Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə21/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

 
 65  
həm  təĢkilatçısı,  həm  də  aparıcısı  biz  olurduq.  Gecədə  bir 
qayda  olaraq  bizim  səfirin  təbriki  oxunur,  Əlcəzair  tərəfindən 
bir  rəsmi  Ģəxs  çıxıĢ  edir  və  konsert  baĢlanırdı.  Bizim 
Bumerdesdə  iĢlədiyimiz  ilk  illərdə  həmin  konsertlərdə  yalnız 
bizim  bədii  özfəaliyyət  kollektivlərimiz  çıxıĢ  edirdilər. 
Sonralar  isə  əlcəzairli  yoldaĢları  da  bu  iĢə  cəlb  etdik.  Onların 
həm folklor və həm də estrada heyətləri bu konsertlərdə iĢtirak 
edirdilər. 
Əlcəzairdə  dini  bayramlar  çox  böyük  təntənə  ilə  qeyd 
olunur.  Bu  bayramların  ən  səciyyəvisi  Məhəmməd 
peyğəmbərin  anadan  olduğu  günün  qeyd  olunmasıdır.  Bu 
Mövlud  bayramı  adlanır.  Həmin  gün  sanki  bütün  ölkə 
qaynayır.  Adamlar  təzə  paltarlar  geyinir,  paxlava  və  digər 
Ģirniyyat  məmulatları  biĢirirlər.  Bayram  axĢamı  bütün  evlərdə 
rəngbərəng Ģamlar yandırılır və eyvanların kənarlarına düzülür. 
Evlərdə ən ləziz yeməklər biĢirilir. UĢaqlar isə valideynlərinin 
mağazalardan aldıqları  kükürdlü  əĢyaları (pitarda) partladırlar. 
Son  illər  ölkənin  prezidenti  pitardaların  istehsalını  və  satıĢını 
qadağan  etmiĢdi.  Çünkı  bu  təhlükəli  “oyuncaq”dan  nəinki 
balacalar,  hətta  onların  valideynləri  də  istifadə  etmiĢdilər  və 
böyük bir anbarda yanğın baĢ vermiĢdi. 
Bayram gecəsi uĢaqlar səhərə kimi, dəmir qab döyürlər və 
əsla yatmaq mümkün olmur. 
Qurban  bayramı  da  Əlcəzairdə  əlamətdar  Ģəraitdə  keçir. 
Ġmkanı olan ailələr qurban qoyunu kəsir, imkanı olmayanlar isə 
bazardan  ət  almaqla  kifayətlənirlər.  KəsməmiĢdən  qabaq 
qurbanlıq  qoyunun  baĢını  qırmızı  rəngləyir,  boynuna  qırmızı 
lent  bağlayır  və  həyətdə  bir-iki  dövrə  vurdurub  kəsirlər.  Bu 
qoyunun əti ən azı yeddi evə paylanmalıdır. 
Ramazan ayı (orucluq) da bu ölkədə ən müqəddəs aylardan 
biridir.  Əvvəla  orucluq  ayının  baĢlanması  ilə  əlaqədar  olaraq 
bütün müəssisələrdə iĢ rejimi dəyiĢir. Məsələn, deyək ki, səhər 
saat 8-də iĢə baĢlayan tədris müəssisələri ramazan ayında 10-da 
və ya 10
30
 –da dərsə baĢlayırlar. Digər müəssisə və idarələr bu 


 
 66  
qaydada  iĢ  rejimini  dəyiĢirlər.  Ölkədə  fəaliyyət  göstərən 
müxtəlif  ölkələrin  diplomatik  korpusları  da  müvafiq  surətdə 
həmin ayda öz iĢ qrafiklərini dəyiĢməli olurlar. 
Tələbələr  həvəssiz,  yorğun  görünür  və  demək  olar  ki, 
iĢləmək  istəmirlər.  Aclıq  və  yorğunluq  yəqin  ki,  adamın 
diqqətinə  də  pis  təsir  göstərir.  Belə  ki,  ölkədə  baĢ  verən 
avtomobil qəzalarının çox hissəsi bu ayın payına düĢür. 
Tələbələr bizdən (əlbəttə müsəlman müəllimlərdən) tez-tez 
soruĢurdular  ki,  biz  də  oruc  tuturuq  ya  yox.  Onların  qəlbini 
qırmamaq üçün müsbət cavab verirdik. 
Orucluq vaxtı biz gündüzlər yerli əhalinin  gözü qarĢısında 
nə su içir, nə  çörək yeyir nə də siqaret çəkirdik. ġübhəsiz ki, 
yerli  adət  və  ənənələrə  hörmət  etmək  lazımdır.  Bunu  bizdən 
həm də sovet səfirliyinin rəhbərliyi tələb edirdi. 
Ramazan  ayında  Bumerdesin  düz  mərkəzində  xüsusi 
estrada meydançaları qurulur. Ġftardan qabaq Ģəhərdə bir nəfər 
də  desən  belə  görmək  olmur.  Din  xadimləri  televiziya 
vasitəsilə  moizə  (dini  söhbət)  edir,  sonra  azan  verilir  və 
nəhayət  camaat  iftara  baĢlayır.  Ġftardan  sonra  küçələrə  çıxır, 
konsertə  tamaĢa  edirlər.  Gəzintilər  baĢlanır.  Ġl  ərzində  heç 
üzünü  görə  bilmədiyin  adamları  bu  zaman  görmək  olur. 
Meydandakı  konsertin  ifaçıları  Bumerdes  vilayətinin  bədii 
özfəaliyyət  kollektivləridirlər.  Hər  axĢam  vilayətin  bir 
rayonunun  və  ya  qəsəbəsinin  musiqi  kollektivi  çıxıĢ  etmək 
üçün  Bumerdesə  gəlir.  Konsert  “obaĢdan”  (ərəbcə  imsək) 
deyilən  vaxta  kimi  davam  edir  (bu  təxminən  3-4  arasındadır), 
sonra camaat yeyib, yatır. Bax, beləcə bir ay davam edir. 
Oruc  tutanlar  arasında  lap  balaca  uĢaqlardan  (6-7  yaĢlı) 
tutmuĢ  qocalara  kimi  müxtəlif  təbəqələrə  mənsub  adamlar 
vardır.  Adamların  üz-gözündən  hiss  olunur  ki,  oruc 
tutmayanlar da az deyildir. 
Bir  dəfə  ramazan  ayında  tələbələrdən  bir  qrupu  dərsə 
gəlməmiĢdi. Mən qrup nümayəndəsini çağırıb, danladım. Qrup 


 
 67  
nümayəndəsinə  bildirdim  ki,  oruc  tutanda    nə  olar.  Oruc  da 
tutmaq lazımdır, dərsə gəlmək də. 
O, məni dinlədikdən sona: 

 
Cənab,  siz  elə  bilirsiniz  ki,  onlar  oruc  tuturlar  –  dedi. 
Onlar  yalan  deyirlər.  Nə  oruc  tutur,  nə  də  ki,  namaz  qılırlar. 
Orucluğu bəhanə edib dərsə gəlmirlər. 
Bizim  fakültənin  dekanı  Mövlud  ġıxhi  Fransada  təhsil 
almıĢdı.  Bir  dəfə  o  məni  kabinetinə  dəvət  edib  qapını  bağladı 
və dedi: 

 
Gəl adama bir fincan kofe içək. 
Mən təəccüblə: 

 
Cənab ġıxhi, siz oruc tutmursunuz? – soruĢdum. 
O, məndən xəcalət çəkirmiĢ kimi: 

 
Cənab Nəsirov, bağıĢlayın  məni  – dedi.  Mən oruc tuta 
bilmirəm, baĢım ağrıyır. 
Əlcəzairdə məhərrəm ayının birinci və onuncu günlərini də 
bayram  edirlər.  Bunlar  məhərrəm  və  aĢura  (aĢra  ərəbcə  on 
deməkdir)  bayramları  adlanır.  Məhərrəm  ayının  birinci  günü 
Məhəmməd  peyğəmbər  Məkkədən  Mədinəyə  yola  düĢmüĢ 
(hicr  etmiĢ)  və  on  gündən  sonra  oraya  çatmıĢdır  (yəni  aĢura 
günü).  Bu  günləri  əlcəzairlilər  bayram  edir  və  hicri  qəməri 
tarixi məhərrəm ayının 1-dən baĢlayır. 
Əlcəzairdə  bir  müqəddəs  gün  də  var:  8  May.  Bu  bayram 
günü deyildir. Lakin əlcəzairlilər üçün müqəddəs bir gündür. 
Bu günü bütün Əlcəzair ümumxalq matəmi günü kimi qeyd 
edir. 1945-ci ilin 8 mayında Setif Ģəhərində minlərlə (təxminən 
40  minə  yaxın)  dinc  əhali  fransız  müstəmləkəçilərindən  vəd 
etdikləri  istiqlaliyyəti  tələb  edərkən  güllələnmiĢlər.  Məsələ 
burasındadır  ki,  fransızlar  əlcəzairliləri  Ġkinci  Dünya 
müharibəsində  köməyə  çağırmıĢ  və  qələbə  təqdirində  onlara 
azadlıq  verəcəyini  vəd  etmiĢlər.  Lakin  müstəmləkəçilər  öz 
sözlərinin ağası olmamıĢdılar. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə