri  irəlidə  qeyd  etdiyim  yeraltı  su  axınına  çata 
bilsinlər.  Bu  olduqca  orijinal  və  səmərəli  irriqasiya  üsuludur. 
Səhranın  digər  rayonlarında  suyu  yerdən  çıxarıb  bitkiləri 
sulayırlar.  Lakin  burada  isə  bitkinin  kökünü  suya  batırırlar. 
Xurma  ağacı  sevir  ki,  onun  “ayaqları”  suyun,  “baĢı”  isə  odun 
içərisində  olsun.  Bu  ərazinin  təbii  Ģəraiti  irəlidə  söylədiyimiz 
tələbata  çox  uyğun  gəlir.  Məhz  ona  görə  də  buradakı  xurma 
plantasiyaları  öz  məhsuldarlığına  görə  Böyük  Səhrada  birinci 
yeri tutur. 
Bu torpaqda yaĢayan hər bir Ģəxsin xurma plantasiyaları ola 
bilər.  Bir  Ģərtlə  ki,  həmin  adam  gərək  özü  bu  ağacları  əkmək 
üçün dərə qazsın. 
Irriqasiya  üsulunun  nöqsanları  da  vardır.  Belə  ki,  küləyin 
doldurduğu  dərəni  həmiĢə  təmizləmək  lazımdır.  Burada  elə 
qum qasırğası qopur ki, xurma ağaclarının kökünü qumla örtür. 
Əlbəttə  onları  təmizləmək  və  əvvəlki  vəziyyətinə  gətirmək 
böyük zəhmət istəyir. 
Xurma  ağacı  çox  zəhmət  tələb  edən,  ona  qayğı  göstərəni 
incidən  ağacdır.  Onun  tozlanma  prosesi  həddən  artıq 
mürəkkəbdir. Bunu yerli adamlar əl ilə icra edirlər. 
Əsli  Yəməndən  olan  ərəblər  bu  qum  dənizində  dörd  əsr 
bundan  əvvəl  yurd  salmıĢlar.  Xəstəlik  və  ehtiyac  onları  bu 
yerlərə gətirib çıxarmıĢdır. Onlar əvvəllər Ģimali-Ģərqdə, dəniz 
kənarında  Liviyada  və  ya  Tunisdə  yaĢamıĢlar.  Lakin  böyük 
vergilər  onları  Səhraya  qaçmağa  məcbur  etmiĢdir.  Onlar 


 
 85  
əvvəlcə  Riq  çayı  vadisində  yerləĢmiĢlər.  Lakin  burada 
arasıkəsilməz  xəstəliklər  və  epidemiya  onları  zara  gətirdiyinə 
görə  qərara  gəlmiĢlər  ki,  geri  qayıtsınlar.  Geri  qayıdarkən 
təpələr  arasındakı  çuxurlarda  çoxlu xurma ağacları görmüĢlər. 
Yeri  qazmıĢ  və  çox  kiçik  dərinlikdən  su  çıxdığını  müĢahidə 
etmiĢlər.  Beləliklə  Suf  oazisi  meydana  gəlmiĢ  və  burada 
əhalinin sayı artmağa baĢlamıĢdır. Hazırda bu oazisdə 500 min 
ədəd xurma ağacı vardır. Bu ağacların əksəriyyəti dünyada ən 
yaxĢı  xurma növü olan  “iĢıq barmaqları”nı,  yerdə qalanlar isə 
“Qars” növünü verir. Qeyd edək ki, bu növ xurma ağacı çox su 
tələb etmir və onu uzun müddət, məsələn 15 ilə kimi saxlamaq 
olur. 
Əl-Ued  Ģəhərinin  tamamilə  qeyri-adi  forması  vardır. 
Səhranın  digər  Ģəhərlərində  gördüyümüz  müstəvi  formalı 
damlardan fərqli olaraq burada damlar günbəz Ģəklindədir. Ona 
görə də bu Ģəhərə min günbəzli Ģəhər deyirlər. 
Suf özünün orijinal, müxtəlif formalı, həddindən artıq gözəl 
qum  “gülləri”  (“Səhra  gülü”  kimi)  ilə  məĢhurdur.  Bu 
“güllər”dən  həm  Əl-Ued  bazarında  almaq  olar  və  həm  də 
səyyah  bu  Ģəhərdən  ayrılarkən    qarĢısına  çıxan  ilk  təpənin 
ətəyindən  bu  “güllər”dən  tapıb  istədiyini  seçə  bilər.  Bu 
səyyahın Səhradan gətirə biləcəyi ən yaxĢı xatirə hədiyyəsidir. 
Belə ki, bu cür qips kristalları Böyük Səhradan baĢqa heç yerdə 
yaranmır. 
Buranın  Ģəhər muzeyi  də çox maraqlıdır. Muzeydə “Səhra 
gülləri”  kolleksiyası  toplanmıĢ,  yerli  fauna  və  flora,  yerli 
sənaye məhsulları və arxeoloji tapıntılar nümayiĢ etdirilir. Suf 
oazisi Tunis sərhəddinə çox yaxın olduğundan Ģəhər bazarında 
xeyli kontrabanda malları satılır. 
Yeri gəlmiĢkən bir neçə kəlmə kontrabanda (qaçaq) malları 
barədə.  Əlcəzairin  müxtəlif  Ģəhərlərinin  bazarlarında  qaçaq 
mallarına rast gəlmək olur. Bu mallar əsasən Tayvanın istehsal 
etdiyi müxtəlif cür elektron saatları, elektron alıĢqanları və s.-
dir.  Ölkənin  bazarlarında  yapon  maqnitofonlarına  demək  olar 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə