Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə39/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

 
 125  
MAHMUD  müəllim  (gülə-gülə)  -  Qoy  siz  deyən  kimi 
olsun! 
Bu zaman müdirin otağının qapısı açılır və oradan bir 
nəfər çıxır. 
MAHMUD  müəllim  (ayağa  qalxaraq)  -  Mən  bircə 
dəqiqəliyə. Ola bisin ki, sizin söhbətiniz uzun çəksin. 
RAFĠQ - Buyurun, buyurun Mahmud müəllim. Siz narahat 
olmayın. Mən gözləyəcəyəm. 
Mahmud müəllim müdirin otağına daxil olur. 
RAFĠQ (Laləyə) - Siz bilmirsiniz, Məmməd müəllim məni 
nə üçün görmək istəyirmiĢ? 
LALƏ (çiyinlərini çəkərək) - Vallah bilmirəm. Ancaq onu 
bilirəm ki, sizin məqaləni və onun sənədlərini özündə saxladı. 
Sonra da mənə tapĢırdı ki, sizi çağırım. 
RAFĠQ - Bəs ekspertiza aktına qol çəkmədi? 
LALƏ (bir qədər tərəddüdlə) - Məncə yox. 
RAFIQ - Axı niyə ? 
LALƏ (çiyinlərini çəkərık) - Mən hardan bilim? Bunu onun 
özündən soruĢun. Məgər o mənə hesabat verir? 
RAFĠQ  (  bir  qədər  əsəbi  )  -    Qəribə  iĢdir.  Ekspertlərin 
hamısı  akta  qol  çəkir,  bir  bundan  (müdirin  kabinetinə  doğru 
əlini uzadır) baĢqa. 
Bu zaman Mahmud müəllim müdirin kabinetindən çıxır. 
MAHMUD müəllim (Rafiqə) - Hə oğul, o sizi gözləyir. 
RAFĠQ  (içəri  daxil  olaraq)  -  Sabahınız  xeyir,  Məmməd 
Cəliloviç! 
ATAZADƏ  (baĢını  ctolu  üzərindəki  vərəqlərə  baxmaqdan 
qaldırmadan) - Salam. Oturun. (Bir qədər sükutdan sonra baĢını 
qaldıraraq  sualedici  nəzərlərlə  Rafiqə  baxır)  YaxĢı,  Rafiq 
müəllim,  bu  nə  iĢdir?  Siz  xaricdə  təhsil  almıĢ  və  iĢləmiĢ 
adamsınız. Çox yaxĢı bilirsiniz ki, orda əmək intizamı necədir. 
Sizin əməkdaĢlarınız iĢə yaxĢı davam etmirlər. Siz özünüz isə 
ayrı aləmsiniz. Günlərlə Sizi iĢdə tapmaq olmur. 
RAFĠQ - Məmməd müəllim, mənim... 


 
 126  
ATAZADƏ  (onun  sözünü  kəsərək)  -  Məmməd  müəllim 
yox, Mamed Cəliloviç. 
RAFĠQ (bir qədər əsəbi) - Olsun. Mamed Cəliloviç, mənim 
laboratoriyamda  mənim özüm də daxil olmaqla beĢ iĢçi çalıĢır. 
Aliyə və Səməd sizin zavodda qoyduğunuz təcrübənin gediĢinə 
nəzarət  edir,  Arif  məzuniyyətdədir.  Natiqdən  də  nə  vaxt 
soruĢursan hardasan, deyir ki, Mamed Cəliloviç məni filan yerə 
göndərmiĢdi,  filan  iĢi  görürəm.  Mən  özümsə,  bütün  günü  ya 
laboratoriyada oluram, ya da ki, kitabxanada. 
ATAZADƏ  –  Xeyir,  sizin  əsas  vaxtınız  laboratoriyada 
keçməlidir. 
RAFĠQ  -  Mamed  Cəliloviç,  məĢhur  bir  fizik  olub, 
KavendiĢ.  Yəqin  Siz  də  onu  yaxĢı  tanıyırsınız.  O,  səhər, 
günorta  və axĢam laboratoriyaya gələndə öz aspirantını iĢləyən 
görür  və  hirslənirək  bütün  günü  iĢləyirsə,  bəs  nə  vaxt 
düĢündüyünü  soruĢur.  Öyrətmək  olmasın  Mamed  Cəliloviç, 
nəzəri  biliklərsiz  təcrübi  nəticələrin  effekti  çox  az  olur.  Bəlkə 
də heç olmur. 
ATAZADƏ (bir qədər istehza ilə) - Öyrətməyinə öyrətdin. 
Ancaq Siz heç kitabxanada da olmursuz axı. ƏĢi, kitabxanaya 
neçə  dəfə  Sizin  ardınızca  adam  göndərmiĢəm,  vicdan  haqqı, 
Sizi tapa bilməyiblər. Belə iĢ olar?! 
RAFĠQ  (təmkinlə)  -  Mən  bizim  sektorun  kitabxanasında 
yox, mərkəzi elmi-texniki kitabxanada iĢləyirəm. 
ATAZADƏ  (bir  qədər  kinayə  ilə)  -  Deməli,  bizim 
kitabxana Sizin üçün yaramır, hə? 
RAFĠQ (sakit tərzdə) -  Niyə? Sadəcə olaraq  elə ədəbiyyat 
vardır ki,  mən onu bizim  kitabxanada tapa bilmirəm, Mərkəzi 
elmi-texniki kitabxanada tapıram. 
ATAZADƏ - Yox, belə olmaz! Kitabxanaya getmək üçün 
ayrı  vaxt  seçin.  Bu  nə  deməkdir?  Müdiriyyət  istədiyi  vaxt  öz 
iĢçisini tapa bilmir. Əmək intizamına hamımız riayət etməliyik. 
Hecə  olur,  mən  bütün  günü  bu  kabinetdən  bayıra  çıxmıram, 
iĢçilərim isə iĢ vaxtında Ģəhəri gəzir. 


 
 127  
RAFĠQ  -  Əvvəla,  mən  əmək  intizamını  heç  vaxt 
pozmamıĢam.  Ġkncisi,  kitabxanaya  getməyə  ayrı  vaxt  seçin 
deyəndə  Siz  nəyi  nəzərdə  tutursunuz?  Üçüncüsü,  Sizə 
kabinetiniz  xoĢ  gəlir  və  ordan  çıxmırsınızsa,  o  Sizin  öz 
iĢinizdir.  Sadəcə  bir  həqiqət  var  ki,  elmi  kəĢflər  kabinetlərdə 
deyil, laboratoriya ilə kitabxananın vəhdətində baĢ verir. 
ATAZADƏ  (bir  qədər  yumĢalır)  -  YaxĢı  gəl  mübahisə 
açmayaq.  Qaldı,  Natiqə,  o,  mənim  aspirantımdır  və  mənim 
sərəncamımdadır. Onunla iĢin olmasın. (daha  aĢağı tonla)  Hə, 
Sizin məqaləyə baxdım. Onun üzərində bir az iĢləmək lazımdır. 
Bir  də  ki,  məqaləni  yazanda  iĢlədiyiniz  müəssisənin  adını 
gözləmək  lazımdır.  ÇalıĢmaq  lazımdır  ki,  bəzi  etik  qaydalara 
əməl olunsun. 
RAFĠQ  (həyəcanlı)  -  Siz  nə  danıĢırsınız?  Mən  Sizi  baĢa 
düĢə bilmirəm. Mən bu sektorun adını həmiĢə uca tutmuĢam və 
etik  qaydalardan  heç  vaxt  kənara  çıxmamıĢam.  Siz  nə  əsasla 
belə danıĢırsınız? 
ATAZADƏ (gülümsəyərək) - YaxĢı, yaxĢı, əsəbiləĢməkdən 
danıĢmamıĢıq. Götür bu  məqaləni bir qədər iĢlə.  Mən qeydlər 
etmiĢəm.  Onları  nəzərə  almaq  lazımdır  (məqaləni  stolun  üstü 
ilə ona doğru itələyir). 
RAFĠQ  (əsəbi  halda  məqaləni  götürür)  -  YaxĢı,  mən  baĢa 
düĢmürəm... 
ATAZADƏ (onun sözünü kəsərək) - Bu olmadı, bu olmadı 
Rafiq  müəllim.  Gedin  öz  otağınıza,  səliqə  ilə  məqaləni 
nəzərdən keçirin. 
RAFĠQ ( hirslə otaqdan çıxaraq) - YaxĢı, sağ olun. 
ATAZADƏ  (arxasınca)  -  Bura  bax,  o  Natiqi  yanıma 
göndər. 
RAFĠQ  (geriyə  dönərək)  -  Tapsam,  hökmən.(Qapıda 
Laləyə) Lalə xanım, sağ olun. 
LALƏ (gülümsəyərək) - XoĢ gəldiniz. 


 
 128  
Rafiqin  laboratoriyası.  Cihazlar  arasında  beş  stol 
qoyulmuşdur.  Stollardan  birinin  arxasında  Natiq  oturmuşdur. 
Rafiq otağa daxil olur. 
RAFĠQ (Natiqə) - Rəhbərin səni çağırır. 
NATĠQ  (iriĢə-iriĢə)  -  Xeyir  ola,  görəsən  nə  üçün  məni 
çağırır. (Rafiqə tərəf) Sizə bir söz demədi? 
RAFĠQ (sərt Ģəkildə) - Xeyir. 
Natiq çıxır. Rafiq öz masasının arxasına keçir və əlində 
tutduğu  məqaləni  nəzərdən  keçirir.  Bu  zaman  Aliyə  və  Səməd 
otağa daxil olurlar. 
HƏR ĠKĠSĠ BĠRLĠKDƏ - Salam, Rafiq müəllim! 
RAFĠQ  -  Salam,  salam.  Nə  xəbərlə  gəlmisiniz?  ĠĢlər  necə 
gedir? 
ALĠYƏ - Hələ ki, bir Ģey yoxdur. 
SƏMƏD  -Hər  Ģey  əvvəlki  kimidir.  ġəxsən  mən,  bu  iĢdən 
müsbət  nəticə  gözləmirəm.  (sonra  Rafiqin  üzünə  diqqətlə 
baxaraq) Mənə bax, qanın qaradır deyəsən. Sənə nə olub? Əgər 
zavodda qoyulan təcrübələrin dərdini çəkirsənsə, sizi bilmirəm, 
Ģəxsən mən, bu iĢdən müsbət nəticə gözləmirəm. 
RAFĠQ  (məqaləni  ona  göstərərək)  -  Buyur  bax,  feyziyyab 
ol. Müdirimiz ekspertiza aktına qol çəkmir. Özü də mənə deyir 
ki,  sektorumuzun  adını  gözləmək  lazımdır.  Nə  bilim  etik 
qaydalara riayət etmək lazımdır. 
SƏMƏD  (bərkdən  gülərək)  -  Ha,  ha,  ha.  ƏĢi  sən  bunu 
birinci  dəfədir  eĢidirsən?  Deməli,  o,  indiyə  kimi  sənə  böyük 
güzəĢt edirmiĢ. ġans veribmiĢ ki, özünü göstərəsən. 
RAFĠQ  (təəccüblə)  -  Necə  yəni  birinci  dəfə?  Necə  yəni 
Ģans?  Mən  heç  nə  baĢa  düĢə  bilmirəm.  Siz  nə  deyirsiniz?  Bir 
məni baĢa salın. 
SƏMƏD  (halını  pozmadan)  -  Burda  baĢa  düĢməli  bir  Ģey 
yoxdur.  O  indiyə  kimi  sənə  imkan  verib  ki,  məqaləni  ya  tək 
özün  və  yaxud  da  birgə  iĢlədiyin  yoldaĢlarla  çap  etdirəsən. 
Çünki  aldığınız  nəticələrə  elm  aləminin  necə  reaksiya 
verəcəyini  bilmirdi.  Ġndi  sənin  elmi  iĢlərinə  dünyadan  müsbət 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə