Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə42/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

 
 135  
qoymayacağam. Onun iĢində çoxlu qüsurlar var, qoy düzəltsin, 
sonra baxarıq. Mənim verdiyim tapĢırıqları yerinə yetirsin. 
RAFĠQ  -  Sizin  verdiyiniz  tapĢırıqlar,  etdiyiniz  qeydlərlə 
mən  də  tanıĢam.  Onların  Arifin  dissertasiyasına  əsla  dəxli 
yoxdur. Bir də ki, onun müdafiəsinin qarĢısını məncə, heç kim 
ala bilməz. 
ATAZADƏ  -  Necə  yəni  heç  kim  ala  bilməz!  Mən  bu 
müəssisənin rəhbəriyəm. Mən nə deyirəmsə, o da olmalıdır. Siz 
məni  yaxĢı  tanımırsınız.  Mən  elə  ilanam  ki,  çaldığım  heç 
zaman sağalmaz. 
RAFĠQ  (sakit  tərzdə)  -  Bilirsiniz,  Arif  artıq  müdafiə  edib, 
özü də Kiyev universitetində. Qayıdanda təbrik edərsiniz. 
ATAZADƏ  (az  qala  bağırır)  -  Necə?    Necə?  Mənim 
xəbərim  olmadan  mənim  iĢçim  dissertasiya  müdafiə  edir? 
Mənim  baĢımın  üstündən  iĢ  görürsünüz?  (Zəngi  basıb 
katibəsini  çağırır).  Lalə,  ay  qız  o  elmi  katibi    yanıma  çağır. 
(Lalə  çıxır).  Onun  nə  ixtiyarı  vardır  ki,  mənsiz  müdafiə 
Ģurasına müraciət etsin. 
RAFĠQ  (yenə  sakit  Ģəkildə)  -  Əvvəla,  elmi  katibi  bura 
çağırmağa  dəyməz.  Çünki  Sizin  elmi  rəhbəriniz  Nikolayev 
Azərbaycan Ali Attestasiya komissiyasına müraciət edib, onun 
elmi  nüfuzunu  əsas  götürən  bu  komissiya  da  burada  ixtisas 
üzrə  kifayət  qədər  mütəxəssis  olmadığını  nəzərə  alıb,  Arifin 
iĢini  Kiyev  universitetinə  göndərdi.  Ġkincisi  də  odur  ki,  belə 
hallar  sovet  vaxtında  da  olurdu  da.  Nə  qədər  incidilmiĢ, 
sıxıĢdırılmıĢ  gənc  mütəxəssis  Moskva,  Kiyev,  DüĢənbə,  nə 
bilim  daha  haralarda  müdafiə    edirdi.  Ġndi  də  üz  tutmuĢuq 
qərbə. 
ATAZADƏ (bir qədər yumĢaq tonda) - Deməli, Nikolayev 
deyirsiniz  də.  Belə  de,  belə  de.  Bütün  bu  iĢlərin  təĢkilatçısı 
Sizsiniz yoldaĢ Həsənov, bəli, Siz. 
RAFĠQ  (sakit  tonda)  -  Mamed  Cəliloviç,  burda 
əsəbiləĢməli heç bir Ģey yoxdur. Bütün dünya bilir ki, mayelər 
fizikası  sahəsində  güclü  məktəblərdən  biri  də  Kiyevdədir.  Bir 


 
 136  
Azərbaycan 
türkü  gedib  həmin  məktəbdə  doktorluq 
dissertasiyası müdafiə edirsə, biz buna sevinməliyik. Bir də ki, 
Nikolayev Sizin elmi rəhbəriniz olub, mənim yox. 
ATAZADƏ (hirsli) - Deməli, indi məni ələ salırsınız, hə? 
RAFĠQ  (halını  pozmadan)  -  Niyə  ələ  salıram?  Düz 
sözümdür. 
ATAZADƏ - Ona kim icazə verib, Kiyevə getsin? 
RAFĠQ - Heç kim. Özü gedib. 
ATAZADƏ  (səsinin  tonunu  yenə  qaldırır)  -  Məgər  o, 
özbaĢınadır?  Siz  onu  bu  sektora  gətirdiniz.  Mən  Sizə  hörmət 
edib, onu iĢə götürdüm. Ġndi də o, özbaĢına  iĢdən qaçıb, hara 
istəyir  gedir,  eləmi? (Özü-özünə). Vicdan haqqı  mən belə Ģey 
görməmiĢəm. 
RAFĠQ - ĠĢdən qaçmaq niyə? Siz sadəcə unutmusunuz. Axı 
Siz  özünüz  ona,  öz  hesabına  bir  aylıq  məzuniyyət  vermisiniz. 
O  da  bu  məzuniyyətdən  öz  dissertasiyasının  müdafiəsi  üçün 
istifadə edib, vəssalam. 
Bu zaman elmi  katib qapını açır  və otağa  daxil olmaq 
istəyir. 
ELMĠ KATĠB - Mamed Cəliloviç olarmı? 
ATAZADƏ  (hirslə)  -  Siz  artıq  lazım  deyilsiz.  (Üzünü 
Rafiqə tərəf tutaraq) Siz də gedə bilərsiniz. 
RAFĠQ (çıxaraq) - YaxĢı, sağ olun. 
Atazadə  kreslosuna  söykənərək  başını  arxadan  əlləri 
arasına alıb tavana baxaraq fikrə gedir. 
 
PƏRDƏ 
 
ĠKĠNCĠ  ġƏKĠL 
 
Rafiqin laboratoriyası. Aliyə və Natiq oradadır. 
NATĠQ - Aliyə, nə oldu, xeyir iĢiniz nə vaxta qaldı? 
ALĠYƏ  (gülümsəyərək)  -  Görək  də.  Rafiq  deyir  ki, 
simpoziumdan qayıdandan sonra bu məsələ ilə məĢğul olacaq. 


 
 137  
NATĠQ  (bic-bic  gülümsəyərək)  -  Bunun  iĢi  lap  ağdır. 
EĢitdiyimə  görə  əvvəllər  deyirmiĢ  ki,  namizədliyimi  müdafiə 
edib,  sonra  evlənəcəyəm.  Sonra  da  deyirmiĢ  doktorluqdan 
sonra.  Ġndi  də  deyir  ki,  qoy  simpoziumdan  qayıdım  sonra. 
Simpoziumlar,  konfranslar  nə  çox.  (sonra  Aliyənin  gözlərinin 
içinə  düz  baxaraq)  Bəlkə  Rafiq  müəllim  evlənməyini 
laboratoriyanın qarĢıdakı beĢ illik iĢ planına daxil edib. 
ALĠYƏ (ciddi reaksiya vermir) - Ola bilsin. Özü bilər. 
NATĠQ  -  Ola  bilsin,  özü  bilər  deyəndə  sən  hələ  toy 
eləməmiĢ bütün hüquqları ona vermisən? 
ALĠYƏ  -  Hüquq  deyəndə,  hər  ailədə  kiĢinin  kiĢi  yeri, 
qadının da qadın yeri var. Hərə öz iĢilə məĢğul olsa, yaxĢıdır. 
NATĠQ - KaĢ mənim də sənin kimi bir niĢanlım olaydı. 
ALĠYƏ - Axtarsan taparsan. 
NATĠQ - Necə, haradan tapım? 
ALĠYƏ  (əlini  müdirin  qapısına  doğru  uzadaraq)  -  Odey, 
Lalə. Nəyi pisdir. Kukla kimi qızdır, al da.  
NATĠQ  -  Sənin  Rafiqin  qoyur  ki?  Bir  ağaca  çıxıb  min 
budağı silkələyir. 
ALĠYƏ  (bir  qədər  sakit)  -  Sən  bununla  nə  demək 
istəyirsən? 
NATĠQ - Heç, elə-belə dedim. 
ALĠYƏ  (təkidlə)  -  Natiq  oxu  atıb,  yayını  gizlətmə.  Sözlü 
adama oxĢayırsan, sözünü de. 
NATĠQ (guya utanır) - Vallah heç bilmirəm necə deyim. O 
gün  sənin  Rafiqini  Lalə  ilə  elə  vəziyyətdə  görüblər 
ki...Utanıram deməyə. 
ALĠYƏ (sərt Ģəkildə) - Böhtan söyləmə, günahdır. 
NATĠQ - Böhtan niyə söyləyirəm. Allaha Ģükür ki, müasir 
texnika  elə  inkiĢaf  edib  ki,  boĢ  söz-söhbətə  ehtiyac  qalmır. 
(cibindən  bir  fotoĢəkil  çıxarır  və  Aliyəyə  doğru  uzadaraq)  Al 
bax, ləzzət al. 
ALĠYƏ ( fotoya diqqətlə baxır və hirslə) - Bu nədir? Bunu 
sənə kim verib? Bu elə adi Ģantaj da ola bilər. 


 
 138  
NATĠQ  (çox  təmkinlə)  -  Ġndi  deyirsən  ki,  gedim  arayıĢ 
gətirim  ki,  Ģəkil  qurama  deyil.  Bunu  mənə  qonĢu 
laboratoriyadan  adının  açıqlanmasını  istəməyən  birisi  verib. 
Dedi al bax və ver niĢanlısına. Nə qədər gec deyil, iĢini bilsin. 
Sən də mənə deyirsən ki, get Lalə ilə... 
ALĠYƏ  (onun  sözünü  kəsir  və  sanki  özü-özünə)  -  Yox, 
yox.  Bu  ola  bilnməz.  Mənim  sevdiyim,  tanıdığım  Rafiq  belə 
hərəkət edə bilməz! 
NATĠQ  (sırtıqcasına)  -  Mən  nə  deyirəm.  Ġnanmırsan, 
inanma.  Ancaq  fakt  faktlığında  qalır.  Bu  arvad  dedi-qodusu 
deyil a... Bu sənəddir, müasir texnikadır.   
Bu zaman Səməd otağa daxil olur və Aliyəni pərt görür
SƏMƏD  (üzünü  Aliyəyə  tərəf  tutaraq)  -  Aliyə,  sənə  nə 
olub? 
ALĠYƏ (Natiqin verdiyi fotonu stolun üstündəki sənədlərin 
arasında gizlədərək) - Heç nə. 
SƏMƏD (təkidlə) - Yenə də. 
ALĠYƏ - Dedim heç nə də! 
SƏMƏD (sakitcə) - Heç nə deyirsən, olsun heç nə də (öz iĢi 
ilə məĢğul olur) 
Rafiqin otağa daxil olduğunu görən Natiq tez oranı tərk 
edir. Rafiq otaqdakılarla salamlaşır. 
SƏMƏD - Rafiq, o səni niyə çağırmıĢdı? 
RAFĠQ - Heç, deyir Natiqin dissertasiyasını oxu, sonra da 
bir yaxĢı rəy  yaz. Hələ azmıĢ, deyir ki, xaricdəki dostlarından 
da    bir  neçə  müsbət  rəy  al.  Hələ  bizimçün  sponsor  da  tapıb 
Fransaya göndərir. 
SƏMƏD  -  Maraqlı  səfərdir.  Mən  olsaydım  razılaĢardım. 
Sən necə razı oldunmu? 
RAFĠQ  -  Sən  necə  baĢa  düĢürsən  mən  buna  razı  ola 
bilərəmmi? 
SƏMƏD  (gülərək)  -  Mən  səninlə  zarafat  edirəm.  Əlbəttə, 
bilirəm ki, sən bu saxtakarlığa getməzsən. 
RAFĠQ - Bax mən də qəti Ģəkildə yox dedim. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə