Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

 
 25  
mağazalarda  satılır.  Ticarətçilərdə  qəribə  psixologiya  var. 
Hansı  Ģey  daha  çox  alınırsa,  onun  qiymətini  dərhal  artırırlar. 
Bizdən  iki  gün  qabaq  buraya  gələn  səyyahların  60  dinara 
aldıqları hədiyyə bizə 80 dinara satılırdı. Bir-iki xırda hədiyyə 
alıb Ģəhəri gəzməyə çıxdıq. 
Ġrəlidə  qeyd  etdiyim  kimi  Əlcəzair  çox  gözəl  Ģəhərdir. 
Onun  doğrudan  da  Parisə  oxĢayan  cəhətləri  də  vardır.  O,  bir 
əlamətə  görə  Parisə  daha  çox  bənzəyir:  küçələrin  səliqəsizliyi 
ilə. Lakin Ģəhərə gələn qonaq bunu çox da qabarıq surətdə hiss 
etmir.  Belə  ki,  süpürənlər  ara  vermədən  iĢləyir,  səkiləri  və 
bəzən də lap yolları təmizləyirlər. Xüsusi keçidlərdən də yaxĢı 
istifadə olunmur. Piyadalar istədikləri  yerdən küçəni  keçir və 
avtomobillərin  hərəkətini  çətinləĢdirirlər.  Bu  cəhətdən 
əlcəzairlilər  bizim  bakılıları  xatırladırlar.  Bir  dəfə  maraqlanıb 
bir  piyadadan  soruĢdum  ki,  niyə  küçədə  xüsusi  ayrılmıĢ 
keçiddən istifadə etmir? O dedi ki, cənab, mən azad və sərbəst 
adamam,  haradan  istəsəm,  oradan  da  keçərəm.  Biz  inqilabı 
onunçün etməmiĢik  ki,  öz evimizdə də hərəkətlərimizə sərhəd 
qoyulsun.  Əlbəttə,  bu  cənabla  mübahisə  etmək  olardı. 
Ələlxüsus  azadlıq  barədə,  insan  hüquqları  barədə.  Lakin  buna 
ehtiyac yox idi. Mən sonralar da, dəfələrlə əmin oldum ki, bəzi 
əlcəzairlilər  bizdə  olduğu  kimi  azadlıq  ilə  anarxiyanı  çalpaĢıq 
salırlar. 
Əlcəzairli sürücülər həddən artıq xeyirxahdırlar. (Bəlkə də 
nəzakətlidirlər  desəm  daha  çox  yerinə  düĢər.)  Onlar  həmiĢə 
yolu  keçən  piyadaya  üstünlük  verirlər.  Məsələn,  deyək  ki,  bir 
piyada  yolu  keçir  və  həmin  küçədən  maĢınlar  gəlir.  MaĢınlar 
dərhal  dayanır  və  piyadaya  keçid  üçün  imkan  verirlər.  (Bəlkə 
də 
piyadaların 
intizamsızlığına 
səbəb 
sürücülərin 
nəzakətliliyidir?!) 
ġəxsi  avtomobillərin  sürücüləri  arasında  qadınlar  da  az 
deyildir.  Hətta  çadralı  və  ağzı  yaĢmaqla  örtülmüĢ  qadınlar  da 
öz  Ģəxsi  maĢınlarını  sürürlər.  Sürücülər  bir-birinə  qarĢı 
həddindən  artıq  nəzakətlidirlər.  Deyək  ki,  bir  sürücü  qaydanı 


 
 26  
pozmaqla  manevr  etmək  istəyir.  QarĢıdan  gələn  maĢının 
sürücüsünə  iĢarə  edib  o,  bu  hərəkəti  icra  edə  bilər.  Belə  ki, 
qarĢıdan gələn maĢının sürücüsü çox böyük məmnuniyyətlə öz 
yolunu ona verir. Belə qaydanı pozmaq halları bu Ģəhərdə tez-
tez  olur.  Ona  görə  də  ümumiyyətlə  maĢınların  hərəkətlərində 
ümumi nizamsızlıq vardır. 
Ġstər  Ģəxsi  və  istərsə  də  idarə    maĢını  olsun,  fərqi  yoxdur, 
hökmən sığortalanmalıdır. Ölkənin ərazisində sığortalanmamıĢ 
avtomobildən istifadə etmək qəti qadağandır. 
ġəhərdə  maĢınların  hərəkətinə  polis  nəzarət  edir.  Polis 
təkcə  avtomobillərin  deyil,  piyadaların  da  hərəkətinə  diqqət 
yetirir.  Magistral  yollarda  isə  avtomobillərin  hərəkətinə 
jandarm  tərəfindən  nəzarət  olunur.  Jandarm  idarəsi 
səlahiyyətcə  böyük  olub,  polisə  də  nəzarət  edir.  Ġstər  polis, 
istərsə  də  jandarmlar  həddindən  artıq  nəzakətli  olub  bir 
məqsədə xidmət edirlər: hərəkətin təhlükəsizliyi təmin olunsun, 
heç  bir  qəza  baĢ  verməsin.  Onlar  küçə  və  Ģosselərin  elə 
yerlərində  dururlar  ki,  orada  hərəkət  mürəkkəbdir  və  qəza  ola 
bilər.  Onlar  sözün  əsil  mənasında  hərəkəti  nizamlayır,  çətin 
vəziyyətə düĢən sürücülərə köməklik göstərirlər. Mən hər dəfə 
jandarm və polisin gərgin əməyini görəndə yadıma bizim bəzi 
avtomobil  müfəttiĢləri  düĢürdü.  O  müfəttiĢlər  ki,  yolun 
müəyyən  hissəsində  gizlənib  cərimə  etmək  üçün  sürücülərin 
hərəkət  qaydalarını  pozmalarını  səbirsizliklə  gözləyirlər. 
Əlbəttə  qəzanın  qarĢısını  almaq  üçün  sürücünü  cərimə  etmək 
yox,  hərəkət  qaydalarının  pozulmaları  ehtimal  olunan  yerdə 
dayanıb həmin pozulmaların qarĢısını almaq lazımdır. 
Əlcəzairlilər  çox  mehriban  və  qonaqpərvərdirlər.  Bir  Ģey 
soruĢduqda  gülə-gülə,  mehribancasına  sənə  izah  edirlər.  Bu 
cəhətdən onlar fransızlara daha çox bənzəyirlər (fransızlarda bu 
gülüĢ çox vaxt üzdə olur). 
Sonralar dəfələrlə ölkənin paytaxtında oldum. Hər dəfə də 
əlcəzairlilərdə yeni müsbət keyfiyyətlər tapırdım. 


 
 27  
Bir dəfə mənim maĢınımın təkəri buraxdı. Təkəri yamamaq 
üçün  təmir  emalatxanasına  gətirdim.  Həyat  yoldaĢım  və  bir 
oğlum  da  mənimlə  idilər.  Hava  elə  isti  idi  ki,  kölgədə  belə 
durmaq  olmurdu.  Təmir  emalatxanasının  yanındakı  su 
köĢkündən  su  alıb  içirdik.  Su  köĢkünün  yanında  bir  darvaza 
vardı və onun yanında bir kiĢi dayanmıĢdı. O, mənə yaxınlaĢıb 
dedi: 
       - Cənab, bir bura gəlin. 
Mən  darvazadan  içəri  girdim.  Qapının  arxa tərəfində  yekə 
bir çəllək var idi. 
Qoca mənə: 
       -  Sizin  içdiyiniz  suyu  bax  bu  çəlləkdən  götürürlər  –  dedi. 
Ola  bilsin  sizə  bir  ziyanı  dəyməsin.  Amma  o  uĢağa  bu  sudan 
verməyin, yazıqdır, xəstələnər. 
Sonra  o  mənə  hasara  alınmıĢ  (əlcəzairlilər  hasar  çəkməyi 
necə  də  sevirlər)  imarətin  sahibi  olduğunu  söylədi  və  bizim 
haralı  olduğumuzu  soruĢdu.  (Qoca  sir-sifətimizdən  qəribə 
olduğumuzu  hiss  etmiĢdi).  Mən  Sovet  ölkəsindən  gəldiyimizi 
və özümün müəllim olduğumu söylədim. O mənə: 
        -  Axı  siz  rusa  oxĢamırsınız  –  dedi.  Ruslar  sarıbəniz 
olurlar. 
Mən: 
       -  Siz  düz  buyurursunuz  –  dedim.  Biz  sovet  vətəndaĢıyıq, 
lakin  rus  deyilik.  Sovet  ölkəsində  yüzdən  artıq  millətin  və 
xalqın nümayəndələri yaĢayırlar. Biz azərbaycanlıyıq. 
KiĢinin gözləri sanki iĢıqlandı. 
       - Siz müsəlmansınız, eləmi? – deyə soruĢdu. 
Dedim: 
      -  Bəli  azərbaycanlılar  müsəlmandırlar.  Bəs  siz  bunu 
haradan bilirsiniz? 
O,  dərin  köks  ötürərək  bizi  evinə  dəvət  etdi.  Mən 
tələsdiyimizi  bildirib,  ona  təĢəkkür  etdim.  Sonra  o,  evdən 
kimisə səslədi. Evdən cavan bir qız çıxdı. Ona ərəbcə müraciət 
etdi. BaĢa düĢdüm ki, qıza deyir ki, qonaqlar üçün su gətir. Heç 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə