Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə24/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

 
 74  
təpənin  baĢına  çıxmaq  olur  ki,  burada  da  hündürlüyü  22  metr 
olan konik minarəli məscid ucaldılmıĢdır. 
Qardayadan  bir  qədər  Ģərqə  Malikə  Ģəhəri  yerləĢir.  Onun 
evlərinin divarları təpədə bir qala yaradır. 
Bələdçi  ilə  vadi  Ģəhərlərindən  biri  –  Beni-Ġzgenə  səyahət 
etmək  olar.    Beni-Ġzgen  barədə  oxuculara  bir  qədər  ətraflı 
məlumat vermək istəyirəm. Belə ki, bu Ģəhərə düĢən kimi adam 
özünü tamamilə ayrı aləmdə hiss edir. Bu Ģəhər  qala divarları 
və  qüllələrlə  əhatə  olunmuĢdur.  Bələdçimiz  90  yaĢlı  bir  qoca 
idi.  ġəhərin  girəcəyində  divara  fransız  dilində  böyük  bir  elan 
vurulmuĢdu.  Orada  qeyd  edilirdi  ki,  bu  Ģəhərdə  nə  siqaret 
çəkmək, nə Ģəkil çəkmək, nə də ki, tək gəzmək olar (əlbəttə tək 
gəzmək turistlərə aiddir). Bələdçimiz deyəsən tərifi çox sevirdi 
(kim tərifi sevmir ki?). ġəhər haqqında ilk məlumatı verən kimi 
biz onu xeyli təriflədik. O isə dedi: 

 
Mən  bu  Ģəhərin  bir  nömrəli  bələdçisiyəm.  Bu  günlər 
ölkənin  prezidenti  ġadli  Bencədid  bura  gəlmiĢdi.  Mən  ona  da 
bələdçilik etmiĢəm. 
Qoca sözünü qurtarmamıĢ əlini cibinə saldı və bir fotoĢəkil 
çıxardı.  Həmin  fotoda  qoca  ilə  prezidentin  Ģəkli  əks 
olunmuĢdu. 
Qoca bələdçi məlumat verərək bizi düz təpənin  yuxarısına 
kimi  müĢayiət  etdi.  Məqsəd  təpənin  baĢındakı  qüllədən  bütöv 
Mzaba vadisini seyr etmək idi. 
Vadidə  tikilən  bu  beĢ  Ģəhərə  xas  olan,    küçəyə  pəncərəsi 
olmayan evlər burada da tikililərin əsasını təĢkil edir. Bir gözü 
ilə baxan çadralı qadınlar turistləri görən kimi gizlənirlər. Dar 
küçələrdən keçdikcə özünü tamam baĢqa bir əsrdə hiss edirsən. 
Arabir həyətlərdən heyvan səsləri gəlir. Bələdçi deyir: 

 
Heyvanlar da bu həyətlərdə saxlanılır. 
Dar  küçələrlə  yolumuza  davam  edirik.  Həyət  qapılarından 
biri açılır. Üfunət bütün küçəni bürüyür. 
Bələdçidən soruĢuram: 

 
Əhalinin sağlamlığı necədir? 


 
 75  
O cavab verir: 

 
Bizdə  adamlar  cəmisi  bir  dəfə  xəstələnirlər.  O  da 
ölməmiĢdən  qabaq,  vəssalam.  FikirləĢirəm  ki,  görəsən  buna 
sanitariya və gigiyena elmi nə deyir. 
Yolumuz  düz  Beni-Ġzgen  bazarına  gəlib  çıxır.  Qəribə 
bazardır.  Alıcılar  oturmuĢ,  malları  isə  xüsusi  dəllallar  satırlar. 
Dəllal əlində satılan malı tutub, qiymətini tez-tez təkrar edərək 
qaçır  və  alıcıların  qarĢısında  dövrə  vurur.  Alıcılar  isə  çay  və 
kofe  içə-içə  ona  tamaĢa  edirlər.  Deyək  ki,  dəllal  malın 
qiymətini 100 dinar söyləyir. Alıcılardan birisi isə həmin mala 
60  dinar  təklif  edir.  Dəllal  əgər  bu  qiymətə  razıdırsa,  o  saat 
malı  həmin  alıcının  üstünə  atır  və  pulunu  alır.  Yox  əgər  razı 
deyilsə,  o  öz  iĢində,  yəni  qaça-qaça  malın  qiymətini  təkrar 
etməkdə  davam  edir.  Əgər  həmin  dəllal  bir  neçə  dəfə  dövrə 
vurduqdan  sonra  münasib  müĢtəri  tapmırsa,  gətirib  malı  60 
dinar təklif edən müĢtərinin üstünə atır. Həmin müĢtəri o malı 
hökmən  almalıdır.  Bu  həmin  bazarın  qanunudur.  Dəllal  malın 
birini  satdıqdan  sonra  digərini  götürür  və  əvvəlki  kimi  alıcılar 
qarĢısında dövrə vurmağa baĢlayır. 
Burada alver saat 12-yə yəni günorta namazına kimi davam 
edir.  Bizim  Sovet  malının  bu  bazarda  necə  satılacağını 
gözlərimizlə  görmək  üçün  turistlərdən  biri  dəllala  bir  taxta 
qaĢıq bağıĢladı və xahiĢ etdi ki, onun satıĢını nümayiĢ etdirsin. 
Dəllal  razılaĢdı.  Ġki  dövrə  vurduqdan  sonra  suvenir-qaĢıq  100 
dinara satıldı. 
Onu da qeyd edim ki,  Beni-Ġzgen Ģəhərinə axĢamlar xarici 
turistlər buraxılmırlar. 
Mzaba  vadisinəki  Ģəhərciklərdən  biri  də  Bu-Nuradır.  Bu 
Ģəhərə  turist  çox  az  gəlir.  Bu-Nura  qayalar  üzərində  tikilmiĢ 
çox  gözəl  bir  Ģəhərdir.  Ona  bəzən  qadınlar  Ģəhəri  də  deyirlər. 
Belə  ki,  kiĢilərin  çoxu  pul  qazanmaq  üçün  müxtəlif  Ģəhərlərə 
gedir,  qadınlar  isə  uĢaqlarla  birlikdə  bu  Ģəhərdə  qalırlar. 
Avropalı  turistlər  bura  bəzən  “qadın  monastrı”  deyirlər.  Biz 


 
 76  
orada  olanda  nəql  etdilər  ki,  iki  avropalı  kiĢi  turist  burada 
oğurlanmıĢ və onları bir həftədən sonra buraxmıĢlar. 
Qardayadan 9 km məsafədə Əl-Attif (1010-cu il) Ģəhərciyi 
yerləĢir.  Bu  Ģəhərcik  özünün  iki  məscidi  ilə  fərqlənir.  
ġəhərciyin  divarları  yanında  məĢhur  Sidi-Ġbrahim  məscidi 
ucaldılmıĢdır. 
Bir  günün  necə  keçdiyini  heç  hiss  etmədik.  Artıq  axĢam 
düĢmək  üzrə  idi.  Deməli  biz,  xarici  turistlər  hökmən 
mehmanxanaya  qayıtmalı  idik.  “Qardaya”  mehmanxanasına 
gəldik.  Bu  avropasayağı  tikilmiĢ,  müasir  avadanlıqlarla  təchiz 
olunmuĢ  və  çox  səviyyəli  xidmətə  malik  olan  bir 
mehmanxanadır. Turist yoldaĢlarımıza otaqları bölüĢdürdükdən 
sonra (mən qrupun rəhbəri idim) öz otağımıza gəldik. Moskvalı 
dostum  Volodya ġerbakovla bir nömrəyə düĢdük. Küçədə 29-
30  dərəcə  temperatur  var.  (Təsəvvür  edin  ki,  bu  hələ  fevral 
ayının ilk günləridir); otaqlarda isə kondisionerlər iĢləyir və ora 
daxil  olduqda  sanki  cənnətə  düĢürsən.  Azca  uzandım.  Buna 
səbəb  gördüklərimin  nağıla  bənzəməsi  idi.  Sonradan  isə 
nağıllara o qədər əlavələr olunub ki... 
Dostumla  balkona  çıxdıq.  Mzaba  Ģəhərciklərindən  Ģam 
iĢığına  bənzər  çox  zəif  iĢıq  gəlirdi.  Sanki  axĢam  düĢməmiĢ 
Mzaba  yuxuya  dalırdı  və  bir  Ģəhərdə  sanki  müxtəlif  əsrlər 
görüĢürdülər.  Mehmanxanada  XX  əsr,  Ģəhər  bazarında  isə 
deyək  ki,  X-XI  əsrlər.  Mehmanxanadan  Ģəhəri  seyr  edir  və 
qəribə  hisslər  keçirirdik.  Sanki  XX  əsrdən  keçmiĢ  əsrlərə 
baxırdıq. Ġstər-istəməz baĢımdan bu fikir keçdi: buralar qədim 
tarixin yuva saldığı yerlərdir. 
 
UARQLA  ƏLCƏZAİR  SƏHRASININ  PAYTAXTIDIR 
 
Uarqla Ģəhəri Qardayanın 190 km-liyində yerləĢır. Bu Ģəhər 
Əlcəzair səhrasının paytaxtı olub,  sürətlə inkiĢaf edən inzibati 
və sənaye mərkəzidir. 
Biz  Uarqlaya  getməkdən  ötrü  səhər  tezdən  (saat  6-da) 
yuxudan  durub,  səhər  yeməyini  yedikdən  sonra  yola  düĢdük. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə