Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə10/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

 
 31  
buraxmırdıq. Birdən səs-küy qalxdı. Kimsə dənizdə boğulurdu. 
15-20  dəqiqə  müddətində  onu  sudan  çıxardılar.  Ürəyim 
dözmədi, həkimimizə dedim ki, gedək, bəlkə köməyimiz dəydi. 
Boğulanın  ətrafına  toplaĢmıĢ  adamlara  yaxınlaĢdıq  və  mən 
onlara  müraciətlə:  Cənablar,  həkimdir,  qoy  baxsın,  bəlkə  bir 
kömək edə bildi – dedim. 
Yaxına  buraxmaq  istəmədilər.  Birisi  dedi:  Cənab,  Allah 
verib,  özü  də  aparır.  Siz  Allahın  iĢinə  müdaxiləmi  etmək 
istəyirsiniz? 
DüĢərgəyə  qayıtdıq.  Yadıma  bizimkilərdən  birinin  nəql 
etdiyi  bir  hadisə  düĢdü.  O  yoldaĢ  nəql  edirdi  ki,  bir  əlcəzairli 
dənizdə  boğulurmuĢ.  Bizimkilərdən  biri  onu  xilas  edib. 
Zərərçəkən  xilaskarına  “çox  sağ  ol”  demək  əvəzinə  onu 
məzəmmət  edib  ki,  niyə  məni  xilas  etdin.  Allah  məni  o 
dünyaya aparmaq istəyirdi, sən mane oldun. 
Bütün  günü  çimərliyə  baxdım.  O  gün  daha  altı  nəfər 
dənizdə boğuldu. 
 
QÜRBƏTDƏ   TANIŞLIQ 
 
Azərbaycanda  doğulub,  boya-baĢa  çatsam  da,  sevimli 
müğənnimiz  RəĢid  Behbudovu  yaxından  təkcə  bir  dəfə 
görmüĢəm.  Özü  də  1968-ci  ildə.  O  vaxt  R.Behbudovun 
yaratdığı  Dövlət  Mahnı  Teatrı “Səni  tərənnüm  edirəm,  doğma 
Azərbaycanım”  proqramı  ilə  ilk  dəfə  olaraq  M.F.Axundov 
adına Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrının 
binasında  çıxıĢ  edirdi.  “Canlı  Behbudov”u  ilk  dəfə  onda 
görmüĢdüm.  Sonrakı  görüĢlərim  (söhbət  birtərəfli  görüĢdən 
gedir) ya televiziya, ya da ki, kino ekranı vasitəsilə olmuĢdu. 
Bir  neçə  konsertdən  sonra  bu  teatrın  afiĢaları  yenidən 
Ģəhərimizdə yoxa çıxdı. Kimi deyirdi ki, teatrın binası yoxdur 
və  ona  görə  də  Bakıda  çıxıĢ  etmir.  Kimisi  də  bunu  teatrın 
qastrol səfərlərinə meyli ilə izah edirdi. Ancaq onu bilirdim ki, 
bakılılar bu teatrın tamaĢalarını səbirsizliklə gözləyirdilər. 


 
 32  
Tipaza  pioner  düĢərgəsində  rəis  iĢlədiyim  zaman 
səfirlikdən mənə dedilər ki,  həmyerlimiz R.Behbudovun teatrı 
Əlcəzairə  dostluq  xətti  ilə  (bu  valyutasız  mübadilədir)  qastrol 
səfərinə  gəlmiĢdir.  Əgər  onunla  dil  tapa  bilsən,  pioner 
düĢərgəsinə  dəvət  et.  YaĢadığı  yeri  dedilər.  Sidi-əl-Frec 
mehmanxanası. Bu mehmanxana paytaxtdan təxminən 15 km-
likdə,  dəniz  kənarında,  çimərlikdən  200-300  metr  məsafədə 
yerləĢir. Səfirliyin əməkdaĢı, həyat yoldaĢı – sovet vətəndaĢı və 
özü  sonradan  bizim  vətəndaĢlığı  qəbul  edən,  “Canlı 
Behbudov”u  görmək  arzusu  ilə  alıĢıb-yanan  bolqar  tərcüməçi 
və  mən  Sidi-əl-Frec  mehmanxanasına  yollandıq.    Biz 
mehmanxanaya  çatanda  R.Behbudov  və  ansamblın  bir  qrup 
üzvü  restoranda  nahar  edirdi.  GörüĢdük.  Səfirliyin  əməkdaĢı 
üzünü R.Behbudova tutub dedi: 

 
RəĢid  Məcidoviç,  tanıĢ  olun,  bizim  səfirliyin  pioner 
düĢərgəsinin rəisidir. 
O mənim nə adımı dedi, nə də ki, soyadımı. R.Behbudovla 
görüĢdük. Yəqin ki, o mənim azərbaycanlı olduğumu heç zənn 
etmədi  və  üzünü  öz  yoldaĢlarına  tutub  Azərbaycan  dilində 
zarafatyana dedi: - Deyəsən iĢə düĢmüĢük. 
Mən  üzümü  R.Behbudova  tutub,  öz  dilimizdə  -  RəĢid 
müəllim, xoĢ gəlmiĢsiniz – dedim. 
O özünü itirən kimi oldu və birdən: 
      - Bay, sən hardan gəldin, qardaĢ – dedi. 
Sonra  Baba  Mirzəyev,  Ramiz  Quliyev  və  baĢqaları  ilə 
görüĢüb,  bolqar  dostumuzu  R.Behbudova  təqdim  etdim.  O 
bolqar  dostumuzla  təzədən  görüĢüb,  astaca  bolqar  dilində  bir 
mahnını zümzümə etdi. Bolqar dostum özünü saxlaya bilməyib 
onu qucaqladı və öpdü. 
Mehmanxananın xollunda rahat kreslolarda oturduq və mən 
gəliĢimin  məqsədini  ona  söylədim.  O  bir  qədər  fikrə  gedib 
dedi: 

 
Bilirsinizmi,  bizim  beĢ  tonluq  rekvizitimiz  var.  Onu 
Blida  Ģəhərinə  (Blida  Tipazanın  40  km-liyində  yerləĢir)  yola 


 
 33  
salmıĢıq.  Əgər  o  rekviziti  düĢərgənizə  daĢıtmaq  imkanınız 
varsa, onda mən etiraz etmirəm, elə sabah (yəni 24 iyun 1984-
cü  il)  əvvəlcə  sizin  düĢərgədə,  sonra  isə  Blida  Ģəhərində 
konsert verərik. 
Mən 
ustada 
dedim 
ki, 
bizim 
RAF 
markalı 
mikroavtobusumuz  və  “Folsvaqen”  markalı  minik  maĢınından 
baĢqa ayrı bir imkanımız yoxdur. 
Əlini üzünə çəkərək fikrə getdi və birdən soruĢdu: 

 
Sizin düĢərgədə cəmisi neçə nəfər var? 
Mən: 

 
Yüz əlli nəfər – dedim. 
O, gülümsəyərək dedi: 

 
Sizə  150  bilet  verirəm,  pulsuz.  Gətirin  camaatı  oraya, 
Blidaya! 
Mən  RəĢid  müəllimə  öz  təĢəkkürümü  bildirərək  dedim  ki, 
bu  mümkün  deyil.  Xarici  ölkədə,  gecə  vaxtı  150  uĢağı  yaxĢı 
tanımadığın bir Ģəhərə konsertə aparmaq, sonra onları bir yerə 
toplayıb geri qaytarmaq riskli iĢdir. 
Mənim  bikef  olduğumu  görüb,  R.Behbudov  əlini  çiynimə 
qoyaraq dedi: 
      - Ġyulun 2-də gələrəm. 
Öz-özümə  fikirləĢdim  ki,  bu  da  baĢ  tutmayacaq.  Çünki 
həmin  tarixdə  düĢərgəmizdə  iĢçilərdən  baĢqa  heç  kim 
olmayacaqdı. Belə ki, birinci növbənin vaxtı qurtaracaqdı. 
       - Bilirsiniz, olmazmı Siz rekvizitsiz gələsiniz? – soruĢdum. 
Mən istəyirəm uĢaqlara SSRĠ Ali Sovetinin deputatı, SSRĠ xalq 
artisti,  Sosialist  Əməyi  Qəhrəmanı  RəĢid  Behbudovu  təqdim 
edim. 
O gülə-gülə: 
      - Mənə kələk gəlmə, qardaĢ – dedi. RəĢid danıĢmaq bilmir, 
yalnız oxumaq bilir. Mənim sözüm-söhbətim mahnıdır-mahnı. 
Araya bir anlıq sükut çökdü və o, birdən soruĢdu: 
      -  Siz  SSRĠ-dən  buraya  pioner  düĢərgəsində  iĢləmək 
üçünmü gəlmiĢsiniz? 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə