Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə15/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

 
 47  
Çətin ki, sağ qalam mən... 
 
Ərəb gəlinləri içərisində azərbaycanlı qızlarımız da  var idi. 
Onlardan  birisi  bizim  Neft  və  Kimya  Ġnstitutunda    oxuyan 
əlcəzairli oğlana ərə getmiĢdi. Gənc ailənin bir oğul övladı var 
idi.  Ailədə  baĢ  verən    və  bizə  məlum  olmayan  hansısa 
narazılığa görə bizim bakılı qızı səfirlik xəlvəti olaraq uĢağı ilə 
birlikdə Bakıya qaçırmıĢdı. Həmin müddətdə onun əri Parisdə 
imiĢ. Parisdən qayıtdıqdan sonra hadisədən xəbərdar olan ər on 
sovet  vətəndaĢını  öldürəcəyini  bəyan  etmiĢdi.  O  vaxt  bizim 
hamımızı  iclasa  yığdılar  və  axĢam  saat  8-dən  sonra  evdən 
bayıra  çıxmamağı  tapĢırdılar.  Bu  hadisə  bizdə  böyük  əsəbi 
gərginlik yaratmıĢdı. 
Daha  bir  baĢqa  misal.  Mən  dərs  dediyim  qrupda  iki 
“müsəlman  bacı”  vardı.  Mənə  xüsusi  hörmətlə  yanaĢdıqlarını 
hiss edir, lakin səbəbini bilmiĢdim. Bir gün onlar birlikdə mənə 
yaxınlaĢıb soruĢdular! 
-Siz doğrudanmı Bakıdansınız? 
Dedim; - Bəli. 
Onlar  cavabında  gəlinlərinin  (qardaĢı  arvadının)  bakılı 
olduğunu bildirdilər. Bu qızların qardaĢları və gəlinləri Moskva 
Dövlət  Universitetinin  bitirdikdən  sonra  evləniblər.  Qızlar 
gəlinlərinin məni görmək istədiklərini bildirdilər. 
Mən  görüĢə  razılıq  verdim.  Lakin  həmin  görüĢ  alınmadı. 
Yəni həmyerlimiz gəlmədi. Mən də heç sonradan bu məsələ ilə 
maraqlanmadım.  Sadəcə  olaraq  MDU-nu  bitirmiĢ  bir  qızın 
“müsəlman  bacıları”  ailəsində  necə  yaĢaması  məni  çox 
düĢündürdü. 
Bumerdesdə  yaĢayan  sovet  mütəxəssisləri  və  onların  ailə 
üzvləri  vahid  bir  orqanizmi  xatırladırdı.  Ġrəlidə  qeyd  etdiyim 
kimi  bizim  öz  klubumuz,  musiqi  məktəbimiz,  səkkizillik 
məktəbimiz,  bədii  özfəaliyyət  kollektivlərimiz,  güclü  Ģahmat, 
voleybol, futbol, və baĢqa komandalarımız var idi. 


 
 48  
Vladimirli  kimyaçı  V.Ġvanovun  rəhbərlik  etdiyi  “Raduqa” 
vokal-instrumental 
ansamblı 
və 
Azərbaycan 
Dövlət 
Universitetinin  dosenti  Vahid  Əliyevin  rəhbərlik  etdiyi 
“Azərbaycan  təranələri”  instrumental  ansamblı  Əlcəzairdə 
məĢhur  idi.  Bu  ansambllar  həm  bizim  milli  bayramların,  həm 
beynəlxalq  bayramların,  həm  də  əlcəzairlilərin  milli 
bayramlarının keçirilməsində xüsusi fəaliyyət göstərirdilər. 
KiĢilərdən  və  qadınlardan  təĢkil  edilmiĢ  birləĢmiĢ  xor  da 
tamaĢaçıların rəğbətini qazanmıĢdı. 
Bumerdesin  bədii  özfəaliyyət  kollektivləri  gah  Sovet 
səfirliyində və gah da Sovet ticarət nümayəndəliyində keçirilən 
konsertlərdə  həmiĢə  iĢtirak  edərək  həmin  mərasimlərin  bəzəyi 
olurdular. 
Bu  sətirlərin  müəllifi  Bumerdes  Ģəhəri  üzrə  Sovet 
kontraktlarının  inzibati  Ģurasının  üzvü  olub,  mədəni-kütləvi 
iĢlər  bölməsinə  rəhbərlik  edirdi;  bütün  mədəni-kütləvi  iĢlərin 
təĢkili  və  keçirilməsində  birbaĢa  məsuliyyət  daĢıyırdı.  Bizim 
bölmə  musiqi  məktəblərinin,  bədii  özfəaliyyət  dərnəklərinin 
fəaliyyətinə  nəzarət  edir,  onların  il  ərzində  müxtəlif  bayram 
konsertlərində  iĢtirakına  köməklik  göstərirdi.  Tədbirlərin 
hamısında bizim əlcəzairli həmkarlarımız və dostlarımız iĢtirak 
edirdilər. Əvvəllər onlar yalnız tamaĢaçı kimi, sonralar isə həm 
də iĢtirakçı kimi bizim gecələrdə fəaliyyət göstərirdilər. 
YaxĢı  yadımdadır,  konsertlərin  birində  ilk  dəfə  olaraq 
bizim  “Azərbaycan  təranələri”  instrumental  ansamblı  çıxıĢ 
edirdi. Neft və Qaz Ġnstitutunun 800 nəfərlik konsert salonunda 
(bu  salon  əlcəzairli  dostlar  üçün  hədiyyə  kimi  bizim  ölkənin 
hesabına  tikilmiĢdir)  iynə  atsaydın,  yerə  düĢməzdi.  Ansambl 
C.Cahangirovun “Ana” mahnısı ilə çıxıĢına baĢladı. 
Vahid  müəllim  muğamdan  bir  parça  çalmağa  baĢladıqda 
isə, zalda elə sakitlik vardı ki, sanki heç kəs nəfəs belə almırdı. 
Konsertin aparıcısı isə “Ana” Ģerini oxuyurdu. Zalda birdən elə 
alqıĢlar  qopdu  ki,  bizim  sevincdən  bədənimiz  lərzəyə  gəldi. 
Sonra  ansambl  “ġələbiyyə”  ərəb  mahnısını  çaldı.  Mahnı 


 
 49  
əvvəldən  axıra  kimi  tamaĢaçıların  alqıĢı  ilə  müĢayiət  olundu. 
Konsertdən  sonra  əlcəzairli  yoldaĢlar  bizə  yaxınlaĢır,  təbrik 
edir  və  “Azərbaycan  təranələri”  ansamblını  öz  konsertlərinə 
dəvət  edirdilər.  Ansamblın  müvəffəqiyyətli  çıxıĢı  bizi 
ilhamlandırdı  və  yeni-yeni  musiqili  ədəbi-bədii  gecələr 
keçirməyə ruhlandırdı. 
 
AZƏRBAYCAN   POEZİYA   GECƏLƏRİ 
 
Bir  gün  Vahid  müəllimlə  söhbət  əsnasında  belə  qərara 
gəldik  ki,  Azərbaycan  poeziya  gecəsi  keçirək.  ġairlərimizdən 
S.Vurğun, 
B.Vahabzadə, 
N.Xəzri, 
N.Həsənzadə 
və 
baĢqalarının Ģerlərindən həm Azərbaycan və həm də rus dilində 
seçdik. Bundan baĢqa bizdə S.Vurğunun ərəb və fransız dilində 
tərcümə olunmuĢ Ģerləri vardı. M.Əzizbəyov adına Azərbaycan 
Neft  və  Kimya  Ġnstitutunun  dosentləri  A.Ağayev  və 
R.KalaĢnikov da bizə kömək göstərirdilər. 
Onu  da  qeyd  edim  ki,  bu  gecənin  keçirilməsində 
azərbaycanlı  həmyerlilərimizin  heç  də  hamısı  fəal  iĢtirak 
etmirdi.  Hətta  tədbirin  əleyhdarları  da  var  idi.  Lakin  bütün 
bunlara baxmayaraq biz belə qərara gəldik ki, poeziya gecəsini 
keçirək. ġerləri Azərbaycan dilində bu sətirlərin müəllifi, digər 
dillərdə  isə  leninqradlı  K.Petrova,  belorus  V.Basik,  rostovlu 
E.Nikolayeva  və  b.  oxuyurdular.    Gecənin  aparıcısı  isə 
R.KalaĢnikov idi. Ssenarini bu sətirlərin müəllifi tərtib etmiĢdi. 
Əvvəlcə  M.Füzulinin  məĢhur  “Vətənimdir”  qəzəli 
Azərbaycan,  S.Vurğunun  “Azərbaycan”  Ģeri  isə  rus  dilində 
səsləndi.  Səhnədə  iĢıqlar  söndürüldü.  Azərbaycanın  dilbər 
guĢələrindən  çəkilmiĢ  rəngli  slaydlar  nümayiĢ  etdirilməklə, 
R.Behbudovun  ifasında  “Azərbaycan”  mahnısının  lent  yazısı 
səsləndirildi.  Vətən  həsrətli  gözlər  bir  bulağa  çevrilmiĢdilər. 
Hətta  zaldan  hıçqırıq  səsləri  də  gəlirdi.  Ağlayanlar  qadınlar 
idi... 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə