Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə17/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

 
 53  
Mənim ruhum, mənim qəlbim
Mənim canım səndə imiĢ. 
Ġndi bildim, babalarım 
Candan əziz balaların 
Niyə sənə qurban demiĢ? 
Sən namusum, ləyaqətim, 
Qeyrətimsən, Azərbaycan! 
Tarixlərə zinət olan 
ġöhrətimsən, Azərbaycan! 
 
Milli  paltarlar  geymiĢ  oğlan  və  qızlarımız  “Vağzalı”nın 
həzin  sədaları  altında  zala  daxil  oldular.  Qızlar  əllərində 
xonçalar,  oğlanlar  isə  gül-çiçək  dəstələri  tutmuĢdular. 
TamaĢaçılar 
sürəkli 
alqıĢlarla 
konsert 
iĢtirakçılarını 
qarĢıladılar. 
Mahnı  rəqsi,  Ģer  isə  nəğməni  əvəz  edirdi.  Misralar  doğma 
Vətənimizə, 
elimizə, 
obamıza, 
bayramlarımıza 
həsr 
olunmuĢdu.  Gecənin  sonunda  konsert  iĢtirakçıları  birlikdə 
Q.Qarayevin  “Neftçilər  marĢı”nı  ifa  etdilər.  Milli  geyimli 
qızlarımız  tamaĢaçıları  xonçalara  düzülmüĢ  Ģərq  Ģirniyyatına 
qonaq  etdilər.  Konsert  qurtarmıĢdı.  Lakin  ayağa  qalxmıĢ 
tamaĢaçıların  uzun  sürən  alqıĢları  kəsilmək  bilmirdi.  Zaldan 
“Var olsun Azərbaycan” səsləri gəlirdi. Hamı bizi təbrik edirdi. 
Təbrik  edənlərin  arasında  ġagiyev  də  var  idi.  Bəzilərimizin 
gözlərində sevinc yaĢları parıldayırdı. 
Gecənin tamaĢaçıları arasında sovet vətəndaĢları ilə yanaĢı 
əlcəzairlilər və fransızlar da var idi. Əlcəzairdə iĢləyən bir qrup 
bolqar mütəxəssis də bizim Ģənlikdə iĢtirak edirdi. 
ġənlik qurtaran kimi bir ərəb mənə yaxınlaĢıb dedi: 

 
Azərbaycan  dilində  bircə  söz  də  olsun  belə  bilmirəm 
(Əslində, o, düz demir. ġərikli sözlərimiz çoxdur). Ancaq sizin 
Azərbaycan  dilində  söylədiyiniz  Ģerlərin  hamısını  baĢa 
düĢdüm. Minnətdaram Sizə. Sağ olun. 


 
 54  
Əlcəzairdə keçirdiyimiz və hamımızın yaddaĢına həkk olan 
tədbirlərdən biri S.Vurğunun 80 illiyinə həsr olunmuĢ poeziya 
gecəsi idi. 
Gecəyə  hazırlaĢarkən  məlum  oldu  ki,  bizdə  rus  dilində 
S.Vurğunun Ģerləri çox azdır. Bu məqsədlə ölkənin paytaxtında 
yerləĢən  mədəniyyət  mərkəzinə  getdik.  Orada  da  bir  Ģey  tapa 
bilmədik.  Bakıya  məktub  yazdıq  və  bizə  bir  neçə  Ģer 
göndərdilər.  Səhnədən  asmaq  üçün  Ģairin  portreti  lazım  idi. 
Özümüz  rəssamlıq  edəsi  olduq.  Epidiaskopda  Ģairin  Ģəklini 
böyüdüb  vatman  vərəq  üzərinə  saldıq,  əvvəlcə  karandaĢla, 
sonra isə tuĢla iĢləyib portreti hazırladıq. Bu dəfə qadınlarımız 
da  gecədə  fəal  iĢtirak  etmək  arzusunda  olduqlarını  bildirdilər. 
ġerləri oxumaq üçün onları da cəlb etdik. Məruzəçi və Ģerlərin 
azərbaycanca  ifaçısı  bu  sətirlərin  müəllifi  idi.  ġerləri  gürcü 
L.Nozadze,  rus  K.Petrova,  belorus  T.Basik,  rus  N.Belov  və 
bizim 
azərbaycanlılar 
G.Məmmədova, 
R.Hüseynova, 
N.Nəbiyeva  oxuyurdular.  Gecənin  proqramına  S.Vurğunun 
sözlərinə  yazılmıĢ  mahnıların  fonoqramı  da  daxil  edilmiĢdi. 
Gecə  sona  yetəndən  sonra  hamı  bir-birini  Ģairin  yubileyi 
münasibətilə təbrik edirdi. Kimisi Ģairin portreti fonunda Ģəkil 
çəkdirir, kimisi də musiqi sədaları altında rəqs edirdi. UĢaqların 
da  sevincinin  həddi  hüdudu  yox  idi.  Bəli,  böyük  Azərbaycan 
Ģairinin  uzaq  Afrika  qitəsində  yubileyi  əsil  bayrama 
çevrilmiĢdi. Biz azərbaycanlıların isə ürəyindən yalnız bir fikir 
keçirdi: - XoĢ gördük səni, bu qərib diyarda, sevimli Ģairimiz! 
XoĢ gördük, Vətənin vurğun oğlu! Bu gün doğma torpağa, el-
obaya vurğunluq, ölümün qurduğu əlçatmaz səddə baxmayaraq 
bizi  daha  da  bir-birimizə  yaxınlaĢdırır.  Sən  ürəklərdəsən,  əziz 
Ģairimiz,  ürəklərdə!  Əgər  belə  olmasaydı  bu  gün  ölkə-ölkə, 
Ģəhər-Ģəhər  gəzib  dodaqlarda  səslənməzdin.  Sən  bu  gün  təkcə 
Azərbaycanda  deyil,  dünyanın  hər  yerində  varsan  və  var 
olacaqsan da! 
 
 


 
 55  
DOSTLUQ GÜNLƏRI 
1985-ci  ilin  son  ayları  idi.  Bumerdes  Ģəhərinin  rəhbərliyi 
bizim inzibati Ģuraya rəsmi surətdə müraciət edərək, Əlcəzair – 
Sovet  dostluğu  həftəsi  keçirmək  fikrində  olduğunu  bildirdi. 
Təklif bəyənildi və bu barədə Sovet səfirliyinə məlumat verildi. 
Sovet  səfirliyindən  dərhal  razılıq  alındı.  ġəhər  bələdiyyə 
rəisinin  yanında  təĢkilat  komitəsi  yaradıldı.  Sovet  tərəfindən 
mən də həmin komitəyə üzv kimi daxil edildim. Komitə üzvləri 
həftədə  iki  dəfə  yığıĢır,  müxtəlif  məsələləri  müzakirə  edib, 
müvafiq  qərarlar  çıxarırdı.  Komitənin  iclasında  Səfirliyin 
mədəniyyət və informasiya üzrə müĢaviri Y.Ġ.Fyodorov, Sovet 
Mədəniyyət Mərkəzinin direktoru, beynəlxalq kitab təĢkilatının 
Əlcəzairdəki nümayəndəsi də tez-tez iĢtirak edirdilər. 
Həftənin  proqramına  bir  neçə  birgə  konsertlər,  Sovet 
filmlərinə  baxıĢ,  sovet  kitablarının  satıĢının  təĢkili,  habelə 
idman  yarıĢları  daxil  idi.  Zövqlə  tərtib  olunmuĢ  elanlar, 
həftənin iĢtiakçıları üçün döĢ niĢanları və s. sifariĢ olundu. 
Dostluq  həftəsinin  açılıĢı  6  fevral  1986-cı  ildə 
SONATRAK  neft  Ģirkətinin  böyük  mədəniyyət  sarayında 
keçirildi.  Əlcəzairin  televiziya,  radio  və  müxtəlif  qəzetlərinin, 
habelə  mərkəzi  televiziyanın  “Vremya”,  proqramının 
“Ġzvestiya” və “Pravda” qəzetlərinin müxbirləri də orada idilər. 
Rəsmi  hissədən  sonra  dostluq  konserti  baĢlandı.  Əvvəlcə 
bizim bədii  özfəaliyyət kollektivlərimiz çıxıĢ etdilər. Konsertə 
Əlcəzair 
Ģəhərindən 
konservatoriyada 
iĢləyən 
sovet 
musiqiçiləri də dəvət olunmuĢdu. 
Sovet 
musiqiçilərinin, 
habelə 
bədii 
özfəaliyyət 
kollektivlərinin  çıxıĢları  çox  böyük  maraqla  qarĢılandı. 
Konsertdə  Azərbaycan  məktəbliləri  Pərvanə,  Sevinc  və  Emin 
“Azərbaycan” rəqsini ifa etdilər. 
Konsertdən  sonra  Sovet  mədəniyyət  mərkəzinin  direktoru 
mənə  dedi  ki,  əgər  bu  konserti  bir  gül  dəstəsinə  bənzətsək, 
onların içərisində ən ətirlisi “Azərbaycan” rəqsi idi. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə