Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə13/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

 
 40  
Bizim  institutun  tələbələri  əsasən  oğlanlardırlar.  Hər 
qrupda iki və ya üç qız oxuyur. Bu qızların əksəriyyəti müasir 
dəbdə  geyinirlər.  Bir  qrup  qızlar  isə  (bunlara  “müsəlman 
bacılar”  deyirlər)  mavi  və  ya  ağ  rəngdə  uzun  paltar  geyir  və 
həmin  rəngdə  də  yaylıq  bağlayırlar.  Tələbələr  arasında 
“müsəlman qardaĢlar” da var idi. Onlar adətən saqqal saxlayır, 
ağ  rəngdə  əba  geyinirdilər.  Tələbələrin  içərisində  ən  sakiti  və 
intizamlısı  həmin  o  “müsəlman  bacı  və  qardaĢlar”  idilər.  Bu 
tələbələr 
ölkədə 
olan 
xüsusi 
dini 
cəmiyyətin 
nümayəndələridirlər. 
Əlcəzairdə  qızlar  ərə  getdikdən  sonra  çarĢab  salır  və 
ağızlarını yaĢmaqla örtürlər (Əlbəttə bu avropalılaĢmıĢ ailələrin 
qızlarına  aid  deyildir).  Gəlinlər  ya  ağ,  ya  da  ki,  qara  çarĢab 
salırlar.  ÇarĢabın  rəngi  müxtəlif  regionlarda  müxtəlif  olur. 
Qadınların yaĢmağı isə ağ parçadan üç künc formada kəsilir və 
iplər  vasitəsilə  bağlanır.  Bəzən  çox  isti  havalarda  çarĢablı 
qadınlar  dükan  və  ya  mağazaların  yanında  öz  çarĢablarını 
qaydaya  salırlar.  Bu  zaman  çarĢab  altından  onların  müasir 
dəbdə geyimləri adamda təəccüb doğurur. 
Tələbə qızların demək olar ki, hamısı sürücülük kurslarında 
təhsil  alırdılar  (Bumerdesdə  Ģəxsi  sürücülük  məktəbi  var  idi). 
Tələbə  oğlanlar  da  Mustafa  bəyin  sürücülük  məktəbində 
oxuyurdular.  Tələbələrin  ən  böyük  arzuları  avtomobil  və  ev 
almaqdan ibarətdir. 
Tələbə  qızların  bəziləri  özlərini  lap  fransız  qızlarına 
bənzədirlər  və  demək  olar  ki,  açıq-saçıq  gəzirlər.  Hətta 
oğlanlarla qol-boyun gəzən qızlar da vardır. Lakin belələri çox 
azdır. Belə qızlar haqqında bizim kafedranın  laborantı deyirdi 
ki,  onların  heç  vaxt  ailələri  olmayacaqdır  (yəni  ərə 
getməyəcəklər) . 
Əlcəzairli  qızların  həm  geyimində,  həm  də  hərəkətlərində 
müəyyən  təzadlar  açıq  hiss  olunur.  Bu  hiss  adamın  beynində 
bir suala çevrilir: 
 


 
 41  
Biriniz ağ çadrada, 
ağ yaĢmaqda, 
Biriniz cins Ģalvarda, 
“Adidas” baĢmaqda. 
Birinizin görünür 
bir cüt gözü
Birinizin – bədəninin 
hər üzü. 
Biriniz – xəcalət yaxasında, 
O biriniz – sükan arxasında. 
Biriniz ərəbcə danıĢır, 
ağzını yaĢmaqla örtür, 
Biriniz – fransızca 
dil-dil ötür. 
Adınız bir, ünvanınız bir: 
Ikiniz də bu torpaqda 
doğuldunuz, 
Ikiniz də bir xəmirdən 
yoğruldunuz. 
Məəttəl qalmıĢam 
mən burda düzü
Hansınızsınız, 
ərəb qızı? 
 
Tələbə  oğlanlar  çox  kasıb  geyinirlər.  Onların  əksəriyyəti 
demək olar ki, dərsə ev paltarında gəlirlər. Ev paltarında dərsə 
gəlmək o qədər kütləvi hal almıĢdı ki, institut rəhbərliyi xüsusi 
əmrlə  tələbələrin  ev  paltarında  instituta  gəlmələrini  qadağan 
etdi. 
Bir  dəfə  yağıĢlı  bir  gündə  bir  tələbəni  ev  baĢmağında 
görüb,  danladım.    O,  baĢını  aĢağı  salıb  cavab  vermədi.  Sonra 
xəstə olduğunu bildirib, dərsdən azad olmaq üçün icazə istədi. 
Ġcazə  verdim.  O  gedəndən  sonra  tələbə  yoldaĢları  dedilər  ki, 
onun  nə  ayaqqabısı  var,  nə  də  ki,  ayaqqabı  almağa  imkanı. 


 
 42  
Təqaüdü gözləyir ki, özünə ayaqqabı alsın. Onu da qeyd edim 
ki,  bəzi  tələbələr  də  harınlıqdan  ev  paltarlarında  dərsə  gəlir-
dilər.  Düzü,  mən  səhv  etmiĢdim  və  bunun  üçün  xəcalət 
çəkirdim. 
Əlcəzairli gənclər idmanı çox sevirlər. Onların futbola olan 
məhəbbətindən  irəlidə  qeyd  etmiĢəm.  Onlar  eyni  dərəcədə 
həndbol, voleybol, Ģahmat və tennis oyunlarını da sevirlər. Bu 
gənclərin (istər oğlan və istərsə də qız olsun) karateyə də böyük 
maraqları vardır. 
Tələbələr  öz  müəllimlərinə  böyük  hörmət  və  məhəbbətlə 
yanaĢırlar. Müəllimlərə qarĢı çox diqqətlidirlər. 
Bir dəfə Azərbaycan Politexnik  Ġnstitutunun dosenti Rafiq 
Hüseynov (o, mənimlə birlikdə MYSĠ-də iĢləyirdi, hal–hazırda 
professor,  AzTU-da  kafedra  müdiri  vəzifəsində  çalıĢır) 
çimərlikdə qol saatını itirdi. Bizim nəsə axtardığımız görən bir 
qrup  tələbə  bizə  yaxınlaĢdı  və  nə  axtardığımızı  soruĢdular. 
Məsələ  aydın  olduqdan  sonra  onlar  da  bizimlə  axtarmağa 
baĢladılar.  Saatı  tapa  bilmədik.  Düz  15  gündən  sonra  həmin 
tələbələr  adamlarla  dolu  bu  çimərlikdən  saatı  taparaq  gətirib 
Rafiq müəllimə verdilər. 
Əlcəzairli gənclər öz inqilablarından həmiĢə fəxrlə danıĢır, 
öz  torpaqlarının  əsil  sahibləri  olduqlarını  müsahiblərinin 
nəzərinə  tez-tez  çatdırmağı  xoĢlayırlar.  Onlarda  bir  az  (gizli 
formada)  xudpəsəndlik  də  hiss  olunur.  Belə  ki,  çalıĢırlar  ki, 
özlərinin  ən  çox  inkiĢaf  etmiĢ,  ən  mədəni  olduqlarını  sübuta 
yetirsinlər.  ĠnkiĢaf  etmiĢ  ölkələrin  nümayəndələri  ilə 
münasibətdə  bu  xüsusiyyət  özünü  daha  qabarıq  Ģəkildə 
göstərir. 
...Günlərin bir günü sovet mütəxəssislərinin yeni rəhbəri (o, 
Martirosyan  soyadlı  erməni  idi.  Moskva  Yeyinti  Sənaye 
Ġnstitutundan gəlmiĢdi) rektorluq qarĢısında məsələ qaldırdı ki, 
institutda dərslərin baĢlanma və qurtarma vaxtları bizdəki kimi 
zənglə  olsun.  Yerli  rəhbərlik  razılaĢdı,  elektrik  zəngləri  alındı 
və insititutun korpuslarında quraĢdırıldı. Səhər iĢə gəldik, zəng 


 
 43  
vuruldu. Tələbələr soruĢdular ki, bu nə zəngdir. BaĢa saldıq ki, 
bu  zəng  dərsin  baĢlandığını  bildirir,  əlli  dəqiqədən  sonra  isə 
dərsin qurtardığını xəbər verəcək. Tələbələr təəccüblə dedilər: 

 
Məgər  bizim  Ģüurumuz  və  saatımız  yoxdurmu?  Biz 
Ģüurlu insanlarıq. Zəng Ģüursuzlar üçündür. 
Tələbələr  dərsə  girmədilər  və  tələbə  komitəsi  bir  həftəlik 
tətil elan etdi ki, bütün zəngləri söküb çıxardılar. 
...Bir  dəfə  bizimkilər  belə  qərara  gəldilər  ki,  iməcilik 
keçirsinlər.  Bu  məqsədlə  istirahət  günü  hamımız  instituta 
yığıĢdıq. Vətəndə olduğu kimi otaqları, iĢ yerlərini təmizlədik. 
Ertəsi  gün  etiraz  əlaməti  olaraq  tələbələr  dərsə  girmədilər. 
Tələbləri də bu oldu: “Bizə xidmətçi müəllimlər yox, centlimen 
müəllimlər lazımdır”. 
Həmin  il  Ģəhər  rəhbərliyi  bizim  kontrakt  rəhbərliyinin 
təĢəbbüsü  ilə  ümumĢəhər  iməcliyi  keçirməyi  qərarlaĢdırdı. 
ÜmumĢəhər  iməcliyində  yalnız  Ģəhər  vətəndaĢları  iĢtirak 
edirdilər. Dəstə ilə Ģəhər ətrafına çıxdıq. Üç mindən artıq ağac 
əkdik. Sonradan öyrəndik ki, ağaclara su verməyib, yandırıblar. 
Əlcəzairlilər  öz  Ģəxsiyyətlərinə  çox  hörmət  edəndirlər. 
Əgər bir tələbənin hissiyyatına azacıq belə toxunsan, o səninlə 
hətta  düĢmən  kəsilə  bilər.  Bir  dəfə  bizim  riyaziyyatçılardan 
birisi  bir  tələbəni  lövhəyə  çağırıb,  ondan  hansı  teoreminsə 
isbatını  yazmağı  tələb  edir.  Tələbə  necə  lazımdırsa,  həmin 
teoremin isbatını  lövhəyə  yazır. Müəllim izahatını  soruĢduqda 
isə cavab verə bilmir. Müəllim elə zənn edir ki, tələbə lövhəyə 
yazdıqlarını  hardansa  köçürmüĢdür.  Ona  görə  də  lövhəni 
sildirir  və  həmin  tələbədən  tələb  edir  ki,  teoremin  isbatını 
yenidən  lövhəyə  yazsın.  Tələbə  teoremin  isbatını  yenidən 
lövhəyə  yazır  və  müəllimi  təhqir  edib  (tabaĢiri  onun  üstünə 
ataraq),  auditoriyadan  çıxır.  Sonradan  həmin  müəllim  o 
tələbənin  oxuduğu  qrupda  dərs  deyə  bilmədi.  Sadəcə  olaraq 
bütün tələbə kollektivi onu boykot etdi. 
Auditoriyada  tələbələr  sərbəst  oturmağı  sevirlər.  Əgər  ilk 
gündən  müəllim  tələbkar  olsa,  onda  o,  tələbələrin  oturuĢuna 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə