Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə34/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

 
 105  
dıqdan sonra  yüklərimizi alıb, kömrükxanaya doğru yönəldik. 
Kömrükxana iĢçisinin ilk sualı bu oldu: 
      - Dollarınız vardırmı? 
Cavab  verdim  ki,  yoxdur.  O,  mənim  həyat  yoldaĢıma 
müraciətlə təkrar soruĢdu: 
- Sizdə dollar varmı? 
Həyat yoldaĢımı mən qabaqladım: 
- Axı sizə dedim ki, dollarımız yoxdur. 
O, isə hirslə (nədənsə adam xaricdən evə qayıdanda ona elə 
gəlir ki, hamı sevinib, xoĢ gəldin deyəcək): 
-  Mən  sizdən  soruĢmuram  –  dedi.  YoldaĢınızdan 
soruĢuram. 
Mən: 
      -  Siz  bilmirsiniz  ki,  biz  qafqazlılarda  pul  qadınlarda  yox, 
kiĢilərdə olur – dedim. 
Deyəsən möhkəm hirslənmiĢdi. 
- Neçə quran aparırsınız – deyə soruĢdu. 
- Ġkisini – dedim. 
- Açın, göstərin. 
Mən  tez  bloknotumu  açıb  baxdım  ki,  quranlar  2  nömrəli 
çamadandadır.  Çamadanı  açdıq  və  quranları  orada  tapmadıq. 
Bütün  çamadan  və  qutuları  ələk-vələk  etdik,  lakin  quran 
tapılmadı ki, tapılmadı. 
Sonra lap yazıq görkəm alıb soruĢdu: 
- Axı quran haradadır? 
Mən: 
       -  Sizsiniz  gömrükxana  iĢçisi  –  dedim.  Axtardığınızı  siz 
tapmalısınız.  Biz  onları  bax  bu  çamadanda  qoymuĢduq.  Ġndi 
haradadır, deyə bilmərəm. 
Digər  gömrükxana  iĢçisi  qutuların  birindən  “Fizika” 
dərsliyini götürüb, həmkarına sataĢdı: 
- Bura bax, quranı tapmıĢam. 
O,  sevincək  əlini  atdı  ki,  kitabı  alsın.  Quran  olmadığını 
görəndə pərt oldu. AxtarıĢ bir nəticə verməyəndən sonra: 


 
 106  
Belə  hesab  edin  ki,  sizinki  gətirdi  –  dedi.  YığıĢdırın 
Ģeylərinizi. Mən  Ģeylərimi yığıĢdıra-yığıĢdıra: 
- Quran qaçaq malı deyil, yoldaĢ – dedim. Bunu unutmayın. 
Yolda  həyat  yoldaĢımı  danladım  ki,  quranları  yaddan 
çıxarıb 
Bumerdesdə 
qoyub. 
Elə 
hirslənmiĢdim 
ki, 
“Univerisitet”  mehmanxanası  qarĢısında  taksidən  düĢəndə 
içərisində bütün sənədlərimiz olan çantanı yaddan çıxarıb orda 
qoymuĢdum.  Buna  baxmayaraq  bizə  mehmanxanada  yer 
verdilər.  Mehmanxana  nömrəsinə  girən  kimi  axtarıĢa  baĢladıq 
və möcüzə baĢ verdi: Quranların hər ikisi 2 nömrəli çamadanda 
idi.Bir qədər rahatladım. Axı mən bu quranları anam və bacıma 
aparırdım.Onlara  söz  vermiĢdim.  Sonralar  bir  din  xadiminin 
dediyi 
kimi 
islamın 
müqəddəs 
kitabları 
kafirlərin 
(gömrükçülərin)  gözünə  görünməmiĢdi.  Bəli,  bu  doğrudan  da 
əsil möcüzə idi. 
Elə  yarımsaat  keçməmiĢdi  ki,  moskvalı  dostum  Valera 
gəlib  bizi  tapdı.  Məni  çox  pəriĢan  gördü.  Belə  ki,  “Qurani-
kərim”i  tapsam  da  sənədlərimi  itirmiĢdim.  Bu  mənə  çox  baha 
baĢa gələcəkdi. Mən hətta iĢimdən məhrum ola bilərdim. 
Valera ilə görüĢəndən sonra o mənə dedi: 
-Vaqif aĢağıda hollda bir nəfər səni soruĢurdu. Rus idi. 
Mən dərhal dostumla birgə aĢağı düĢdüm. 
Məni axtaran taksi sürücüsü idi. 
O mənə: 
-BağıĢlayın  sizdən sonra bir müĢtəri düĢdü , onu Ģəhərin o 
biri  baĢına  aparmalı  oldum.  Ona  görə  sizin  çantanı  bir  qədər 
gec  gətirdim.  Çırxarıb  bir  iyirmi  beĢlik  ona  verdim.  O  isə  on 
beĢ manat qaytarıb dedi: 
-Mənim zəhmət haqqım on manatdır.Artığı lazım deyil. 
Moskvada  olduğumuz  bir  həftə  ərzində  heç  burada  da 
yenidənqurmanın  ab-havasını  duymadıq.  Yalnız  küçələrdə 
sərxoĢ halda yatanların sayı kəskin surətdə azalmıĢdı. 
Haşiyə.Moskvada  olduğumuz  zaman  rast  gəldiyimiz  bir 
hadisəni də qeyd etmək istiyirəm. Dostum Tofiq Mahmudzadə 


 
 107  
ilə  mənə”Qaz-24-10”  almaq  üçün  “Avtomobil”  mağazasına 
getdik.  Elə  oradaca  bir  sürücü  ilə  müqavilə  bağlayıb  (sürücü 
həmin  mağazanın  iĢçisi  olub,  həmin  müqavilə  əsasında 
maĢınları  alıcıların  istədiyi  yerə  aparırlar  və  onlara 
“pereqonĢik”lər  deyirlər)  parkda  mənimüçün  maĢın  “seçdik”. 
“Volqa”nın  sənədləri  elə  tez  və  asan  tərtib  olunurdu  ki,  adam 
gözlərinə inanmırdı. 
Avtomobili  mehmanxananın  qarĢısında  saxladıq  və  otaqda 
bu hadisəni qeyd etməyə baĢladıq. Bu zaman qapı döyüldü və 
birisi otağa daxil oldu. Erməni idi. Ona da araq süzüb, yeməyə 
dəvət etdik. O, avtomobili haradan və necə aldığımızı soruĢdu 
və  özünün  də  bu  arzuda  olduğunu  söylədi.  Mən  ona  xarici 
ölkədə  iĢlədiyimi  və  bu  maĢını  valyuta  ilə  aldığımı  dedim.  O 
isə: 
- Deməli, sıravı sovet adamı bu maĢından ala bilməz-dedi

Mən isə: 
-  Bu  dedikləriniz  mənə  aid  deyil,  bunun  üçün  müvafiq 
təĢkilatlar var. Müraciət edin. 
Elə  hirslə  ayağa  qalxdı  ki...  Heç  süfrədəkilərə  əlini 
uzatmadan  otağı  tərk  elədi.  Bu  məkrli  erməni,  xeyirxah,  açıq 
ürəkli azərbaycan mahiyyəti idi ki, üz-üzə dayanmıĢdı. 
O  vaxt  biz  sadəlövhlüyümüzdən  belə  Ģeylərə  çox  diqqət 
vermirdik 
...Hamımız  Bakıya  can  atırdıq.  Nəhayət  gözlədiyimiz  gün 
gəlib  çatdı.  TU-154  tipli  təyyarə  ilə  paytaxta  uçduq.  Bələdçi 
doğma Ģəhərə çatdığımızı elan edəndə ürəyimiz elə döyünürdü 
ki,  az  qalırdı  yerindən  çıxsın.  Pilləkənləri  təyyarəyə 
yaxınlaĢdırmaq  sanki  bir  il  çəkdi.  Nəhayət  hava  gəmisindən 
çıxıb, dərindən Bakının havasını udduq. Pilləkənlə yerə düĢən 
kimi  hamımız  diz  çöküb  torpağı  öpdük.  Əlcəzairdə  yazdığım 
bu sətirləri dodaqlarımda pıçıltı tək səsləndirirdim: 
 
EĢqin çıxar hər həsrətin qəsdinə
Qurban olum soyuğuna, istinə. 
Mən səmaya atılmıĢ bir daĢ təki 


 
 108  
DüĢəcəyəm yenə sinən üstünə... 
 
Bumerdes – Bakı 
1987 – 88 
 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə