Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə11/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

 
 34  
      -  Xeyir  dedim.  Mən  burada,  ali  məktəblərin  birində  fizika 
fənnini  tədris  edirəm.  Pioner  düĢərgəsində  ictimai  əsaslarla 
iĢləyirəm. Bu iĢ mənim məzuniyyətim hesabınadır. 
      - BağıĢlayın, siz hansı dildə o dərsi deyirsiniz? 
      - Fransız dilində. 
O məni özünə tərəf çəkib qucaqlayaraq dedi: 
      -  Bu  böyük  iĢdir,  qardaĢ,  bu  böyük  iĢdir.  Əsil  iĢi  siz 
görürsünüz. Bizimki də, yəni iĢdir? 
Bəli,  bu  sözləri  RəĢid  Behbudov  deyirdi.  Dünya  Ģöhrətli 
Behbudov.  Öz  xalqını  bütün  aləmə  tanıtdıran  Behbudov. 
Xalqını  tanıtdıra  biləcək  ən  kiçik  addımı  belə  o,  nəhəng 
adlandırırdı. 
O danıĢırdı, mən isə öz musiqisi ilə milyonlarla insan ürəyi 
fəth  etmiĢ,  peĢəkar  Azərbaycan  musiqisinin  tərənnümçüsü  və 
yaradıcılarından  biri  olan  R.Behbudovun  təvazökarlığından 
ovsunlanmıĢdım. 
O,  bizi  maĢınlarımızı  saxladığımız  yerə  qədər  ötürdü. 
QucaqlaĢdıq,  öpüĢdük.  Ayrıldıq.  Bir-birimizə  “Vətəndə 
görüĢənədək” dedik. 
Sonradan  qəzetlər  vasitəsilə  öyrəndim  ki,  Azərbaycan 
Dövlət  Mahnı  Teatrının  qastrolları  Əlcəzairin  müxtəlif 
Ģəhərlərində  çox  böyük  müvəffəqiyyətlə  keçmiĢdir.  Yerli 
qəzetlər    teatrın  konsert  proqramını  bir  üzüyə,  R.Behbudovun 
çıxıĢını isə həmin üzüyün brilyant qaĢına bənzədirdilər. 
Haşiyə. Mən Əlcəzairdən qayıtmıĢdım. Bir gün iĢdən çıxıb 
evə  gedərkən  R.Behbudovu  indiki  və  onun  adını  daĢıyan 
Mahnı  Teatrının  qarĢısında  gördüm.  O  məni  görmədi  və  mən 
onun  arxa  tərəfində  dayandım  RəĢid  müəllim  isə  Teatrın 
binasının fasadına “Mahnı teatrı” sözünün hərflərini yapıĢdıran 
birisinə istiqamətləndirici göstəriĢlər verirdi. 
Astaca irəli keçib: 
- RəĢid müəllim, salam-dedim. 
O mənə diqqətlə baxıb, Əlcəzairdə olduğu kimi birdən


 
 35  
-Bay,  sən  hardan  gəldin,  qardaĢ  dedi  və  qucaqlaĢdıq. 
Əlcəzairdən  qayıtdığımı  ona  söylədim.  Xeyli  söhbət  etdik. 
Teatrın açılıĢının nə vaxt olacağını soruĢdum. O isə mənə: 
-  Bu  yaxınlarda  olacaq  dedi.  Nə  qədər  istəsən  sənə 
dəvətnamə verəcəyəm. AçılıĢa gələrsən. 
Çox təəssüflər olsun ki, böyük sənətkarımıza illərlə zəhmət 
çəkib yaratdığı teatrın açılıĢı qismət olmadı. Ömür vəfa etmədi. 
Təbii  ki,  teatrın  açılıĢında  mən  də  iĢtirak  edə  bilmədim 
(dəvətnaməm  olsa da). 
 
ƏLCƏZAİR,  YOXSA  BRAZİLİYA? 
 
Əlcəzairlilər,    böyükdən  kiçiyə  və  yaxud  kiçikdən  böyüyə 
qədər  demək  olar  ki,  hamısı  futbol  azarkeĢləridirlər.  Hətta 
həyət  komandalarının  oyunçularında  özünəməxsus  ustalıq, 
gözəl  futbol  texnikası  görmək  olur.  Xüsusilə  onlar  özlərini 
Braziliya futbolçularına bənzətməyə çalıĢırlar. 
Əlcəzairlilərin  futbola  böyük  məhəbbətini  mən  elə  ilk 
günlərdən  hiss  etdim.  Tələbələrin  ölkəmiz  haqqında  ən  yaxĢı 
bildikləri  bizim  yığma  komanda  ilə  bağlı  idi.  Onlar  mənim 
sovet  diyarından  gəldiymi  bilən  kimi  tez-tez  Bloxin,  Kipiani, 
Roqovun  adını  çəkməyə  baĢladılar  (Roqov  bir  vaxt  Əlcəzair 
milli futbol komandasının rus baĢ məĢqçisi olmuĢdu). Onlar öz 
komandalarının  oyununu  braziliyalıların  oyununa  bənzədirlər. 
Əlcəzair azarkeĢlərinin fikrincə onların futbol komandası oyun 
texnikasına  görə  braziliyalılardan  üstündürlər.  Onlar  bu  fikrin 
Pele  tərəfindən  söylənildiyini  öz  müsahiblərinə  inandırmağa 
çalıĢırlar. 
Deyilənlərə  görə  Ġspaniyada  keçirilən  dünya  futbol 
çempionatında  Əlcəzair  yığma  komandasının  AFR  komandası 
üzərindəki qələbəsi bu ölkədə əsil xalq bayramına çevrilib. Bu 
matçdan  uzun  müddət  keçməsinə  baxmayaraq  həmin  qələbə 
oyununu  televiziya  ilə  tez-tez  göstərirlər.  Xüsusilə  bu  oyunun 
videoyazısı  milli  bayram  günləri  ölkə  televiziyası  ilə  nümayiĢ 
etdirilir. 


 
 36  
“Əl-Mücahid”  qəzeti  həftədə  bir  dəfə  “Bizim  gənclər 
televiziya  ekranlarında  nəyi  görmək  istəyirlər?”  rubrikası 
altında  yazı  verirdi.  Ölkə  gənclərinin  maraq  dairəsini  bilmək 
üçün bu yazını oxumaq pis deyil. Mən həmin yazıları vaxtaĢırı 
oxuyurdum.  Bu  yazılardan  məlum  olurdu  ki,  nəinki  oğlanlar, 
hətta  qızlar  belə  Əlcəzair  –  AFR  matçına  baxmaqdan 
doymurlar.  Bir  qız  yazırdı:  “Mən  hər  dəfə  bu  matça  baxanda 
gənclərimizin  bacarığının,  istedadının  və  gücünün  Ģahidi 
oluram.  Bu  qələbə  bizim  xalqımızın  nəyə  qadir  olduğunu 
göstərdi. Mən bu qələbə ilə fəxr edirəm”. 
Meksikada  keçirilən  futbol  üzrə  Dünya  çempionatına 
Əlcəzair  komandası  vəsiqə  aldığı  zaman  da  buna  bənzər 
təntənələr  keçirildi.  Mexikoya  dair  xüsusi  mahnılar 
bəstələnmiĢdi. 
Demək  olar  ki,  hər  gün  qəzetlərdə  milli  komandanın 
həyatından bəhs edən yazılar verilir, komandanın baĢ məĢqçisi 
Saadani böyük futbol bilicisi kimi təriflənirdi. 
Afrika kuboku yarıĢlarında zədələnmiĢ Bellumi demək olar 
ki,  bütün  əlcəzairlilərin  sevimlisi  idi.  O,  dizindən 
zədələndikdən  sonra  təcili  surətdə  Fransaya  müalicəyə 
göndərildi.  Hər  gün  qəzetlər  Belluminin  səhhəti  barədə 
məlumat  verirdilər.  Dünya  çempionatına  az  qalmıĢ  Bellumi 
yenə  yığma  komandaya  qayıda  bildi.  Lakin  Meksika 
çempionatında  o,  Ġspaniyadakı  oyunu  göstərə  bilmədi. 
Meksikada  Əlcəzair  komandasında  yeni  ulduz  parıldadı.  Bu 
Macer idi. 
Meksika  çempionatı  ramazan  (orucluq)  ayına  təsadüf 
edirdi. Ramazan ayında həmiĢə iftardan (axĢam yeməyi) qabaq 
televiziya  ilə  ruhani  alim  moizə  edir.  Sonra  orucluq  duası  və 
qurandan  bir  surə  oxunur.  Yalnız  bundan  sonra  iftar  baĢlanır. 
Bu  proseduranı  heç  kəs  heç  vaxt  dəyiĢə  bilməz.  Lakin  bunu 
futbol  etdi.  Ramazan  ayında  yeganə  bir  gün  idi  ki,  mömin 
müsəlmanlar  orucluq  duasını,  quranı  eĢitmədən  iftar  edirdilər. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə