Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə16/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

 
 50  
Gecə  böyük  müvəffəqiyyətlə  keçdi.  Hamı  gəlib  bizi  öpür, 
qucaqlayır,  təbrik  edirdi.  Azərbaycan  Politexnik  Ġnstitunun 
dosenti Tofiq Mahmudzadə mənə yaxınlaĢıb dedi: 

 
Bundan sonrakı tədbirlərinizdə elə hesab edin ki, mən 
də varam və fəal iĢtirak etməyə hazıram. 
Bir  neçə  gündən  sonra  rus  yoldaĢlar  bizim  yerli  komitəyə 
rəsmi müraciətlə xahiĢ etdilər ki, “Azərbaycan poeziya gecəsi” 
bir də təkrar olunsun. 
Gecədən  sonra  bizə  məlum  oldu  ki,  Azərbaycan 
poeziyasına  və  musiqisinə  nəinki  ərəblər  və  fransızlar,  hətta 
bizimlə bir ölkədə yaĢayan ruslar da yaxĢı bələd deyildirlər. Bir 
gün  bizim  Politexnik  Ġnstitutunun  dosenti  Telman  Mahmudov 
gecənin iĢtirakçılarına yaxınlaĢıb dedi: 

 
Çox  sağ  olun  ki,  bu  gecəni  keçirdiniz.  Müəllimlər 
(söbət  səfirliyin  8-illik  məktəbindəki  müəllimlərdən  gedir) 
bizim  Azərbaycan  poeziyasına  elə  vurulublar  ki,  hətta 
məktəbdə bizim uĢaqlarımıza münasibət dəyiĢibdir. 
Ġlk  müvəffəqiyyət  bizi  yeni  bir  gecə  təĢkil  etməyə 
həvəsləndirdi. Belə qərara gəldik ki, Novruz bayramını keçirək. 
Həmin gecənin  təĢkili  və keçirilməsində demək  olar ki,  bütün 
azərbaycanlılar 
iĢtirak 
etdilər. 
Ansamblın 
solistləri 
T.Mahmudzadə  (Azərbaycan  Politexnik  Ġnstitutunun  dosenti), 
G.Məmmədova 
(ixtisasca 
həkimdir, 
həyat 
yoldaĢı 
F.Məmmədov  Neft  və  Kimya  Ġnstitutunun  dosenti,  bizim 
ansamblda  pianoçu  idi),  S.Nəbiyev    (Neft  və  Kimya 
Ġnstitutunun dosenti) həmin gecə üçün xüsusi konsert proqramı 
hazırlamıĢdılar. Onu da qeyd edim ki, Samid müəllim həm də 
bizim  rəqs  qrupuna  rəhbərlik  edirdi.  Rəqs  qrupuna  orada 
çalıĢan  mütəxəssislərin  uĢaqları  daxil  idilər.  Rəqqaslar  üçün 
milli  geyimləri  isə  bizə  Əlcəzairdəki  Sovet  məktəbindən 
vermiĢdilər.  Vaxtilə  Əlcəzairdə  qastrol  səfərində  olan 
Azərbaycan rəqs ansamblı bu paltarları məktəbə bağıĢlamıĢdı. 
Gecəyə olan marağı  nəzərə  alıb, biz belə qərara  gəldik ki, 
buraxılıĢı dəvətnamə ilə edək. Gecəni aprelin 24-nə təyin etdik. 


 
 51  
Sadəcə olaraq 21 marta hazırlıq iĢlərini baĢa çatdıra bilmədik. 
ġerləri oxumaq üçün K.Petrova, T.Basik, N.Belov, L.Nozadze 
dəvət  olunmuĢdular.  Bunların  hamısı  demək  olar  ki,  peĢəkar 
qiraətçilər  idilər.  Hətta  T.Basik  Qomel  televiziyasının  diktoru 
idi.  ġer  oxuyanlar  içərisində  Y.Markaryan  da  var  idi.  O 
milliyyətcə  rus,  əri  isə  Rostov  ermənisi  idi.  Gecənin 
keçirilməsinə  bir  neçə  gün  qalmıĢ  mənə  dedilər  ki,  Yelena 
Markaryan  məni  görmək  istəyir.  GörüĢdük.  O  bizim  Sovet 
məktəbində iĢləyirdi. Yelena çox üzrxahlıq eyləyib bildirdi ki, 
xəstələnib və bizim gecədə iĢtirak edə bilməyəcək. Lakin o, üz-
gözündən heç də xəstəyə oxĢamırdı. 
Mən ona: 

 
Hələ tədbirin keçirilməsinə çox qalır, - dedim. Bəlkə o 
vaxta kimi sağaldınız. 
O isə ümidsizcəsinə: 

 
Bəlkə də - dedi. 
Düzü  gecənin  təĢkili  və  keçirilməsi  ilə  bağlı  hamımız 
böyük  həyəcan  keçirirdik.  Qadınlarımız  Ģəkərbura,  paxlava, 
Ģirin çörək biĢirmiĢdilər. Səməni, Ģamlı xonçalar hazırlanırdı. 
Dəvətnamələr  paylanmıĢ,  xüsusi  zövq  ilə  tərtib  olunan 
elanımız  da  vurulmuĢdu.  Biz  dəvətnamələri  müxtəlif 
millətlərin  nümayəndələri  arasında  bölüĢdürmüĢdük.  Gecənin 
keçirilməsinə  bir  gün  qalmıĢ  Yerevan  Politexnik  Ġnstitutunun 
dosenti M.Ayvazyan mənə yaxınlaĢıb dedi: 

 
Vaqif,  məni  bağıĢla,  sizin  keçirəcəyiniz  gecəyə  gələ 
bilməyəcəyəm.  Çünki  24  aprel  bizim  xalqın  matəm  günüdür. 
Genosid günü. 
Düzü mən tarixdə belə bir günün olduğunu birinci dəfə idi 
ki,  eĢidirdim  və  o  saat  baĢa  düĢdüm  ki,  Y.Markayanın  da 
“xəstələnməyi”nin 
səbəbi 
və 
tezliklə 
sağalacağına 
“ümidsizliyi” nədən irəli gəlirmiĢ. 
Elə 
həmin 
gün 
Bumerdesdə 
yaĢayan 
sovet 
mütəxəssislərinin  rəhbəri  məni  öz  yanına  çağırdı.  R.ġagiyev 
Ufadan gəlmiĢdi, milliyyətcə tatar idi. 


 
 52  
O üzünü mənə tutub dedi: 
       -  Mənim  yanıma  erməni  yoldaĢlar  gəlmiĢdilər.  Onlar 
deyirlər ki, siz bilərəkdən öz bayram Ģənliyinizi onların matəm 
gününə salmıĢsınız. 
Mən özümü bilməzliyə vurub soruĢdum: 
      - Söhbət hansı matəm günündən gedir: 
O: 
       -  Genosid  günündən,  Türk  genosidindən  söhbət  gedir,  - 
dedi 
Mən onun düz gözlərinin içinə baxaraq: 
       -  Rudolf  Genduloviç,  bizim  ölkədə  rəsmi  olaraq  qəbul 
edilmiĢ belə bir gün varmı? – soruĢdum. 
      -  Mən  bilmirəm  –  deyə  o,  cavab  verdi.  Amma  erməni 
yoldaĢlar  deyirlər  ki,  YUNESKO  rəsmi  olaraq    belə  bir  günü 
qeydə alıb. 
      - Yox – dedim - Rudolf Genduloviç, qeyd olunmuĢ belə bir 
gün  yoxdur  (Ayvazyanın  “bəyanatı”ndan  sonra  mən  bununla 
maraqlanmıĢdım).  Ġstəyirsiniz  YUNESKO-ya  müraciət  edib 
soruĢun. Bir də ona and içə bilərəm ki, genosid günü haqqında 
ilk  dəfə,  elə  burada  –  Əlcəzairdə  bir  erməninin  özündən 
eĢitmiĢəm. 
ġagiyev gülümsədi və çox qətiyyətlə: 
      - Mən sizə inanıram, - dedi. Gedin gecənizi keçirin. Orada 
mən də iĢtirak edəcəyəm. 
Bayram  Ģənliyinin  baĢlanmasına  hələ  yarım  saat  qalmıĢ 
salon  ağzına  qədər  dolmuĢdu.  Qapıda  duranlar  üzüyumĢaqlıq 
edib, 
qonaqlarla 
yanaĢı 
dəvətnaməsiz 
gələnləri 
də 
buraxmıĢdılar.  Mübaliğəsiz  deyə  bilərəm  ki,  salonda  iynə 
atsaydın yerə düĢməzdi. 
Üzeyir  bəyin  məĢhur  “Koroğlu”  uvertürasının  fonoqramı 
səsləndi.  Bu  musiqi  sona  yetən  kimi  “Azərbaycan”  Ģeri 
səsləndi: 
 
... “Ayrılarmı könül candan”? – 
Vurğun necə gözəl demiĢ! 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə