Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

 
 37  
Həmin  gün  Braziliyanın  yığma  komandası  ilə  Əlcəzair 
komandası Dünya birinciliyində görüĢürdülər. 
Həmin matça baxmaq üçün mən klubumuza yollandım. Elə 
bil Ģəhərdə heç kəs yaĢamırdı. Küçələrdə nə bir avtomobil, nə 
bir  adam  var  idi.  Bütün  mağazalar  bağlanmıĢdı.  Bu  oyunu 
əlcəzairlilər uduzdular. Səhəri gün demək olar ki, heç kəsin üzü 
gülmürdü. 
Əlcəzair  televiziyası  Meksika  çempionatından  bütün 
oyunları translyasiya edirdi. Hətta Əlcəzair komandası növbəti 
yarıĢ  mərhələsindən  çıxdıqdan  sonra  belə  translyasiya  davam 
etdirildi.  (Biz  öyrəĢmiĢik  ki,  komandamız  uduzduqdan  sonra 
translyasiya dayanır). 
Əlcəzairlilər  öz  futbolçularını  çox  sevir,  onlara  xüsusi 
qayğı  ilə  yanaĢırlar.  Komanda  dünya  birinciliyindən 
qayıtdıqdan  sonra  heç  kəs  futbolçuları  tənqid  atəĢinə  tutmadı. 
Bütün  idman  icmalçıları  öz  sevimli  futbolçularını  ruhdan 
salmamağa  çalıĢırdılar.  Lakin  çempionatdan  əvvəl  “futbol 
bilicisi”  adlandırılan  Saadani  açıq-aĢkar  lənətlənirdi.  Tənqidə 
dözməyən  məĢqçi  istefa  verdi.  Qəzetlər  yığma  komandanı 
Ġspaniya  çempionatına  hazırlayan  sovet  məĢqçisi  A.Roqovu 
tərifləməyə  baĢladılar.  Sonra  Roqovla  yeni  kontrakt 
bağlanmasını təklif və tələb etdilər. DanıĢıqdan sonra kontrakt 
bağlandı. Beləliklə yenidən Roqov Əlcəzair milli komandasına 
məĢqçi təyin olundu. 
YaxĢı  yadımdadır,  Roqov  Əlcəzairə  gələn  kimi  idman 
jurnalistləri  ilə  söhbətində  dedi  ki,  komandanın  texniki 
hazırlığından razıdır. Komandanın ən böyük nöqsanı intizamın 
zəif olmasıdır. Sonra yeni məĢqçi bildirdi ki, onun əsas vəzifəsi 
komandada  intizamı  bərpa  etməkdir  (Deməli  nə  vaxtsa 
komandada intizam olub). 
Əlcəzairlilər  bizim  yığma  komandaya  (yəni  sovet)  da 
azarkeĢlik  edirdilər.  Bizimkilər  macarlara  6:0  hesabı  ilə  qalib 
gəldikdən  sonra  ertəsi  gün  həm  iĢ  yoldaĢlarımız,  həm  də 


 
 38  
tələbələrimiz  bizi  təbrik  edirdilər.  Komandamız  belçikalılara 
uduzanda hamı təəssüflənirdi. 
“Əl-Mücahid”  qəzeti  bizim  komandanın  məğlubiyyətini 
yarıĢ  təĢkilatçılarının  və  hakimlərin  düĢünülmüĢ,  planlı  bir 
oyunu kimi qiymətləndirirdi. Və SSRĠ-nin futbol komandasının 
çempionatın  ən  güclü  komandalarından  biri  olduğunu  qeyd 
edirdi. 
Əlcəzairdə  hamı  həm  yaxĢı  futbol  oynayır,  hamı  da  yaxĢı 
azarkeĢlik  edir.  Ən  baĢlıcası  odur  ki,  futbolu  baĢa  düĢür  və 
qiymətləndirə  bilirlər.  Mən  onların  futbola  həvəs  və  marağını 
görüb belə qənaətə gəldim ki, əlcəzairlilər futbolu braziliyalılar 
kimi oynaya bilməsələr də, onların futbola olan məhəbbəti heç 
də  braziliyalılardan  az  deyildir.  Bu  mənada  belə  bir  sual 
ətrafında düĢünməyə dəyər: Əlcəzair, yoxsa Braziliya?... 
 
ƏLCƏZAİRDƏ   QƏBUL   İMTAHANLARI 
 
Bir  gün  dekanımız  Mövlud  ġıxhi  məni  çağırıb  bildirdi  ki, 
qəbul imtahanları üçün suallar hazırlamaq lazımdır. Üç variant 
və hər variantda üç məsələ olmalıdır. 
Kafedraya qayıtdıqdan sonra iĢlədiyim ali məktəbdə qəbul 
qaydaları  ilə  tanıĢ  olmağa  baĢladım.  Deməli,  bütün  ixtisaslar 
üzrə qəbul imtahanları yazılı Ģəkildə aparılır və bir gün ərzində 
baĢa  çatdırılır.  Abituriyentlərin  hamısı  (bütün  ixtisaslar  üzrə) 
yalnız  üç  fəndən  (fizika,  kimya  və  riyaziyyatdan)  qəbul 
imtahanı verirlər. Ġmtahanlar səhər saat 8-də baĢlanır və axĢam 
saat  17-də  qurtarır.  Qəbul  məsələləri  ilə  yalnız  qəbul 
komissiyası  məĢğul  olur.  Bu  komissiyanın  üzvləri  cavan 
müəllimlər  və  aspirantlardır.  Komissiyaya  ümumtəhsil  fənləri 
fakültəsinin  dekanı  rəhbərlik  edir.  Abituriyentlər  səhər  saat  9-
dan üç saat müddətində fizika və kimyadan, günortadan sonra 
isə  yenə  həmin  müddətdə  riyaziyyatdan  (hər  variantda  6 
məsələ)  imtahan  verirlər.  Bir  gün  ərzində  abituriyentlər 
imtahanları verib evlərinə qayıdırlar. Ertəsi gün abituriyentlərin 
yazıları kafedralara yoxlanmaq üçün verilir. 


 
 39  
Bizim  institut  qəbul  imtahanlarını  təkcə  Bumerdes 
Ģəhərində  deyil,  həmçinin  ölkənin  nisbətən  ucqar  Ģəhərlərində 
də  təĢkil  edirdi.  Yerlərdə  bu  imtahanları  aparmaq  üçün  oraya 
müəllimlər ezam edilirdi. Əvvəl ezam olunanlar arasında sovet 
müəllimləri  də  olurdu.  Lakin  son  illər  bu  imtahanları  təĢkil 
etmək  üçün  yalnız  əlcəzairli  müəllimlər  ayrılırdı.  MYSĠ 
Konstantin, Biskra, Tlemsen və digər Ģəhərlərdə bu imtahanları 
təĢkil  edirdi.  Hər  Ģəhərə  də  bir  ixtisasçı  müəllim  ezam 
olunurdu. 
Bütün  yazılar  yoxlandıqdan  sonra  qiymətlər  xüsusi 
jurnallara  köçürülür  və  ən  çox  bal  toplayanlar  instituta  qəbul 
olunurdular.  Onu  da  qeyd  edim  ki,  bütün  bu  əməliyyatların 
hamısını  ümumtəhsil  kafedralarının  müdirləri  baĢda  olmaqla 
həmin kafedraların müəllimləri aparırdılar. 
Yazıları yoxlayarkən tez-tez elə abituriyentlərə rast gəlirsən 
ki,  fransızca  qətiyyən bilmir. Bəla burasındadır ki,  Əlcəzairdə 
orta təhsil ərəbcə, ali təhsil isə fransızca aparılır. Belə uĢaqlar 
instituta  daxil  olduqdan  sonra  da  çətinliklə  oxuyurlar. 
Mühazirədən sonra dəfələrlə tələbələr mənə  yaxınlaĢıb  fransız 
dilini pis bildiklərini söyləmiĢdilər. Lakin nə etmək olardı?... 
ġübhəsiz ki,  bizim oxucuları  əlcəzairli  valideynlərin qəbul 
imtahanlarına  münasibəti  maraqlandıracaqdır.  Qəbul  imtahanı 
vaxtı bir nəfər də olsun belə valideyn institutun nə həyətində nə 
də ki, ətrafında gözə dəymir. Abituriyentlər himayəçisiz qəbul 
imtahanlarına  gəlir  və  gedirlər.  Onlar  himayəçinin  olmasını 
özləri üçün təhqir hesab edirlər. 
 
BUMERDES   GƏNCLİK ŞƏHƏRİDİR 
 
YaĢadığımiz  Bumerdes  Ģəhərini  gənclik  Ģəhəri  də 
adlandırmaq  olar.  Buranın  əhalisi  əsasən  gənclərdirlər.  Bunun 
da  əsas  səbəbi  odur  ki,  Bumerdesdə  bir  neçə  ali  məktəb 
fəaliyyət göstərir. Ġrəlidə qeyd etdiyim kimi bu ali məktəblərin 
yalnız ikisində sovet müəllimləri çalıĢırdılar. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə