Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

 
 68  
Hər  il  mayın  8-də  əlcəzairlilər  matəm  libasını  geyir, 
vətənlərinin azadlığı uğrunda Ģəhid olanları yad edir, özlərinin 
təbirincə desək, qara bayram keçirirlər. 
Məncə burada bir haĢiyə çıxmaq yerinə düĢərdi. 
Ümumiyyətlə  mən  Əlcəzairdə  yaĢadıqdan  sonra  baĢa 
düĢdüm ki, fransız müstəmləkəçiləri nə qədər zülmkar imiĢlər. 
Mən  elə  bilirdim  ki,  (nədənsə  heç  özüm  də  bilmirəm) 
qəddarlıq, amansızlıq yalnız faĢizmə xasdır. 
Lakin çəkilən sənədli və bədii filmlərə baxdıqdan, müxtəlif 
mənbələrlə  tanıĢ  olduqdan  sonra  əmin  oldum  ki,  fransız 
müstəmləkəçiləri  qəddarlıqda  faĢizmdən  heç  də  geri 
qalmırlarmıĢ.  Əlcəzair  inqilabçıları  yerində  güllələnməkdən 
tutmuĢ,  vertolyotlardan  paraĢütsüz  atılmağa  kimi  cəza 
tədbirlərinə  məruz  qalmıĢlar.  Onlara  qarĢı  elə  cəzalar  tətbiq 
edirlərmiĢ  ki,  bəĢəriyyətin  bu  günə  kimi  o  cür  alçaqlıqlardan 
xəbəri yoxdur. 
Bir qoca mənə nəql etdi ki, fransızlar Əlcəzairdə nə qədər 
qəĢəng  qızlar  varmıĢsa,  hamısını  götürüb  zorla  aparırlarmıĢ. 
Ona görə də ərəb ailəsində qız uĢağı doğulan kimi valideynlər 
özləri onu Ģikəst edirlərmiĢ ki, müstəmləkəçilər böyüyəndə ona 
tamah salmasınlar. 
 
Ata məhəbbəti, qeyrət və namus 
Üz-üzə dayanıb, bax bu həyata!... 
Tamahın salmasın deyə fransız, 
Özü Ģikəst edir, qızını ata. 
 
BÖYÜK SƏHRA VADİSİ BOYU SƏYAHƏT 
 
Əlcəzairdə  gəzməli  və  görməli  yerlər  çoxdur.  Son  illər 
ölkənin  rəhbərliyi  də  bu  iĢə  xüsusi  diqqət  yetirir.  Əlcəzairə 
gələn  turistlər  müxtəlif  marĢrutlar  üzrə  səyahətə  çıxa  bilərlər. 
Səyyahları  ən  çox  maraqlandıran  ölkənin  bütün  ərazisi  boyu 
“səpilən” qədim Roma xarabalıqlarıdır. 


 
 69  
Əlcəzairdə  olarkən  bir  neçə  dəfə  müxtəlif  marĢrutlar  üzrə 
səfərlərə  çıxmıĢam.  Xatirimdə  ən  dərin  iz  buraxanı  Böyük 
Səhra  vadisi  boyu  səyahətdir.  MarĢrutun  uzunluğu  2100  km-
dir.  Səyahət  zamanı  rast  gəldiyimiz  Ģəhərlər  bir-birindən 
orijinal, adamlar isə bir-birindən maraqlı idilər. Səyahət zamanı 
bəzən  adama  elə  gəlir  ki,  yuxudasan.  Çünki,  yalnız  yuxuda 
tarixi  keçmiĢə  qayıtmaq  mümkündür.  Məhz  bu  növ  səfərdə 
səyyah,  sanki  keçmiĢə  baĢ  vurur  və  hərdən  o  keçmiĢlə  bu 
günün  təzadlı  sərhəddində  durub  müĢahidəçi  rolunu  oynayır. 
Belə  ki,  səyyah  bu  aləmə  (bu  barədə  ətraflı  bəhs  edəcəyəm) 
müdaxilə edə bilmir. 
 
SƏHRA  GÖZƏLİ  QARDAYA 
 
QurumuĢ  Mzab  çayı  vadisində  ərəblərin  yerləĢdirilməsi 
qeyri-adi tarixə malikdir. Ərəb mənbələrinin yazdığına görə bu 
VII  əsrin  ortalarında  Osmanın  ölümündən,  Əlinin  –  “Ġslam 
Ģiri”nin  hakimiyyətə  gəlməsindən  sonra  baĢ  vermiĢdir. 
Peyğəmbərin  düĢmənləri  onun  kürəkəni  hakimiyyəti  ələ 
aldıqdan  sonra  ona  qarĢı  mübarizə  aparmıĢ,  xaincəsinə  onu 
öldürmüĢlər. Beləliklə  yeni  lider  – Abdulla-ibn  Ġbad meydana 
çıxmıĢ və onun tərəfdarları ibadilər adlandırılmıĢlar. 
Omeidlər  imperiyasının  iflası  zamanı  ibadilər  həm 
Omanda, həm Yəməndə və Ġranda, xüsusilə Məqrib ölkələrində 
(Liviya,  Tunis,  Əlcəzair,  MərakeĢ)  özlərinə  yaxĢı  tərəfdarlar 
tapmıĢlar.  Ġbn  Rüstəm  Tunisdə  kifayət  qədər  güclü  dövlət 
yaratmıĢ,  bu  dövlət  dini  düĢmənlərin  təsiri  nəticəsində  məhv 
olmamıĢ  və  o,  Tunisdən  qərbə,  Tlemsen  rayonuna  yerini 
dəyiĢmiĢdir. Bu dövlət 130 il (paytaxtı Tahert) mövcud olmuĢ, 
ərazisi  MərakeĢdən  Liviyaya  qədər  uzanmıĢdır.  Ġbadilərin 
düĢmənləri  nəhayət  Tahertə  gəlib  çıxıb,  onları  Səhraya 
sıxıĢdırmıĢlar.  Ġbadilər  Mzaba  vadisində  yurd  salmıĢ,  burada 
quyular  qazmıĢ,  xurma  ağacları  əkmiĢ,  su  anbarları  tikmiĢlər. 
XIII əsrin ortalarında ibadilər yenidən hücuma məruz qaldıqda, 


 
 70  
Mzaba  vadisinin  dərinliyində  gizlənmiĢlər  və  bu  günə  kimi 
onları narahat edən olmamıĢdır. 
XI  əsrin  birinci  yarısında  Mzaba  vadisində  beĢ  Ģəhər 
yaradılmıĢdır.  Bunlar  Əl-Atif,  Malika  (ġahanə),  Bunura 
(Parlayan),  Beni-Ġzgen  (mühitin  adamları)  və  Qardaya  (Dayya 
mağarası) Ģəhərləridir. 
Əfsanəyə  görə  gözəl  qadın  olan  Dayya  susuzluqdan 
ölümcül vəziyyətə düĢən ibadilərə su yerini göstərir. Bu qadın 
guya  köçəri  qəbilə  tərəfindən  mağarada  doğum  üçün 
qoyulmuĢdur.  Dayya  ibadilərin  Ģeyxi  Sidi  Bu  Qdemaya  və 
onun  nökərinə  qonaqpərvərlik  göstərmiĢ  və  Ģeyx  də  ona 
evlənmək təklif etmiĢdir. ġeyx mağaranın yanında ev tikdirmiĢ 
və  beləliklə  Qardaya  Ģəhərinin  əsasını  qoymuĢdur.  Dayya 
mağarası bu gün də durur və qadınlar oraya ziyarətə gedirlər. 
Vadi  məhbusluğunda  qalan  ibadilər  demək  olar  ki,  min 
illərlə özlərinin adət və ənənələrini qoruyub saxlaya bilmiĢlər. 
Bura xəlifənin seçilməsi prinsipi, təkkəbinlilik, dinin təmizliyi 
və  adətlərə  ciddi  surətdə  riayət  etmək,  dini  doqmaların  və 
ənənələrin  hər  Ģeydən  üstün  tutulması  daxildir  ki,  bu  da 
ibadilərin həyatını anadan olandan ölənə kimi nizamlayır. 
Qadınların Ģəhəri tərk etməyə əsla ixtiyarları yoxdur. Onlar 
Ģəhərin daxilində də tək yox “müĢayiətçi” ilə gəzə bilərlər. Bu 
qadınlar çadraya elə bürünürlər ki,  yalnız bir gözləri ilə ətrafa 
baxırlar.  Yad  adamla  üz-üzə  gələndə  ya  yaxındakı  tində 
gizlənir,  ya  da  üzlərini  divara  tuturlar  ki,  tək  gözləri  belə 
görünməsin. 
Əvvəllər  qızları  az  qala  beĢikdə  ərə  verirlərmiĢ.  Son 
zamanlar  isə  müasirlik  ibadilərin  də  ailələrinə  nüfuz  edə 
bilmiĢdir. Lakin qadın ailədə yenə də hüquqsuzdur. KiĢi evdən 
çıxanda qapını açarlayıb gedir... 
Ġbadilərin  ağsaqqalları  çoxdan  məcbur  olublar  ki,  kiĢilərin 
Ģimala  pul  qazanmağa  getmələrinə  razılıq  versinlər.  Onların 
ailələri  isə  həmin  kiĢiləri  evlərində  gözləyirlər.  Bu  ailələrə 
himayədarlığı  yaxın  qohumlar  edirlər.  Ailə  baĢçısı  evdə 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə