Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə18/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

 
 56  
“Azərbaycan  təranələri”  instrumental  ansamblının  da 
çıxıĢları hərarətlə qarĢılandı. Əlcəzairlilərdə bir xüsusiyyət var. 
Konsert  zamanı  tamaĢaçı  ürəyinə  yatan  musiqi  eĢitdikdə 
səhnənin  qarĢısına  çıxır  və  rəqs  edir.  Bizim  ansambl  çıxıĢına 
baĢlayan kimi  əlcəzairli  gənclər səhnənin qarĢısına çıxıb,  rəqs 
etdilər. Hamı əl çalır, gözlər sevincdən par-par parıldayırdı. 
Mənə  elə  gəlirdi  ki,  bu  ansambl  eyni  dərəcədə  həm  bizim 
üçün,  həm  də  əlcəzairli  tamaĢaçılar  üçün  doğmadır.  Bu 
kollektiv  hər  iki  xalqı  daha  da  yaxınlaĢdırır,  daha  da 
doğmalaĢdırır. 
Sonra  əlcəzairlilər  çıxıĢ  etdilər.  Əlcəzairin  həm  folklor  və 
həm də müasir musiqi kollektivləri konsertdə iĢtirak etdilər. 
Səhəri  günü  Əlcəzair  qəzetləri  Bumerdesdə  keçirilən 
Əlcəzair –Sovet dostluğu həftəsi haqqında yazılar dərc etdilər. 
Televiziyada  isə  “Xəbərlər”  proqramında  həmin  tədbir  geniĢ 
iĢıqlandırıldı. 
Ġdman  yarıĢları  da,  filmlərə  baxıĢ  da  yaxĢı  təsir  bağıĢladı. 
Bizim Ģahmat komandamız Əlcəzairin milli Ģahmat komandası 
ilə  görüĢdə  qalib  gəldi.  Voleybol,  futbol  komandalarımız 
haqqında da həmin sözləri deyə bilərəm. 
Əlcəzairdə  əsasən  Amerika  və  Fransa  filmləri  nümayiĢ 
etdirilir.  Arabir  Misir  filmləri  də  göstərilir.  Yeri  gəlmiĢkən 
qeyd  edim  ki,  bu  filmlərdən  açıq-saçıqlıq,  parnoqrafiyaya 
meyl,  geniĢ  tamaĢaçı  kütləsinin  xoĢuna  gəlmir.  Mən  dəfələrlə 
Əlcəzair  qəzetlərindəki  yazılarda  bu  növ  filmlərə  qarĢı  hiddət 
və  qəzəbi  hiss  etmiĢəm.  Hətta  bir  qrup  tamaĢaçı  Amerika  və 
Misir filmlərinin ölkədə nümayiĢ etdirilməsini qadağan etməyi 
tələb  edirdi.  Bu  filmlərin  əksəriyyəti  köhnə  olub  zorakılığı, 
qəddarlığı və mənəvi pozğunluğu aĢılayırlar. (Təəssüflər olsun 
ki,  indi  belə  filmlər  bizim  də  ekranlara  yol  tapa  bilmiĢdir). 
Əlbəttə  həmin  xüsusiyyətlər  bizim  filmlərə  yaddır.  (Söhbət 
yenidənqurmaya  qədər  yaradılan  filmlərdən  gedir).  Ona  görə 
də ciddi tamaĢaçılar bizim filmləri rəğbətlə qarĢılayırlar. 


 
 57  
Dostluq həftəsi yekun konserti ilə baĢa çatdı. ġəhərin meri 
öz  çıxıĢında  bizə  öz  minnətdarlığını  bildirdi  və  gələcəkdə  də 
belə tədbirlərin keçirilməsini arzuladı. 
O, fasilədə mənə yaxınlaĢdı və soruĢdu: 
       - Siz azərbaycanlısınızmı? 
       - Bəli – dedim. 
       - Deməli müsəlmansınız. 
       - Əlhəmdulillah – dedim. Siz bunu haradan bilirsiniz? 
         -  Burada  çoxlu  azərbaycanlılar  çalıĢıblar.  Mən  istərdim 
ki, əlaqələrimiz daha  sıx olsun. Bununçün yol görürəm: bizim 
Bumerdeslə 
sizin 
respublikanın 
Ģəhərlərindən 
birini 
qardaĢlaĢdırmaq. 
Dərhal  ürəyimdən  Gəncə  keçdi.  Lakin  təəssüflər  olsun  ki, 
müstəqilləĢmənin mehi Afrika qitəsinə gəlib çıxmamıĢdı... 
Yekun  konsertdən  sonra  dostluq  həftəsinin  bir  qrup 
təĢkilatçısına  fəxri  fərmanlar  və  mükafatlar  verildi.  Mükafat 
alanlar arasında mən də var idim. 
Bumerdesdə  bəzən  Ģəhər  çərçivəsindən  kənara  çıxan 
görüĢlər də keçirilirdi. Dostluq həftəsi xətti ilə ölkəmizi təmsil 
edən 
Qırğızıstan 
nümayəndələrinin 
qarĢılanması 
və 
konsertlərinin təĢkili də buna misaldır. 
Belə dostluq həftələri tez-tez keçirilirdi. Əlcəzairdə yaĢayan 
azərbaycanlıların  xoĢbəxtliyindən bu tədbirlərin birində Ġttifaqı 
Azərbaycanın  nümayəndələri  təmsil  edirdilər.  Biz  bu  xəbəri 
eĢidəndə uçmağa qol-qanadımız yox idi. 
AxĢam  bütün  azərbaycanlılar  bir  yerə  toplaĢdılar. 
Qonaqları  qarĢılamağı  planlaĢdırdıq.  Nümayəndə  heyətini 
salamlamaq mənə həvalə olundu. 
Nümayəndə  heyətinə  Azərbaycan  Ali  və  Orta  Ġxtisas 
Təhsili naziri Q.Əliyev rəhbərlik edirdi. 
Biz Bumerdesdə keçiriləcək konsert üçün də dəvətnamələr 
hazırladıq.  Dəvətnamələrin  bir  hissəsini  Ģəhər  merinə 
göndərdik, qalan hissəsini isə kontraktlar arasında bölüĢdürdük. 


 
 58  
Konsertin  baĢlanmasına  bir  neçə  saat  qalmıĢ,  biz  ailəliklə 
Ģəhər  mədəniyyət  sarayına  yollandıq.  UĢaqlar  bizdən  irəlidə 
idilər.  Uzaqdan  gördüm  ki,  qapının  ağzında  bizim  uĢaqları 
kimsə  saxlayır.  Elə  düĢündüm  ki,  ərəb  yoldaĢlardır,  ya 
valideynsiz,  ya da ki, dəvətnaməsiz uĢaqları içəriyə buraxmaq 
istəmirlər.  Yeyin  yeriyib  oraya  çatanda  bir  də  gördüm  ki, 
böyük  oğlum  Eminlə  bir  cavan  oğlan  bizə  doğru  gəlir.  Bizə 
çatmasına  iki-üç  addım  qalmıĢ,  ərəb  sandığım  oğlanı  tanıdım. 
O,  sevincək  üstümə  atıldı,  qucaqlaĢdıq.  Bu  bizim  qapı 
qonĢumuz  (Bakıda)  Yusif  idi.  Sən  demə  Yusif  Bakıdan  gələn 
rəqs  qrupunun  solisti  imiĢ.  Əlcəzairdən  əvvəl  onlar  bir  həftə 
Tunusdə  olmuĢ,  oradan  da  Əlcəzairə  gəlmiĢdilər.  Yusif  bizi 
görüb  elə  kövrəlmiĢdi  ki,  sanki  vətəndən  uzun  müddətə  ayrı 
düĢən  biz  yox,  odur.  Biz  özümüzü  dəyanətli,  Ģux  göstərməyə 
çalıĢırdıq. Amma Allah bilir ki, ürəyimizdə nələr çəkirdik. 
...Nümayəndə heyətimiz mədəniyyət sarayına tərəf irəlilədi. 
Mən  əlimdə  gül  dəstəsi  onlara  yaxınlaĢıb,  salamladım  və 
yanımdakı  yoldaĢları  bir-bir  təqdim  etdim.  Nümayəndə 
heyətini  Əlcəzairin  Təhsil  və  Ġdman  naziri  müĢayiət  edirdi. 
Bumerdesdə  iĢləyən  azərbaycanlı  A.Ağayev  bizim  nazirə 
müraciətlə dedi: 

 
Biz sizin yolunuzu çoxdan gözləyirdik. Azərbaycanlılar 
nümayəndə  heyəti  üçün  süfrə  hazırlamıĢdır.  XahiĢ  edirik 
konsertdən sonra bizim qonağımız olasınız. 
Nümayəndə  heyətinin  baĢçısı  Q.Əliyev  üzünü  əlcəzairli 
həmkarına tutub: 

 
Mənim həmyerlilərim məni öz evlərinə dəvət  edirlər  – 
dedi. Siz buna necə baxırsınız? 
Əlcəzairli nazir: 

 
Bizim  adətimizə  görə  heç  vaxt  əziz  qonaqlarımızın 
hərəkətləri ölkəmizdə məhdudlaĢdırılmır – deyə cavab verdi. 
Bizim nazir qəh-qəhə çəkib: 

 
Ah,  siz  nə  gözəl  diplomatsınız,  ah,  siz  nə  gözəl 
diplomatsınız – deyə təkrar etdi. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə