Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə38/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

 
 121  
qoyur).  Kstati,  əla  mandarin  və  limonlardır.  Vurun  bununla 
(arağa iĢarə edir). 
ġĠROĞLAN - Əcəb gözəl mandarin və limonlardır. Yəqin 
bazardan alıbsınız. 
ƏHMƏDOV  (təəccüblə)  -  Niyə  bazardan?  Ġcra 
Hakimiyyətinin bağındandır. 
ġĠROĞLAN  (kənara)  -  Dedim  də,  böyük  adamdır, 
inanmadız! 
ƏHMƏDOV  (sözünə  davam  edərək)  -  Mən  Ġcra  haki-
miyyətinin  bufetində  iĢləyirəm.  Bufetçiyəm.  Sizin  rayonun 
bütün Ġcra baĢçılarına xidmət etmiĢəm. Hamısını beĢ barmağım 
kimi  tanıyıram.  QonĢu  rayonlardan  xəbərlər,  söhbətlər  də  ilk 
dəfə  bizim  bufetə  gəlib  çatır.  Vallah  zonanın  informasiya 
mərkəzidir. 
ƏSƏD  (dərindən  nəfəs  alaraq)  -  Belə  de,  əĢi  bayaqdan 
deyirəm ki, mən  bu yoldaĢı hardasa görmüĢəm, inanmırlar. 
ġĠROĞLAN  -  ƏĢi,  Allah  səni  saxlasın,  cənab  Əhmədov! 
Bayaqdan  ürəyimizi yemiĢik ki... 
BABALI (stəkanlara araq süzərək) - Gəlin bu badələri içək 
tanıĢlığımızın sağlığına! Oyunun olsun, cənab Əhmədov! 
 
S  O  N 
   
 
 
 
 
 
 
 
 
 
 


 
 122  
BIR  ELMI – TƏDQIQAT  SEKTORUNDA 
(Bir pərdə üç Ģəkildə pyes) 
 
ĠġTĠRAK  EDƏNLƏR : 
 
Atazadə - sektor müdiri, 
Mahmud müəllim - sektorun qocaman əməkdaĢı, 
Rafiq - gənc elmlər doktoru, laboratoriya rəhbəri, 
Səməd, Aliyə - sektorun elmi əməkdaĢları, 
Natiq - sektor mudirinin aspirantı, 
Lalə - katibə 
                                          
 
BĠRĠNCĠ ġƏKĠL 
 
Sektor  müdirinin  qəbul  otağı.  Qəbul  otağında  sektorun 
ağsaqqal  əməkdaşı  Mahmud  müəllim  və  bir  neçə  digər 
əməkdaş oradadır. Rafiq daxil olur. 
 
RAFĠQ - Salam! 
MAHMUD müəllim və LALƏ birlikdə - Salam! 
RAFĠQ (Laləyə) - Müdir yerindədirmi? 
LALƏ  -  Bəli.  Amma  bərk  məĢğuldur.  (Müdirin  otağına 
iĢarə ilə) Yanında  kənardan qonaq var. TapĢırıb ki, yanına heç 
kimi  buraxmayım.  (Sonra  Mahmud  müəllimə  iĢarə  ilə) 
Mahmud müəllim də onu gözləyir. Nə üçünsə bilmlrəm, o sizi 
görmək istəyirdi. Mümkünsə, bir az gözləyin. 
RAFĠQ  -  YaxĢı  gözləyərəm.  (Üzünü  Mahmud  müəllimə 
tutaraq)  Mahmud  müəllim  necəsiniz?  Evdə-eĢikdə  nə  var,  nə 
yox? ĠĢləriniz necə gedir? 
MAHMUD  müəllim  -  YaxĢıdır  oğul,  çox  sağ  ol!  Bəs  siz 
necəsiniz? Bizim sektorun mühitinə alıĢa bilirsinizmi? 
RAFĠQ  (gülümsəyərək)  -  AlıĢıram  Mahmud  müəllim, 
yavaĢ-yavaĢ alıĢıram. 


 
 123  
MAHMUD  müəllim  (üzünü  Laləyə  tərəf  tutaraq)  -  Ġndiki 
kimi  yadımdadır.  Rafiq  universitetdə  mənim  tələbəm  olanda 
bap-balaca  oğlan  idi.  Amma  çox  yaxĢı  oxuyurdu.  Əgər  səhv 
eləmirəmsə,  o  vaxt  Rafiq  ən  yaxĢı  tələbə  elmi  iĢlərinin 
müsabiqəsində birinci dərəcəli diplomu almıĢdı. (Üzünü Rafiqə 
tutaraq) Elə idimi, Rafiq? 
RAFĠQ (utancaqlıqla) - Bəli, Mahmud müəllim. 
Mahmud  müəllim  -  Ġndi  maĢallah  görürsənmi,  Rafiq  necə 
böyük alim və igid  oğlan olub. (Bir qədər sükutdan sonra) Biz 
də ki, qocalırıq. 
RAFĠQ  -  Xeyir  Mahmud  müəllim,  siz  o  qədər  də 
dəyiĢməmisiniz.  Azca  saçlarınız  ağarıb.  (Zarafata  salaraq) 
Saçın  ağarmasının  da  MəĢədi  Ġbad  demiĢkən  qocalığa  əsla 
dəlaləti yoxdur. 
MAHMUD  müəllim  -  Eh  oğul,  MəĢədi  Ġbad  sözdür  də 
deyib.  Elə  dəlaləti  var,  elə  dəlaləti  var  gəl  görəsən. 
Yadınızdadırmı,  siz zavodda  istehsalat  təcrübəsində  olanda  az 
qalmıĢdı  bədbəxt  hadisə  baĢ  versin.  O  tələbənin  adı  nə  idi? 
(Yadına salmaq üçün əli ilə alnını ovuĢdurur) 
RAFĠQ  -  Onun  adı  Həsən  idi,  Mahmud  müəllim.  Ġndi  ali 
məktəb  müəllimidir.  Bu  yaxınlarda  namizədlik  dissertasiyası 
müdafiə eləyib. 
MAHMUD müəllim - Hə düz geyirsən, Həsən idi onun adı. 
Xatırlayırsanmı,  onu  qucağıma  alıb  odun  içərisindən  necə 
çıxadım? 
RAFĠQ - Lap yaxĢı yadımdadır. 
MAHMUD  müəllim  -  Hanı  o  güc,  indi  məndə  qalıbmı? 
Məgər bu qocalığın birinci əlaməti deyilmi? 
RAFĠQ  -  Sizin  fiziki  gücünüz  qismən  azalsa  da,  mənəvi 
gücünüz  xeyli  artmıĢdır.  Siz  indi  dünyada  tanınmıĢ  alimsiniz. 
Əsil  alim  heç  vaxt  qocalmır  və  ölmür.  Alimin  fiziki  kəm-
kəsirini  elmi  dəyərləri  kompensə  edir.  Bax  buna  görə  də 
Mahmud müəllim, siz qocalıqdan çox-çox uzaqsınız. 


 
 124  
MAHMUD  müəllim  (nəsə  yadına  düĢür)  –  Rafiq,  sizin 
qrupda  bir  oğlan  var  idi.  Ucaboy,  cüssəli  oğlan.  Səhv 
etmirəmsə adı Kərim idi. Bilmirsən indi o, haradadır? 
RAFĠQ  -  Kərim  indi  akademiyada  Ģöbə  müdiridir. 
Tələbəlik  vaxtı  boylarımız  çox  fərqli  olduğundan  tələbə 
yoldaĢlarımız  bizi  görən  kimi  ġtepsel  və  Tarapunka  gəldi, 
deyirdilər.  YaxĢı  yadımdadır,  bir  dəfə  Kərimlə  Universitetin 
yeməkxanasına  gedəndə  sizinlə  rastlaĢdıq.  Hara  getdiyimizi 
soruĢdunuz. Utandığımızdan cavab verə bilmədik. Siz bildiniz 
ki,  yeməkxanaya  gedirik. Onunçün də mənə dediniz ki,  Rafiq, 
bala,  qocalar  yeyirlər  ölməmək  üçün,  balacalar  isə  böyümək 
üçün. Elə ye, böyüyəsən! 
MAHMUD müəllim (gülərək)- Hə, hə yadımdadır. O vaxt 
sən  doğrudan  da  balaca  idin.  EĢitdiyimə  görə  hələ  bir  dəfə 
rektor səni universitetin koridorunda gördükdən sonra növbətçi 
müəllimdən soruĢub ki, bu uĢağı buraya kim buraxıb. Növbətçi 
müəllim də özünü gülməkdən saxlaya bilməyib Ģaqqanaq çəkib 
və deyib ki, professor bu oğlan bizim universitetin ikinci kurs 
tələbəsidir. 
Üçü də birlikdə gülürlər. 
RAFĠQ  (söhbətin  mövzusunu  dəyiĢərək)  -  Mahmud 
müəllim, Ģöbənizdə nə yeniliklər var? ĠĢləriniz necə gedir? 
MAHMUD müəllim - Hər Ģey öz qaydasındadır. Kənardan 
maneçilik  olmasa  (müdirin  otağına  iĢarə  edir),  iĢlərimiz  pis 
olmaz. Əsas problemimiz vaxtdır. Vaxt çatmır ki, çatmır. Sizə 
bayaq deyəndə ki, qocalmıĢam, etiraz edirdiniz. (Gülümsəyir). 
Bizim  bir  yoldaĢ  var,  o  deyir  ki,  insan  qocaldıqca  onun  ücün 
vaxt sürətlə keçir. Səbəbini də yaĢlandıqca ölümün insana daha 
yaxın olması ilə izah edir. 
RAFĠQ (etiraz edərək) - Xeyir, məncə bu belə deyil! Ġnsan 
yaĢa dolduqca həyatı daha dərindən dərk edir, daha yaxĢı baĢa 
düĢür. Ona görə də həyat onunçün daha maraqlı olur. Ġnsan da 
ki, maraqlı iĢlə məĢğul olduqda vaxt sürətlə keçər. 


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə