Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə19/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

 
 59  
Sonra  o,  bizim  hamımıza  nümayəndə  heyəti  adından 
təĢəkkürünü  bildirdi  və  vaxt  məhdudluğu  üzündən  dəvətimizi 
qəbul edə bilməyəcəyinə təəssüfləndi. 
Konsert  baĢlandı.  Konsertin  birinci  hissəsində  bizim 
artistlər,  ikinci  hissəsində  isə  əlcəzairli  artistlər  çıxıĢ  etdilər. 
Zümrüd  Məmmədova,  Baba  Mirzəyev  (Mahmudoğlu)  və 
Nizami  Ġsmayılovun  çıxıĢları  hərarətlə  qarĢılandı.  Rəqs 
qrupunun  çıxıĢları  ağzına  kimi  dolu  salonu  yerindən  oynatdı. 
“Xançobanı”  rəqsini  tamaĢaçılar  elə  sürəkli  alqıĢlarla 
qarĢıladılar  ki,  Əlcəzairdə  yaĢayan  azərbaycanlılar  sevincdən 
göz yaĢlarını gizlədə bilmirdilər. Ecazkar Azərbaycan musiqisi 
ruhumuzu  qəribliyin  sıxıntılarından  xilas  etmiĢdi.  Hamımız 
fəxr  edirdik  ki,  bu  musiqiçilər  bizim  həmvətənlərimizdirlər. 
Əlcəzair  televiziyası  Azərbaycan  artistlərinin  çıxıĢını 
bütövlüklə lentə aldı. 
Tər  çiçək  dəstələri  sel  kimi  səhnəyə  axırdı.  Konsertin 
sonunda  bizim  artistlər  onlarla  birlikdə  Əlcəzairin  inqilab 
mahnısını oxudular. Bütün zal ayağa qalxdı. Sürəkli alqıĢların 
sədası  dalğa-dalğa  konsert  zalından  çıxıb  Aralıq  dənizinin 
sularına qarıĢır və Dünya okeanına çıxırdı. 
Sevincimizin  həddi-hüdudu  yox  idi.  Qonaqlar  avtobusa 
doğru yeriyir və biz də onları yola salırdıq. Birdən nümayəndə 
heyətinin üzvlərindən biri mənə yaxınlaĢıb astaca: 
       - EĢitmiĢəm siz Nəriman müəllimlə dostsunuz – dedi. 
Mən dərhal soruĢdum: 
        - Hansı Nərimanı deyirsiniz? 
O: 
       - Həsənzadə Nərimanı deyirəm, Ģair Nərimanı – dedi. 
        - Düz eĢitmiĢsiniz, necə məgər? 
        -  Bir  neçə  gün  bundan  qabaq  onun  həyat  yoldaĢı  vəfat 
etdi. Dedim bəlkə baĢsağlığı göndərəsi oldunuz. 
Bu  bəd  xəbər  tamam  əhvalımı  korladı.  Mən  Nəriman 
müəllimin Sara xanımın xəstəliyi ilə bağlı necə əzab və sarsıntı 


 
 60  
keçirdiyini  bilirdim  və  bu  itkinin  onun  üçün  nə  demək 
olduğunu yaxĢı baĢa düĢürdüm. 
Yorğun  halda  evə  çatdım.  BirbaĢa  yazı  masamın  arxasına 
keçib, qələm-kağız götürüb yazmağa baĢladım: “Əziz Nəriman 
müəllim...” 
 
“SAĞ  OL  HƏKİM” 
 
Əlcəzairdə  həm  poliklinikalar  və  həm  də  ki,  xəstəxanalar 
dövlətə  məxsusdur.  Burada  müalicə  də  pulsuzdur.  Bundan 
əlavə  ölkədə  az  da  olsa  xüsusi  xəstəxana  və  poliklinikalar  da 
vardır.  Bu  xəstəxana  və  poliklinikalarda  xidmətin  və 
həkimlərin səviyyəsindən asılı olaraq müalicə pulludur. Dövlət 
müalicə  müəssisələrində  iĢləyən  həkimlər  əsasən  əlcəzairlilər, 
sovet,  bolqar  və  bir  qədər  də    macar  mütəxəssisləridirlər. 
Xüsusi müalicəxanalarda isə Avropa və Amerikada təhsil almıĢ 
əlcəzairli mütəxəssislər çalıĢırlar. 
Xüsusi  Ģəfaxanalarda  xəstənin  müalicəsinə  sərf  olunacaq 
vəsait barədə oxucularda müəyyən təsəvvür yaratmaq üçün onu 
deyim ki, ən yaxĢı həkimin bir qəbulunun qiyməti 100 dinardır 
(Bazarda  qoyun  ətinin  bir  kiloqramı  100-120  dinardı.  Bizim 
kafedranın laborantının aylıq əmək haqqı 1700 dinar idi). 
Mən  hələ  pioner  düĢərgəsində  iĢləyərkən  Tipaza  Ģəhərinin 
yaxınlığında yerləĢən Hadcut Ģəhər xəstəxanasına getmiĢ və az 
da  olsa,  ora  ilə  tanıĢ  olmuĢdum.  Həmin  xəstəxanada  bolqar 
həkimlər  çalıĢırdılar.  Ora  getməkdə  məqsədim,  ilan  zəhərinə 
qarĢı vaksina almaq idi. Belə ki, mənə qabaqcadan demiĢdilər 
ki, düĢərgəmizin ərazisində çoxlu zəhərli ilanlar vardır. Bolqar 
həkimlər  təmiz  rusca  danıĢırlar.  Onlar  bizi  palatalarla  tanıĢ 
etdilər.  Palatalara  girən  kimi  ilk  baxıĢdan  adamın  nəzərini 
orada  hökm  sürən  səliqəsizlik,  natəmizlik  cəlb  edir.  Nədənsə 
bu xəstəxana mənə bir qədər bizim 20 il bundan qabaqkı kənd 
xəstəxanasını  xatırlatdı.  Xəstələr  öz  palatalarında  çarpayıların 
üzərinə uzanmıĢ, hərə öz ürəyi istəyən Ģeylərdən yeyirdi. 


 
 61  
Sonra  mən  bolqar  həkimlərin  geydikləri  xalatlara  baxanda 
gördüm  ki,  yox,  elə  bu  həkimlər  də  yerli  mühitə  artıq 
öyrəĢiblər. 
Vaksinaları 
alıb 
təngnəfəs 
xəstəxanadan 
çıxdım. 
XoĢbəxtlikdən bu vaksinalara  ehtiyacımız olmadı  (On bir ilan 
öldürdük). 
Ġkinci  dəfə  yolum  Lakhadariyadakı  xəstəxanaya  düĢdü. 
Dəhlizlərdən  keçəndə  gözucu  palatalara  da  nəzər  salırdım. 
Gördüm  ki,  yox,  bu  xəstəxana  o  birisindən  deyil.  Hər  Ģey  öz 
yerində tər-təmiz və səliqəlidir. 
Üçüncü  dəfə  isə...Bu  dəfə  mən  artıq  bir  qonaq  kimi  yox, 
xəstə kimi,  daha doğrusu xəstənin valideyni  kimi xəstəxanaya 
gedirdim. 
...AxĢam iĢdən evə gələndə gördüm ki, kiçik oğlum Tərlan 
ağlayır. (O vaxt onun səkkiz yaĢı var idi). Səbəbini soruĢduqda 
dedilər  ki,  məktəb  həyətində  uĢaqlarla  oynayanda  qolunu 
sındırıb.  Mən  uĢağın  qoluna  baxdım  və  gördüm  ki,  doğrudan 
da  biləkdən  elə  bil  ki,    sümük  içəriyə  keçib.  Dərhal  maĢın 
axtarmağa  getdim.  (Orada  maĢın  məsələsi  belədir:  Sovet 
mütəxəssislərinin müəyyən qisminin öz maĢınları var idi. Əgər 
onlarla  bir  yerə  gedirdinsə,  hökmən  benzini  sən  almalı  idin). 
Bizim  kafedranın  əməkdaĢı,  Qorki  Universitetinin  dosenti 
Robert  ġukinin  “Reno-16”  markalı  köhnə  bir  maĢını  var  idi. 
Onu  tapdım.  Doğrudan  da  Robert  çox  həyəcanlandı  və  həyat 
yoldaĢı  ilə  birlikdə  bizə  gəldi  (Biz  həm  də  ailəvi  dost  idik). 
FikirləĢdik  ki,  uĢağı  hansı  xəstəxanaya  aparaq:  Lakhadariya 
uzaq  olar,  yaxında  Teniyaya  (Bumerdesdən  27  km  məsafədə) 
aparmaq  olar,  orada  da  Sovet  həkimləri  iĢləyirlər.  Mən  hətta 
onların  bir  neçəsini  tanıyırdım.  Çünki  onları  biz  öz  yerli 
komitəmiz hesabına turist yol vərəqələri ilə təmin etmiĢdik. 
MaĢını  birbaĢa  Teniyaya  sürdük.  AxĢam  saat  9  olardı  ki, 
biz  oraya  çatdıq.  Darvaza  və  qapılar  bağlanmıĢdı.  ĠĢ  elə 
gətirmiĢdi ki, Sovet həkimlərindən biri də həmin gün növbətçi 
düĢməmiĢdi.  Qapıçıya  yaxınlaĢıb  xeyli  dilə  tutduqdan  sonra 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə